Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə42/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
 
135 
qumluqda qoymaq niyyətində imiş, çünki günəş şüası oranı daha 
tez  isidirdi  və  yumurtadan  balaların  çıxmasını  daha  da 
asanlaşdırırdı.  Bob  ilanı  qan  içərisində  qıvrıldığı  yaşıllıqdan 
götürüb  quru  yerə  atdı.  Onun  bədəni  yerdə  hələ  də  ağrıdan 
qıvrılırdı.  O,  oda  atılmış  yaş  ot  kimi  yığılıb-açılırdı.  Bob  bu 
zaman  öz  qəddarlığını  bir  neçə  dəfə  təkrar  etdi.  O,    ilanın 
zəifləmiş  bədənini  yenidən  qamarladı.  Bob  indi  onu  ayaqqabı 
bağı  kimi  havada  fırladırdı.  Sonra  it  ilanın    dəlik-  deşik  olmuş 
qanlı  bədənini  qumun  üzərinə  atdı.  Onun  bədəni  son  dəfə  xəfif 
küləyin  yarpağı tərpətdiyi kimi azca tərpəndi və sakitcə torpağa 
sərildi. İlanın ətrafını xırda qan gölməçəsi bürüdü.  
-  Yumurtalara baxmaq istəyirsən?- atam dilləndi. Biz otuz yeddi 
yumurta  sanadıq.  Mən  onlardan  birini  götürüb,  ovcumda  ona 
baxdım. Bir az bundan əvvəl onun daxilində həyat var idi. Bəli, 
bu yetişməmiş toxum idi. Daha oradan bala çıxmayacaqdı. Yerin 
hərarəti  onu  ana  qədər  isidə  bilməzdi.  Əlimdəki  yumurta 
bildirçin yumurtası böyüklükdə olardı. Onun qabığı nazik, amma 
möhkəm idi. 
-  Yaxşı,  Bob.  Yəqin  başa  düşdün  ki,  bu  ilan  niyə  səninlə 
döyüşmək  istəmirmiş,  -  dedim.  –  Həyat  belədir.  Hətta,  insanlar 
arasında da güclülər zəifləri didir, məhv edir. İt ilanı öldürür, ilan 
quşları  məhv  edir,  quşlar  kəpənəkləri    tutur.  İnsan  isə  hər  şeyi 
zəbt edir. O, hətta öldürməyi özü üçün əyləncə sayır. 
   Bob  ağır-  ağır  nəfəs  alırdı.  O,  bizim  qabağımızca  evə  tərəf 
gedirdi.Onun  dili  ağzından  bayıra  çıxmışdı,  görünür  bərk 
yorulmuşdu.  Bobun  qalın  tükləri  onun  istiliyini  daha  da  artırır, 
dili  isə  elə  bil  çirkaba  toxunub  və  ağ  köpük  axırdı.  Nə  atam 
danışırdı,  nə  də  mən.  Hər  ikimiz  susurduq.  Mən  hələ  də  ölmüş 
ilan  haqqında  düşünürdüm.  Günəş  şabalıd  ağacları  arxasında 
batmaqda  idi.  Torağay  oxuyurdu.  Ancaq  artıq  gec  idi.  Qırmızı 
axşam  buludları  təpədəki  otlağımız  üzərində  hərəkət  edirdi. 
Atam  cığırın  yanında  ayaq  saxladı.  Külək  onun  qara  saçlarını 
qarışdırırdı.  Atamın  sifəti  belə  bir  mavi  küləkli  gündə 
qızarmışdı.Onun gözləri qürub edən günəşə tərəf baxıdrı. “Atam 


 
 
 
136 
ilana  nifrət  edir”  deyə  mən  düşünürdüm.  Yadıma  qadınların 
doğum zamanı  necə əziyyətlər çəkdikləri düşdü. Mən onların öz 
körpələrini  xilas  etmək  üçün  necə    çarpışdıqlarını    xatırladım. 
Sonra , yenə də Bobun öldürdüyü ilan gözümün önündə canlandı. 
Axırda  belə  qərara  gəldim  ki,  belə  şeylər  haqqında  fikirləşmək 
mənim üçün  ağılsızlıqdır.  
   Bu səhər mən  atamla çox erkən yataqdan qalxdıq. Atam deyir 
ki,  hər  kim  yerindən  erkən  durursa,  o  qazanır,  həmin  günün 
işlərini vaxtında  görmüş olur. 
   Biz  bel,  balta,    kərki,  külüng  və  ölçü  götürüb,  çəpərlənməmiş 
tarlaya yola düşdük. Bob bu gün bizimlə getmədi. 
    Zəmi  şehli  idi.  Atam  çiynində  bel  arxadan  gəlirdi,  mən  isə 
qabaqda  gedirdim.  Həzin  səhər  mehi  əsirdi.  Səhərin  bu  təmiz 
mehini ciyərlərə çəkəndə adamda bir yüngüllük hiss olunurdu və 
istəyirdin  ki,  addımları  daha  da  yeyinlədəsən.    Mən  dünən 
günorta  vaxtı  olduğumuz  yerə  getdim.  Qarşıda  gözümə  nə  isə 
sataşdı.  Bir  az  diqqətlə  baxdım,  gördüm  ki,  nə  isə  hərəkət  edir. 
Onun hərəkəti bucurqadın kəndirinə oxşayırdı. 
-  Ehtiyatlı ol!- deyə atamı xəbərdar etdim. 
-  Erkək, qara ilandır. 
  Atam  mənə  tərəf  bir  addım  atıb  dayandı.  Onun  gözləri 
təəccübdən böyümüşdü. 
-  Bunun haqqında nə deyə bilərsən? - atam soruşdu. 
-  Sən indi bu erkək ilanı görürsən. Ona yaxşı nəzər sal! O, ölmüş 
yoldaşının  yanında  uzanıb.  Ola  bilsin  ki,  bu  ilan  dünən  ölən 
yoldaşının iziylə buraya gəlib,- deyə atama izah etdim.  
    Bəli,  bu  ilan  yoldaşının  izi  ilə  gəlmişdir.  O,  buraya  gecə,  ay 
işığında,  buludlar  səmada  hərəkət  edən  zaman  gəlmişdi.  O, 
sevgilisini  burada  ölü  halda  tapmışdır.  İlan  ölmüş  sevgilisinin 
ətrafına  məftil  kimi  sarılmışdı.  O  bizi  görən  kimi  başını  dik 
qaldırdı.  İndi  o,  ölənə  qədər  bizimlə  vuruşmağa  hazır  idi.  Bəli, 
indi bu ilan  son nəfəsinə kimi ölmüş sevgilisinin uğrunda Bobla 
vuruşardı. 


 
 
 
137 
-    Ağac  götür,-  atam  mənə  dedi,  -  onu  təpənin  üstünə  apar  ki, 
Bob görə bilməsin. 
-  Siz heç bundan da dəhşətlisini  görmüsünüzmü? 
   Eşitmişdim,  ancaq  birinci  dəfə  idi  ki,  bunu  gözlərimlə 
görürdüm. 
    Mən  bir  ağac  götürüb,  erkək  qara  ilanı  qayadakı  yaşıl,  şehli 
otların arasına gətirdim. 
 
                                                               
                                            
                                          1981 - ci il. 
                                                                                              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
138 
 
 
                                                  
Uilyam  Saroyan                                                                                                                           
                                                            
------------------------------------------                                                                                                                                                                                       
 
                                                                              
/ABŞ/                             
 
                       
Filippinli və sərxoş 
 
                   

     Oklanda        gedən  gəmini  gözləyənlər  arasında  qırmızı  rəngli 
palto  geyinmiş,  səhərdən  bəri  ara  vermədən  çərənləyən, 
ətrafdakıları fərqinə varmadan nəlayiq söyüşlər söyən, ucaboylu 
bir  kişi  hamının  nəzər  diqqətini  cəlb  etmişdi.  Onun  belə  yersiz 
danışmasından  sərxoş  olduğu  aydınca  hiss  olunurdu.  Buna  görə 
də  adamların  heç  birisi  ona  əhəmiyyət  vermək  istəmirdi.  Hamı 
gəminin  gəlməsini  gözləyirdi.  Birdən  sərxoşun  gözü  adamlar 
arasında səliqə ilə geyinmiş alçaqboylu filippinli oğlana sataşdı. 
O,  oğlana  yaxınlaşdı  və  ona  bu  adamlar  arasında  dayanmamağı 
əmr  etdi.  Sərxoş  dedi  ki,  oğlan  ağların  olduğu  yerdə 
durmamalıdır.  İndiyə  kimi  adamların  onların  yanında  dayanmış 
filippinlini elə bil ki, görmürmüşlər. Çünki oğlan hamı kimi sakit 
bir  guşədə  dayanıb  gəminin  gəlməsini  gözləyirdi.  O,  heç  bir 
hərəkəti ilə başqalarından fərqlənmirdi. Filippinli oğlan sərxoşun 
bu hərəkətindən qorxmuş kimi oldu. 
   O, sərxoşun dediklərinə əhəmiyyət vermədən adamların arasına 
girdi. Sərxoş ondan əl çəkmədi: 
-  Sənə  deyirəm,  rədd  ol  burdan!  Bura  sənin  kimilərin  yeri 
deyildir.  Mən  iyirmi  dörd  ay  Fransada  vuruşmuşam.  Mən  əsl 
Amerikalıyam. Mən istəmərəm ki, sən ağların içərisində gəzəsən, 
- deyə sərxoş lovğalandı. 
     
-------------- 
1. Okland –Kaliforniyanın qərbində, San-Fransiskonun şərqində yerləşən 
şəhərdir. 


 
 
 
139 
 
   Oğlan  əsəblərini  cilovlamağa  çalışdı  və  özünü  adamların 
arasına  saldı.  O,  sərxoşa  heç  bir  söz  demədi.  Sərxoş  bununla 
özünün  təhqir  olunduğunu  duydu  və  oğlanın  arxasınca  qaçdı. 
Hamı bu səhnədən zövq alırmış kimi dayanıb baxırdılar. 
    Sərxoş: 
-   Sənin belə gözəl paltarlar geyinməyinə ixtiyarın yoxdur. 
    O  öz  söyüşləri  ilə  elə  bil  ki,  oğlanı  nəyə  görəsə 
mükafatlandırırdı.  Buradakı  qadınlar  isə  bu  söyüşləri  sanki 
eşitmirdilər. 
    Giriş  qapısı  açılan  kimi  gənc  oğlan  özünü  hamıdan  əvvəl 
gəmiyə saldı. O, küncdə qoyulmuş skamyada bir anlıq oturdu və 
yenidən ayağa qalxdı, gizlənmək üçün etibarlı yer axtardı. Oğlan 
artıq sərxoşun söyüşlərini eşitmək istəmirdi. O baxanda Sərxoşun 
qabaq  tərəfdən  ona  tərəf  gəldiyini  gördü.  Onun  əlindən  qaçıb 
harada gizlənsin? 
    Oğlan yanındakı tualetin qapısını açdı. 
-  Bundan etibarlı yer ola bilməz, - deyə o, cəld qərara gəldi. O. 
içəri girib arxadan qapını bağladı. 
    Sərxoş  qarşısına  çıxan  hər  bir  adamdan  filippinli  oğlanı 
soruşurdu.  Hamıya  da  özünün  əsl  Amerikalı  olduğunu  sübut 
etməyə çalışırdı. O, müharibədə iki dəfə yaralandığını da deməyi 
unutmurdu. 
    İndi  o,  əvvəlkindən  daha  artıq  söyməyə  başladı.  Birdən  o, 
bağlı  qpını  görüb  ayaq  saxladı.  Necə  oldusa,  başqa  birisi  oraya 
girmək  istəyərkən  sərxoş  oğlanı  gördü.  O,  oğlanı  söyə-söyə 
dərhal oradan çıxmasını əmr etdi: 
-  Sən mənim əlimdən qaça bilməzsən. – Sərxoş oğlanı hədələdi. 
-  Sən  ağların  istifadə  etdiyi  yerlərdən  istifadə  etməyə 
səlahiyyətin çatmır, gəl çıx bayıra, yoxsa qapını sındıracağam! - 
deyə  sərxoş daha da qəzəbləndi. 
-  Çıxın, gedin! - oğlan dilləndi.  
    Sərxoş qapını silkələməyə başladı. 


 
 
 
140 
-  Onsuz  da  sən  buradan  çıxacaqsan.  Mən  səni  buradaca 
gözləyəcəyəm, - deyə sərxoş razı halda dedi. 
-  Deyin  görüm,  mən  sizə  nə  etmişəm?  Məni  niyə  sakit 
buraxmırsınız? - Oğlan qapı arxasından yalvarıcı tərzdə  soruşdu.     
    Oğlan  düşünürdü  ki,  bəlkə  başqaları  bunu  görüb  sərxoşu 
buradan apararlar. Amma deyəsən burada heç  kəs yox idi. 
-  Çıxın, gedin! -Oğlan yenidən təkrar etdi. 
    Sərxoş  söyə-söyə  qapını  əvvəlkindən  daha  bərk  silkələməyə 
başladı.  Oğlan  qapının  arxasında  qəzəbindən  titrəməyə  başladı. 
Artıq  onun  əsəbləri  gərilmişdi.  O,  nə  qədər  çalışdısa,  bu  dəfə 
əsəblərini cilovlaya bilmədi. Daxili iztirab oğlana üstün gəldi. O, 
cibindən iti tiyəli bıçağını çıxartdı. 
-  Çıxın, gedin! Məndə bıçaq var! Mən heç kəsə xəsarət yetirmək 
istəmirəm! - Filippinli sərxoşu yenidən xəbərdar etdi. 
   Sərxoş özünün Amerikalı olduğunu bir də xatırlatdı: 
-   İyirmi dörd ay Fransada vuruşmuşam.  İki dəfə yaralanmışam. 
Bir dəfə qıçımdan, bir dəfə də ombamdan. Əgər qorxmursan, çıx 
bayıra, - deyə sərxoş oğlanı yenə hədələdi. 
-  Səni öldürərəm. Get buradan! Mən heç kəsi öldürmək fikrində 
deyiləm.  Sən  sərxoşsan.  Çıx  get,  yalvarıram  sənə,  get.  Yoxsa, 
əlimdən xata çıxar, - deyə oğlan son dəfə xahiş etdi. 
    Oğlan  gəminin  mühərrikinin  saldığı  səsi  eşitdikcə,  elə  bil  bu 
səs onun əsəblərini daha da qıcıqlandırırdı. O bu səsdən istifadə 
edərək  yavaşca  qapını  açdı  və  iti  addımlarla  adamların  arasına 
girmək  istədi.  Bu  sərxoşun  gözündən  yayınmadı.  O,  cəld  əlini 
arxadan  atıb  oğlanın  paltosundan  tutdu  və  özünə  tərəf  çəkdi. 
Sərxoş  paltonu  elə  bərk  dartdı  ki,  paltonun  cırılmış  qolu  onun 
əlində  qaldı.  Oğlan  geri  döndü  və  var  gücü  ilə  əlindəki  bıçağı 
onun  böyrünə  sancdı.  Sərxoş  qışqırdı  və  oğlanın  boğazından 
yapışdı.  Oğlan  isə  bıçağı  ara  vermədən  bir  neçə  dəfə  sərxoşun 
böyrünə vurdu,  elə bil ki,  rinqdə boksçu  əldən düşmüş rəqibinə 
zərbələr endirirdi. 
    Sərxoş yerə yıxılan kimi filippinli onu tərk etdi. O, adamların 
yanına  gəldi.  Tiyəsindən  qan  damcılayan  bıçaq  hələ  də  onun 


 
 
 
141 
əlində  idi.  Onun  tükləri  qarışmış,  paltosunun  qolu  cırılmış, 
əvvəlki  səliqəsindən  heç  bir  əsər-əlamət  qalmamışdı.  Hamı  nə 
baş  verdiyini  dərhal  anlamışdı.  Buna  görə  də  adamlar  sakitcə 
dayanıb  əlləri  titrəyən  oğlana  baxırdılar.  Oğlan  özünü  itirmişdi. 
O əvvəlcə gəminin qarşı tərəfinə qaçdı, getməyə bir yer axtarırdı. 
Sonra  geri  dönüb  gəminin  bir  küncündə    dayandı.  Ancaq  heç 
cürə bir yerdə qərar tuta bilmirdi. Onun cinayət işlətdiyini görən 
adamların heç birisi onunla danışmırdılar. Getməyə heç bir  yeri 
yox  idi  onun.  Qarşıda  “haqqı”,  “ədaləti”  müdafiə  edən  polislər, 
arxada  isə  hər  yerdə  özlərini  əsl  “centlmen”  kimi  göstərməyə 
çalışan  adamlar  dayanmışdılar.  Oğlan  üzünü  adamlara  tutub 
qışqırdı: 
-  Mən  onu  öldürmək  fikrində  deyildim.  Siz  onu  niyə 
saxlamadınız? Niyə ona mane olmadınız? Adamı da siçovul kimi 
doğramaq  olarmı?  Axı, siz  bilirdiniz  ki,  o,  sərxoş  idi.  Mən  onu 
vurmaq istəmirdim, amma o mənə getməyə yol vermədi. O məni 
boğmaq istəyirdi. Mən onu xəbərdar etmişdim ki, bir də qarşımı 
kəssə  öldürəcəyəm.  Bu  mənim  günahım  deyil.  Mən  Oklanda 
qardaşımı görməyə gedirəm. O, xəstədir. Mən onu görməliyəm! 
Axı, siz onu niyə dayandırmadınız?!     
 
 
                                                               
  
                  1980 – ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
142 
 
 
 
 
 
               Kitabın  içindəkilər 
 
 
 
 
1.  Aqata Kristi.“Baş nazirin  oğurlanması”..........................5 
2.  Aqata Kristi. “Bir milyon dollarlıq istiqrazın  
oğurlanması ..............................................................................26 
3.  Aqata  Kristi. “Mavi kuzənin sirri.....................................39 
4.  A.K.Doyl.  “Brilyant tac” ...................................................62 
5.  A.K.Doyl.  “Göy yaqut” .....................................................73 
6.  Oskar  Uayld. “Nümunəvi milyonçu” .............................. 85 
7.  A.C. Kronin.  “İki veronalı” ..............................................93 
8.  Cek London.  “Meksikalı” .................................................99 
9.   Ernest Heminquey. “Qatillər” ........................................111 
10. S. Moem. “Muzdlu tərəfdaşlar”......................................124 
11. Cessi Stuart. “Məhəbbət” ...............................................131 
12. Uilyam Saroyan. “Filippinli və sərxoş”..........................136 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
143 
 
 
 
                     
Aqata Kristi

“Baş nazirin oğurlanması”   
                                                         (Tərcümələr toplusu kitabı)  
                    
                 İngiliscədən çevirəni: Camal  Zeynaloğlu 
 
                     
Bakı, “Yazıçı” nəşriyyatı – 2011, - 141 səh. 
 
 
                         
Nəşriyyatın baş direktoru:  Şəmsi Mirzəyev 
                       Rəssam:  Süleyman Mustafaoğlu 
                       Operator: Turan Camalqızı 
                       Korrektor: Aysel Zeynalova 
 
               --------------------------------------------------------------- 
                      Yığılmağa verilmişdir:  12.03.2011 
                       Çapa imzalanmışdır:    22.04.2011 
                       Kağız formatı:      60x84   1/16 
                       Fiziki çap vərəqi:  8.2 
                       Sayı: 300 
                       Sifariş: 39 
                       Müqavilə qiyməti ilə 
             -----------------------------------------------------------------       
        “Uni Print
 mətbəəsində  çap edilmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
144 
 
 
 
 
 
 
 
Zeynalov  Camal  Zeynal  oğlu  (Camal  Zeynaloğlu)  –  1958-ci 
ildə  Cəlilabadda  anadan  olub.  O,  1975-ci  ildə  Cəlilabad 
rayonunun Alar kənd orta məktəbini, 1980-ci ildə isə Azərbaycan 
Pedaqoji  Xarici  Dillər  İnstitutunun  ingilis-alman  dilləri 
fakültəsini bitirib. 
C.Zeynaloğlu  “Uğursuz  nikah”  (1998),  “Məni  qınamayın” 
(1998),  “Qanlı  fevral  gecəsi”  (1999),  “Ölümlə  üz-üzə”  (2000), 
“Tanrı cəzası” (2010)  kitablarının müəllifidir. 
  O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə