Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Boylandım  çayın  avtomobil  düşən  hissəsinə.  Fəqət 
avtomobildən  də  əsər  yox  idi.  Birtəhər  ayaq  üstə 
qalxdım  və  getdim.  Nə  mən  kimsədən  bir  şey 
soruşdum, nə də kimsə məndən.  
-
 
Aydındır,  oğul.  Qatillər  həmişə  özlərini  ilk 
dəfə cinayətdən bixəbər göstərirlər. 
-
 
Anlamadım,  dayı  –  qoca  nəyə  görə  o  məsəli 
çəkmişdi, hələ də başa düşmürəm... 
-
 
Elə belə dedim. Fikir vermə! 
 
Nə  vaxt  yuxuya  getdiyimi  xatırlamıram. 
Ayılanda  qocanın  nəzərləri  mənə  yönəlmişdi.  O,  ya 
həmişə  məndən  tez  oyanırdı,  ya  da  ki  ümumiyyətlə 
yatmırdı. 
-
 
Necəsən? – soruşdu. 
-
 
Yəqin  ki,  yaxşıyam,  –  dedim  və  anidən  məni 
bir  məsələ  maraqlandırdığı  üçün  soruşdum:  –  Tahir 
dayı,  özümə  gələndən  bu  yana  burada  həkim 
görməmişəm. Nə məsələdir?  
-
 
Oğul,  narahat  olma.  Hamımızda  olduğu  kimi, 
sənin  də  bədəninə  birləşdirilən  naqillər  vasitəsilə 
bütün  məlumatlar  onların  kompyüterinə  ötürülür. 
Hansısa  fövqəladə  hal  baş  verəndə,  sistem  vasitəsilə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
bütün  xəstələr  yatızdırılır  və  həkimlər  palataya  daxil 
olaraq  lazımi  müdaxiləni  edirlər.  Onları  əslində  heç 
kim tanımamalıdır. 
Qocanın dedikləri mənə ikibaşlı göründü:  
-
 
Tanımamalıdır,  yoxsa  tanımır?  –  deyə 
soruşdum. 
-
 
Tanımır!  –  Bir  qədər  ara  verəndən  sonra  çox 
asta səslə əlavə etdi: - məndən savayı... 
            Heç  nə  anlamadığım  üçün,  sadəcə,  qocanın 
üzünə baxırdım. 
-
 
Yeni gətiriləndə səninlə bağlı söhbətləri yalnız 
həkimlərdən  eşidə  bilərdim.  Sayıqladığın  vaxt,  halın 
pisləşən  kimi  onların  gələcəyini  bilirdim.  Odur  ki, 
xəstələri  yatızdırmaq  üçün  dərman  ötürülən  şlanqı 
çıxardığımdan  onlar  gələndə  oyaq  oldum.  Özümü 
yuxulu  göstərərək  söhbətlərinə  qulaq  asmağa 
çalışdım,  lakin  alınmadı.  Bir  kəlmə  danışmadan  on-
on  beş  dəqiqə  ərzində  müdaxilə  edib  getdilər.  Az 
müddətdən  sonra  da  həmin  şlanqın  yenidən  mənə 
birləşdiyini  gördüm,  –  deyib  gülümsəyəndə  mən  də 
ona  qoşuldum.  -  Odur  ki,  onları  görməmək, 
nəzarətlərindən  kənarda  olmaq  demək  deyil,  oğul. 
Sən heç narahat olma! 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Sözün  düzü,  narahat  deyiləm,  Tahir  dayı. 
Sadəcə  maraqlı  gəldiyi  üçün  soruşdum.  Bir  dostum 
həkim idi deyə, bu sahədə az da olsa məlumatım var. 
Amma ilk dəfədir ki, belə sistem görürəm. 
-
 
Hansı dostun?. 
-
 
Yalçın... 
-
 
Onun haqqında danışmamısan. 
-
 
Ola bilər. Yaşardan sonra tanımışam onu. Həm 
terapevt idi, həm də psixoloq. Mən də daxil olmaqla, 
çox  insana  ruh  yüksəkliyi  bəxş  edirdi.  Amma  çox 
təəssüf ki, o da tab gətirmədi. 
-
 
O da intihar etdi? – deyə soruşan qocada, az da 
olsa,  təəccüb,  təəssüf  hiss  etməməyim  məni  yaman 
düşündürdü. 
-
 
Hə,  dayı...  İntihar  azarına  düşənləri  fikrindən 
daşındırsa da, özünü xilas edə bilmədi.  
-
 
Nəyisə  bilmək,  hələ  onu  həyata  keçirmək 
anlamına  gəlmir,  oğul.  Görünür,  Yalçın  xəstələri 
maarifləndirsə  də,  bildiklərini  öz  həyatına  tətbiq  edə 
bilməyib. 
-
 
Görünür.  Yalçın  çox  yaxşı  oğlan  idi.  Tibb 
təhsilini xaricdə alıb gəlmişdi. İki xarici dildə sərbəst 
danışırdı.  Tibbin  bütün  sahələrinə  aid  bilgisi  vardı. 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Ölkədə  keçirilən  əksər  tibbi  seminarlara  qatılar, 
onlarla  sertifikat  almışdı.  Lakin  işlədiyi  tibb 
müəssisəsindəki 
ayrı-seçkiliklər, 
ədalətsizliklər, 
yaltaqlıqlar  onu  da  bu  qaranlıqlar  dolu  həyatdan 
küsdürürdü. 
-
 
Elədir, 
Azər. 
Oğlum, 
çox 
təəssüflər, 
cəmiyyətimizdə  demək  olar  ki,  hər  yer  üçün  bu 
vəziyyət adi haldır. 
           Qocanın 
adımı 
səsləndirməsi 
məni 
çaşdırmışdı.  Bir-birimizi  tanıyandan,  nə  mən  adımı 
demişdim,    nə  də  o  soruşmuşdu.  Yəqin  həkimlərdən 
eşitmişdi. Yox, onlar danışmırdılar axı. Nə isə... 
-
 
Elə  adi  baxdığımız  üçün  ənənə  halını  alır  da, 
Tahir dayı. Nə vaxta kimi belə olacaq? 
-
 
Biz ölənə kimi, oğul, – o, dərindən nəfəs alaraq 
davam  etdi:  –  İnsanlıq  ölüb,  insan  qalıb.  Elə  şeylər 
var ki, onları istəsən də dəyişmək olmur, Azər. 
-
 
Eh,  dayı...  Bir-ikisini  çıxmaq  şərtilə,  bütün 
həkimlər ayrı-ayrılıqda bir komandir idilər sanki. Hər 
kəs  vəzifə  və  beş-on  manat  artıq  pul  qazanmaq 
uğrunda  strategiyalar  qururdu.  Bu  yolda  yalan 
danışmaqdan,  şər  atmaqdan  belə  çəkinmirdilər. 
Yalçınla söhbət edə-edə orada baş verənləri yaxından 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
müşahidə  edə  bilirdim.  Hətta  bir-iki  həkimlə  də 
münasibətimiz  yaranmışdı.  Yay  fəslində  çox  vaxt 
dənizkənarı  parkın  qayalıqlarında  oturub  söhbət 
edirdik. Şöbə  müdirinin ifrat ayrı-seçkiliyi məndə də 
ona qarşı qəzəb yaratmışdı. Başqa həkimlərin haqqına 
girərək  öz  qonşusuna  yaratdığı  şərait  şöbədə 
narazıçılığa  səbəb  olmuşdu.  Sığortalı  xəstələri  digər 
həkimlərə, varlı xəstələri isə qonşusuna yazaraq açıq-
aşkar həyasızlıq edirdi. Hətta Yalçının müalicə etdiyi 
xəstənin həyata keçirdiyi ödənişi həmin adamın adına 
yazdıraraq daha çox qazanc əldə etməsinə nail olurdu. 
Üstü  açıldıqca  müdirlə  Yalçın  arasında  mübahisə 
yaranırdı.  Bu  həm  mənəvi,  həm  də  maddi  haqqa 
girmək 
idi. 
Lakin 
şərəfdən 
uzaq 
müdir, 
mənəviyyatdan  da  uzaq  olduğu  üçün,  öz  murdar 
əməllərinə  son  qoymurdu.  Baş  həkimin  hər  səhər 
kollektivlə  keçirdiyi  iclasdakı  çıxışları  o  qədər 
səmimi görünürdü ki, onun nə vaxtsa şöbə müdirinin 
əməllərindən  xəbər  tutub  tədbir  görəcəyinə  ümid 
yaradırdı. Lakin bir gün hər şeyin elə onun himayəsi 
altında  baş  verdiyini  öyrənən  Yalçın  hamıya  və  hər 
şeyə  tüpürərək  tibb  müəssisəni  birdəfəlik  tərk  etdi. 
Həkim  yoldaşları  onu  axtarsalar  da  tapa  bilməyiblər. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə