Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ola  bilmiş,  bir  qismi  isə  gözünü  qatarın  istiyə  görə 
tam  açılmış  pəncərəsindən  üfüqə  zilləyərək,  Allah 
bilir, nə düşünürdü.   
Nənəm 
xəstə 
olduğundan  onunla  evdə, 
tanışlarımla  kənddə,  dayımla  isə  hərbi  komissarlığın 
həyətindən  avtobusa  minəndə  sağollaşdığım  üçün, 
qatar hərəkətə başlayanda mənə əl edən  yeganə şəxs, 
-özümdən  asılı  olmayaraq  əlindəki  suya  həsrətlə 
baxdığımı  və  pulumun  olmadığını  anlayıb  təkidlə  su 
uzadan elə həmin qoca satıcı idi...  
Vətənə,  millətə  sadiq  olacağımız  barədə  təşkil 
olunan andiçmə mərasiminin keçiriləcəyi tarixə qədər 
gənc  əsgər  kimi  sərhəddən  xeyli  kənarda  yerləşən  N 
saylı  hərbi  hissədə  oldum.  Min  və  ya  min  beş  yüz 
əsgərin  tağımlar  şəklində  tez-tez  toplaşması  üçün 
tağım  komandirləri  tərəfindən  verilən  kobud  tərzdə 
əmrləri,  fərəqət  vəziyyətində  durduğumuz  zaman 
hərbi  xidməti  bitirməyinə  az  qalmış  əsgərlərin 
diqqətimizi  yayındırmaq üçün kənardan söz atmaları, 
əmrini  eşidəndə  qeyd-şərtsiz  icraya  hazır  vəziyyətə 
gəldiyimiz  çavuşların  köhnə  əsgərlərlə  qeyri-etik 
zarafatlaşmaları, üstəlik hərbi xidmətə yollanmağımın 
yay  mövsümünə  təsadüf  etməsi  əvvəlcədən  nəzərə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
almadığım  məqamlar  idi.  Gün  ərzində  günəş 
şualarının  ən  sərt  olduğu  iki-üç  saat  istisna  olmaqla, 
vaxtımız  nəzəri  təlimlərdə  keçir,  saatlarla  sıra 
addımları  atır,  təsirli  olsun  deyə  ayaqlarımızı  asfalta 
daha  sərt  vurmağımız  üçün  əmrlər  verilirdi. 
Mahiyyətini  dərk  etməsəm  də,  and  içəcəyim  günü 
Allaha 
yalvararaq 
gözləyirdim.  Zaman-zaman 
xidmətə gəldiyim üçün peşimançılıq son həddə qədər 
qalxır,  hərbiyə  nifrət  edirdim.  Hiddətimin  səbəbi 
təlimlərin  çətinliyi,  məşqlərin  ağırlığı  deyil,  xidmət 
müddətinə  görə  əsgərlərə  qoyulan  ayrı-seçkilik, 
vətənə  xidmətin,  qeyri  məsələlərə  nisbətən,  arxa 
planda olması idi.  
Təntənəli  andiçmə  mərasimindən  iki  gün  sonra 
mən  və  başqa  altı  əsgər  tabor  komandirinin  əmrilə 
həmin  hərbi  hissənin  sərhəddə  yerləşən  məntəqəsinə 
göndərildik.  Bizi  xidmət  aparacağımız  postun 
starşınası 
müşaiyət 
edirdi. 
Təmas 
xəttinə 
yaxınlaşdıqca sahələrdə yalnız ara-sıra ağac və kollar 
olduğu  görünürdü.  Dağların  ətəyi  ilə  uzanan  dar  və  
kələ-kötür 
yollarda 
hərəkət 
etdikcə, 
daxili 
orqanlarımın  yer  dəyişdirdiyini  düşünürdüm.  Yolun 
sürücü  üçün  müəyyən,  lakin  bizim  üçün  qeyri-


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
müəyyən  hissəsində  “UAZ”  markalı  avtomobilin 
sürətinin  azalması  ilə  starşınanın  bizə  tərəf 
çevrildiyini gördüm.  
-
 
Başınızı aşağı əyin, - xəfif təbəssümlə dilləndi. 
Hamımız  elə  bil  bu  əmri  gözləyirdik.  Əmri 
eşidər-eşitməz,  özümüzdən  asılı  olmayaraq,  başımızı 
o  qədər  aşağı  əydik  ki,  az  qala  ayağımıza  dəyirdi. 
Avtomobil əvvəlcə demək olar ki, tamamilə dayandı. 
starşınanın  əsgər  forması  geyinmiş  sürücüyə  “Bas 
getsin!”  -  deməsilə  avtomobilin  mühərrikindən  gələn 
səs  hamımızı  diksindirmişdi.  Bir  anda  sürətlənən 
maşın  bizi  on-on  beş  saniyə  sağa-sola,  aşağı-yuxarı 
atıb tutandan sonra əvvəlki sürətinə geri döndü. Mən 
ortada  əyləşdiyim  üçün  ön  oturacaqların  arasından 
onu  görə  bilirdim.  O,  maşının  pəncərəsini  çətinliklə 
aşağı  endirdikdən  sonra,  döş  cibindən  siqaret 
çıxararaq  sürücüdən  alışqan  istədi.  Siqaretindən  bir 
qullab alıb dərindən köks ötürərək söylədi: 
-
 
Ayə,  nə  zibilə  düşmüşük  e.  Bu  oğraşların 
əlindən öz yolumuzla da rahat gedə bilmirik! 
Siqaretin  tüstüsünü  daha  dərindən  içinə  çəkib 
arxaya  boylandı.  Bu  arada  biz  hələ  də  başı  aşağı 
vəziyyətdə  əmri  icra  etməkdə  idik.  Onun  arxaya 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
çevrildiyini görüb  başımı tez aşağı əydim. Öskürəyə 
qarışıq gülüşlə dillənən starşına: 
-
 
Ay  bala,  siz  hələ  qalxmamısız?  -  deyəndə 
sürücünü  də  gülmək tutdu. Nə  baş verdiyini təbii ki, 
anlamamışdıq.  Başımızı  qaldıranda,  hamıda  bel 
ağrısının göstəriciləri sezilirdi. 
Uzun  və  həyəcanlı  yoldan  sonra  xidmət 
aparacağımız  tağımın  blindajına  çatdıq.  Bizi  şəxsi 
heyətlə  tanış  edən  starşına  daha  sonra  postlar  və 
qurğular haqqında ətraflı məlumat verdi. Sərhəd xətti 
olduğu  üçün  xidmət  apardığımız,  yatdığımız,  yemək 
yediyimiz  yerləri təlim-tədris bölüyündə olduğu kimi 
xüsusi təmizləməyə eytiyac olmurdu. Hər tərəf torpaq 
olduğundan  haranısa  silmək  məsələsi  müzakirə 
mövzusu  belə  deyildi.  Postlarda  siqaret  çəkilmədiyi 
üçün  (bunun  üçün  ayrıca  yer  ayrılmışdı)  xidmət 
aparılan yerlərdə siqaret kötüklərinə rast gəlinmirdi.  
Bizim  tağım,  tabeçiliyində  olan  beş  postda 
layiqincə 
xidmət 
aparırdı.  Postlarda  yatmaq, 
nizamnamə  çərçivəsində  qadağan  edilsə  də,  əlavə 
olaraq,  əsgərlər  tərəfindən  söyüş  də  “qoyulmuşdu”. 
Çünki  postdakı  ani  sayıqsızlıq  faciə  ilə  nəticələnə 
bilərdi.  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə