Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 
 
 
29 
 -  Əgər  dəniz  xəstəliyi  və  Laverquyerin  uzun  müddət  apardığı 
təcrübənin  çətinliyi  olmasaydı,  mən  də  bu  böyük  laynerdə 
Kanalı**  keçib,  həvəslə  səyahətə  çıxardım,-  deyə  Puaro 
dodaqaltı  mızıldadı. 
-  Bəli,  doğrudur,  -  mən  dedim.  –  Bu  cür  təmtəraqlara  ancaq 
saraylarda  rast  gəlmək  olar;  üzmək  üçün  hovuz,  restoranlar, 
barlar,  palma  ağacları,  -  həqiqətən  də  bütün  bunların  dənizdə 
olmasına inanmaq çətindir. 
-  Mən dənizdə nə vaxt səyahətə çıxmağın lazım olduğunu yaxşı 
bilirəm,  -  deyə  Puaro  təəccüblə  dilləndi.  –  Və  saydığınız  bu 
oyun-  oyuncaqlar  mənə  heç  bir  şey  demir,  ancaq,  dostum,  bir 
anlığa  hesab et ki, səyahətə çıxan dahilər bəzən, başqasının adı 
altında hərəkət edirlər! Suda üzən bu təmtəraqlı saraylara, indicə 
adlarını  sadaladığınız  o  şeylərə,  yalnız  cinayət  dünyasının  ən 
yüksək aristokrat təbəqəsində rast gəlmək mümükündür! 
   Mən güldüm. 
-  Elə  buna  görə  də  siz  entuziazist  deyilsiniz!  Siz  Liberti 
İstiqrazlarını oğurlayan adamı şpaqaya keçirərdinizmi? 
    Bu vaxt ev sahibəsi bizə mane oldu: 
-    Mister  Puaro,  sizi  bir  xanım  görmək  istəyir.  Buyurun,  bu  da 
onun görüş vərəqəsidir. 
    Vərəqədə qeyd edilmişdi: Miss Esmi Farkuhar. 
    Puaro yeməkdən sonra stolun altına tökülən çörək qırıntılarını  
yığdı, ehtiyatla onu kağız parçaları atılmış zibil səbətinə qoyaraq, 
başı  ilə  ev  sahibəsinə  Miss  Farkuharı  içəri  buraxmasına  işarə 
etdi. 
    Bir  neçə    dəqiqədən  sonra  otağa  adamı  ilk  baxışda  özünə 
əfsunlayan,  adam  üzünə  baxmağa  belə  cəsarət  etməyə  utanan, 
füsünkar  bir  gözəl  daxil  old.  O,  təxminən  iyirmi  beş  yaşlı,  iri 
qəhvəyi gözləri olan bir qız idi. Onun səliqəli geyimi görkəminə 
xüsusi gözəllik verirdi. 
-  Buyurun,  əyləşin  xanım.  Bu  mənim  dostum  kapitan 
Hastinqsdir.  O,  mənə  kiçik  məsələlərdə  kömək  edir,-  deyə  mən 
dostum kapitan Hastinqsi qıza təqdim etdim. 


 
 
 
30 
-  Məncə,  bu  gün  sizə  gətirdiyim  xəbər  böyük  əhəmiyyətli 
məsələdir,  Mister  Puaro,-  qız  oturaraq  sözə  başladı.  Cəsarətlə 
deyə bilərəm ki, siz artıq bu barədə qəzetlərdə oxumusunuz. Mən 
“Olimpiyadan” oğurlanmış Liberti İstiqrazlarını nəzərdə tuturam. 
    O,  Puaronun  üzündə  bir  neçə  dəfə  təəccüb  ifadəsi  gördü  və 
söhbətini tez davam etdirməyə başladı: 
-     Şübhəsiz siz özünüzdən soruşa bilərsiniz ki, mən bu  London 
və Şotland Bankı birliyi ilə niyə belə ciddi maraqlanıram. 
Bunun  bir  tərəfdən  heç  bir  şey  üçün,  digər  tərəfdən  isə  hər  şey 
üçün əhəmiyyəti vardır. 
 
 
    ------------------------------------------------------ 
   
*  Bu,  “Qızıl  İstiqrazları”  Birləşmiş  Ştatlar  hökuməti 
Konqresinin  qərarı  ilə  1917  -  ci  il  aprelin  24-də  və  1919  -cu  il 
martın 3-də buraxılmışdı. 
 **  La-Manş kanalı nəzərdə tutulur. 
 
-    A!... Mister Filip Ricvey... 
-  Onlar  istiqrazların  oğurlanmasında  ittiham  olunmuşdur. 
Əlbəttə,  onun  müqəddəs  olmasına  heç  bir  sübut  yoxdur,  o  heç 
vaxt belə iş tutmaz, bu işdə o, günahsızdır. Bununla belə, o, bu iş 
üstündə ağlını itiribdir, sərsəm olubdur. Mən bilirəm, onun dayısı 
ona təkid edirdi ki, gələcəkdə o, özü üçün müəyyən mülkə sahib 
olmalıdır.  Bu  mülkü  yaratmaqda  isə  nişanlım  çox  aciz  idi. 
Ümumiyyətlə, bu onun karyerasına əks təsir göstərən bir amildir. 
-   Onun dayısı kimdir? 
-  Mister  Vavasour,  London  və  Şotland  Bank  birliyinin  baş 
müdiri. 
-  Miss Farkuhar, mən ümid edirəm ki, siz bu hekayənin hamısını 
əvvəldən axıra kimi nəql edəcəksiniz, eləmi? 
-Yaxşı.Bildiyiniz 
kimi 
Bank 
Amerikada 
kreditləri 
genişləndirmək arzusunda idi. Bu səbəbə görə də ora bir milyon 
dollarlıq  Liberti  İstiqrazları  göndərməyi  qərara  aldı.  Mister 
Vavasour,  bu    işdə  uzun  müddət  etibarlı  mövqe  tutmuş,  Nyu-


 
 
 
31 
Yorkda  bank  işlərindən  yaxşı  baş  çıxara  bilən  öz  bacısı  oğlunu 
seçmişdir.  Ayın  23-  də  “Olimpiya”  gəmisi  Liverpuldan  yola 
düşdü.  İstiqrazları  Filipə  Mister  Vavasour,  Mister  Şou  və  iki 
nəfər  də  London  və  Şotland  Bank  birliyinin  baş  müdirləri 
vermişdilər.Onlar  əvvəlcə  istiqrazları  saymış,  bir  bağlama 
düzəldib  möhürləmişdilər.  Filip  də  bağlamanı  dərhal  çamadana 
qoyub ağzını kilidləmişdi. 
-  Çamadanın kilidi adi kilid idi? 
-  Xeyr, Mister Şou bu xüsusi kilidi Habsda sifariş etmişdi. Filip 
bağlamanı sandığın dibində yerləşdirmişdi. Bağlama  Nyu-Yorka 
çatmamamışdan  əvvəl  oğurlanıbdır.  İstiqrazlar  elə  bil  ki, 
bütünlüklə havaya buxarlanmışdır. 
-  Puaro üz-gözünü büzüşdürdü. 
-  Ancaq  onlar  tamamilə  yoxa  çıxmayıbdır.  Mən  belə  qərara 
gəlirəm  ki,  “Olimpiya”nı  doka  qoyana  qədər,  yarım  saat 
içərisində    istiqrazları  kiçik  bağlamalarda  satmışdılar!  Yaxşı, 
şübhəsiz, növbəti işim Mister Ricveyi görmək olacaqdır. 
-  Mən  sizi  lanç  yeməyinə,  “  Çeşire  Çize”  restoranına  dəvət 
edirəm. Filip də orada olacaq. O, məni orada gözləyəcək. Amma 
Filip mənim onun tərəfindən sizinlə məsləhətləşməyimi bilmir.  
    Biz  qızın  təklifini  qəbul  edib,  dərhal  taksi  ilə  oraya  getdik. 
Mister  Filip  Ricvey  bizdən  qabaq  orada  idi.  O,  nişanlısını  iki 
naməlum adamla görəndə, əlbəttə, təəccüblənməyə bilməzdi. O, 
xoş  baxışlı,  ucaboylu,  şux  geyimli  bir  adam  idi.  Boz  rəngli 
tükləri  gicgahına  tökülmüşdü.  Ona  otuz  yaşdan  artıq  vermək 
olmazdı. Miss Farkuhar  irəli yeriyərək onun qoluna girdi. 
-  Filip,  səninlə  məsləhətləşmədən  hərəkət  etdiyim  üçün  məni 
bağışla.-  deyə  qız  öz  səhvini  boynuna  aldı.  İcazə  ver  haqqında  
tez-tez  eşitdiyin  Mister  Herkuli  Puaronu  və  onun  dostu  kapitan 
Hastinqsi sizə təqdim edim. 
    Ricvey çox təəccüblü görünürdü. 
-  Əlbəttə,  mən  sizin  haqqınızda  eşitmişəm,  Mister  Puaro,- 
deyərək  Ricvey  onların  əllərini  sıxdı.  Ancaq  Esminin  mənim, 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə