Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 
 
 
51 
şeylərə inanmıram. Belə olan halda, niyə axı təkcə mən bu lənətə 
gəlmiş qışqırtını eşidirəm? 
-      Hə,  deməli,  belədir;  hələlik  indi  biz  bunu  söyləyə  bilmərik. 
Elə  adamlar  var  ki,  onlar  başqalarının  görmədiyi  və  eşitmədiyi 
şeyləri  görür  və  eşidirlər.  Biz  bunu  bilmirik.  Həmin  adamlar 
fövqəlada  bir  qabiliyyətə  malik  olduqlarını  anlamır  və  belə 
güman edirlər ki, onları qara basır – lap elə sizin kimi. Şübhəsiz, 
bir  gün  gələcək  ki,  biz  sizin  qışqırtını  eşitməyiniz,  mənim  və 
qızın eşitməməyimizin də səbəbini öyrənəcəyik.  Hər şeyə təbiət 
qanunları  hökmdardır.  Hazırda  bizim  qeyri-adi  sandığımız 
hadisələr  əslində  heç  də  qeyri-adi  deyil.  Şüurumuzda, 
psixikamızda  baş  verən  hadisələrə  cavab  tapmaq  hələ  çox 
çətindir. 
-  Bəs indi mən nə edim? – Cek soruşdu. 
   Lavinqton güldü: 
- Yaxşı, mənim gəşəng dostum, yaxşıca səhər yeməyinizi yeyib, 
gedin  şəhərə.  Çalışın  ki,  başa  düşmədiyiniz  şeylər  haqqında 
düşünməyəsiniz.  Mən  isə  bir  sıra  şeyləri  aydınlaşdırmalıyam. 
Cek,  növbədə  arxamızdakı  kottec  haqqında  məlumat  toplamaq 
lazımdır. Mən əminəm ki, sirrin açarı oradadır. 
    Cek ayağa qalxdı: 
-  Yaxşı, ser. Mən hər şeyə hazıram, ancaq deyirəm ki... 
-   Bəli? 
    Cek utandığından qızardı və dodaqaltı mızıldadı: 
-  Əminəm ki, qızın bu işdə əli yoxdur. 
    Lavinqtonun kefi açıldı: 
-  Siz  mənə  onun  necə  gözəl  bir  qız  olduğu  barədə  heç  nə 
deməmisiniz! Yaxşı, kefinizi pozmayın. Zənnimcə, qızın bu sirrə 
heç bir dəxli  yoxdur. Hər nə olubsa, qız bura köçməzdən əvvəl 
olub. 
    Cek  həmin  axşam  evə  qayıdıb,  böyük  səbirsizliklə  yeni 
xəbərlər  gözləyirdi.  İndi  o,  Lavinqtona  kor-koranə  inanırdı. 
Həkimin  bütün  əhvalatı  təbii  bir  hal  kimi  qəbul  etməsi,  özünü 
çox sakit və təmkinli aparması Cekə böyük təsir bağışlamışdı. 


 
 
 
52 
    Cek  nahar  etmək  üçün  aşağı  enəndə  gördü  ki,  təzə  dostu 
salonda  onun  yolunu  gözləyir.  Həkim  təklif  etdi  ki,  onlar  bir 
stolda nahar edəcəklər. 
    Cek narahat halda soruşdu: 
-   Təzə bir xəbər varmı, ser? 
     Mən  kottec  barəsində  hər  şeyi  əldə  etmişəm.  Əvvəllər  bu 
kottecdə  qoca  bağbanla  arvadı  qalırmış.  Sonradan  qoca  ölmüş, 
arvadı  isə  qızının  yanına  köçmüşdür.  Daha  sonra  kottec  bir  
inşaatçının əlinə keçmiş və o, evi şəhərdə yaşayan bir centlmenə 
satmışdır.  Həmin  centlmen  kottecdə  yalnız  istirahət  günlərini 
keçirirmiş.  Bir  il  bundan  əvvəl  isə  ev  Terner  familiyalı  şəxsə 
satılmışdı.  Onlar  ər-arvad  idilər.  Deyirlər  ki,  onlar  çox  qəribə 
adamlarmış.  Kişi  ingilis  imiş,  arvadının  isə  bir  tərəfi  deyilənə 
görə,  rus  imiş,  həm  də  hədsiz  gözəl  imiş.  Onun  gözəl,  eqzotik 
baxışları  varmış.  Onlar  çox  sakit  həyat  keçirir,  heç  kəslə 
görüşmür,  kottecin  bağından  qırağa  belə  çıxmırmışlar.  Yerli 
camaatın  yaydığı  şaiyəyə  görə,  onlar  nədənsə  qorxurlarmış. 
Amma mənim buna inanmağım gəlmir. 
    Və günlərin birində onlar gözlənilmədən yığışıb gedirlər və bir 
daha qayıtmırlar. Az sonra mister Terner Londondan göndərdiyi 
məktubda yerli vəkillərdən xahiş edir ki, kotteci mümkün qədər 
tez  satsınlar.  Ev  əşyaları  satıldıqdan  sonra,  kotteci  mister 
Maumverer  alır.  Ancaq  o  da  bu  evdə  ikicə  həftə  yaşadıqdan 
sonra, onun satılması haqda elan verir. Kottecdə indi yaşayanlar, 
vərəmli fransız professoru və onun qızıdır. Onlar cəmi on gündür 
ki, buraya köçüblər. 
    Cek deyilənləri sakitcə dinlədi və axırda dedi: 
-    Bütün  bunlar  bizi  sirrin  açılmasına  zərrə  qədər  də,  kömək 
etmir, elə deyilmi? 
     Lavinqton sakit bir tərzdə dedi: 
-    Məni  ən  çox  Ternerlər  maraqlandırır.  Əgər  xatirinizdədirsə, 
mən  dedim  ki,  onlar  sübh  tezdən  çıxıb  gediblərmiş.  Mən  belə 
güman  edirəm  ki,  onların  getməyini  heç  əməlli-başlı  görən  də 


 
 
 
53 
olmayıb.  Mister Terneri  sonralar   görüblər, lakin missis Terneri 
hələ gördüm deyən olmayıb. 
    Cekin rəngi qaçdı: 
-   Bu ola bilməz... yəni deyirsiniz ki... 
-   Cavan oğlan, həyəcanlanmayın. Hər bir kəsin ölüm ayağında- 
xüsusən  zorakı  ölüm  ayağında  -  ətraf    mühitə  təsiri  çox  güclü 
olur. Çox güman ki, bu təsir ətraf aləmə  sirayət edir və sonradan 
müvafiq dalğada qurulmuş qəbulediciyə ötürülür- bu halda sizin 
qəbul etdiyiniz kimi. 
-   Bəs nə üçün, mən? – Cek çılğınlıqla etiraz etdi. 
-    Siz  hər  hansı  bir  fövqəl  qüvvəyə  kor-  koranə  və  mexaniki 
şəkildə  deyil,  onu  məqsədyönlü  şəkildə  qəbul  etməyə  çalışırsız. 
Mən özüm isə bunlara o qədər də inanmıram. Həyatda elə şeylər 
baş  verir  ki,  hiss  edirsən  ki,  bu  gün  gördüyün  hər  hansı  bir 
hadisəni  eyni  ilə  nə  vaxtsa  görmüsən.  Baş  vermiş  hadisələrin 
bəziləri həqiqətə tamamilə uyğun gəlir, yəni eyni bir vaxtda üst-
üstə  düşür.  Başqa  bir  fövqəltəbii  qüvvə  yeraltı    təkanların  baş 
verməsidir  ki,  bu  barədə  də  həmişə  məlum  olmayan  faktlarla 
rastlaşmalı  olursan...  Sizsə  hər  bir  şeyin  diqqətinə  varmağına 
çalışırsız. 
    Həkim  beyninə  girmiş  bu  axmaq  fikirlərdən  yaxa  qurtarmaq 
üçün təbəssümlə Cekə sarı döndü: 
-  Gəlin,  bütün    bu  axmaq  hadisələrdən  uzaq  olmağa  çalışaq,- 
deyə təklif etdi. 
    Cek  razı  oldu,  ancaq  qara  fikirlərdən  yaxa  qurtarmaq  o  qədər 
də asan deyildi. 
    Cek səhər yeməyindən əvvəl qolf oynuna bir həftə getmədi. 
    Gözlənilməz  bir  hadisə  əhvalatın  gedişinə  müəyyən  mənada 
təsir  etdi.  Günlərin  birində  evə  qayıdarkən  Cekə  cavan  bir 
xanımın onun yolunu gözlədiyini xəbər verdilər. O, cavan xanımı 
görəndə  həddindən  artıq  təəccübləndi.  Gələn,  Cekin  öz-özündə 
“bənövşə” adlandırdığı qız idi. Özü də çox əsəbi və narahat idi. 
-  Sizi  narahat  edib  yanınıza  gəldiyim  üçün  gərək  məni 
bağışlayasınız, cənab! Mənim sizə deyiləsi sözüm var. Mən... 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə