Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Mənə  zəng  gələndə  xəbər  tutdum  məsələdən. 
Yaşadığı  evə  getsəm  də,  onu  orada  tapa  bilmədim. 
Telefonunu da söndürmüşdü. 
-
 
Çox  güman  ki,  dəniz  qırağına  gedib.  –  Qoca 
əminliklə söylədi.  
-
 
Bəli,  dayı.  Elə  mən  də  beləcə  düşünüb  çox 
vaxt söhbət etdiyimiz  qayalıqlara  tərəf tələsdim. Ora 
çatanda  Yalçına  aid  bir-iki  şəxsi  əşyadan  başqa  heç 
nə  yox  idi.  Atmışdı  özünü  heç  kimə  fərq  qoymayan 
dalğaların  qoynuna.  Özümdən  asılı  olmayaraq, 
əzəməti ilə qürrələnən dalğalara etirazımı qışqırmaqla 
bildirməyə çalışdım.  
-
 
Təbiətin qarşısını almaq mümkün olan iş deyil. 
Onun  etdiklərinə  mane  ola  bilməzsən.  Sən  ona 
hiddətləndinsə, daha da sərt üzünü göstərər.  
-
 
Həmin vaxt nə etdiyimi bilmirdim, Tahir dayı. 
Dost  itirmək,  mənim  üçün  əsl  bədbəxtçiliyə 
çevrilmişdi.  O  anlarda  dənizə  olan  kinimi  büruzə 
verməyə  bilməzdim.  Elə  o  vaxtdan  dənizlərə  nifrət 
edirəm. 
-
 
Haqlısan  təbii  ki.  Səni  tam  başa  düşürəm. 
Amma unutma, heç bir kin əbədi deyil!. Həyatın hər 
anı  ilə  barışmaq  lazım  gəlir.  Elə  vaxt  olur  ki, 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
düşməninlə  dost  olmağa  məcbursan.  “Onu  heç  vaxt 
sevmərəm!”  –  dediyin  şəxsə  aşiq  olursan.  Yeri 
gəlmişkən,  dostum,  –  deyə,  qoca  gülümsədi. 
Həmsöhbət  olduğumuz  müddətdə  ilk  olaraq,  mənə 
dostum deyirdi: – sevdiyin qızdan nə üçün ayrıldığını 
demədin axı...  
          Bununla ikinci dəfə idi ki, qoca mənim canıma 
qorxu  salırdı.  Mən  ona  o  qızdan  nəinki  ayrılmağım, 
heç  sevgilimin  olması  barədə  də  deməmişdim.  O, 
sanki  mənim  haqqımda  çox  şeyi  bilirdi.  Amma 
heyrətləndiyimi  büruzə  vermədən  sualına  cavab 
verməyə başladım: 
-
 
Sevdiyim  qız  dostlarım  qədər  anlamadı  məni. 
Onlar  qədər  hörmət  etmədi  fikirlərimə.  Hiss  edirdim 
ki,  get-gedə  mənim  yanımda  sıxılmağa  başlayırdı. 
Mənim  var-dövlətə  həvəsimin  azlığı  eyni  zamanda 
onun  da  mənə  meylinin  azalmasına  təsir  edirdi.  Ona 
təzəcə vurulduğum ilk vaxtlar tez-tez görüşsək də, bir 
müddət  sonra  görüşlərin  sayı  azaldı.  Ardıyca  da 
yalnız  mobil  telefonla  zəngləşməyə  başladıq,  daha 
sonra  sosial  şəbəkələrin  sürətli  mesaj  sistemləri  ilə 
yazışmağa başladıq. Sonra da ki... Heç bilmirəm necə 
bitdi... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Mobil  rabitəylə  əlaqə  ucuzlaşdıqca,  insanlarla 
ünsiyyət  bahalaşır,  dostum.  Telefonlar  maddi 
məsafələri 
qısaltsa 
da, 
mənəvi 
məsafələri 
kilometrlərlə uzaqlaşdırır. 
-
 
Elədir, Tahir dayı! Mən ümumiyyətlə sevginin 
sevgilidən ayrı yaşandığını kəşf etdim özüm üçün. 
Qoca,  diqqətlə  qulaq  asırdı  mənə.  Bu  fikrimi 
eşidən kimi, sağ qaşının qalxdığını gördüm. Bir qədər 
fikrə gedəndən sonra dedi: 
-
 
Düz  deyirsən,  tamamilə  razıyam  səninlə. 
Bizim  dövrümüzə  xas  olmasa  da,  mən  həyat 
yoldaşımla  sevərək  ailə  qurmuşdum.  Özü  də 
valideynlərimizin  on  dörd  il  boyunca  etirazına 
baxmayaraq.  
-
 
On dörd il? – təəccübümü saxlaya bilmədim. 
-
 
Bəli,  dostum,  on  dörd  il.  Hər  kəsin  imkansız 
dediyini mümkün etmişdik sevgimiz sayəsində. Lakin 
zaman keçdikcə bir-birimizə olan sevgimiz əsəbimizi 
üstələyə  bilmədi.  On  dörd  il  ərzində  fikrimizin  hər 
sahədə  üst-üstə  düşməsinə  baxmayaraq,  evləndikdən 
bir  müddət  sonra  aramızda  oxşar  söz  işlədilmədi. 
Getdikcə  sevgimizə  bais  olan  ehtirasımız  da  gücünü 
itirdi.  Daha  sonra  evin  içində  bir-birimizdən  kənar 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
gəzməyə  başladıq.  Sevgili  vaxtı  sarılıb  saatlarla  bir-
birimizi  qoxladığımız  halda,  evləndikdən  sonra,  sən 
demə,  məndən  onu  qıcıqlandıran  kəskin,  xoşagəlməz 
qoxu  gəlirmiş...  –  başını  sağa-sola  yellətməklə 
gülümsədi. 
-
 
Mən  də  elə  onu  təxmin  etdiyimə  görə  ailə 
qurmaq fikrindən daşındım, Tahir dayı. Məhz ətrafda 
baş verənləri müşahidə edə-edə sevgimi itirdim. 
-
 
Azər, sevgi həyatın enerjisidir. O əslində itmir. 
Sadəcə,  bir  haldan  başqa  hala  keçir.  Sevgi  tamam 
itdiyi 
zaman 
insanlar 
intihar 
edir. 
Sevgini 
formalaşdıran  dəyərlər  var,  oğul.  Məsələn,  əks-cinsə 
qarşı  sevgini  ehtiras,  Allaha  qarşı  sevgini  etiqad, 
valideynə  qarşı  sevgini  əqidə,  dosta  qarşı  sevgini 
həyat formalaşdırır. 
-
 
Həyat...Məni  dostlarımla  qarşılaşdıran  həyat. 
Həm də onlardan ayıran həyat... – Gözümü tavandakı 
işığa zilləyərək dedim.  
-
 
Həyat,  əslində,  heç  nəyə  təsir  etməz,  dostum. 
O,  insan  üçün  zaman  və  məkanın  birləşməsindən 
yaranan  uzun  bir  ipdir.  Müəyyən  müddətdən  sonra 
ömür sandığının açarını öz əlində saxlaya bilən adam 
ipin  üzərində  rahat  yeriyə  bilir.  Yox,  əgər  o  açar 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
başqa  insanlarda  olacaqsa,  həmin  adam  hər  addımda 
müvazinətini  itirərək  ipdən  düşəcək.  Zaman-zaman 
əvvələ qayıdıb  yenidən hərəkət etmək istəsə də, açar 
öz  əlində  olmadıqca,  o  sandığın  olmasının  önəmi 
yoxdur.  
            Tahir  kişinin  söhbətləri  mənə  Ələmdarı 
xatırlatdığı üçün: 
-
 
Lap mənim dostum kimi danışdız, – bildirdim. 
-
 
Mən  dostun  deyiləm  məgər?  –  ironiyayla  
gülümsədi.  
Mən 
də 
gülümsədim. 
Amma 
fikrini 
təsdiqləmədim.  Çünki  üç  gün  idi  onu  tanıyırdım. 
Lakin elə zənn edirdim ki, illərdir tanıyıram bu qəribə 
qocanı.  Məni  dinləməsi,  fikirlərimə  əlavələr  etsə  də, 
ümumilikdə,  razılaşması  yaxınlaşmağımıza  səbəb 
olmuşdu.  Xəstəxanadan  çıxandan  sonra  ən  yaxın 
dostum  o  olacaqdı.  Çünki  dostlarımdan  sonra 
həyatımla  bağlı  hər  şeyi  danışdığım  yeganə  insan  o 
idi.  
-
 
Müdir işləyirdi Ələmdar. Aramızda on yaş fərq 
olmasına  baxmayaraq,  möhkəm  dost  idik.  O  sizin 
qədər  də  olmasa,  dostlarımın  içində  dilindən  ən  çox 
fəlsəfi  fikirlər  eşitdiyim  şəxs  idi.  İnsan,  həyat, 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə