Aqata Kristi Baş nazirin oğurlanması


      Fit  verildi  və  biz  hamımız  Pulman*    /hər  cür  rahatlığı  olan



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 
 
 
20 
    Fit  verildi  və  biz  hamımız  Pulman*    /hər  cür  rahatlığı  olan 
hərbi  maşın/  maşınına  doluşduq.  Sonra  maşın  asta-asta 
stansiyadan uzaqlaşdı. 
    Bu  çox  gülünc  səyahət  idi.  Şotland  Yard  işçiləri  bir  yerə 
yığışımışdılar.  Şimali  Fransanın  xəritəsi  onların  qarşısında 
açılmışdı.  Xəritədə  göstərilən  hər  yol,  hər  kənd  üzərində 
barmaqlar gəzişirdi. Hər kəs öz nəzəriyyəsini irəli sürüdü. Puaro 
isə sakitcə oturub bu mənzərəni seyr edirdi. Onun üzünün ifadəsi 
qəzəbdən tutulmuş uşağın sifətini xatırlatdı mənə. Mən zarafatcıl 
Normanla  həmsöhbət  olmuşdum.  Puaro  Doverə  yola  düşəndən  
bəri, mən də özümə həmsöhbət axtarmağa məcbur oldum, çünki 
o,  nə  dinir,  nə  danışırdı.  İndi  onun  davranışı  anasından  ayrı 
düşmüş  quşa  bənzəyirdi.  O,  qayığa  minəndə  ümidsiz  halda 
qolumdan tutdu. Güclü külək əsirdi. 
-  Aman allah! - Puaro gileyləndi. – Bu dəhşətdir. 
-  Özünü ələ al, Puaro, - deyə mən ona təsəlli verdim. 
-  Sən  müvəffəqiyyət  qazanacaqsan.  Sən  onu  tapacaqsan.  Mən 
buna əminəm. 
-  Ah,  dostum,  sən  mənim  emosiyamı  səhv  başa  düşürsən.Bu 
yaramaz dəniz məni incidir! Mal de-mer*(dəniz xəstəliyi) - Bu 
zəhrimara qalmış qorxulu şeydir! 
-  O-o! –  dedim.  
    Əvvəl  ürəyin  vurması  eşidildi,  Puaro  inildədi  və  gözlərini 
yumdu. 
-  Mayor  Normanda  Şimali  Fransanın  xəritəsi  var,  baxmaq 
istədrin? 
    Puaro narahat halda başını yırğaladı. 
-  Yox, yox! Məni tək burax, dostum. Sən bax, fikirləş, mədə və 
beyin harmoniyada olmalıdır. 
-  Mal de-merin qarşısını almaq üçün Laverquyern əla bir metodu 
var.Əvvəlcə nəfəs alırsan, sonra yavaş-yavaş nəfəsini buraxırsan, 
başını  soldan  sağa  döndərirsən,  hər  nəfəs  alanda  altıya  kimi 
sayırsan. 


 
 
 
21 
    Mən  Puaronu  gimnastika  ilə  məşğul  olduğu  halda  tərk  edib 
göyərtəyə getdim. 
    Biz  asta-asta  Buloyn  Harba  daxil  olanda  Puaro  göründü.  O, 
gülərək  astadan  qulağıma  pıçıldadı  ki,  Laverquyerin  metodu 
onun üçün  uğurlu olmuşdur. 
    Çəpin barmağı hələ də xəritənin üstündə müxtəlif “marşrutlar” 
da hərəkət edirdi. 
-  Cəfəngiyyat!  Maşın  Buloyndan  yola  düşüb.  Burada  onlar 
ayrılıblar. İndi, mənə elə gəlir ki, onlar Baş Naziri başqa maşına 
keçiriblər. Görürsən? 
-  Yaxşı,-  ucaboylu  xəfiyyə  dilləndi.  –  Mən  bütün  limanları 
axtaracağam.  Məlumata  görə  birə  on  dəqiqə  qalmış  onlar    bir 
gəmiyə kontrabanda şeyləri yığmışdılar. 
     Çəp başını silkələdi. 
-  Aydındır.  Dərhal  bütün  limanları  bağlamaq  üçün  əmr 
verilmişdir. 
     Səyahətimiz  başa  çatanda  Mayor  Norman  Puaronun  qoluna 
toxunaraq dedi: 
-    Ser, sizi burada bir hərbi maşın gözləyir. 
-    Təşəkkür  edirəm,  müsye.  Ancaq  mən  Buloynu  tərk  etməyi 
məsləhət görmürəm. 
-    Nə? 
-    Xeyr, biz sahildəki bu mehmanxanaya girəcəyik. 
     Onun 
sözü 
ilə 
hərəkəti 
bir-birini 
tamamlayırdı, 
mehmanxanada  ayrıca  bir  otaqda  qalmasını    tələb  edirdi.  Biz 
üçümüz  tutulmuş  və  çaşqın  halda  onun  arxasınca  getməyə 
məcbur olduq. 
     O, bizə  isindirici bir nəzərlə baxdı. 
-   Sizcə, yaxşı xəfiyyə həmişə belə hərəkət etməlidir? Mən sizn 
fikrinizi  başa  düşürəm  və  aydınca  dərk  edirəm:  yaxşı  xəfiyyə 
enerjili, yorulmaz olmalıdır. O, özünü tozlu yollarda  əyilib təkər 
izlərinə  baxmağa  məcbur  etməlidir.  O,  siqarət    kötüklərini 
yığmalıdır, yerə düşmüş kibriti qaldırmalıdır? O sizin fikrinizdir, 
elə deyilmi? 


 
 
 
22 
   Onun gözləri bizi nəyəsə çağırırdı. 
- Ancaq mən – Herkuli Puaro – sizə deyirəm ki, bu belə deyildir! 
Həqiqətin açarı buradadır! – deyə o, alnını döyəclədi. 
-  Görürsünüz,  mən  Londonu  tərk  etməyə  ehtiyac  duymuram. 
Mənim üçün oradakı otağımda oturmaq da kifayət edirdi. Çünki 
bu  işlərin  həlli  zamanı  qarşıya  çıxan  çətinliklər  yolunda  çürük 
sədd  ola  bilər.  Mən  qəflətən  xəritəni  tələb  edənə  kimi  oğrular 
sakitcə  və  gizlicə  öz  işləri  ilə  məşğul  olacaqlar.  Və  mən  işarə 
barmağımı  bir  nöqtəyə  qoyub  deyəcəyəm:  Baş  Nazir  oradadır! 
Və  bu  belədir!  Metod  və  məntiqlə  bir  şeyi  həll  etmək  olar! 
Fransaya    edilmiş  bu  yürüş  yalnış  idi.  Bu  uşaqların  gizlənpaç 
oyununa bənzəyirdi.  Ancaq indi, çox gec olmasına baxmayaraq, 
mən bu işi daxildən işıqlandıracağam, dostlar məni bağışlayın. 
    Beş  saat  olardı  ki,  o,  hərəkətsiz  oturmuşdu,  gözləri  pişik 
gözlərini  xatırladırdı.  Onun  yaşıl  gözləri  get-gedə  parlayır, 
parladıqca  rəngi  daha  da  tünd  yaşıla  çevrilirdi.  Şotland  Yard 
işçisinin  nifrətli  baxışları,  Mayor  Normanın  narahatlığı  və  
çəkdiyi  daxili  əzablar  aydınca  hiss  olunurdu.  Mən  özüm  isə 
saatlar ötdükcə darıxmağa başladım. 
    Nəhayət,  mən  ayağa  qalxdım,  bacardıqca  səssiz  pəncərəyə 
yaxınlaşdım  və  içərisində  Britaniya  əsgərləri  olan,  Fransadan 
İngiltərəyə üzən gəminin arxasınca baxdım. 
    Birdən Puaronun səsinə diksindim. 
-   Dostlar, gəlin yola düşək! 
    Mən  geri  döndüm.  Dostumu  qeyri-adi  vəziyyətdə  gördüm. 
Onun  gözləri  həyəcandan  od  tutub  yanırdı.  Sinəsi  körük  kimi 
qalxıb-enirdi. 
-  Mən  yüngül ağıllı olmuşam, dostlar! Ancaq deyəsən, işıq ucu 
görürəm. 
    Mayor Norman qapıya tərəf tələsdi. 
-   Maşın çağırım. 
-    Lazım  deyil,  mən  ondan  istifadə  etməyəcəyəm.  Allaha  şükür 
ki, külək dayanıb. 
-   Ser, piyada getmək fikrindəsiniz? 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə