Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
 
14 
- Çox yaxşı. Milord, mən başa düşürəm ki,  güclü polis nəzarəti 
altında  Baş  Nazirə  hücum  etmək  mümkün  olan  iş  deyil.  Bu 
elədirmi? 
    Lord Esteyr başını yırğaladı. 
-  Elədir.  Baş  Nazirin  maşınını  sadə  geyimli  polis  nəfərlərinin 
maşını onun arxasınca izləyirdi. Mister Mak Adam isə bu barədə 
heç  bir  şey  bilmirdi.  Bu  bir  növ  onun  xəbəri  olmadan  Nazirin 
təhlükəsizliyini  təmin  etmək  idi.  Mak  Adam  özü  qorxunun  nə 
olduğunu  bilmirdi,  ona  görə  çox  vaxt  yavərsiz  hərəkət  edirdi. 
Ancaq  bundan  asılı  olmayaraq  polis  öz  vəzfələrini  yerinə 
yetirirdi. Nazirin sürücüsü, O”Marfi, Cinayət Axtarışı İdarəsinin 
işçisidir. 
-  O”Marfi? Bu ki, irlandiyalı adıdır, elə deyilmi? 
-   Bəli, O”Marfi özü irlandiyalıdır. 
-   Məncə, Klare qraflığındandır. 
 Görürsünüz, milord! Davam edin. 
-  Nazir  Londona  yola  düşmüşdü.  Maşında  sürücüdən  başqa 
kapitan  Daniyel  də  əyləşmişdi.  İkinci  maşın  adəti  üzrə  onların 
arxasınca  gedirmiş.  Ancaq  nə  səbəbdənsə  Baş  Nazirin  maşını 
enişdə əsas yoldan çıxmışdı... 
-   Yolun burulduğu yerdə?- deyə Puaro mane oldu. 
-   Bəli. Ancaq siz bunu necə bildiniz? 
-   Bu aydındır ki! Davam edin! 
-  Naməlum səbəbdən,- Lord Esteyr sözünə davam etdi.- Nazirin 
maşını əsas yoldan çıxmışdır. Polis maşını isə əsas yolda davam 
etmiş,  qısa  bir  məsafə  getdikdən  sonra  Baş  Nazirin  maşını 
maskalı adamlar tərəfindən dayandırılmışdır. Sürücü... 
-   Hə, o cəsur O”Marfi!- Puaro fikirli halda dilləndi. 
-  Sürücü geri dönərək dərhal əyləci basmışdır. Baş Nazir başını 
maşının  pəncərəsindən  bayıra  çıxarmış,  bu  zaman  birinci,  daha 
sonra  ikinci  atəş  açılmışdır.  Birici  güllə  Nazirin  yanağını 
yalamış,  ikinci  güllə  isə  xoşbəxtlikdən  yan  keçmişdir.  Sürücü 
təhlükəni  bu  anda  başa  düşərək,  maşını  birbaş  irəli,  quldurları 


 
 
 
15 
dağıtmaq  üçün  düz  onların  üstünə    sürmüş  və  aradan  çıxmağa 
nail olmuşdu. 
- Aradan çıxmağa lap az qalıbmış,- titrək səslə ucadan dilləndim. 
-  Mister  MakAdam  isə  aldığı  yüngül  yara  haqqında  təlaş 
keçirməyin  əhəmiyyətsiz  olduğunu  bildirmişdi.  O,  üzünün 
sadəcə olaraq cızıldığını söyləmiş,  yerli bir kənd xəstəxanasının 
qarşısında  dayanmış,  kimliyini  bildirmədən,  yalnız  paltarını 
dəyişmişdir.  Sonra  Dover  limanına  getmək  üçün,  Çarinq  Kross 
stansiyasında  onu  gözləyən  xüsusi  qatara  əyləşmişdir.  Daha 
sonra    nə  baş  verdiyini  kapitan  Daniyel    polisə  bildirib.  Onlar 
Fransaya  ikilikdə  yola  düşüblər.  Dover  limanında  onu  gözləyən 
eskadra  minonosuna  minmişlər.  Bildiyiniz  kimi  Buloyn 
limanında  isə  onu  “qondarma”  maşın  gözləyirdi,  hər  şey  planlı 
şəkildə gedirmiş. 
-  Siz mənə hamısını danışdınız? 
-  Bəli. 
-  Yaddan çıxan bir şey qalmadı ki, milord? 
-  Yaxşı yadıma düşdü, bir dənə də qəribə bir şey vardır. 
-   Doğrudan? 
-   Baş  Nazir Çarinq Krossdan  yola düşəndən sonra onun maşını 
geri  qayıtmayıb.  Polis    O”Mafinin  axtarışı  haqqında  dərhal 
məlumat vermişdir. Maşın alman agentlərinin həmişə keçirdikləri 
iclas yeri olan “Soho” restoranının qarşısında tapılıb. 
-   Bəs sürücü? 
-   Sürücü isə heç yerdə tapılmayıb. O, da yoxa çıxıb. 
-    Deməli,  -  Puaro  fikirli  halda  dilləndi-  yoxa  çıxmış  iki  nəfər: 
Fransada  Baş  Nazir,  Londonda  isə  O”Marfi.  Sonra  Puaro 
ümidsiz halda əlini yellədən  Lord Esteyrə nəzər saldı. 
-  Cənab  Puaro,  mən  ancaq  onu  deyə  bilərəm  ki,  əgər  dünən 
desəydilər  ki,  O”Marfi  satqındır,  mən  onu  deyən  adamın  üzünə 
sadəcə olaraq gülümsərdim. 
-   Bəs bu gün? 
-   Bu gün isə nə düşündüyümü bilmirəm. 


 
 
 
16 
    Puaro  ciddi  görkəmdə  başını  tərpətdi.  O,  yenidən  saatına 
baxdı. 
-  Mən  başa  düşürəm  ki,  cənablar,  bu  işdə  sərbəst  hərəkət  
etməliyəm.         
    Mən lazım gələn yerə necə olursa-olsun getməliyəm.  
-  Tamamilə,  sərbəst  hərəkət  edə  bilərsiniz.Bir  saatdan  sonra 
Doverə xüsusi qatar yola düşür. Qatarda Şotland Yard idarəsinin 
bir  qrup  işçiləri  də  gedəcək.  Sizi  müşaiyət  etmək  üçün  sizə  bir 
hərbi zabit və bir Cinayət Axtarışı İdarəsi işçisi veriləcək. Onlar 
tamamilə sizin sərəncamınızda olacaq. Bu kifayətdirmi? 
- Tamamilə. Bağışlayın, getməmişdən əvvəl bir sualıma da cavab 
verin,  cənablar.  Sizi  mənim  yanıma  gəlməyə  nə  məcbur  etdi? 
Axı, sizin bu böyük Londonda mən naməlum bir adamam. 
-  Biz,  ancaq  sizi  axtardıq,  çünki  siz  öz  ölkənizin  böyük 
oğlusunuz, bizə sizin haqqınızda belə zəmanət vermişdilər. 
-  Nə?  Çox  güman  ki,  köhnə  dostum  polis  komissarı  mənim 
haqqımda sizə məlumat vermişdir. 
     Lord Esteyr başını silkələdi. 
-    Ondan  da  böyük  birisi.Bir  dəfə,  Belçikada  dediyiniz,  o  sözü 
yenidən  işlədəksiniz  -  qanun!  Bu  söz  İngiltərə  üçün  də  ən 
müqəddəs sözdür! 
     Puaronun  əli  havada  yelləndi  və  dramatik  tərzdə  onlarla 
xudahafizləşdi. 
-    Arxayın  olun,  cənablar!  Ancaq  müəllimim  unutmur  ki,  mən, 
Herkuli  Puaro  ona  sədaqətlə  xidmət  edəcəyəm.  Bu  iş  isə  çox 
qaranlıqdır, hələlik işıq ucu görünmür. 
-    Yaxşı,  Puaro,  -  deyə  nazirlər  otağı  tərk  edəndən  sonra  mən 
səbirsizliklə ucadan dilləndim. - Nə düşünürsən? 
     Dostum  cəld  hərəkətlərlə  çamadanını  qablaşdırmaqla  məşğul 
idi. O, fikirli halda başını yırğaladı. 
-  Nə  düşündüyümü  bilmirəm.  Hələlik  düşüncülərim  çox 
qarmaqarışıqdır. 
-     Nə üçün, əvvəl  dediyin  kimi, bu, uşaq-muşaq işinə bənzəyir. 
Başını bir balaca silkələsən, hər şey düzələr,- deyə fikrə getdim. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə