Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
 
17 
-  Bağışla,  dostum,  mən  heç  də  elə  demədim.  Bu  uşaq 
oğurlanması işinə daha yaxındır. 
 -   Nə üçün? 
 -    Çünki  qeyri-adi  hay-küy  yaranır.  Nazir  yenidən  üzə  çıxacaq, 
yoxsa  yox?  O,  öldürülüb,  yoxsa  sağdır?  Bunu  heç  kəs  bilmir. 
Müəyyən  bir  iş  görməyincə,  bu  haqda    heç  bir  şey  söyləyə 
bilməyəcəyəm.  Sənə  dediyim  kimi,  naməlum  hay-  küylər  buna 
mane  olur.  Bu  hay-  küylərin  əsas  iştirakçıları  almanlardır.  Əgər 
Naziri  haradasa,  gizli  yerdə  saxlayırlarsa,  onda  hər  iki  tərəf  
konfransda  öz  istəklərinə  nail  olmağa  çalışacaqdır.  Alman 
hökuməti liberal kassir deyildir. O, bu işdə şübhəsiz ki, istənilən 
qədər pul buraxa bilər. Onlar Naziri öldürməyə risk etməzlər,onu 
sadəcə olaraq oğurlamaq qərarlaşdırılıb. 
-  Onda,  əgər  belədirsə,  nə  üçün  əvvəlcə  ona  atəş  açmağa 
çalışıblar? 
     Puaro əsəbi halda əl-qolunu atdı. 
 -  A,  indi  mənim  də  başa  düşmədiyim  budur.  Bu 
anlaşılamazlıqdır,  alçaqlıqdır.  Onlar  Naziri  oğurlamaq  üçün 
bütün  imkanlardan  istifadə  ediblər.  Kinoda  olduğu  kimi  hələ 
onlar  melodramik  hücum  təhlükəsinə  tamamilə  məruz 
qalmayıblar. Buna inanmaq qeyri mümkündür. Necə ola bilər ki, 
Londonun  iyirmi  mil  yaxınlığında  maskalı  quldurlar  öz 
istəklərinə belə asanlıqla nail ola bilsinlər! 
 -  Ola  bilsin  ki,  onlar  ayrı-ayrılıqda  tamamilə  başqa  iki  qrup 
olublar,  bir  -  birlərinə  qarşı  hörmətsizlik  ediblər,  -  deyə  mən 
təklif etdim. 
-  Xeyr, bu həddindən artıq uyğunsuzluq olardı! Onda bəs satqın 
kimdir? İlk cəhd göstəriləndə, orada kimsə satqın olubdur. Ancaq 
o, kim olmuşdur:- Daniyel, yoxsa O”Marfi? Bu iki nəfərdən biri 
olmalı  idi.  Maşın  nə  üçün  əsas  yoldan  çıxıbdır?  Biz  ona  şübhə 
edə bilmərik ki, Baş Nazir öz qəsdinə imkan yaratsın! Bunu  
O”Marfi özü edib, yoxsa Daniyel ona belə etməyi tapşırıbdır? 
-  Yəqin ki, bu O”Marfinin işidir. 


 
 
 
18 
-  Bəli,  əgər  Daniyel  olsaydı,  Baş  Nazir  onun  verdiyi  əmri 
eşidərdi və bu halda o, da əsas yoldan çıxmağın səbəbini soruşa 
bilərdi.  Ancaq  bu  işdə  bir-birinə  zidd  olan  həddindən  çox  “nə 
üçün”lər vardır. Əgər O”Marfi vicdanlı adamdırsa, nə üçün əsas 
yoldan çıxıbdır? Yox əgər vicdansızdırsa, nə üçün iki atəş açılan 
kimi  maşını  dərhal  yenidən  işə  salıbdır,  şübhəsiz  bu  da  Baş 
Nazirin həyatını xilas edibdir? Bəs, əgər o, vicdanlı adam idisə, 
nə  üçün  Çarinq  Krossu  dərhal  tərk  edərək  maşını  birbaş  alman 
casuslarının yığışdığı yerə sürmüşdür? 
-   Bu bir az yaxşı çıxmır,- mən dedim. 
 -  Gəl,  bu  işə  metodik  baxımdan  yanaşaq.  Bu  iki  adama  qarşı 
bizdə  hansı  bəraətləndirici  əsas  vardır?  Gəl,  əvvəlcə  O”Marfini 
götürək.  Ona  qarşı  mənfi  əsaslar:  onun  əsas  yolu  tərk  etməsi, 
İrlandiyanın Kral Qraflığından olması; naməlum vəziyyətdə yox 
olması.  Bəraətləndirici  faktlar:  onun  Baş  Nazirin  həyatını  xilas 
etməyə cəhd göstərməsi; Şotland Yard işçisi olması; həm də ona 
inanıb  belə  bir  postu  tutmağa  zəmanət  verilməsi.  İndi  isə 
Daniyelə  qarşı  göstərilən  mənfi  faktorlara  nəzər  salaq:  ona  əks 
olan o qədər də mənfi fakt yoxdur. Yeganə fakt onun əsl İngilisə 
məxsus  çoxlu dil bilməsidir! /Bağışla,  mon ami*, ancaq siz bir 
dilçi kimi fərsizsiniz!/  İnandırıcı fakt isə onun ağzı bağlı halda 
sərhəd  yaxınlığında  tapılmasıdır,  baxmayaraq  ki,  bu  işdə  onun 
əlindən heç şey gəlməmişdi. 
-  O, şübhəni özündən kənar etmək üçün özü, öz ağzını bağlaya 
bilərdi.- Puaro başını yellədi. 
-  Bu cəhətdən Fransa polisi səhv etməzdi. Bundan başqa, o, bir 
dəfə də öz vəzifəsini yerinə yetirmişdi; Baş Nazirin həyatını xilas 
etmişdi. Mən düşünürəm ki, Daniyelin ağzının xloroformlu əski 
ilə  bağlanması  ilə  onlar  hansı  məqsədi  yerinə  yetirməyə  ümid 
bəsləyiblər.  İndi  Baş  Nazir  üzə  çıxana  kimi,  o,  hər  nə  desə, 
inandırıcı görsənə bilər. 
 Ola bilsin ki, o, polisin yalnış izə düşdüyünə ümid edib? 
-    Onda  bəs,  o,  nə  üçün  belə  etməyib?  O,  deyir  ki,  nəsə  bir  şey 
mənim ağzımı və burnumu tutdu, daha sonra heç bir şey xatırlaya 


 
 
 
19 
bilmirəm.  Onda heç bir yalnış iz  yoxdur. Bu həqiqətə tamamilə 
uyğun gəlir. 
-  Yaxşı,-  deyə  divardakı  saata  nəzər  saldım.  –  Mən  güman 
edirəm ki, vağzala yola düşsək, daha yaxşı olar. Sən Fransada bu 
tapmacaya daha çoxlu cavablar tapa bilərsən. 
-  Mümkündür, dostum, ancaq mən buna şübhə edirəm. Mən Baş 
Nazirin  göstərilən  o  ərazidə  tapılmasına  hələlik  inanıram.  Onun 
orada  gizlədilməsi  qorxulu  olmalı  idi.  Əgər  hər  iki  ölkənin 
hərbiçiləri  və  polisləri  onu  tapa    bilməsələr,  onda  bəs  mən  nə 
edəcəyəm? 
    Bizi Çarinq Krossda Mister Doc qarşıladı. 
-  Bu, Şotland Yard təhqiqatçısı Barnes, bu isə mayor Normandır.  
*Mon ami - əziz dostum 
-  Onlar  sizin  sərəncamınızda  olacaqlar.  Yaxşı  yol  sizə!  Bu  çox 
çətin  işdir,  ancaq  mən  buna  o  qədər  də  ümid  bəsləmirəm.  İndi 
yola düşülməlidir,- deyə Nazir sürətlə onlardan uzaqlaşdı. 
    Biz  Mayor  Normanla  bir  az  ordan-burdan  çərənlədik.  Mən 
platformada  bir  qrup  adamların  arasında  dayanıb  söhbət  edən, 
ucaboylu,  xoş  görkəmli  xəfiyyəni  dərhal  tanıdım.  O,    Puaronun 
köhnə  tanışı,  Axtarış  İnspektoru  Çəp  idi.  Çəp,  Şotland  Yard 
zabitləri arasında ən ağıllı işçilərdən biri hesab olunurdu. O, bizə 
yaxınlşadı və dostumu gülərüzlə salamladı. 
 Mən eşitdim ki, siz də bu işlə məşğulsunuz. Üzücü işdir. Uzaq 
olmasına baxmayaraq,  
yaxşı məlumat alıblar, ancaq mən inanıram ki, cinayətkarlar onu 
uzun  müddət  gizlədə  bilsinlər.  Adamlarımız  Fransaya  əliboş 
gedirlər.  Bəs  Fransızlar?  Mən  bu  işdə  onların  bizə  nəsə  bir 
kömək edəcəklərinə ümid bəsləmirəm. 
-    Əgər,  o  sağ  olarsa?  -  ucaboylu  bir  xəfiyyə  tutqun  halda  qeyd 
etdi. 
-   Bəli, ancaq mən hiss edirəm ki, o sağdır. - Puaro təsdiq etdi. 
-    Bəli,  bəli.  O  sağdır,  ancaq  o  vaxtında  tapıla  biləcəkmi?  Mən 
sizin  fikrinizlə  tamamilə  şərikəm.  Onun  uzun  müddət 
gizlədilməsinə mən də inanmadım. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə