Sərbəst İş Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu Tələbə: Süleymanlı Tunar baki – 2011



Yüklə 66,98 Kb.
səhifə1/6
tarix24.12.2023
ölçüsü66,98 Kb.
#158808
  1   2   3   4   5   6
referat 3007


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti

Sərbəst İş


Mövzu: İqtisadi nəzəriyyənin predmeti, metodologiyası və metodu
Tələbə: Süleymanlı Tunar


BAKI – 2011
Hər bir elmin predmetini müəyyən çərçivə daxilində öyrənib aşkara çıxarmadan, onun funksiyalarını da başa düşmək çətindir. İqtisadi nəzəriyyə bir elm kimi inkişaf etdikcə nəzəriyyəçi alimlərin onun predmetinə, əsas funksiyasına və əsas praktik və nəzəri nəticələrinə baxışları dəyişirdi.
Göstərdik ki, iqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişafının qanunauyğunluqlarını öyrənən elmdir.
İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır.
Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araşdıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlərdir.
İqtisadi həyat kimi iqtisadi nəzəriyyə də bir yerdə donub qala bilməz, o dəyişən şəraitə uyğun olaraq inkişaf edir və yeni nəzəri fikirlərlə zənginləşir. Buna görə də iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə verilən nəzəri təriflərdə də dəyişikliklər baş verir.





Yüklə 66,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə