Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   42

 
 
 
8 
apardığı    hər  hansı  maraqlı  işlərdən  danışmaq,  onu    dinləmək 
mənimçün  artıq  adət  halını  almışdı.  Dostumla  İngiltərənin    Baş 
Naziri-  Mister  David  Mak  Adamın  həyatına  qəsd  etmək  cəhdi 
haqqındakı  sensasiyanı  aydınlaşdırmağa  cəhd  göstərirdim.  Bu 
məlumat  qəzetlərdə  dərc  edilmişdi;    Baş  Nazirin  qəribə  tərzdə 
aradan  çıxması,  güllənin  onun  yanağını  yalayıb  keçməsi 
haqqında isə heç bir təfərrüat verilməmişdi. 
   Mən  elə  hesab  edirdim  ki,  bizim  polis  qaydanın  belə 
kobudcasına pozulmasına yol verdiyi üçün xəcalət çəkməlidir. 
   Mən yaxşı başa düşdüm ki, alman agentləri İngiltərədə belə bir 
“naliyyətə” risk etmək arzusunda olacaqdır. “Döyüşən Mak” – öz 
partiyası  da  onu  belə  adlandırırdı,  Sakit  Okean  təsirinin 
genişləndirilməsinə  qarşı  gərgin  və  açıq-  aydın  mübarizə 
aparmışdı. 
    O,  təkcə  İngiltərənin  Baş  Naziri  deyil,  elə  İngiltərənin  özü 
demək  idi.  Danışıqlarda  əsas  məqsəd  Britaniyanı  təsir 
dairəsindən çıxarmaq və ağır zərbə endirib, iflic etmək olacaqdı. 
    Puaro  boz  kostyumunu  təmizləməklə  məşğul  idi.  O,  həmişə 
şıq geyinərdi. İndi otağın havası benzin iyi ilə dolmuşdu, Herkuli 
Puaronun  başı  şalvarı  təmizləməyə  qarışdığından  mənə  bir  elə 
diqqət vermirdi. 
-    Dostum,  düzü,  sənə  qulaq  asıram.  Bircə  dəqiqə,  əlimdəki  işi 
qurtarıram. Paltarda  yağ ləkəsinin olması  yaxşı deyil. Onu daha 
yaxşı benzin təmizləyir. 
    
O, dodaqlarını  tərpətdi. 
    Mən gülümsəyərək başqa bir siqaret alışdırdım. 
-  Maraqlı  bir  şey  yoxdur?-  bir-iki  dəqiqə  keçəndən  sonra 
soruşdum. 
-   Mən - necə deyərlər- “xadiməyə” öz  “ərini” tapmağa kömək 
etməliyəm.  Çətin  işdir,  bunun  üçün  fakt  lazımdır.  Ağlıma  belə 
bir  fikir  gəlir  ki,  onu  tapanda  “ər”,    o  qədər  də  məmnun 
olmayacaq. Sən nə düşünürsən? Mən isə ona rəğbət bəsləyirəm. 
O, elə bir adamdır ki, təcrid olunduğu üçün özünü gizlətmişdir. 
    Mən güldüm. 


 
 
 
9 
-    Nəhayət!  Yağ  ləkəsi  artıq  çoxdan  gedibdir!  Mənə  indi  sənin 
vəziyyətin aydındır. 
-    Mən  səndən  soruşurdum  ki,    MakAdama  qarşı  edilmiş  qəsd 
barədə nə düşünürsən? 
 -  Uşaqlıqdır!- Puaro cavab verdi.- Bunun ciddi olduğunu qəbul 
etmək  kimin  üçünsə  çətin  ola  bilər.  Axı  necə  ola  bilər  ki,  güllə 
hədəfə dəyməyib? Bu əvvəlcədən düşünülmüş plandır. 
-   Bu, əldə olunacaq müvəffəqiyyətə çox  yaxın  olmuşdu,  -  deyə 
mən dostuma xatırlatdım. 
    Puaro  narahat  halda  əlləri  ilə  başını  tutdu.  O,  nəsə  demək 
istəyirdi,  bu  zaman  ev  sahibəsi  başını  qapıdan  çıxararaq,  iki 
centlmenin Puaronu görmək istədiyini bildirdi. 
-  Ser, onlar adlarını demədilər, sadəcə olaraq dedilər ki, bu çox 
mühüm məsələdir. 
-   Qoy  gəlsinlər,  -  deyə  Puaro əlindəki  boz şalvarını qatlayaraq, 
kənara qoydu. 
    Bir azdan Puaronu görmək istəyənlər otağa daxil oldular. Mən 
onları  görən  kimi  tanıdım.  Onlardan  biri  Lord  Esteyr  -  Ümumi 
palatanın  rəhbəri,  ikincisi  isə  Mister  Bernard  Doc-  hərbi 
katibliyin üzvü, Baş Nazirin ən yaxın dostu idi. 
-  Cənab Puaro,- deyə Lord Esteyr mənə baxaraq tərəddüd etdi,- 
mənim işim şəxsidir. 
-   Siz kapitan Hastinqs qarşısında sərbəst danışa bilərsiniz,- deyə 
Puaro  başı  ilə  onlarla  qalmağıma  işarə  etdi,  -  ancaq  onun  bu 
sahədə  dərin  səriştəsi  olmamasına  baxmayaraq,  mən  Hastinqsin 
fikri ilə razılaşıram. 
    Lord Esteyr hələ də tərəddüd içərisində idi. Ancaq Mister Doc 
sakitliyi pozdu: 
-  Yaxşı, gəlin davam edək! Onsuz da gec-tez İngiltərə bu barədə 
biləcək. Vaxt isə gözləmir. 
-  Buyurun,  əyləşin,  cənablar!-  Puaro  nəzakətlə  onlara  yer 
göstərdi, - Siz bu böyük stulda əyləşin, Milord?! 
    Lord Esteyr astaca sözə başladı: 
-   Siz məni tanıyırsınız? 


 
 
 
10 
 Əlbəttə, mən kiçik şəkilli qəzetləri oxumağı xoşalyıram. 
     Mən sizi necə tanıya bilmərəm? 
-  Cənab  Puaro,  mən  bura  çox  əhəmiyyətli  bir  iş  haqqında 
məsləhət  almağa  gəlmişəm.  Ancaq  bunu  tamamilə  gizlicə 
soruşmalıyam. 
-   Siz Herkuli Puaro ilə danışmaq istəyirsiniz? Mən daha heç bir 
şey deyə bilmərəm,- mən ibarəli tərzdə dilləndim. 
-    Bu,  Baş  Nazirin  işi  ilə  əlaqədardır.  Biz  çıxılmaz  vəziyyətdə 
qalmışıq. 
-   Lap başımızı itirmişik!- Mister Doc əlavə etdi. 
-   Onda yara ciddidir?- mən soruşdum 
-   Hansı yara? 
-   Güllə yarası. 
-      A,  onu  deyirsiniz!-    deyə  Mister  Doc  əsəbi  halda  dedi,-  O, 
çoxdankı məsələdir. 
-  Həmkarımın  dediyi  kimi,-  Lord  Esteyr  davam  etdi,- 
xoşbəxtlikdən  o iş  yaxşı qurtarıb, güllə yan keçibdir. Məni daha 
çox ikinci cəhd narahat edir.  
-   Onda bu işdə ikinci cəhd də olmuşdu? 
-   Bəli, baxmayaraq ki, eyni işdir, ancaq Mister Puaro, Baş Nazir 
yoxa çıxıbdır. 
-   Nə?! 
-   Onu oğurlayıblar! 
-   Ola bilməz! – mən həyəcanlı halda qışqırdım. 
     Puaro  mənə  çəpəki  bir  nəzər  saldı.  Bu,  o  demək  idi  ki,  mən 
ağzımı yumum. 
-    Adama  elə  gəlir  ki,  bu  heç  cür  ola  bilməz,  ancaq  təəssüflə 
bildirirəm ki, bu doğrudur, - deyə Mister Doc davam etdi.  
     Puaro Mister Doca baxdı. 
-    Siz  indicə  dediniz  ki,  vaxt  gözləmir.  Siz  bununla  nə  demək 
istəyirsiniz? 
    Onlar bir-birlərinə baxdılar, sonra Lord Esteyr dedi: 
 -  Mister  Puaro,  siz  Müttəfiqlərin  Konfransının  keçirilməsi 
gününün yaxınlaşması haqqında eşitmisinizmi? 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə