Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

 
 
 
67 
gördükdə,  onun  üzündə  qorxunc  ifadələr  yarandı.  O,  sakitcə 
müqəvvaya  tərəf  yeridi.  Kresloya  çatanda  əlindəki  ağır  odun 
parçasını yuxarı qaldırdı. 
    Bu zaman yataq otağının qapısından istehzalı bir səs eşidildi: 
-  Mənim  müqəvvamı  parçalamayın,  Knyaz!  O,  mənə  10  funt 
sterlinqə başa gəlib. 
    Cani  səs  gələn  tərəfə  döndü.  Onun  gözləri  təəccübdən 
böyümüşdü.  O,  bir  addım  irəli  getdi  və  yenidən  əlindəki  odun 
parçasını  qaldırdı,  ancaq  Holmsın  soyuq  baxışları  onun  əlinin 
aşağı düşməsini məcbur etdi. 
   Şlyapanızı  və  ağacınızı  stolun  üstünə  qoyun.  Çox  sağ  olun! 
Yaxşı olardı ki, silahınızı da stolun üstünə qoyasınız. Yox? Çox 
yaxşı, necə istəyirsən. Mənimlə görüşməyi qərara aldığınıza görə 
çox şadam. Çox istərdim ki, sizinlə bir balaca söhbət edək. 
   Holmsın  xoş  sözləri  Knyazın  qəzəbli  gözlərində  heç  bir 
dəyişiklik əmələ gətirmədi. 
- Həmçinin mənim də sizə söyləyəsi bir neçə sözüm var, Holms! 
– O, bu sözləri çox kəskin dedi.- Günahımı boynuma alıram ki, 
bu saat sizi öldürmək fikrindəydim. 
-  Niyə? 
-  Çünki siz mənim qarşımı kəsmisiniz; sizin adam məni izləyir. 
-  Oh,  yox,  cənab,  -  Holms  dedi.-  Mənim  sizin  dediyiniz  kimi 
adamım yoxdur. 
   Knyaz güldü: 
-  Siz  elə  düşünürsünüz  ki,  mən  uşağam?  Mən  siz  gördüyünüz 
kimi  çox  yaxşı  görürəm.  Dünən  hara  gedirdimsə,  bir  adam 
arxamca gəlirdi. Bu gün isə yaşlı bir qadın. 
   Holms güldü: 
-  Məlumatınıza  görə  çox  sağ  olun.  Düşünürəm  ki,  pis  aktyor 
deyiləm. 
-  Bu siz idiniz... siz özünüz? 
   Holms gülümsədi. 
-  Siz yaşlı qadının şlyapasını stolun üzərində görə bilərsiniz. 
    Knyaz cəld stolun üstünə baxdı. 


 
 
 
68 
-  Mən başa düşmədim, - o dedi. - Deməli,  o sizin adam deyildi, 
ancaq siz özünüz idiniz. Bəs məni niyə izləyirsiniz? 
-  Siz  tanınmış  idmançısınız,  Knyaz,-  Holms  dedi.  -  Siz  şir 
öldürmək üçün Afrikaya çoxlu səyahət etmisiniz. Nə üçün? 
-  Nə üçün? İdman- təhlükə! 
-  Əlbəttə, ölkəni pis heyvanlardan, təhlükədən azad etmək üçün? 
-  Əlbəttə! 
-  Siz  öz  sualınızın  cavabını  özünüz  verdiniz.  Siz  çox  yaxşı 
bilirsiniz ki, mən sizi nə üçün  izləyirdim. 
   Knyaz oturduğu yerdən dik atıldı və onun əli cibinə tərəf getdi. 
-  Əyləşin,  cənab,  əyləşin!  Bu  ən  vacib  cavabdır.  Mən  brilyantı 
istəyirəm! 
    Knyaz narahat halda gülərək oturdu. 
-  Mən bilmirəm, siz nəyin haqqında danışırsınız, - o dedi.  
-   Bu doğru deyildir, siz bilirsiniz ki,  mən sizi  izəyirdim. Çünki 
brilyantı sizdən almaq istrəyirdim. Siz buraya gəlmisiniz ki, mən 
bunu  necə  öyrənmişəm.  Əgər  mən  bunu  daha  yaxşı  bilsəydim, 
onda  məni  öldürmək  qərarına  gələcəkdiniz.  Yaxşı,  mən  sizə 
bütün hadisələr haqqında dəqiq məlumatlar verəcəyəm, ancaq bir 
şeydən başqa. 
 -  Bəli, icazə verin soruşum ki, o bir şey nədir? 
 -  Mən bilmirəm, brilyant tac haradadır. 
 -  Bəs mən sizə onun harada olduğunu necə deyə bilərəm? 
 -  Siz  bilirsiniz  və  onu  da  mənə  deyəcəksiniz!  Mən  sizin 
fikirlərinizi  oxuya  bilərəm,  mən  sizin  ağlınızdakı  hər  şeyi 
görürəm. 
 -  Əlbəttə, siz brilyantın harada olduğunu da görürsünüz. 
    Holms güldü: 
 -  Deməli, siz onun harada olduğunu bilirsiniz. 
   Holms şkafa tərəf getdi və oradan kiçik bir kitabça çıxartdı. 
-  Bilirsiniz, mən bu kitabda nələr saxlamışam? 
-  Xeyr, cənab, bilmirəm . 
-  Siz! 
-  Mən?  


 
 
 
69 
-  Bəli, cənab, siz! Sizin həyatınızda olan hər bir təhlükəli zaman 
və etdiyiniz cinayətlər buradadır! 
-    Ehtiyatlı  ol,  Holms!  -  Knyaz  alışıb,  yanan  gözlərilə  baxırdı,- 
ehtiyatlı olun! Artıq sizə qulaq asmaq istəmirəm 
-  Hər  şey  buradadır,  Knyaz!  Xanım  Karoldun  öldürülməsi 
haqqında  dəqiq  məlumatlar.  O,  bütün  pullarını  sizə  vermişdi, 
hansı ki, siz bu pulları kart oynunda uduzmusunuz. 
-  Siz sayıqlayırsınız. 
-  Xanım Verenderin bütün həyatının tarixi. 
-  Siz mənim onunla əlaqədə olduğumu sübut edə bilməzsiniz. 
- Burada yeni bir məlumat var. Məsələn, fevralın 13 -də Parisdən 
yola düşən qatardan yoxa çıxan qızıl. 
-  Həmin hadisə vaxtı mən qatarda olmamışam. Bu dəfə siz səhv 
etdiniz. 
-  Qalan məlumatlara görə tamamilə haqlıyam. 
-  Siz  çox  danışdınız!  Bəs  brilyant  tac  haqqında  nə  deyə 
bilərsiniz? 
-  Yavaş,  Knyaz,  tələsmə!  Mən  əhvalatı  öz  bildiyim  kimi 
danışmalıyam.  Mən  sizə  göstərməliyəm  ki,  mən  sizin  və  Sam 
Mertonun haqqında hər şeyi bilirəm. 
-  Hissiyatsız! 
-  Mən  muzeyə  getmək  üçün  tutduğunuz  taksi  sürücüsünü  də 
tanıyıram.  Sürücünün  sizi  Mikey  Sandersin  evinə  apardığını  da 
bilirəm.  Mən  onu  da  bilirəm  ki,  Sanders  bu  haqda  polisə 
danışmışdı. Siz oyunu uduzmusunuz, Knyaz! 
   Knyazın qara sifəti qəzəbdən qızardı. Onun gözlərində qığılcım 
parladı, o, ağzını açdı, lakin danışa bilmədi. 
-  Görürsünüz,  Knyaz,  mənim  kartım  necə  də  güclüdür,  ancaq 
mənim üçün ən zəruri olan kartı hələ almamışam. Mən brilyantın 
harada olduğunu bilmirəm. 
-  Və siz bunu heç vaxt bilməyəcəksiniz! 
-  Yox? Vəziyyətə baxın, Knyaz. Yoxsa, iyirmi il həbs cəzasına 
məhkum  olunarsınız.  Həmçinin  Sam  Merton  da  sizinlə.  Ola 
bilsin  ki,  mən  sizə  kömək  etdim.  Mənə  nə  siz,  nə  də    Merton 


 
 
 
70 
lazım  deyil.  Əgər  brilyantı  mənə  versəniz,  mən  bu  məlumatlar 
yazılmış  kitabçanı  yandıracağam  və  heç  kim  bir  daha  bu  işlər 
haqqında bilməyəcək. Bu sizin  axırıncı imkanınızdır, Knyaz! 
-  Əgər mən bunu rədd etsəm? 
-  Əgər  siz  brilyantı  qaytarmasanız,  onda  biz  sizi  həbs  edəcəyik. 
Knyaz, seçin! 
   Holms zəngə toxunan kimi Billi qapıda göründü. 
- Məncə, Knyaz, siz bunu  dostunuz Sam Mertona da deməlisiniz 
və o da bizim “Konfransımızda” iştirak etməlidir. Billi, siz bayır 
qapının  ağzında  ucaboylu,  kobud  sifətli  bir  adam  görəcəksiniz. 
Ona deyin ki, içəri buyursun. 
-  Əgər  o gəlmək istəməsə? 
-  Onu məcbur etmə, Billi. Əgər desəniz ki, sizi Knyaz Silviyus 
istəyir, mən  əminəm ki, o gələr. 
    Billi  gedən  kimi,  Knyaz  ayağa  qalxdı  və  əlini  cibinə  apardı. 
Ancaq yenidən Holmsın gözləri onu bu fikirdən yayındırdı. 
-  Silaha toxunma, Knyaz! – Holms  sakit səslə dedi. – Mən sizə 
onu  cibinizdən  çıxartmağa  vaxt  verərəm,  ancaq    onu  işlətmək 
çox təhlükəlidir. Bu bina adamla doludur, tapançanın səsi də çox 
yüksək  çıxır!  A...a!  Mən  dostumuzun  ayaq  səslərini  eşidirəm. 
Günortanız  xeyir,  cənab  Merton!  Mən  sizin  küçədə  belə  uzun 
müddət diqqətlə gözlədiyinizdən qorxuram. 
   Ağır  çəkili  boksçu  mavi  gözlərini  Holmsdan  çəkərək  öz 
dostuna baxdı və vəziyyəti başa düşməyə çalışdı. 
-  Hər şey doğrudur, Knyaz? - O, soruşdu. 
   Knyaz  heç  bir  şey  demədi  və  onun    əvəzində  bu  suala  Holms 
özü cavab verdi. 
-  İcazə  verin  aydınlaşdırım.  Cənab  Merton,  siz  oyunu 
uduzmusunuz. 
    Sam Merton Knyaz Silviyusla danışmağını davam etdirdi: 
-   Bu adam özünü şən göstərməyə çalışır? 
    Holms yenidən sualına cavab verdi: 
-    Xeyir,  Merton,  mən  ona  görə  çalışmıram  və  indi  siz  tezliklə 
görəcəksiniz ki,  burada heç bir şey yoxdur. Knyaz Silviyus, siz 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə