Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
cəmiyyət,  bəşəriyyət  haqqında  özünəməxsus  fikirləri 
vardı ... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
ALTINCI HİSSƏ 
SON, YOXSA ƏVVƏL?! 
 
BURADA ƏSAS SÖZ HANSIDIR? 
Çətindir insanın yaxşı olması? 
Çətindir insanın yaxşı olması? 
Çətindir insanın yaxşı olması? 
Çətindir insanın yaxşı olması? 
Yeddi müdrikdən biri olan Pittakın bu tapmacasına  
hələ dəcavab tapılmamışdır. 
 
Daha  neçə  gün,  bəlkə  də  ay  keçdiyini 
xatırlamıram.  Artıq  Tahir  kişini  yaxın  dostlarımdan 
fərqləndirmirdim.  Dəfələrlə  qəfil  yuxudan  ayılaraq 
onun  yanımda  olmadığını  düşünürdüm.  Lakin 
həmişəki  kimi  başını  sol  qoluna  söykəyərək  mənə 
baxmasını  görəndə  rahatlanırdım.  Getdikcə  maraqlı 
olan  günlərin  birində  Tahir  kişi  bir  qədər  əvvələ 
qayıdaraq bildirdi: 
-
 
Ələmdarla tanış olmaq istərdim...  


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Dostlarımı  bir-birilərilə  tanış  etmək  imkanımın 
olmaması  barədə  etdiyim  söhbəti,  güman  ki, 
unutmuşdu.  Bir  qədər  sükut  edəndən  sonra  davam 
etdi: 
-
 
Onun nə üçün intihar etdiyini demədin. 
           Ələmdarın  adını  eşidən  kimi  həmin  günləri 
xatırlamağa  başladım.  Gözlərimi  tavandakı  florasan 
işıqdan ayırmadan danışmağa başladım: 
-
 
O,  həqiqətən  də  əla  dost  idi.  İnsani 
xüsusiyyətləri,  humanistliyi,  xeyirxahlığı  bizim 
insanlar  üçün  rəhbərə  yaraşmayan  göstəricilər  hesab 
olunur.  Bacarığına,  istedadına  görə  təyin  edildiyi 
vəzifəni  layiqincə  icra  etsə  də,  kollektivi  idarə  edə 
bilmədi.  Tez-tez  olmasa  da,  ara-sıra  bizim  onunla 
otağında  söhbətlərimiz  olurdu.  İşçilərin  onun 
etibarından  sui-istifadə  etməsi  çox  sıxırdı  dostumu. 
Ona  işə  gecikmə  halları,  tapşırıqları  vaxtında  təhvil 
verməmək,  işə  icazəsiz  gəlməmək  kimi  məsələlərə 
qarşı  sərt  tədbir  görmədiyini  xatırladırdım.  Mənimlə 
razılaşırdı.  Lakin  bunları  edəcək  qədər  sərt  ola 
bilmirdi.  Hətta  məsuliyyətsizlik  edən  işçiləri  işdən 
azad  etmək  səlahiyyəti  olsa  da,  bunu  etmirdi. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Çörəklərinə  bais  olmaq  istəmirdi.  İşsiz  qalarlarsa, 
daha çox əziyyət çəkəcəyini bildirirdi.  
-
 
Əsl insan imiş!.. 
-
 
Təsəvvür  edin  ki,  ətrafdakılar  belə  bir  insanın 
qədrini  bilmədilər.  Vəziyyət  o  yerə  çatmışdı  ki, 
idarədəki  bu  mənzərə  nazirlikdə  müzakirə  edilmişdi. 
Bir  dəfə  iş  vaxtının  bitməyinə  az  qalmış  idarəyə 
getdim.  İçəri  daxil  olanda  işçilərin  demək  olar  ki, 
hamısı  çıxıb  getmişdi.  Yalnız  katibə  qalmışdı.  Təcili 
zəng  gələrsə,  cavab  verən  olsun  deyə.  O  da  gözəllik 
salonundaymış    kimi  kompüterin  qabağına  qoyduğu 
iri  güzgüyə  baxaraq  bəzənirdi.  Ələmdarın  yanına 
girəcəyimi  deyəcəkdim  ki,  zəng  gəldi.  Bir  telefona, 
bir güzgüyə, bir də saata baxan çatmaqaş katibə dörd-
beş  çağırışdan  sonra  daş  qaldırırmış  kimi  dəstəyi 
qaldırdı. Cavab verən kimi duruşunu düzəldərək: 
-
 
Baş üstə, bircə dəqiqə, bu dəqiqə birləşdirirəm, 
–  dedi  həyəcanla.  Selektorun  düyməsini  sıxaraq:  – 
Ələmdar  müəllim,  nazirlikdəndir.  –  xəbərini  verib 
dəstəyi asdı. Ələmdar telefonla danışacağı üçün qəbul 
otağına  keçərək  gözləməyə  başladım.  Ətrafda 
sakitçilik  hökmranlıq  edirdi.  Bir  müddətdən  sonra 
tappıltı  səsinə  diksindim.  Səs  Ələmdarın  otağından 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gəlirdi.  Qeyri-iradi  olaraq  təlaş  içində  otağa  daxil 
olanda,  o,  yerdə  idi.  Stolun  üstündə  isə  adını  belə 
oxumadığım  dərman  qabı.  Qaçdım  Ələmdara  sarı. 
Gözləri ağarmış, ağzından isə köpük gəlirdi. Əl atdım 
telefonlara.  Heç  biri  işləmirdi.  Katibəni  çağırmaq 
üçün çıxdım. Lakin elə bil dünyada məndən və yerdə 
can verən Ələmdardan başqa heç kim yox idi. 
-
 
Bəs  sonra?  –  Diqqətlə  qulaq  asan  Tahir  kişi 
soruşdu. 
-
 
Sonra...Sonra da gözümü sənin yanında açdım. 
Hə,  Tahir  dayı,  bu  da  mənim  həyatım.  Özümü  dərk 
edəndə çox xoşbəxt idim. Sonra isə məhz özümü dərk 
etdiyim  üçün  bədbəxt  olmağa  başladım.  Eynicinsli 
heyvanlar  öz  aralarında  anlaşdıqları  kimi  insanlar 
anlaşmır.  “Göründüyün  kimi  ol,  olduğun  kimi 
görün!”  -  deyən  böyüklərim,  nə  göründüyüm  kimi 
olmağımı,  nə  də  olduğum  kimi  görünməyimi  qəbul 
etdilər. Xoşbəxtliyim heç vaxt daimi olmadı. Bədbəxt 
insanların içində mən də eyni taleyi yaşadım. 
-
 
Azər,  bu  dəfə  səninlə  razılaşmayacam. 
Bədbəxt  olunmur,  bədbəxt  hiss  edilir.  Çətinliklə 
üzləşən  insan  özünə  bədbəxt  damğası  vurub  ruhdan 
düşəcəksə,  o  zaman  həyatına  maddi  varlıq  kimi 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə