Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 
 
 
32 
daha  doğrusu,  bizim  bu  xoşagəlməz  iş  barəsində  sizinlə 
məsləhətləşməyini ağlıma belə gətirməzdim. 
-  Filip, mən qorxurdum ki, sən razı olmayasan,- Miss Filip bunu 
təəccüblə qeyd etdi. 
-    Mən  ümid   edirəm  ki,  Mister  Puaro  bu  qeyri-adi  işdə  bir  işıq 
ucu  tapacaqdır.  Açıq-aydın  boynuma  alıram  ki,  öz  fikirlərimi 
tamamlaya  bilmir  və  bunun  üçün  narahatlıq  hissi  keçirirəm. 
Onun sifətinə fikir verdim, üzündə ağır yük götürmüş adamların 
sifətində olduğu kimi tarım çəkilmiş cizgilər görünürdü. 
- Yaxşı, - Puaro dedi- gəlin lanç edəyin, lançdan sonra bu məsələ 
barədə  birlikdə  baş  sındırarıq.  Mən  baş  vermiş  hekayəni  Mister 
Ricveyin öz ağzından eşitmək  istəyirəm. 
    Biz  toqqaların  altını  bərkidəndən  sonra  Filip  Ricvey  baş 
vermiş  hadisəni  bütün  təfsilatı  ilə  danışdı.  Onun  hekayəsi  Miss 
Farkuharı  tamamilə  razı  salmışdı,  çünki  hekayədə  qızın 
danışdıqlarına heç bir əlavə edilməmişdi. Filip söhbətini qurtaran 
kimi Puaro suala başladı: 
- Mister Ricvey, siz  nədən bilirsiniz ki,  istiqrazlar oğurlanıbdır? 
Filip acı-acı gülümsədi. 
-  Açılmış  sandıqdan  bildim,  Mister  Puaro.  Mən  onu  itirə 
bilməzdim  ki.  Kayutumdakı  çarpayının  altında  yerləşdirdiyim 
sandığı yarı açılmış halda gördüm. Onlar kilidi sındırmağa çoxlu 
güc  sərf  etmişdilər.  Bunu  sandıqdakı  cırmaq  izləri  də  sübut 
edirdi. 
-  Bəlkə, sandığı açarla açıblar? 
 - Bu elədir. Onlar açarla açmağa çalışıblar, ancaq bacarmayıblar. 
Axırda isə necə olubsa, onu aça biliblər. 
 - Qəribədir,- Puaro dedi. Onun gözləri təəccübdən yaşıl işıq kimi 
alışıb yanırdı. – Çox qəribədir! Onlar sandığı açmaq üçün çoxlu 
vaxt sərf ediblər. Vaxta bir bax! Sonra başa düşüblər ki, hər açar 
Habsın  düzəltdiyi  bu  nadir  kilidinə  düşə  bilməz.  Sandıq  da  elə 
həmin bu açarla açılıbdır. 
-  Bu necə ola bilər, açar bütün günü məndə olubdur. 
-  Siz buna əminsiniz? 


 
 
 
33 
-  Mən buna görə and içə bilərəm. Bundan başqa, əgər onlarda da 
həmin  açardan  var  idis,  nəyə  görə  kilidi  açmaq  üçün  bu  qədər 
vaxt və gün sərf ediblər? 
 -  Belə...  Əgər  mənə  qarşı  hücuma  keçmək  fikriniz  yoxdursa, 
onda  icazə  verin,  daha  bir  sual  da  verim.  Siz  buna  dəqiq 
əminsiniz ki, sandığı açıq qoymamısınız? 
     Filip  Ricvey  ona  baxdı.  Puaro  əlinin  işarəsi  ilə  üzr  istədi  və 
sonra əlavə etdi. 
-   A!...Bütün bunlar ola bilər, sizə inanıram! Çox yaxşı, deməli, 
istiqrazlar sandıqdan oğurlanıbdır. Oğru onları neyləyə bilər? O, 
istiqrazlarla sahilə necə çıxa bilər? 
 -  A!...  –  deyə  Ricvey  qışqırdı.  –  Necə?  Söz  gedib  yüklərin 
saxlandığı  yerin  rəbərlərinə  çatmışdı.  Gəmidəki  adamları  diş 
şotkasına kimi yoxlayıb buraxırdılar. 
-   Məncə, istiqrazlar bir bağlamada olubdur. 
-  Əlbəttə.  Onlar  göyərtədə  onu  heç  cür  gizlədə  bilməzdilər.  Hər 
halda bizə məlumdur ki, istiqrazlar göyərtədə olmayıbdır, çünki 
“Olimpiya” gəmisinin ora çatmasına yarım saat qalmış ona qarşı 
üzməyə  başlamışlar.  Əvvəlcədən  mən  teleqram  almışdım,  sonra 
məbləği  göstərən  rəqəmləri  onlara  göndərdim.  Hətta,  bir  dəllal 
and  içdi  ki,  o  da  “Olimpiya”ya  minməmişdən  əvvəl  bu 
teleqramların bir neçəsini almışdır. 
- Gəminin yanına dartı gəldimi? 
-  Dartıda  ancaq  xidmətçilər  idi.  Bu  təhlükə  siqnalı  veriləndən 
sonra  olmuşdu.  Mən  özüm  də  bu  yola  nəzarət  edirdim.  İlahi, 
Mister  Puaro,  bu  iş    məni  dəli  eləyəcək!  Deyirlər  ki,  guya 
istiqrazları mən oğurlamışam. 
-  Düşdüyünüz yeri axtardınızmı?- deyə Puaro nəzakətlə soruşdu. 
-  Bəli. 
    Filip tutulmuş halda ona göz yetirdi. 
-  Mən  görürəm  ki,  siz  mənim  düşündüyümü  tuta  bilmirsiniz,- 
deyə  Puaro  anlaşılmaz  halda  gülümsədi.  İndi  mən  bankdan  da 
bəzi məlumatlar almaq istərdim. 
   Ricvey görüş vərəqinə bir neçə söz yazıb ona təqdim etdi. 


 
 
 
34 
- Bunu orada göstərərsiniz, dayım sizi dərhal qarşılayacaq. Puaro 
ona  təşəkkür  edib  Miss  Farkuharla  xudahafizləşdi.  Biz  London 
və  Şotland  Bankının  Trednild  Stritdə  yerləşdiyi  baş  idarəsinə 
yola düşdük. 
   Ricveyin  görüş  vərəqəsinə  baxdıqdan  sonra  bizi  orada  işləyən 
xidmətçilərin  tez-tez girib-çıxdıqları idarənin  ikinci  mərtəbəsinə 
gətirdilər.  Orada  bizi  ciddi  görkəmli  iki  centlmen  qarşıladı. 
Mister  Vavasourun  qısa,  ağ  saqqalı  var  idi.  Mister  Şounun  isə 
üzü təmiz qırxılmışdı. 
-  Mən  dəqiq  başa  düşürəm  ki,  siz  xüsusi  təhqiqat 
idarəsindənsiniz?  –  Mister  Vavasour  dedi.  Tamamilə  elədir, 
tamamilə  elədir.  Əlbəttə,  biz  həm  də  Şotland  Yardın  əlindəyik, 
ona tabeyik.  Bu işi inspektor Mk Neyl  öhdəsinə götürübdür. O, 
çox bacarıqlı işçidir, mən ona inanıram. 
-  Mən də inanıram,- deyə Puaro nəzakətlə təsdiq etdi. Əgər icazə 
versəydiniz,  bacınız  oğlu  adından  bir  neçə  sual  verərdim.  Bu 
kilidi  Habsa kim sifariş vermişdi? 
-  Bunu  mən  özüm  sifariş  etmişdim,-  deyə  Mister  Şou  cavab 
verdi. 
-  Mən  işdə  heç  kimə  bel  bağlamıram.  Açarlara  gəlincə  isə, 
onlardan biri Mister Ricveydə, biri mənim həmkarımda, biri isə 
mənim özümdə idi. 
- Bu açarları heç bir xidmətçi əlinə keçirə bilməzdi?- Mister Şou 
sual dolu nəzərlərlə Vavasoura tərəf döndü. 
 - Mən səhv etmədən deyə bilərəm ki, ayın 23- də açarları seyfə 
qoyduq.  -  Mister  Vavasour  dedi.  –  Həmkarım  həmin  günün 
axşamı  xəstələnmişdi.  O  zaman  Ricvey  bizi  tez  tərk  etmişdi. 
Həmkarım  indi  bir  az  özünə  gəlibdir.  Mən  yaşda  olan  adamla 
bronxit zarafat etməyi xoşlamır, - deyə Mister Şou qəmgin halda 
dilləndi. 
 -  Ancaq  mən  qorxuram  ki,  Mister  Vavasour  mənim  burada 
olmağımdan  əziyyət  çəksin,  xüsusilə  bu  gözlənilməz  narahatlıq 
hər şeydən üstündür. 
    Puaro daha bir neçə sual verdi. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə