Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə1/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
  1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n



ƏLAVƏ VƏSAİT NE


Mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]. Cəmiyyətin ekoloji problemlərinin əsas mənbələri. Təbii mühit amillərinin nəqliyyat sisteminin fəaliyyətinə təsiri. Nəqliyyatda təbii ehtiyatlardan istifadə məsələləri. Nəqliyyat növlərinin və onların infrastrukturlarının ətraf təbii mühitin çirklənməsində rolunun xüsusiyyətləri. Nəqliyyat sisteminin insanların sağlamlığına təsirinin ümumi səciyyəsi. Nəqliyyat sistemlərinin mənfi təsirlərdən mühafizə məsələləri.


Cəmiyyətin ekoloji problemlərinin əsas mənbələri. Biosfer elminin yaradıcısı Akademik V.İ.Vernadski yazırdı: "İnsan Yer üzünü dəyişdirə bilən bir geoloji qüvvəyə çevrilir." Bu həqiqətən də belədir. İnsanın geniş miqyaslı antropogen fəaliyyətinin nəticələri təbii ehtiyatların tükənməsində və biosferin sənaye, kənd təsərrüfatı, nəqliyyat və kommunal-məişət tullantıları ilə çirklənməsində özünü göstərir. Müasir dövrdə bütün antropogen ekoloji problemləri, ilk növbədə bir-biri ilə əlaqəli olan üç əsas amilə, yəni, təbii ehtiyatlardan istifadəyə, müasir iqlim dəyişmələrinə (şəkil 1) və ətraf mühitin çirklənməsinə aid etmək olar (şəkil 2).

Şəkil 1. İnstixana effekti

Şəkil 2. İnsanı əhatə edən ətraf mühitin çirklənməsi

Təbii və ya insan fəlaiyyəti (antropogen deyilən) ilə əlaqəli olan müasir iqlim dəyişmələri nisbətən yavaş müşahidə olunsa da, şox geniş regionları əhatə edir və bu səbəbdən bəşəriyyət üçün ciddi bir problem yarada bilər. Əhəmiyyətli iqlim dəyişmələri zamanı, iqlim zonalarının yerini dəyişməsi baş verəcək, nəticədə insanlar həmin regionlarda iqtisadi fəaliyyətlərini tamamilə və ya qismən yenidən qurmalı olacaqlar. Ətraf mühitin çirklənməsi də qlobal xarakter alır, lakin bu proses də qlobal xarakter daşıyaraq əslində milli sərhədləri tanımır. Çirklənmənin artması bütün bəşəriyyət daxil olmaqla biosferin mövcudluğu üçün təhlükəyə çevrilir.


Təbii mühit amillərinin nəqliyyat sisteminin fəaliyyətinə təsiri. Hər bir nəqliyyat təbii mühitin müəyyən şəraitində inkişaf edir, təbii mühit isə yolların quru­luşuna və nəqliyyat vasitələrinin istismarına təsir göstərir. Əlverişsiz fiziki-coğrafi şəraitin tam nəzərə alınmaması artıq əmək və material sərflərinə gətirib çıxarır və qəzalara səbəb olur. Nəqliyyata təsir edən fiziki-coğrafi amillərin öyrənilməsi nəqliyyatın coğrafi yerləş­məsini və istismar şəraitini müəyyənləşdirməyə imkan verir. Ölkələrin və regionların coğrafi xüsusiyyətləri birbaşa daşımaların həcminə, yük dövriyyəsinin strukturuna, nəqliyyat şəbəkəsinin konfiqurasiyasına, əsas yük axınlarının istiqamətinə təsir göstərir.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə