Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

 
 
 
45 
    Səkkizə iyirmi beş dəqiqə işləyib. Uzaqdan qadın səsinin əks-
sədası gəlib ona çatdı. Sözləri ayırd eləmək çətin idi, ancaq  Cek 
qəti əmin oldu ki, bu onun əvvəl eşitdiyi həmin səsdir, özü də səs 
yenə həmin yerdən, hardansa kottecin yaxınlığından gəlir. 
    Bu  Ceki  bir  az  sakitləşdirdi.  Doğrudan,  kimsə  onunla  zarafat 
da edə bilərdi. Ola bilsin ki, onunla zarafat edən elə qızın özüdür. 
O,  qamətini  düzəltdi  və  çantasından  qolf  çubuğunu  çıxartdı. 
Kottecə getməzdən əvvəl bir az qolf  oynamaq istədi. 
    Qız həmişəki kimi bağçada idi; o, başını qaldırıb Cekə baxdı. 
Cek  papağını  çıxarıb,  onunla  salamlaşdıqda,  qız  utana-utana 
salamı aldı. Bu gün qız həmişəkindən daha gözəl görünürdü. 
    Cek sevincək dedi: 
-   Gözəl havadır, elə deyilmi? 
    Amma söhbətə çeynənmiş sözlərlə başladığı üçün özünə acığı 
tutdu.  -  Bəli, hava doğurdan da, çox gözəldir. 
-  Yəqin ki, güllər üçün məhz belə hava yaxşıdır? 
-    Təəssüf  ki,  yox!  Mənim  güllərimə  yağış  lazımdır.  Bir  baxın, 
hamısı saralıb-solub. 
    Qız ona işarə etdi ki, yaxına gəlsin. Cek bağçanı  düzənlikdən 
ayıran  alçaq çəpərə yaxınlaşdı və içəri boylandı: 
-  Güllər qaydasındadır, solmayıb,- dedi. 
    Qızın baxışından hiss edilirdi ki, Cekə yazığı gəlir. O dedi: 
-  Belə günəşli havada  gərək gülləri tez-tez sulayasan. Günəş hər 
şeyə  həyat  verir,  insanın  səhhəti    üçün  də  çox  xeyirlidir... 
Görürəm ki, cənab bu gün özünü əla hiss edir. 
    Hiss  olunurdu  ki,  qız  ona  ürək-dirək  verir.  Bu,  Ceki 
hövsələdən çıxarırdı. O öz-özünə: “ Lənət şeytana,- dedi,- bu qız 
mənə təskinlik verir, nədir?” 
    Cek əsəbi halda: 
-   Mən tamamilə sağlamam. 
-   Lap yaxşı,- deyə qız tez onu sakitləşdirdi. 
    Cek qızın ona inanmadığını  sezib bərk əsəbləşdi. 
    O, bir az da qolf oynayıb səhər yeməyi üçün evə qayıtdı. Artıq 
bir neçə dəfə idi ki, nahar zamanı qonşu stolun arxasında əyləşən 


 
 
 
46 
ortayaşlı  kişinin  onu  diqqətlə  müşahidə  etdiyini  sezmişdi. 
Üzündən  cəsur  və    iradəli  adam  olması  duyulurdu.    Azca  qara 
saqqalı  vardı.  Sərbəst  və  ağır  davranışı  onun  ziyalı  olduğunu 
göstərirdi.  Cek  bircə  onu  bilirdi  ki,  kişinin  adı  Lavinqtondur, 
deyilənə  görə,  guya  məşhur  həkimdir.  Əgər  Cek  Harli  Stritdə 
olsaydı,  bəlkə  də  onu  tanıyardı.  Hər  halda,  o,  Lavinqton  haqda 
heç nə bilmirdi. 
    Bu  səhər  isə  Lavinqton  Cekə  xüsusi  bir  maraqla  baxırdı. Cek 
təşvişə  düşdü.  Bəlkə,  onun  ürəyindən  keçənlər  üzündən  bilinir? 
Bəlkə  də  bu  adam  bir  mütəxəssiz  kimi  onun  beynində  nəsə  bir 
çaşqınlıq olduğunu hiss edib? 
    Ceki soyuq tər basdı. Doğrudanmı o, dəli olur? Onu qara basır, 
yoxsa kimsə onu aldadır? 
    Qəfildən başına bir fikir girdi: bax, indiyədək səs gələndə o tək 
olurdu.  Güman  edək  ki,  onunla  birlikdə  kimsə  var.  Onda  üç 
şeydən  biri  baş  verməlidir.  Ya  səs  eşidilməyəcək,  ya  da  səsi 
onların hər ikisi də eşidəcək. Yaxud səsi ancaq o özü eşidəcək. 
    Həmin  axşam  Cek  planını  həyata  keçirməyə  başladı. 
Lavinqton  məhz  ona  lazım  olan  adam  idi.  Onlar  söhbətə  çox 
asanca başladılar. Sən demə, Lavinqtonun özü də onunla  söhbət 
eləmək  üçün  fürsət  axtarırmış.  Deməli,  Cek  onu  çox 
maraqlandırır. Onlar söhbət  zamanı səhər  yeməyindən əvvəl  bir 
qədər qolf oynamağı qərara aldılar. Görüşü ertəsi günün səhərinə 
təyin etdilər. 
    Saat  yeddi  tamam  olmamış oyuna başladılar. Sakit, buludsuz, 
sərin,  gözəl  bir  hava  idi.  Həkim  Cekdən  yaxşı  oynayırdı.  Ceki 
yalnız  nəyin  baş  verəcəyi  maraqlandırırdı.  Tez-  tez  gözucu 
saatına  baxırdı.  Onlar  yeddinci  nişangaha  çatanda  artıq  saat 
səkkizə iyirmi dəqiqə işləyirdi. Kottec bu nişangahın tuşunda idi. 
    Qız adəti üzrə  yenə bağçada idi. Onlar çəpərin yanından ötüb 
gedəndə, qız onlara məhəl qoymadı. 
    Çəmənlikdə  iki  top  vardı,  nişangaha  yaxın  olan  Cekin,  bir 
qədər aralıdakı isə həkimin idi. 
    Lavinqton: 


 
 
 
47 
 - Güman edirəm ki, zərbəm sərrast olacaq,- dedi. 
    O,  aşağı  əyildi  və  topun  gedəcəyi  yeri  gözəyarı  ölçməyə 
çalışdı.  Cek  gözlərini  saatından  ayırmayaraq,  hərəkətsiz 
dayanmışdı. Səkkizə düz iyirmi beş dəqiqə işləyirdi. 
    Top  sürətlə  diyirlənib,  deşikli    nişangahın  lap  qırağında 
dayandı və içəri düşdü. 
 - Yaxşı zərbə idi,- Cek dedi. 
    Səsi  özünə  yad  və  xırıltılı  gəldi.  O,  qol  saatını  biləyindən 
qoluna çəkdi və rahat nəfəs aldı. Heç bir şey baş vermədi. Tilsim 
qırılmışdı. 
    Cek: 
-  Etiraz  etmirsinizsə, bircə dəqiqə oyuna ara verək,- dedi. – Mən 
qəlyan çəkmək istəyirəm. 
   Səkkizinci  nişangahın  yanında  onlar  oyunlarına  bir  qədər  ara 
verdilər. Cek azca titrəyən barmaqları  ilə qəlyanını doldurdu və 
çəkməyə  başladı.  Elə  bil  çiyinlərindən  ağır  bir  yük 
götürülmüşdü. 
   Cek qarşısındakı mənzərəyə heyranlıqla baxa-baxa dilləndi: 
-    İlahi,  necə  də  gözəl  havadır...  Davam  edin,  Lavinqton,  sizin 
növbənizdir. 
   Həkim topa zərbə endirən zaman bağırtı yenidən eşidildi. 
   Qulaqbatırıcı və əzablı qadın səsi: 
-  Öldürürlər, kömək edin! Öldürürlər! 
   Qəlyan Cekin titrəyən əlindən düşdü. O, səs gələn tərəfə çöndü, 
lakin həkimlə qolf oynamağının səbəbi yadına düşəndə gözlərini 
ona  zillədi  və  nəfəsini  qısıb  oyun  yoldaşının  hər  bir  hərəkətinə 
göz qoymağa başladı. Lavinqton isə  topun keçdiyi yola baxırdı. 
Başını aşağı dikdiyindən gözləri görünmürdü. 
-   Lap azca qalmışdı. Mən sizin işinizi yüngülləşdirdim. 
    O, heç nə eşitməmişdi. 
    Dünya  Cekin  başına  hərləndi.  O,  səndələyərək  bir-iki  addım 
atdı. Özünə gələndə gördü ki, otların üstündə uzanıb. Lavinqton 
ona tərəf əyilib:   
-   Belə, sakit olun, sakit olun, - dedi. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə