Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
davam  edəcək  sadəcə.  Yəni  qadir  olduğu  gücü  heç 
vaxt anlamayacaq. Unutmaq olmaz ki, hər problemin 
həlli  də,  çıxış  yolu  da  var.  Çarənin  olmadığı 
düşünülən an, ən az üç variant vardır. Yetər ki, insan 
özünü həqiqətən dərk etsin.  
-
 
Axı  mənim  hansı  yolum  qaldı?  İndi  sizdən  
başqa  heç  kimim  yoxdur  artıq  bu  həyatda.  Varsa, 
mənə də göstərin o yolu. 
-
 
Öz  yolunu  özün  tapmalısan,  dost.  Sənə 
göstərəcəyim  yolla  mənim  müşaiyət  edəcəyim  qədər 
gedə  bilərsən.  Sonra  yenə  azacaqsan.  Mən  indi 
varam, lakin bir dəqiqədən sonra olmaya bilərəm... 
Nəfəsimi  almadan  dinləyirdim  onu.  Gözlərimə 
tuşlanan  gözlərindən  işıq  saçırdı  sanki.  Lakin  son 
cümləsi  yenidən  həyəcanlandırmışdı  məni.  Yoxsa  o 
da digər dostlarım kimi məni tərk edəcək? Yox, buna 
tab gətirməzdim... 
-
 
Eşidirsən?  -  deyərək  məni  düşüncələrimdən 
ayırdı.  -  Odur  ki,  öz  yolunu  tap!  Həyata  yenidən 
gəldiyini  fərz  et!  Dünyada  səndən  başqa  yaşayan  bir 
nəfər  belə  insan  varsa,  demək  tənha  deyilsən!  Yolun 
mütləq  kiminsə  yoluyla  yaxınlaşacaq.  Bax,  o  zaman 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
yeni  dostluqlar,  yeni  tanışlıqlar  baş  tutacaq.  Yeni 
həyat səni ağuşuna alacaq...  
        Tahir  kişinin  fikirləri  mənə  digər  dostlarımı 
xatırladırdı. Eynilə onlar kimi beynimdə var-gəl edən 
intihar  cəhdinə  mane  olmaq  istəyirdi.  Lakin  sözünü 
onlar  kimi  ölümlərindən  sonra  yuxuma  girərək  yox, 
birbaşa  özümə  deyirdi.  Tərəddüdlərim  bağrımı 
dəlirdi. Yaşamaq üçün bir səbəb görmədiyim vaxtda, 
özləri lənətə gəlmiş dünyanı tərk etdikləri halda məni 
bu  fikirdən  daşındırırdılar.  Axı  niyə?  Elə  bu  fikirlər 
məngənəsində  tavandakı  işığı  seyr  edərək  Tahir 
kişinin fikirlərinə münasibət bildirdim: 
-
 
Bəlkə də dediyiniz kimidir, dostum, – ilk dəfə 
idi  mən  ona  belə  xitab  etdirdim.  –  Amma  daha  dözə 
bilmirəm. 
-
 
Dözməlisən!  –  O,  sözümü  kəsərək  sərt  tonda 
dilləndi: – Mənə söz ver ki, dözəcəksən.  
           Özümü  qəribə  hiss  etməyə  başladım.  Nə  üçün 
söz  verməyimi  istəyirdi?  Gərginliyi  azaltmaq  üçün 
gülümsəyərək: 
-
 
Dostum... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Azər, mənə söz ver! –yenidən sözümü kəsdi. – 
Söz ver ki, həyatdan zövq alacaqsan, bu dünyada hələ 
çox yaşayacaqsan... 
            Üzümü  ona  çevirərək  baxanda  Tahir  kişinin 
gözlərindəki işığın getdikcə daha da artdığının şahidi 
oldum.  Baxışlarımı  yenidən  tavana  zilləyərək 
düşünməyə  başladım.  Söz  vermək  olardı,  çünki,  ən 
azından, yeni dost tapmışdım özümə. 
-
 
Yaxşı,  dost,  söz  verirəm.  Amma  səz  də...- 
fikrimi 
tamamlamamış 
qulağıma 
gələn 
səs 
susmağıma  səbəb  oldu.  Ürək  tempini  müvafiq 
intervallarla  müşaiyət  edən  səs  siqnalı  kəsintisiz 
eşidilməyə  başladı.  Nəzərlərimi  tavandan  çəkib  ona 
yönləndirəndə,  bədəninə  birləşən  bütün  naqilləri 
qopartdığını  gördüm.  Özümə  gələndən  bu  yana,  bir 
dəfə  də  olsun  cəhd  etməməyimə  baxmayaraq,  tələsik 
ayağa qalxdım. Qolumdakı və bədənimdəki şlanqların 
hərəkətimə  mane  olduğu  üçün  hamısını  qırdım. 
Həkimləri  səsləmək  üçün  dəhlizə  çıxdım.  Bütün 
müşahidə  kameralarının  önündə  diqqətlərini  cəlb 
etmək üçün əl-qol hərəkətləri etdim. Əksər palataların 
qapısını  açdım.  Xəstəxanada  bizdən  başqa  xəstə  yox 
imiş. Dəhlizdə bizim palatadakı uzun siqnaldan başqa 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
heç  nə  eşidilmirdi.  Və  həmin  siqnal  hələ  də 
qulağımdadır... 
Dostlarım və  yaşadıqlarım haqqında xatirələrim 
məhz həmin andan sonra bitir. Sonra nələr olduğunu, 
niyə  həbs  edildiyimi  xatırlamıram.  Bütün  dostlarıma 
verdiyim sözü tuta bilmirəm artıq. Belə bədbəxtçiliklə 
daha  çox  yaşamağın  mümkünsüz  olduğunu  anladım. 
Dostlarımdan  sonra  yeganə  xoşbəxtliyim  onlar 
haqqında  yazmağım  idi.  Fəqət  qələmə  aldığım  bu 
yazı bitdiyinə görə mənim üçün də hər şey bitdi... 
 
Bir  dəqiqə...  burda  kimlərsə  var...  səslər 
eşidirəm...  Aman  Allah,  Cavidan,  Əhməd,  Mətləb, 
İslam, Yaşar, Yalçın, Ələmdar və Tahir kişi... 
Nəhayət ki, onları tanış edə biləcəm.  
Nəhayət ki, mən yenidən xoşbəxtəm...         
 
 
 
 
 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
 
NAŞİRİN QEYDLƏRİ... 
 
 
Köməkçim  mənə  xəbər  verər-verməz  hadisə 
yerinə  yollandım. Deyilən ünvana çatanda Fövqəladə 
Hallar  Nazirliyinin  xilasetmə  dəstəsi  mənzilin 
qapısını  xüsusi  qurğu  ilə  yenicə  açmışdı.  Çətinlik 
çəkmələrinin  səbəbi  iri  dəmir  qapının  bütün 
kilidlərinin bağlı olması imiş. 
Mənzili  ağuşuna  alan  üfunət  qoxusu  çox 
keçmədi  ki,  bütün  binanı  ələ  keçirdi.  Qalstukum  işə 
yaramadığı  üçün  sağ  əlimlə  pencəyimin  ətəyini 
burnuma  sıxdım.  Qaranlıq  dəhlizə  çıxışı  olan  hər  iki 
otağın  qapısı  bağlı,  divarlarda  qan  izləri  var  idi. 
Dağınıqlıq  qapının  ağzından  otaqlara  qədər  davam 
edirdi.  Mənzilin  bütün  pəncərələri  zərrə  qədər  işığın 
keçməyəcəyi  şəkildə  qapadılmış,  hər  yerdə  qaranlıq 
hökm sürürdü. Xilasedicilər mənzildə qaz sızmasının 
olub-olmamasını  dəqiqləşdirdikdən  sonra  elektrik 
lampalarını sıra ilə işlək vəziyyətə gətirdilər. Otaqlar 
işıqlandıqca insanı vahimə bürüyür, həyəcan artırdı.  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə