Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

 
 
 
38 
istiqrazların  göyərtədə  gizlədilməsi,  bu  olduqca  çətindir,  o  biri 
isə istiqrazların göyərtədən dənizə atılması. 
-  Üzgəclə nəzərdə tutursunuz? 
-  Xeyr, üzgəcsiz. 
    Mən gözlərimi qıydım. 
-  Əgər istiqrazlar gəmidən suya atılıbsa, bəs onları Nyu-Yorkda 
necə sata bilərdilər? 
-  Sizin bu məntiqli düşüncənizə heyranam, Hastinqs. İstiqrazlar 
Nyu-Yorkda  satılıbdır,  ona  görə  ki,  onlar  gəmidən  suya 
atılmayıbdır. Görürsən, bu, bizi hara aparıb çıxarır? 
-  Əgər bağlama gəmidən suya atılıbsa və istiqrazlar Nyu-Yorkda 
satılmışsa, onda bağlamada heç bir istiqraz olmamışdır. Bağlama 
içərisində  istiqrazlar  olduğunu  təsdiq  edən  fakt  vardımı? 
Xatırlayırsan,  Mister  Ricvey  Londonda  əlindəki  bağlamanı  heç 
vaxt açmayıbdır.  
-   Bəli, ancaq sonra... 
    Puaro səbirsizliklə əlini yellədi. 
-  İcazə  ver  davam  edim.  Axırıncı  dəfə  istiqrazlar  ayın  23-  də 
London  və  Şotland  Bank  idarəsində  görünmüşdür.  Sonra  onlar 
“Olimpiya”  gəmisinin  Nyu-Yorka  çatmağına  yarım  saat  qalmış 
yoxa  çıxmışdır.  Belə  bir  fikirə  gəlmək  olur  ki,  istiqrazlar  heç 
“Olimpiya”  gəmisində  olmamışdır.  Onların  Nyu-Yorka  gedib 
çatması  üçün  başqa  bir  yol  da  vardımı?  Bəli,  həmin  gün  Nyu-
Yorka  “Olimpiya”  gəmisindən  başqa  Sausaptondan  “Giqantik” 
gəmisi  də  yola  düşmüşdü.  Onlar  kodları  Atlantik  üçün  tutublar. 
“Giqantik”  Nyu-Yorkda  “Olimpiya”dan  bir    gün  əvvəl  olubdur, 
hər  şey  aydındır.  Düyün  öz-özünə  açılır.  Ricveyə  verilmiş 
bağlama  yalançı  bağlama  imiş.  Onlar  əsil  istiqraz  olan  
bağlamanı  elə  bankın  idarəsindəcə  dəyişdiriblər.  Həmin  anda 
başqa bir yalançı bağlama düzəltmək üç adam üçün  o qədər də 
çətin  iş  deyildir.  Deməli,  istiqrazlar  da  tezliklə  “Olimpiya”nın  
göstərişi  ilə  Nyu-Yorkdakı  müttəfiqlərə  çatdırılıbdır.  Ancaq  izi 
azdırmaq  üçün “Olimpiya”da oğrulardan kimsə var imiş. 
-  Bəs nə üçün? 


 
 
 
39 
-  Ona  görə  ki,  Ricvey  bağlamanı  açıb  onun  yalançı  olduğunu 
görə  bilərdi.  Və  şübhə  dərhal  Londona  gətirib  çıxarardı.  Xeyr, 
qonşu  kayutadakı  naməlum  adam  öz  işi  ilə  məşğul  imiş.  O, 
dublikat  açarla  kilidi  açıb,  sandıqdakı  yalançı  bağlamanı 
çıxarmış və gəmidən suya atmışdır. O, gözlərini gizlətmək üçün 
eynək  taxmış,  Ricveylə  qarşılaşmağa  risk  etməyərək  özünü  əlil 
kimi  göstərmiş,  Nyu-Yorkda  sahilə  çıxıb,  yenidən  birinci  gəmi 
ilə geri qayıtmışdır. 
-  Bəs o kim olmuşdur? 
   O  adam  dublikat  açarı  olan,  kilidi  sifariş  edən,  həqiqətdə 
bronxit  xəstəliyi  olmayan  və  nəhayət,  darıxdırıcı  qoca  Mister 
Şoudur. Dostum, cinayətlər bəzən yüksək dairələrdə də olur. 
    Bu vaxt Miss Farkuhar onlara yaxınlaşdı. 
-  Biz  buradayıq,  xanım.  Mən  işi  müvəffəqiyyətlə  başa 
çatdırmışam.  Icazə  verirsiniz?-  deyə  Puaro  əyilərək  təəccübdən 
alışıb yanan qızın yanaqlarından öpdü. 
                                                                                                                                                             
                                                          
Bakı şəhəri, 1979 - cu il. 
                    
                   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
40 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
               Mavi kuzənin sirri 
 
 
    Cek  Hartinqton  topun  getdiyi  məsafəyə  dalğın-dalğın  baxdı; 
sonra  dayanıb  geriyə  döndü,  nişangaha  qədərki  məsafəni  
gözəyarı  ölçdü.  Onun  üzündən  narahatlıq  yağırdı.  Cek  hirslə 
çubuğu əlində bir-iki dəfə yellətdi, onu yaşıl otun üstünə yığılmış 
ağac 
qırıntılarına vurdu və  qəti addımlarla topa tərəf yeridi. 
   Təsəvvür  edin  ki,  iyirmi  dörd  yaşınız  var;  həyatda  yeganə 
məqsədiniz  qolfda  öz  qüsurlarınızı  azaltmaq  istəyirsiniz;  üstəlik 
bütün vaxtınızı və qüvvənizi bir tikə çörək pulu qazanmağa sərf 
edirsiniz.  Cek  həftənin  beş  gün  yarımını  şəhərdə,  qırmızı 
ağacdan  düzəldilmiş  qəbrə  oxşayan  otaqda,  səhərdən  axşama 
qədər dustaq kimi oturub işləyir, şənbə axşamı və bazar gününü 
isə    istədiyi  kimi  keçirirdi.  O,  hətta  Stourton  Hiss  dəmiryol 
xəttinin  yaxınlığındakı  kiçik  mehmanxanada  özü  üçün  otaq 


 
 
 
41 
kirayə  etmişdi.  Cek  hər  gün  səhər  saat  6-  da  yataqdan  qalxaraq 
bir  saat  məşq  edir,  sonra  isə  8:46  -  da  qatarla  şəhərə  yola 
düşürdü. 
    Nədənsə  bu  səhər  zərbələrinin  heç  biri  alınmırdı.  O,  qolf 
çubuğunu  əlində  möhkəm-möhkəm  sıxaraq,  öz-özünə  sehirli 
sözləri  təkrar  etdi:  “Qoy  qolum  sərpməsin,  zərbəm  sərrast 
olsun!” Birdən güclü bir qışqırtı yay səhərinin sakitliyini pozdu. 
Cek yerindəcə quruyub qaldı. 
    Kimsə: 
-  Öldürürlər! Kömək edin! Öldürürlər! - deyə qışqırırdı. 
    Bu, qadın səsi idi. Axırda səs boğuq xırıltıyla əvəz olundu və 
susdu.  
    Cek  qolf  çubuğunu  yerə  atdı  və  səs  gələn  tərəfə  qaçdı.  Səs 
haradansa lap yaxından gəlmişdi. 
    Bir  neçə  evi  çıxmaq  şərti  ilə  buralar  demək  olar  ki,  nəzərə 
çarpmayan  xarabalıqlara  bənzəyirdi.  Əslində,  yaxınlıqda  Cekin 
diqqətini  özünə  cəlb  edən  qədim,  zövqlə  tikilmiş    bircə  kottec 
vardı.  Cek  həmin  kottecə  tərəf  qaçdı.  Kottec  süpürgə  kolluqları 
bitən yamacın arxasında idi. O, bir göz qırpımında yamacı ötüb 
keçdi və çəpərli bağın xırda darvazasının qabağında ayaq saxladı. 
   Bağda bir qız əlində yarıyacan alaq otuyla dolu səbət tutmuşdu. 
Bir  anlığa  Cekə  elə  gəldi  ki,  kömək  üçün  qışqıran  bu  qızdır, 
amma bu fikir tez də ötüb getdi. 
   Əlindəki  səbətdən  aydınca  görünürdü  ki,  qız  indicə  bənövşə 
ləkinin  alağını  vururmuş.  Cek  qızın  gözlərini  ala-bəzək 
bənövşələrə bənzətdi;  gözlər mavidən çox bənövşə rəngindəydi, 
məxməri və incə idi; qızın dümdüz qaməti vardı, əynindəki kətan 
donu da bənövşəyi idi. 
    Qız təəccüblə Cekə baxdı, elə bil baxışları dolmuşdu. 
-   Bağışlayın,- Cek dedi. - qışqıran siz idiniz? 
-   Mən? Xeyr, qışqırmamışam. 
    Qız elə təəccübləndi ki, Cek özünü büsbütün itirdi. Qız sözləri 
açıqca seçilən əcnəbi ləhçə ilə tələffüz edirdi. 
    Cek ucadan dedi: 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə