Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 
 
 
48 
-   Mənə nə olub? 
-    Ürəyiniz  getmişdi,  cavan  oğlan.  Mənə  elə  gəlir  ki,  siz  bunu 
qəsdən eləməmisiniz. 
 Aman allah, - deyə Cek dərindən ah çəkdi. 
-   Sizə nə olub? Şüurunuzda nəsə var? 
-  Mən indi hər şeyi sizə danışaram, amma əvvəlcə sizdən bir şey 
soruşmaq istəyirəm. 
    Həkim  qəlyanını  yandırdı  və  torpaq  qalağının  üstündə  yerini 
rahatladı: 
-   Hə, nə istəyirsiniz, soruşun,- dedi. 
-  Son  bir-iki  gündə  siz  mənə  çox  diqqət  yetirirdiniz.  Deyə 
bilərsinizmi, niyə? 
    Lavinqtonun gözləri azca parıldadı: 
-   Çox  yersiz sualdır,  -  dedi.  Belə bir məsəl  var.  “Pişik də krala 
baxa bilər.” 
-  Məni  başınızdan  etməyə  çalışmayın.  Mən  tamamilə  ciddi 
soruşuram. Niyə?  Çünki bunu soruşmağa əlimdə əsasım var. 
    Lavinqtonun üzü ciddiləşdi: 
-  Mən  sizə  tamam  dürüst  cavab  verəcəyəm.  Sizdə  daxili 
gərginlikdən  əziyyət  çəkən  adamın    nişanələrini  görmüşdüm. 
Məni maraqlandıran da bu gərginliyin səbəbi idi. 
-  Mən dəli oluram,- deyə Cek öz halına acıya-acıya bildirdi.  
   Sonra Cek dramatik tərzdə öz sözünə ara verdi. Ancaq onun bu 
vəziyyəti  Lavinqtonda  heç  bir  maraq  oyatmadı.  Cek  bunu 
gözləmirdi, ona görə də o, yenidən təkrar etdi: 
-  Sizə deyirəm ki, mən dəli oluram. 
-  Çox  qəribədir.  Doğurdan  da,  çox  qəribə  və  maraqlıdır,-  deyə  
Lavinqton astadan dilləndi. 
   Cek əsəbləşdi: 
-  Güman  edirəm  ki,  bu  sizin  üçün  sadəcə  olaraq  maraqlıdır. 
Həkimlərin hamısı daşürəklidir. 
-  Dostum, bu mənasız söhbəti  boşlayın. Əvvəla, elmi dərəcəmin 
olmasına  baxmayaraq, mən həkimlik etmirəm. Əslinə qalsa, mən 
heç can həkimi də deyiləm. 


 
 
 
49 
    Cek ona sərt nəzərlə baxdı: 
-  Onda siz psixiatrsınız? 
-    Bəli,  demək  olar  ki,...  Amma,  daha  dəqiq  desək,  mən  özümü 
ruh həkimi sayıram. 
-  Oh! 
- Sizin istehzanızı anlayıram, lakin biz cismimizdən ayrı mövcud 
ola  bilən  bir  şeyi  nə  cürsə  adlandırmalıyıq.  Bilirsinizmi,  cavan 
oğlan, sizin cisminizlə ruhunuz vəhdət təşkil etməlidir. Xeyr, bu 
heç də  ruhanilərin uydurması deyil. Biz buna ruh və yaxud şüur 
da deyə bilərik, və  ya bunu başqa cürə də adlandıra bilərik. Siz 
indicə  məndən  incidiniz,  lakin  sizin  kimi  sağlam  bir  cavanın 
qarabasmadan  əziyyət  çəkməsi,  az  qala  dəli  olması  mənə 
doğurdan da, çox qəribə və maraqlı göründü. 
-  Yaxşı, mənim başıma hava gəlib. Lap dəli olmuşam. 
-   Belə dedyim üçün məni bağışlayın, ancaq buna inanmıram. 
-   Məni qara basır. 
-   Nahardan sonra? 
-   Xeyr, səhər tezdən. 
- Ola bilməz,- deyə həkim öz sönmüş qəlyanını yenidən yandırdı. 
 Deyirəm ki, mən heç kəsin eşitmədiyi şeyləri eşidirəm. 
-  Min adamdan yalnız biri Yupiterin peyklərini görə bilər. Yerdə 
qalan  doqquz  yüz    doxsan  doqquz  nəfərin  bu  peykləri  görməsi 
heç də o demək deyil ki, onlar mövcud deyil. Bu mininci adamı 
da “lunatik”adlandırmağa heç bir səbəb yoxdur. 
-   Yupiterin peyklərinin olması sübuta yetmiş elmi faktdır. 
-    Bu  gün  bizim  qarabasma  adlandırdığımız  hadisələrin  sabah 
elmi cəhətdən sübuta yetməsi tamamilə mümkündür. 
     Lavinqtonun  sözlərindəki  məntiq  Cekə  təsir  elədi.  O,  özünü 
birdən-birə  hədsiz  dərəcədə  rahat  və  gümrah  hiss  etdi.  Həkim 
bir-iki  dəqiqəliyə  onu  diqqətlə  süzüb,  sonra  razı  halda  başıyla 
təsdiqlədi: 
-  Yaxşı ki, sakitləşdiniz,- deyə həkim dilləndi. – Siz cavanların 
bədbəxtçiliyi ondadır ki, öz fəlsəfənizdən kənara çıxa bilmirsiniz. 
Dərk edə bilmədiyiniz bir şeylə qarşılaşanda dərhal özünüzü itirir 


 
 
 
50 
və  qorxuya  düşürsünüz.  İndisə  deyin  görək,  nə  səbəbə  özünüzü 
dəli  adlandırırsınız?  Yalnız  bundan  sonra  müəyyən  bir  qərara 
gəlmək olar. 
     Başına  gələnləri  bacardıqca  düzgün  danışmağa  çalışan  Cek 
söhbətini belə tamamladı: 
 -    Mən    ancaq  bircə  şeyi  anlaya  bilmirəm,  niyə  bu  gün  səs  beş 
dəqiqə gec, yəni səkkizin yarısında eşidildi? 
     Lavinqton bir-iki dəqiqə fikrə getdi, sonra soruşdu: 
-   İndi saatınız neçədir?  
-   Səkkizə on beş dəqiqə qalır, - deyə Cek cavab verdi. 
-  Onda hər şey aydındır. Mənim saatımda səkkizə iyirmi dəqiqə 
qalıb.  Demək,  sizin  saatınız  beş  dəqiqə  irəlidir.  Bu  isə  vacib  
faktdır. 
-   Nə mənada? – Cek maraqlanmağa başladı. 
-   O mənada ki, bu fakt hadisəni asanca izah etməyə imkan verir
birinci  dəfə  ola  bilsin  ki,  kimsə  sizinlə  zarafat  edib,  bəlkə  də 
etməyib-  hər  halda  siz  qışqırtını  eşitmisiniz.  Bundan  sonra 
özünüzü  inandırmısınız  ki,  bu  səsi  səhər  eyni  bir  vaxtda 
eşidirsiniz. 
-   Xeyr, əminəm ki, bu belə deyil. 
-    Əlbəttə,  bilirsiz  ki,  bəzən  bizim  iradəmizdən  asılı  olmayaraq 
qəribə şeylər baş verir, lakin hər halda hadisəni belə tərzdə izah 
etmək  düzgün  olmazdı.  Əgər  siz  özünüzü  həqiqətən  inandırmış 
olsaydınız,  qışqırtını  öz  saatınızla  səkkizə  iyirmi  beş  dəqiqə 
işləmiş eşidərdiniz. Ancaq indi sözünüzdən belə çıxır ki, son dəfə 
qışqırtı həmişəkindən bir az gec eşidilmişdir. 
-   Yaxşı, bəs sonra? 
-   Bu ki, aydındır, elə deyilmi? Köməyə çağıran bu səs hardansa 
tamamilə müəyyən bir yerdən və müəyyən vaxtda gəlir. Deməli, 
belə  bir  nəticəyə  gəlirik  ki,  qışqırtı  səkkizə  iyirmi  beş  dəqiqə 
işləmiş, hardansa kottecin yaxınlığından gəlir.   
-    Yaxşı,  onda  bu  qışqırtını  niyə  məhz  təkcə  mən  eşidirəm?  İş 
orasındadır ki, mən nə kabusların varlığına, nə də bu kimi başqa 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə