Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 
 
 
26 
    Puaro sözünü deyib, bir az yana çəkildi. Qaranlıqdan bir nəfər 
çıxıb irəli gəldi. O, həbs edilən ikinci kişi idi. Onun sifətinə işıq 
düşəndə, az qala heyrətdən yerimdə donacaqdım. 
    Bu, Baş Nazir idi. 
-  Allah xatirinə, bütün bunlar haqqında mənə danış,- deyə Puaro, 
Norman  və  mən  Londona  qayıdanda  səbirsizcəsinə  ucadan 
dilləndim. 
-  Onlar Baş Naziri İngiltərəyə necə qaytarıb gətiriblər? 
-  Onu İngiltərəyə gətirməyə ehityac yox idi, - Puaro cavab verdi. 
–  Baş  Nazir  İngiltərəni  heç  vaxt  tərk  etməyib.  O,  Uindsordan 
Londona gedərkən yolda oğurlanmışdır. 
-  Nə? 
-  Hamısını  aydınlaşdıracağam.  Baş  Nazir  öz  maşınında  imiş, 
yanında  da  onun  katibi.  Birdən  Nazirin  sifətinə  xloroformlu 
yaylığı çəkiblər. 
-   Bəs kim? 
-    Fərasətli  dilçi,  Kapitan  Daniyel.  Tezliklə  Baş  Nazir  hüşunu 
itirir.Daniyel  cəld  mikrofonu  götürür,  O”Marfinin  sağa 
dönməsinə  istiqamət  verir.  Sürücü  də  buna  şübhələmədən  əməl 
edir.  Bir  az  keçdikdən  sonra  narahat  yolda  böyük  maşının 
dayandığını  görürlər.  Həmin  maşının  sürücüsü  O”Marfini 
saxlatdırmaq  üçün  bir  neçə  dəfə  siqnal  verir.  O”Marfi  maşını 
əyləyir,  yol  adamı  ona  yaxınlaşır,  Daniyel  başını  pəncərədən 
çıxarır,  ola  bilsin  ki,  bu  kömək  etmək  üçün  bir  işarə  imiş.  Bu 
zaman xloroform oyunu yenidən təkrar olunur. Hüşlarını itirmiş 
iki  nəfər  köməksiz  adamı  onlar  başqa  maşına  aparırlar.  Onların 
yerini isə iki nəfər yad adam tutur. 
-   Bu ola bilməz! 
-    Hələ,  bu  hamısı  deyil!  Sən  myüzik-  holda  tanınmış  şəxslərin 
necə  ustalıqla  təqlid  olunmasını  görməmisənmi?    İctimai 
xarakterli  rol    oynamqdan  asan  heç  bir  şey  yoxdur.  Mister  Con 
Smit üçün də İngiltərənin Baş Naziri rolunu oynamaq o qədər də 
çətin  deyildir.  O”Marfinin  əvəzedicisi  isə  Baş  Nazirdən 
ayrılandan  sonra  maşını  birbaşa  Çarinq  Krossdan  dostlarının 


 
 
 
27 
toplaşdıqları  yerə  sürmüşdü.  O,  içəri  O”Marfi  kimi  girmiş, 
çıxanda isə tamamilə başqa bir adam kimi çıxmışdı. O”Marfi isə 
şübhəli tərzdə yoxa  çıxmışdı. 
-  Ancaq Baş Nazir rolunu oynayan adamı hamı görmüşdü?! 
-  Onu  heç  kim  görməmişdi.  Daniyel  onu  başqaları  ilə  əlaqədə 
olmaqdan  bacardıqca  qoruyurdu.  Hər  ehtimala  qarşı  üzünü 
sarımışdılar  ki,  həyatına  edilmiş  qəsddən  çox  qorxu  hissi  
keçirməsini hamı görsün. Mister MakAdamın zəif boğazı var. O, 
həmişə  hər  hansı  nitqində  səsinə  bacardıqca  çox  sərf  etməyi 
xoşlayır. Baş Nazirin orada yoxa çıxması heç vədə mümkün ola 
bilməzdi.  Fransa  polisləri  İngilis  kanalını  üzüb  keçməyə 
tələsirlər,  ancaq  onların  heç  biri  ilk  hücumun  təfərrüatına  vara 
bilmirlər.  Xəyalən  belə  düşünürlər  ki,  sui-qəsd  Fransada  baş 
verib, Daniyelin ağzı  bağlı halda tapılması  və xloroform  Fransa 
polisinə bunu sübuta yetirməyə imkan verməmişdi. 
-  Bəs Baş Nazir rolunu oynayan kim olub? 
-  Həmin  adam  özü  bu  maskanı  çıxarmağa  məcbur  olub.  O  və 
sürücü  naməlum  şəxslər  kimi  həbs  oluna  bilərdilər.  Onlar 
tamaşanın bu hissəsini oynamağı arzu etməmiş və açıq-aydın ifşa 
olunmağa məruz qalıblar. 
 -  Bəs həqiqi Baş Nazir? 
 -  Baş  Nazir  və  O”Mafini  birbaşa  Hampstiddə,  Daniyelin 
“xala”sı, missis Everardın evinə gətiriblər. Həqiqətən də, o, Frau 
Berta  Ebentaldır,  polis  onu  bir  neçə  müddətdir  ki,  axtarırdı.  Bu 
mənim onlara xırda bir qiymətli hədiyyəm oldu. Daniyel bunun 
yanında  boş  şeydir.  Çox  ağıllı  plan  idi,  ancaq  bu  plan  Herkuli 
Puaronun ağılı qarşısında məğlub oldu. 
 -  Siz bu işdə həqiqəti əvvəlcə nə vaxt duymağa başladınız? 
 -  Mən  işin  düzgün  tərəfinə  müdaxilə  edən  zaman  həqiqəti 
anlamağa  başladım.  Nazirə  atəş  açılmasına  şübhə  etmirdim, 
ancaq  nəticədə  Baş  Nazirin  Fransaya  sifəti  yaralı  halda  getməsi 
məni dərindən düşünməyə məcbur etdi! Mən Uindsor və London 
arasında  yerləşən  bütün  kənd  mehmanxanalarına  baş  çəkəndə, 
oraya  belə  bir  adamın  gəlməməsini  eşidəndə,  düşüncələrimin 


 
 
 
28 
düzgünlüyünə    bir  daha  əmin  oldum!  Bundan  sonra  isə  hər  şey 
mənim üçün uşaq oyununa çevrildi! 
    Səhərisi  Puaro  mənə  yenicə  aldığı  bir  teleqramı  göstərdi. 
Orada yalnız bircə söz yazılmışdı: “Vaxtında!” 
    Sonra  axşam  qəzetləri  müttəfiqlərin  konfransının  hesabatını 
geniş  şəkildə  şərh  etmişdi.  Onlar  Mister  MakAdamın  alovlu 
çıxışının  sürəkli  alqışlarla  qarşılanmasını,  onun  hamıya  dərin 
təsir bağışlamasını xüsusi qeyd etmişdilər. 
                   
                                                           
                                                             Bakı  şəhəri, 1979 - cu  il. 
                         
 
 
 
     
 
 
 
          
Bir milyon dollarlıq istiqrazın                           
                    oğurlanması 
 
                                                                   
-  Görün,  bir  nə  qədər  istiqraz  oğurlanıbdır!-  deyə  bir  səhər 
qəzetdə çıxmış yazını dostuma göstərdim. – Puaro, gəl, təhqiqat 
elminin xatirinə bu cinayət işini açaq! 
 - Siz, onu necə deyirlər,-  bir əldə iki qarpız tutmaq istəyirsiniz, 
dostum? 
 - Yaxşı, siz bir buna baxın. London və Şotland Bankının Nyu -
Yorka  göndərdiyi  bir  milyon  dollar  Liberti  İstiqrazı*,  təəccüblü 
də olsa, “Olimpiya” gəmisində yoxa çıxmışdır. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə