Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 
 
 
35 
    Mən  belə  qərara  gəldim  ki,  o,  iki  qohum-dayı  və  bacı  oğlu 
arasındakı  dəqiq  məbləği  aydınlaşdırmağa  çalışırdı.  Mister 
Vavasour  anlaşılmaz  qısa  cavablar  verirdi.  Onun  bacısı  oğlu 
bankın  inanılmış  xidmətçiləri  idi.  Pul  sarıdan  heç  bir  korluq 
çəkməmişdi.  O,  keçmişdə  də  buna  oxşar  missiyada  etibarlı  yer 
tutmuşdu.  Axırda  biz  onlarla  nəzakətlə  xudahafizləşib  bayıra  
çıxdıq. 
-  Mən aldadılmışam, - deyə Puaro küçəyə çıxan kimi dilləndi. 
-  Sən elə ümid edirdin ki, daha artıq bir şey əldə edəcəkdin? 
   Onlar çox darıxdırıcı qocalar idi. 
-  Onların  darıxdırıcı  qoca  olması  məni  aldatmır,  dostum.  Sənin 
sevdiyin bədii ədəbiyyatlarda olduğu kimi, mən gözləməzdim ki, 
bankda qartal baxışlı, kobud bir adamla rastlaşam. Xeyr, mən bir 
balaca aldadılmışam, bu çox asandır! 
- Asandır? 
-  Bəli,  siz  bilirsiniz  ki,  bu  uşaq  sadəliyi  qədər  mənim  üçün 
asandır. 
 - İndi siz istiqrazların kimin tərəfindən oğurlandığını bilirsiz? 
 - Bəli, bilirəm. 
 - Ancaq, sonra biz... 
 -  Həyəcanlanma,  özünü  dolaşığa  salma,  Hastinqs.  Biz  hələlik 
indi heç bir şey etməyəcəyik. 
 - Nə üçün? Nəyi gözləyirik? 
 -“Olimpiya”nı  gözləməliyik.  O,  Nyu-Yorkdan  çərşənbə  axşamı 
qayıdacaq. 
 -  Əgər  istiqrazları  oğurlayanı  bilirsənsə,  nə  üçün  gözləmək 
lazımdır? Axı, bu müddət ərzində oğru aradan çıxa bilər. 
-  Cənub  dənizi  adasına  qaçacaq?  Orada  canini  tutmurlar?Xeyr, 
dostum,  o,  orada  da  xoşagəlməz  həyat  sürəcək.  Nə  üçün 
gözləyirəm.  Ona  görə  ki,  inspektor  Mk  Neyl  bir  neçə 
məlumatdan  sonra  bu  işə  xitam  verəcək.  Bəli,  indi  başqalarının 
mənafeyi naminə  gözləyirəm. Ona görə gözləmirəm ki, rəhimdil 
Allah məni bu işə görə mükafatlandıracaq! 


 
 
 
36 
 -  Aman  Allah,  Puaro!    Bilirsiniz,  mən  sizə  lazımi  qədər  pul 
verərdim ki, özünüzün bu gülünc vəziyyətinizi görə biləsiniz. Siz 
şöhrətpərəstliyi necə də qarışdırırsınız! 
 -  Özündən  çıxma,  Hanstinqs.  Həqiqətən,  bəzi  vaxtlar  siz  mənə 
hətta,  nirfət  edirsiniz!  Axı,  mən  bu  böyük  cəzalardan  əzab 
çəkirəm! 
    Puaro  bərkdən  öskürdü,  onun  sifətində  komik  bir  ifadə 
gördüm.Gülməyimi güclə saxladım. 
    Çərşənbə  axşamı  biz  London  və  Şimal  Qərb  Dəmiryol  
/L.Ş.Q.D
/  qatarın  biri  ilə,  yumuşaq  bir  kupedə  Liverpula  yola 
düşdük. 
Puaronun 
şübhələri 
mənim 
düşündüklərimi 
inadkarcasına  rədd  edirdi.  Onun  müəmmalı  hərəkətləri  və 
ifadələri  məni  də  çaşbaş  salmışdı.  Mübahisə  etməyə  etinasızlıq 
göstərir, marağımı gizlətməyə çalışırdım. 
   Biz  “Atlantik”  laynerinin  durduğu  sahilə  gəldik.  Puaro 
həyəcanlı  və  çevik  görünürdü.  Bizim  işimiz  dörd  nəfər 
bələdçidən  müsahibə  almaq  və  ayın  23-  də  Nyu-Yorka  getmiş 
Puaronun “dostu” haqqında məlumat almaqdan ibarət idi. 
   Yaşlı, gözünə eynək taxmış, əlil bir centlmen güclə kayutundan 
bayıra çıxdı. 
    Mister  Ventnorun  hündür  qaməti  K-  24  rəqəmi  yazılmış 
kayutun  astanasında  göründü.  Keçən  dəfə  bu  kayutada  Filip 
Ricvey  getmişdi.  Puaronun  şəxsən  Mister  Ventnorun  özünü 
görməsinə  baxmayaraq,  o,    hansı  bir  nəticəyə  gələcəyini  hələ 
bacarmırdı.    Bütün  bunlar  məni  həddindən  artıq  hövsələdən 
çıxarırdı. 
-  Deyin  görüm,-  deyə  əsəbi  halda  qışqırdım,  -  siz  Nyu-Yorka 
çatanda gəmini ilk dəfə bu centlmen tərk etmişdi? 
   Gəmi xidmətçisi başını qaldırdı. 
- Xeyr, ser. O, gəmidən düşənlərdən lap axırıncısı idi. Mən dilxor 
halda bayıra çıxdım. Gördüm ki, Puaro dişlərini ağardaraq mənə 
baxır.  O,  xidmətçiyə  təşəkkür  edib,  ona  bir  bank  çeki  verdi. 
Sonra biz oradan ayrıldıq. 
-  Bu çox yaxşı oldu,- deyə mən coşqun bir tərzdə dilləndim. 


 
 
 
37 
-  Ancaq  bu  sonuncu  cavab  sizin  nəzəriyyənizi  elə  bil  ki, 
lənətlədi! 
-   Hastinqs, siz bir qayda olaraq heç bir şeyi görə bilmirsiniz. Bu 
sonuncu cavab mənim nəzəriyyəmin tamamilə əksini təşkil edir. 
    Mən ümidsiz halda əllərimi yellətdim. 
-   Mən bunu  rədd edirəm. 
    Biz  yenidən  qatarda  Londona  tərəf  sürət  götürdük.  Puaro  bir 
neçə dəqiqə olardı ki, apardığı işlərin nəticələrini qeyd edirdi. O, 
işini qurtardıqdan sonra yazdıqlarını zərfə qoyub möhürlədi. 
-  Bu  məktub  inspektor  MkNeyl  üçündür.  Bu,  Miss  Esmi 
Farkuharın  “Rendezvous”  restoranında  bizim  şərəfimizə  təşkil 
edəcəyi nahar üçündür. Biz məktubları Şotland Yardını keçərkən 
yola salmalıyıq. 
-   Ricvey haqqında nə düşünürsünüz? 
-  Onun haqqında? – deyə Puaro gözlərini döyərək soruşdu. 
-  Nə üçün siz düşünmürsünüz ki, ... Siz bacarmırsınız ki,... 
-  Hastinqs, sizin vərdişləriniz rabitəsiz inkişaf edir. Mən hər bir 
fakt 
üzərində 
düşünürəm. 
Əgər 
istiqrazları 
Ricvey 
oğurlamamışsa, bu işin yaxşı  nəticə verəcəyinə tamamilə zəmin 
yaradır. Bu işin bir tərəfidir. 
-  Ancaq, bu, Miss Farkuhar üçün yaxşı olmayacaq. 
-  İmkan  daxilində  siz  haqlısınız.  Hastinqs,  gəl  indi  də  bu  işi 
birlikdə  araşdıraq.  Mən  görürəm  ki,  siz  bu  işə  elə-belə  rəng 
verirsiniz. Miss Farkuharın dediyinə görə surquclanmış bağlama 
sandıqdan  yox  olub,  açıq  havaya  buxarlanıbdır.  İndi  biz    elm 
aləmində  hal-hazırda  təcrübədən  keçirilməyən  seyrək  hava 
nəzəriyyəsi  haqqında  düşünməli  olacağıq.  Hər  bir  adam  onun 
sahildə xoşagəlməz kontrabanda ilə məşğul olduğunu təsdiq edə 
bilər ki,... 
-   Bəli, ancaq biz bilirik ki,... 
-  Siz  bilirsiniz,  Hastinqs.  Mən  isə  bilmirəm.  O  şey  ki, 
ağılagəlməzdir mən qəti qərara gəlirəm ki, onun mövcudluğu da 
heç  mümükün  deyildir.  Bu  işdə  iki  çıxış  yolu  qalır.  Biri 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə