Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qonaqlar  üçün  səslənirsə,  niyə  Azərbaycanca?  Bəs 
yaxşı, xaricilərə  yox, elə özümüzə aiddirsə, bu, ayrı-
seçkilik 
deyilmi? 
Olmazdımı 
ki, 
“Hörmətli 
sərnişinlər!” - deyə xitab ediləydi? 
Qatarlar arasındakı fasilənin çoxluğu vaqonlarda 
sərnişin  izdihamı  ilə  müşaiyət  olunurdu.  Belə  ki, 
kimlərsə  mobil  telefonunda  qurdalanır,  kimsə 
qulaqcıqla dinlədiyi musiqinin təsirinə qapılaraq qaş-
gözünü  oynadır,  kimlərsə  növbəti  stansiyaya  qədər 
vaqonun  divarlarını  “bəzəyən”  reklamları  oxumaqla 
vaxt  öldürür,  kimsə  kənardan  necə  göründüyünü 
düşündüyü  üçün,  əlindəki  kitabın  hansısa  səhifəsini 
təkrar-təkrar  oxumalı  olur,  kimlərsə  də  bütün  bunları 
eynən  mənim kimi  müşahidə etməklə  məşğul idi. Bu 
tündlüyün içində bir də, dilənməyi seçməyib qələmin 
on  ədədini  bir  manata  satmaq  üçün  vaqonun  bir 
başından  o  biri  başına  sərbəst  hərəkət  edən  yaşlı 
qadını  görməmək  mümkün  deyildi.  Biz  isə 
müvazinətimizi  saxlamaqdan  ötrü  nəinki  hərəkət 
etmirdik,  hətta  yıxılmamaq  üçün  hərəmiz  bir  yerdən 
yapışmışdıq. Düşündüm ki, həyata qarşı müvazinətini 
saxlayan  həmin  o  yaşlı  qadın  üçün  metro  vaqonu 
nədir ki... 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
Dənizkənarı  parka  yaxın  yerləşən  metro 
stansiyasından  çıxanda  güclü  yağış  yağdığı  üçün 
avtobusa  minməli  olduq.  Burada  da  vəziyyət 
ürəkaçan deyildi. Sürücü istədiyi yolla sürür, istədiyi 
yerdə saxlayır və istədiyi manevri edirdi. Fərdi minik 
maşınlarını  idarə  edənlərin  çoxunun  avtobus 
sürücüsünə olan söyüşlərini rahatlıqla eşitmək olurdu. 
Xoşbəxtlikdən sürücü özü bu söyüşləri “eşitmirdi”. 
Xalqımızın  milli-mənəvi  dəyərlərinin  diqtəsi 
sayəsində  formalaşan  bir  məsələ  var:  qadınlar  ayaq 
üstə  duran  zaman  cavan  oğlanların  əyləşməsinə  pis 
baxılır.  Nə  dərəcədə  təqdirəlayiq  bir  dəyər  olduğunu 
deyə bilməyəcəm. Hərçənd mən özüm də avtobusdan 
istifadə  etdiyim  dövrdə  əyləşdiyimi  xatırlamıram. 
Odur ki, həmin gün ayaq üstə durmaq üçün özümüzə 
yer  edəndə  qəribə  mənzərə  ilə  qarşılaşdıq.  Başının 
üstündə  yaşlı  bir  xanımın  dayanmasına  baxmayaraq, 
üzünü  pəncərəyə  çevirib  telefonla  yaylana-yaylana 
danışan  cavan  oğlan  hamının  diqqət  mərkəzində  idi. 
Bu diqqət iki dayanacaq sonra bir qızın tələm-tələsik 
avtobusa  daxil  olmasına  qədər  davam  etdi.  Yağış 
suyu  ilə  islanan  qızın  saçları  və  üz-gözü  salonun 
işığından  parıldayırdı.  Dəri  gödəkçənin  altından 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
geyindiyi  nazik  idman  stilindəki  köynəyi  döşlərini 
yarıya  kimi  örtə  bilirdi.  Qız,  başını  astaca  sağa-sola 
fırlada-fırlada,  yaşlı  xanımın  yanında  qərar  tutdu. 
“Qəhrəman”ımızın  da  gözü  həmin  qızda  idi.  Onu 
aşağıdan  yuxarı  yaxşıca  süzdükdən  sonra  ayağa 
qalxaraq əyləşməyi təklif edəndə, prosesi izləyən hər 
kəsin  reaksiyası  üzündən  oxuna  bilirdi.  Görünür,  o 
qıza yuxarıdan aşağı baxmaq daha da zövq verəcəkdi 
azğına...  
Həmin 
gün  yağış  “hakimiyyətini  əldən 
vermədiyinə”  görə  çayxanada  söhbət  etməli  olduq. 
Həmişəki kimi,  yenə də söhbətimizin  əvvəli sıxıntılı 
olsa  da,  sonu  maraqlı  alınmışdı.  Sonuncu  imtahanla 
bağlı  narahatçılığı  hər  halından  sezilirdi.  Tələbə 
yoldaşlarının  atmacalarına  dözə  bilmədiyini  israrla 
söyləyir,  utandığından  universitetin  həyətinə  yaxın 
durmadığını  vurğulayırdı.  Qiymət  üçün  müəllimə 
avtomobil  alınması  lazım  olan  son  imtahanda  onu 
nələr  gözlədiyini  ağlına  belə  gətirə  bilmirdi.  İki  gün 
sonranı  xətasız-bəlasız  yola  verib  kəndə  getməyi 
planlaşdırırdı. 
Yağışdan  sonra  havanın  müəyyən  qədər 
təmizləndiyini gördüyümüz üçün yataqxanaya piyada 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
getməyi  qərara  aldıq.  Tozu-dumanı  ram  etməsi, 
həmişəyaşıl  kollara,  dekorativ  ağaclara  canlılıq 
verməsi,  təbiətin  əsl  qoxusunu  yaşatması  və 
bütövlükdə romantik mənzərə yaratması mənim üçün 
yağışı 
sevdirən 
amillərdəndir. 
Avtomobillərin 
piyadaları  nəzərə  almadan  şütüdüyünü  istisna  etsək, 
piyada  yol  getmək  adama  xüsusi  zövq  verirdi.  Lakin 
bir  hadisəylə  bağlı  müşahidəmiz  hər  ikimizin  bikef 
olmağına gətirib çıxartdı. 
Möhtəşəm  örtük  daşları  və  yaşıllıqla  bəzədilən 
parklardan  birinin  insan  sıxlığı  ilə  müşaiyət  olunan 
hissəsindən  keçərkən  Mətləb  anidən  ayaq  saxladı. 
Bir-birindən  azca  aralıda,  ayaq  üstə  dilənən  iki  yaşlı 
qadına  qısa  müddətdə  diqqətlə  baxdıqdan  sonra 
üzünü  mənə  çevirəndə  onun  gözlərinin  necə 
dolduğunu – qəhərləndiyini gördüm. Nə baş verdiyini 
əvvəlcə  ağlımın  ucundan  belə  keçirə  bilmədim. 
Çaşqınlıq  içində  idim.  Yenidən  qadınlara  sarı 
döndüm.  Ani  olaraq  hanısınınsa  Mətləbin  yaxın 
qohumu  olduğunu  fikirləşdim.  Biri,  sadəcə,  əlini 
açaraq  sakitcə  dayanmış,  digəri  isə  hər  iki  qolunu 
aşağı-yuxarı  qaldıraraq,  ətrafa  cahillərin  inandığı 
dualardan səpirdi. Geri çevriləndə Mətləbi oturacaqda 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə