57
- Qorxuram ki, bu mümkün olmasın. Corc əmi indi səfərdədir.
Harada olduğunu da bilmirəm.
- O nə vaxt qayıdacaq?
- Üç həftədən, uzaq başı bir aydan sonra.
Araya sükut çökdü. Felise narahat halda gah Cekə, gah da
Lavinqtona baxırdı.
- Yəni bir şey etmək olmaz? - qız təşviş içində soruşdu.
Lavinqton həyəcanını güclə gizlədərək dedi:
- Olar, ancaq burda bir şey var. Ola bilsin ki, mənim təklifim
sizə qəribə görünsün, amma inanıram ki, yeganə çıxış yolu
budur. Hartinqton, siz , kuzəni bura gətirməlisiniz. Əgər xanım
icazə versə, mavi kuzəni də özümüzlə götürmək şərtilə, biz bir
gecəmizi kottecdə keçirərik.
Cek tüklərinin biz-biz olduğunu hiss etdi və həyəcanla soruşdu:
- Sizcə nə baş verəcək?
- Heç özüm də bilmirəm, amma inanıram ki, sirr açılacaq və
kabus məzarına qaydacaq. Bəlkə də kuzənin dibi iki çatdan
ibarətdir
və tamamilə mümkündür ki, onun içində nəsə gizlədilib.
Əgər heç bir hadisə baş verməsə, gərək bu vəziyyətdən bir çıxış
yolu tapaq.
Felise əllərini bir-birinə sıxaraq həyəcanla dedi:
- Əla fikirdir.
Qızın gözləri sevincdən parıldayırdı. Ceksə özünü o qədər də
rahat hiss etmirdi. Əslində, daxilən yaman qorxuya düşmüşdü,
lakin ölsə də Felisenin yanında öz qorxusunu bürüzə verməzdi.
Həkimsə özünü elə aparırdı ki, sanki dünyada təbii bir şeyi təklif
etmişdi.
Felise Cekə sarı dönərək soruşdu:
- Siz kuzəni nə vaxt gətirə bilərsiniz?
- Sabah,- deyə Cek könülsüz halda dilləndi.
İndi işi axıra çatdırılmalı idi. Cekə onu hər səhər heyrətə salan
dəhşətli qışqırtıdan birdəfəlik yaxa qurtarmaq və bütün hadisəni
tamamilə unutmaq lazım idi.