Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 
 
 
23 
-  Xeyr,  dostum,  mən  müqəddəs  Pyotr  deyiləm.  Mən  dənizi 
qayıqla üstün tuturam. 
-   Dənizi keçmək? 
-   Bəli, metodla işləmək üçün işi əvvəldən başlamq lazımdır. Bu 
işin  başlanğıcı  isə  İngiltərədədir.  Buna  görə  də  biz  İngiltərəyə 
qayıdırıq. 
     Saat  üçdə  biz  yenidən  Çarinq  Kross  platformasında 
dayanmışdıq. Puaroya göstərdiyimiz öyüd-nəsihətlər hamısı boşa 
çıxmışdı.  Dediyimiz  sözləri,  o,  bu  qulağından  alıb,  o  biri 
qulağından  buraxırdı.  Puaro  öz  dediyindən  dönən  deyildi.  O, 
vaxtı itirmədən işin başlanğıcına  doğru tələsirdi. 
     Yolda  o,  Normana  yavaşcadan  bildirmişdi  ki,  Doverdən 
teleqram  göndərsin.  Normana  xüsusi  tapşırıq  veriləndən  sonra 
biz  lazim  olan  yerə  vaxtında  çatdıq.  Londonda  bizi  böyük  bir 
polis  maşını  gözləyirdi.  Onlardan  biri    dostuma  bir  vərəq  yazılı 
teleqram  verdi.  O,  mənim  sualedici  baxışlarımı  dərhal  sezdi  və 
dedi: 
-  Londonun  qərbində  eyni  bir  radiusda  yerləşən  kənd 
mehmanxanalarının  siyahısıdır.  Bunun  üçün  Doverdən  teleqram 
vurmuşdum. 
    Bizim  maşın  London  küçələrində  sürətlə  şütüyürdü.  Biz  Bas 
Roudun,  Hammersmitin,  Cizikin  və  Brenfordun  yanından  ötüb 
keçdik.  Əsas  obyektimizi  görməyə  başladım.  Biz  Uindsordan 
birbaş Askota tərəf yollandıq. Ürəyim çırpınmağa başladı. Askot 
Daniyelin xalasının yaşadığı yer idi. Deməli, biz onun arxasınca 
gedirdik, bəs onda O”Marfi?! 
    Biz bir villanın darvazası qarşısında dayandıq. Puaro maşından 
hoppanıb düşdü, zəngi basdı. Mən sifətinə düşmüş işıq şüasında 
onun avazımış rəngini gördüm. Görünür o, hələ istədiyinə lazimi 
qədər  nail  olmamışdı.  Zəngə  cavab  verildi.  Puaro  içəri  daxil 
oldu.  Bir  az  keçəndən  sonra  o,  yenidən  göründü.  Puaro  maşına 
minəndə kəskin şəkildə başını silkələdi. Ümidlərim məhv olmağa 
başladı. İndi  saat beşə işləyirdi. 


 
 
 
24 
    Biz  Londona  tərəf  geri  qayıdanda,  bir  neçə  dəfə  baş  yoldan 
çıxmalı  olduq.  Hər  dəfə  tanış  olmayan  kənd  mehmanxanasının 
qarşısında  dayanır,  bir  neçə  dəqiqəliyə  Puaronu  gözləməli 
olurduq.  O,  çox  ləngimirdi,  hər  dayananda  onun  çöhrəsində 
özünə inam qığılcımları bərpa olunurdu. 
   O, Normana nəsə pıçıldadı və sonra ucadan dilləndi: 
-  Bəli,  əgər  siz  sol  tərəfə  dönsəniz,  onları  körpünün  yanında 
gözləyən görəcəksiniz. 
    Biz  yolun  o  biri  tərəfinə  döndük,  orada  bir  maşın  göründü. 
Maşının  yanında  sadə  geyimli  iki  nəfər  dayanmışdı.  Puaro 
maşından  düşdü  və  onlara  nəsə  dedi.  Sonra  biz  şimal  tərəfə 
istiqamət götürdük, həmin maşın da arxamızca gəlirdi. Biz xeyli 
gedib  Londonun  şimal  rayonlarından  birinə  çatdıq.  Nəhayət 
hündür  bir  binanın  qapısı  qarşısında  dayandıq.  Norman  və  mən 
maşında  qaldıq,  Puaro  və  başqaları  isə  qapıya  tərəf  gedib  zəngi 
basdılar.  Qapını  gözəl  görkəmli  bir  qız  açdı.  Xəfiyyələrdən  biri 
dedi: 
-    Mən  polis  işçisiyəm  və  bu  evi  axtarış  haqqında  göstərişim 
vardır. 
   Qız  ona  kiçicik  bir  nəzər  saldı.  Bu  zaman  onun  arxasından 
hündürboylu, orta yaşlı, şux görkəmli bir qadın göründü. 
-  Qapını ört, Elis. Onlar oğrudurlar. 
    Ancaq  Puaro  cəld  hərəkətlə  ayağını  qapıya  söykəyərək  fit 
verdi.  Dərhal  onu  gözləyən  xəfiyyələr  içəri  doluşdular,  qapı 
onların arxasınca bağlandı.  
    Norman və mən beş  dəqiqəyə  kimi  gərgin  vəziyyət  keçirdik. 
Nəhayət, qapı açıldı və üç məhbus- bir qadın və iki kişi göründü. 
Qadın və kişilərdən birini ikinci maşına mindirdilər. O biri kişini 
isə Puaro özü ilə bizim maşına gətirdi. 
-  Dostum,  mən  o  biri  maşınla  getməliyəm.  Ancaq  bu 
centlmendən muğayat ol. Sən onu tanımırsan? Yox? Yaxşı, onu 
sənə təqdim edərəm, Müsye O” Marfi!  
   O”Marfi!  Heyrətdən  ağzım  açıla  qalmışdı.  Biz  yenidən  yola 
düşdük.  Onun  əli  qandallı  deyildi,  ancaq  onun  aradan  çıxmağı 


 
 
 
25 
möcüzə  olardı.  O  heyrətlənmiş  və  pörtmüş  halda,  gözünü 
çəkmədən  bizə  baxırdı.  Hər  halda  Norman  və  mən  onun  üçün 
barıt çəlləyini odlayan kibritdən də artıq olardıq. 
   Bizim  hələ  şimala  doğru  getməyimiz  məni  təəccübləndirirdi. 
Bəs,  biz  Londona  qayıtmırıq?  Mən  çox  tutulmuşdum.  Birdən 
maşın  yavaşıdı,  mən  Hendon  aerodromunu  dərhal  tanıdım. 
Dərhal  da  Puaronun  fikrini  anladım.  O,  Fransaya  təyyarə  ilə 
uçmağa qərara almışdı. 
    Bu  bir  idmançı  fikrini  xatırladırdı,  ancaq  onun  üzündən  hiss 
olunurdu ki, bu işin hələ tam hissəsi deyildir. Teleqram daha tez 
ola bilərdi.  Vaxt isə gözləmirdi. O, Baş Naziri xilas etmək üçün 
şəxsən özü getməlidir. 
    Biz  dayanan  kimi  Mayor  Norman  maşından  yerə  hoppandı, 
onun  yerini  sadə  geyimli  bir  adam  tutdu.  O,  Puaro  ilə  bir  neçə 
dəqiqə məşvərət etdi, sonra cəld çıxıb getdi. Mən maşından yerə 
düşdüm və Puaronun qolundan tutdum. 
-  Səni  təbrik  edirəm,  qoca!  Onlar  sənə  gizlənmə  yerini 
söylədilər?  Ancaq,  bura  bax  ,  sən  dərhal  Fransaya  teleqram 
vurmalısan. Əgər sən özün getsən, gecikə bilərsən. 
    Puaro qəribə bir tərzdə, bir-iki dəqiqə mənə baxdı. 
-  Tərslikdən,  dostum,  bir  neçə  şey  vardır  ki,  onu  teleqramla 
göndərə bilmərik. 
    Bu  zaman  Mayor  Norman  mülki  geyimli  bir  təyyarəçi  zabiti 
ilə geri qayıtdı. 
-  Bu  sizi  Fransaya  aparan  kapitan  Lyaldır.  O,  dərhal    yola 
düşməlidir.  
-   Yun şal  isti  olar, ser,  -  deyə  gənc təyyarəçi  Puaroya müraciət 
etdi. – Əgər istəyirsinizsə, sizə bir palto da verə bilərəm. 
     Puaro saatını çıxarıb ona baxırdı. O, öz-özünə mızıldadı: 
-   Bəli, vaxtdır. Düz vaxtdır!  
     Sonra o, başını qaldırıb nəzakətlə gənc zabitə baxdı. 
-    Mən  sizə  təşəkkür  edirəm,  müsye.  Ancaq  sizin  sərnişin  mən 
olmayacağam. Sizinlə bu centlmen uçacaq. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə