Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

 
 
 
42 
-   Axı, siz onu eşitməli idiniz? Səs hardansa, yaxınlıqdan gəlirdi. 
    Qız gözlərini şaşqınlıqla bərəldərək: 
 Mən heç nə eşitməmişəm, - dedi. 
    Cek  də  gözlərini  qıza  zillədi;  qızın  imdad  diləyən  o  əzablı 
harayı  eşitməməsi  Cekə  son  dərəcə  qəribə  gəldi.  Lakin  qız    o 
qədər  sakit  görünürdü  ki,  Cek  onun  yalan  danışmasına  inana 
bilmədi. 
    Cek təkidlə: 
-   Səs haradansa lap yaxından gəlirdi,- dedi. 
    Bu dəfə qız onu şübhə ilə süzdü. 
 Nə deyirdilər, axı? 
-  Öldürürlər, kömək edin! Öldürürlər! 
-  Öldürürlər, kömək edin! Öldürürlər! - deyə qız təkrar etdi. 
-  Cənab,  görünür,  kimsə  sizinlə  zarafat  edib.  Axı,  burada  kimi 
öldürə bilərlər? 
   Cekə elə gəldi ki, bağdakı cığıra bir qədər yaxşı baxsa, kiminsə 
meyitini  görəcək.  O,  kottecin  pəncərələrini  diqqətlə  nəzərdən 
keçirdi; ətrafda sakitlik və dinclik hökm sürürdü.  
-  Siz bizim evdə axtarış aparmaq istəyirsinizmi? 
   Qızın  ondan  açıq-aşkar  şübhələndiyini  görən  Cek  özünü 
əvvəlkindən daha çox itirdi və üzünü yana çevirib dedi: 
 - Bağışlayın, görünür, səs o yandakı  hündür ağacların arasından 
gəlirmiş. 
   O,  papağını  yuxarı  qaldırıb  sağollaşdı  və  geriyə  qayıtdı.  Cek 
qanrılıb  çiyni  üstündən  arxaya  baxanda  qızı  səssizcə  işləyən 
gördü. 
   Cek ağacların arasında xeyli gəzib dolaşdı. Lakin heç bir qeyri-
adi  hadisənin  izinə  rast  gəlmədi.  Buna  baxmayaraq  o,  səs 
eşitdiyinə  əmin  idi.  Nəhayət,  Cek  axtarışlarından  əl  çəkdi  və 
birtəhər səhər yeməyini yeyib özünü 8:46- da şəhərə yola düşən 
qatara  çatdırmaq  üçün  evə  tələsdi.  Qatara  mindikdən  sonra  o, 
vicdan əzabı  çəkməyə başladı. Bəlkə o, bu barədə dərhal  polisə 
xəbər versə yaxşıdır? Lakin “bənövşəyi” qızın ona necə şübhə ilə 
baxdığı  yadına  düşəndə  bu  fikirdən  daşındı.  Kim  bilir,  bəlkə 


 
 
 
43 
polis də bunu uydurma zənn edəcək. Bəs o, özü bu səsi eşitdiyinə 
əmindirmi? 
    Indi  Cek  əvvəlki  inamını  itirmişdi.  Nə  qədər  götür-qoy  eləsə 
də, qəti qərara gələ bilmirdi. Bəlkə, haray salan quş imiş? Bəlkə 
o, quşun çığırtısını qadın səsi zənn etmişdi? 
    Cek bu fikri də hirslə rədd etdi. Onun əsl qadın səsi eşitmişdi. 
Qışqırtını eşitməzdən əvvəl  hələ bir saata baxdığı da yadındadır. 
Bu  səs  təxminən  səkkizə  iyirmi  dəqiqə  işləmiş  gəldi;  əgər  nəsə 
tapılıb eləsə, polis üçün də qiymətli dəlil ola bilər. 
    Cek  işdən  evə  qayıdarkən  axşam  qəzetlərini  həyəcanla 
nəzərdən  keçirdi.  Baş  vermiş  cinayət  haqqında  məlumat 
axtarırdı,  lakin  qəzetlər  bu  barədə  heç  nə  demirdi.  Cek  nə 
edəcəyini bilmədi -  sevinsin, yoxsa təəssüflənsin? 
    Ertəsi gün hava çox rütubətli idi. Belə bir gündə ən sadiq qolf 
pərəstişkarları  belə  evdə  otururlar.  O,  yataqdan  qalxdı,  tələsik 
səhər  yeməyini  yedi  və  stansiyaya  yürüdü.  Qatarda  yenə  də 
qəzetlərə  acgözlüklə  nəzər  yetirdi.  Dəhşətli  cinayətdən  hələ  də 
əsər-əlamət  yox  idi.  Axşam  qəzetlərində  də  heç  bir  məlumat 
görmədi. 
   “Qəribədir,”-  düşündü,  -“görünür,  uşaqlar  meşəlikdə  dəcəllik 
edirmişlər.” 
    Növbəti gün sübh tezdən o, gəzməyə çıxdı. Kottecin yanından 
ötəndə  gözucu  baxıb  gördü  ki,  qız  yenə  bağdadır,  alaqla 
məşğuldu.  Yəqin  bu,  qızın  adəti  imiş.  Cek  oyuna  çox  sərrast 
zərbə ilə başladı. Ürəyindən keçdi ki, kaş bu zərbəni qız görəydi. 
O, növbəti topu çıxış nöqtəsinə qoydu və saatına baxıb pıçıldadı: 
-  Saat səkkizə iyirmi beş dəqiqə işləyib. Bilmək istərdim... 
    Sözü  ağzında  qaldı.  Onu  bir  gün  əvvəl  heyrətə  salan  həmin 
haray  arxa  tərəfdən  eşidildi.  Bir  qadın  son  dərəcə  əzab  içində 
qışqırırdı: 
 -  Öldürürlər, kömək edin!Öldürürlər! 
    Cek  geriyə  yüyürdü.  “Bənövşəyi”  qız  darvazanın  yanında 
dayanmışdı. Elə bil o, nədənsə qorxmuşdu. Cek qalib adam kimi 
qaçaraq qıza yaxınlaşdı və ucadan dedi: 


 
 
 
44 
-  Hər halda siz indi onu eşitdiniz. 
   Qız onu anlamadı, təəccübdən gözlərini yenə bərəltdi. Cek hiss 
etdi ki, o yaxınlaşanda qız kənara  çəkildi və hətta onun əlindən 
qaçıb evdə gizlənmək istəyirmiş kimi geriyə də boylandı. 
   Qız başını buladı və gözlərini təəccüblə Cekə zillədi: 
-  Mən heç nə eşitməmişəm, - dedi. 
   Bu sözlərlə qız elə bil onun başına ağır bir zərbə endirdi. Qızın 
təəəccübü elə təbii idi ki, Cek ona inanmaya bilmədi. O, hələ də 
baş verənləri ağlına sığışdıra bilmirdi. Qız nəzakətlə, sanki Cekin 
halına acıyırmış kimi: 
-  Sizin kontuziyanız var, elə deyilmi? –  soruşdu. 
    Bir  anda  o,  qızın  ürkək  baxışının,  evə  tərəf  boylanmasının 
səbəbini anladı. Qız elə bilirdi ki, Cek ruhi xəstədir. 
    Sonra  isə,  elə  bil  onun  başına  bir  vedrə  soyuq  su  tökdülər. 
Ağlına  dəhşətli  bir  fikir  gəldi.  Bəlkə,  qız  haqlıdır?  Bəlkə,  onu 
doğurdan da  qara basır? Cekin canına qorxu düşdü. 
    O,  dinməz-  söyləməz  geriyə  döndü  və  ağır  addımlarla  qızdan 
uzaqlaşdı.  Qız  onun  arxasınca  baxdı,  köksünü  ötürdü,  başını 
buladı və sonra aşağı əyilib yenidən alaq eləməyə başladı. 
     Cek hadisələri özlüyündə götür-qoy eləməyə çalışdı, öz-özünə 
dedi: 
 -  Əgər  mən  bu  lənətə  gəlmiş  səsi  yenidən  iyirmi  beş  dəqiqə 
işləmiş eşitsəm, demək, məni doğrudan da, qara basır. Yox, mən 
bu səsi bir daha eşitməyəcəyəm!  
    Bütün  günü  əsəbi  olduğundan  yatağına  çox  tez  uzandı  və 
qərara aldı ki, ertəsi gün səhər hər şeyi bir də yoxlasın. 
    Ağır  düşüncələr  Ceki  gecə  yarıyadək  yuxuya  getməyə 
qoymadı.  Yuxudan  oyananda  səkkizə  iyirmi  dəqiqə  işləmişdi. 
Tələsik  mehmanxanadan  çıxıb  qolf  meydançasına  yüyürdü. 
Lakin  o anladı ki, lənətə gəlmiş meydançaya səkkizə iyirmi beş 
dəqiqə  işləmiş  çata  bilməyəcək.  Əgər  onu  doğrudan  da,  qara 
basırsa,  səsi  başqa  yerdə  də  eşidə  bilər.  Cek  gözünü  çəkmədən 
saatına baxa-baxa qaçırdı. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə