Aqata Kristi Baş nazirin oğurlanması


  nüsxə  satıldı,  yazıçı  kiçicik  qonorar



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
 
6 
nüsxə  satıldı,  yazıçı  kiçicik  qonorar 
-  25  funt-
sterlinq  aldı.  "Detektiv 
kraliçası"nın  doğuluşunu
 
geniş  kütlə  hiss  etmədi.
    Aq
atanın    "Sirli 
düşmən"  adlı  kitabı  1922
-
ci  ildə  çapdan  çıxır.  Aqata  düşünür  ki,  qadın 
detektiv  yazarı  oxucular  tərəfindən  yaxşı  qarşılanmayacağından  özünə 
başqa təxəllüs götürsün. Amma naşir onun öz adının saxlanmasına təkid
 
etdi. 
Çünki 
Aqata 
adı 
nadir 
və 
yadda 
qalan 
idi.
 
    1926-
cı  il  Kristi  üçün  uğursuz  oldu.  Oxucular,  tənqidçilər,  bəzi  yazıçı 
kolleqaları  onun  «Rocer  Ekroydun  ölümü»  romanının  novatorluğunu 
qəbul etmədilər. Kitabda hadisələr cinayətkarın dilindən danışılırdı, bu da 
klassik  detektiv  janrının  qanunlarına  zidd  idi.  Bundan  başqa,  Aqatanın 
anası rəhmətə getdi, həyat yoldaşı Arçi isə başqa qadına aşiq olduğunu 
bildirdi.  Hətta  qızları  Rozalinda  belə  atasını  ailədə  saxlaya  bilmədi. 
Yoldaşı tərəfindən atıldığını öyrənən Aqata bir ilə onun geri qayıdacağına 
ümid  edirdi.  Bu  baş  verməyəndə  o,  intiqam  almaq  məqsədilə  cəmiyyətə 
detektiv  yazarı  kimi  unikal  qabiliyyətlərə  sahib  olduğunu  nümayiş 
etdirməyə qərar verdi.
 
    
Kristi  güclü  qadın  idi  və  1926
-
cı  ildə  baş  verən  hadisələr  onun  iş 
qabiliyyətinə təsir eləmədi.. Həmin il o, "Vikarinin evində ölüm hadisəsi" 
romanını yazdı. Bu əsərdə Aqata ilk qadın həvəskar detektiv personajını 

miss 
Marplı 
yaratdı. 
 
    40-
cı  illərdə  Aqata  bir  sıra  romanlar,  radio  və  teletamaşalar,  film 
ssenariləri  yazdı.  İstedadlı  yazıçının  belə  intensiv  yaradıcılığı  ayrılıqla 
izah  edilirdi.  Çünki  həyat  yoldaşı  İkinci  Dünya  müharibəsi  illərində 
Türkiyə,  Suriya  və  Misirdə  qaldı.  Aqata  isə  ölkəsinin  çətin  günlərində 
artıq  yaşlı  olmasına  baxmayaraq,  yenidən  hospitala  işləməyə  getdi.  Bu 
dövrdə o, iki əsərinin əlyazmasını bank seyfində saxladı: "Pərdə" 

Erkül 
P
uaronun  son  işi  və  "Miss  Marplın  son  təhqiqatı".  Onun  hərəkətini  izah 
edən  bir  neçə  versiya  var  idi.  Bəziləri  düşünürdülər  ki,  Aqata  onu 
bezdirən iki qəhrəmanından yaxa qurtarmaq istəyir. Amma əsl izah onun 
əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi. Müharibə illərində 
Aqata  müəllif  hüququ  və  yaxınlarının  taleyini  düşünürdü.  Ölümündən 
sonra  «Pərdə»  əsərindən  gələn  gəlir  qızına,  ikinci  əsərin  gəliri  isə  ərinə 
qalmalı 
idi. 
 
    1955-
ci ildə Amerika detektiv yazarları assosiasiyası Aqataya tarixdə il

olaraq  detektiv  ədəbiyyatının  Qrand
-
masteri  adını  verdi.  60
-
cı  illərdə 
Kristi  ən  çox  nəşr  olunan  ingilisdilli  müəllif  oldu.  1975
-
ci  ildə  oxucular 
məşhur belçikalı xəfiyyənin dünyasını dəyişdiyi "Pərdə" əsərini oxudular. 
Erkül Puaronun yaradıcısı öz qəhrəmanından bir neçə ay sonra vəfat etdi. 
     
    
Həmin  ilin  qışında  o,  xəstələndi  və  1976
-
ci  il  yanvarın  12
-d
ə  86  yaşlı 
yazıçı  vəfat  etdi
.  Onun 
"Miss  Marplın  son  təhqiqatı"  əsəri  ölümündən 
sonra işıq üzü gördü. 
 
 
 
 
 


 
 
 
7 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
            Baş nazirin oğurlanması 
 
 
     İndi müharibə və müharibəylə bağlı bütün məsələlər keçmişdə 
qalıb;  mən  risk  edərək  milli  böhran  zamanı  baş  vermiş  bir 
hadisədə  dostum  Puaronun  oynadığı  mühüm  rolu  dünya 
ictimaiyyətinə çatdırmaq istəyirəm. Bu sirr çox möhkəm qorunub 
saxlanmışdı. Heç bir mətbuat üzü görməmişdi. Ancaq indi bunun 
sirr  olmasına  o  qədər  də  ehtiyac  yoxdur;  düşünürəm  ki,  biz 
İngiltərəni  böyük  bir  fəlakətdən  xilas  etmiş  dostum  Puaronun 
heyrətləndirici  ağlına  bu  ölkənin  borclu  olduğunu  açıq-aşkar 
görəcəyik. 
    Bir axşam yeməkdən sonra - tarixi göstərməyəcəyəm: bu “sülh 
danışıqları”  keçirilən  müddətdə  olmuşdu  -  mən  dostumla  onun 
otağında  oturmuşdum.  Əlil  olduğum  üçün  ordudan  tərxis 
olunmuşdum,  dostum  Puaronun  yanında  özümçün  kiçicik  bir  
məşğuliyyət  tapmışdım.  Hər  axşam  yeməkdən  sonra  Puaronun 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə