Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
İkinci  tərəfdən,  onun  bahalı  telefonlar  işlədib,  bütün 
günü 
gözünü 
oyunlardan 
ayırmayan 
qrup 
yoldaşlarından  fərqli  olaraq,  həmişə  konturu  olurdu. 
Əvvəlcə  iki-üç  saniyə  fikrə  getdi.  Yenə  də  səbəbini 
bildim.  Üç  gün  əvvəlki  hadisənin  təsirindən  çıxa 
bilmədiyi  üçün  utandığından  telefonu  verməkdən 
imtina  etmək  istəyirdi.  Amma  yalan  danışa  bilmirdi. 
Çünki  həm  konturu  var  idi,  həm  də  kitab  üçün 
narahatlıq  keçirirdi.  Sıxıla-sıxıla  cibindən  telefonu 
çıxarıb mənə uzatdı. Doqquz-on saniyəlik danışığımı 
bitirəndən  sonra  telefona  baxıb  təbəssümlə  sual 
verdim: 
-
 
Sən  də  bundan  işlədirsən?  -  Mətləb  yenə  də 
rəng  alıb,  rəng  verməyə  başladı.  –  Kişi  adamsan! 
Qardaş  canı,  bundan  gözəl  telefon  yoxdu.  Məndə 
əvvəl  böyük  ekranlı  “smart”  deyirlər,  nə  bilim  nə 
deyirlər,  ondan  idi.  Qardaş,  hara  çatırdım,  “toka” 
qoşmağa məcbur idim. Zəng eləyəndə donurdu, zəng 
gələndə  donurdu.  Qısası,  başdan-ayağa  əziyyət  idi. 
Axırı  təzəlikcə  gedib,  bundan  aldım,  səninkindən. 
Çox rahat telefondur... 
Sözlərim  onu  rahatlandırmışdı.  Artıq  üzündə 
təbəssüm  toxumları  cücərirdi.  Telefonla  bağlı 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
fikirlərimdə  səmimi  idim  əslində.  Çünki  həqiqətən 
müasir  telefonları  sevmirdim.  Bircə  yalanım  əvvəlki 
telefonumun  bahalı  olduğunu  demək  idi.  Sadəcə, 
təxminən  onunkuna  bənzəyən  telefonumu  iki  gün 
əvvəl  “Nokia  1100”  ilə  əvəz  etmişdim.  Odur  ki, 
sözümə davam etdim: 
-
 
Hə,  eynilə  bundandı  mənimki  də,  –  stolun 
üstündəki  telefonu  o  biri  əlimə  aldım,  –  amma  öz 
aramızdı, sən daha səliqəli saxlamısan ha... 
-
 
Hə,  nə  bilim,  elə  ancaq  cibimdə  qalır,  yəqin 
ona görə - stul çəkib oturaraq bildirdi.  
Əslində  söhbət  istədiyim  kimi  alınmışdı.  Lakin 
Mətləbə  vurulan  psixoloji  zərbə  öz  sözünü  deyirdi. 
Telefondan  istifadəsini,  tələbələr  arasında  sərbəst 
hərəkət  edib,  ünsiyyət  saxlamasını  görmək  müşkülə 
çevrilmişdi.  Quruda  çabalayan  balıq  kimi  özünü 
yanıma  atırdı  hər  gün.  Bir  az  rahat  nəfəs  alandan 
sonra  özünə  gəlib,  gözünü  beynində  yaratdığı 
sonsuzluğa  zilləyərdi.  Dərs  buraxmağın,  kafi 
qiymətin  pulla  həll  edildiyi  bir  yerdə,  olan-qalan 
bilgilərini  də  unudurdu  zavallı.  Tez-tez  yaddaşından 
gileylənir, 
dəli 
olduğunu  düşünürdü.  Dərsinə 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
hazırlaşdığı  üçün  müəllimlərinin  ona  olan  pis 
münasibətinin səbəbini gözəl bilirdim.  
Birinci  kursun  ilk  yarımilinin  son  günləri 
Mətləb üçün getdikcə dəhşətə çevrilirdi. Uzun illərdir  
(tələbələrin  biliyindən  asılı  olmayaraq)  çox  böyük 
məbləğ qarşısında imtahan qiyməti yazan bir müəllim 
bu  dəfə  qrupa  onun  üçün  avtomobil  alınmasını 
tapşırmışdı.  Bu  tapşırıq  30  nəfərlik  qrupun  xoşuna 
gəlmişdi. Çünki tapşırılan avtomobili almaq üçün hər 
adama düşən vəsait imtahan üçün verilən vəsaitdən az 
məbləğdə  də  olsa,  fərqlənirdi.  Qrupun  pulla  oxuyan  
tələbələri    biliyinə  güvəndiyi  üçün  pul  verməkdən 
imtina edən beş nəfəri “yola” gətirə bilmişdi. Belə ki, 
“aksiyada”  hamının  iştirak  edəcəyi  təqdirdə  qiymət 
yazılacaqdı.  Lakin  Mətləb  həmin  vəsaiti  verə 
bilməyəcəkdi. Çünki qarşıda iki həftə müddət, arxada 
isə  götürə  biləcəyi  bir  manat  belə  artıq  pulu  yox  idi. 
Bu 
məsələni 
valideylərinə 
deməyəcək 
qədər 
düşüncəli  övlad  olduğundan  çarəni  son  günlər 
dərslərə gəlməməkdə gördü.  
Həmin  qrupun  tələbələrindən  və  onların 
valideynlərindən  başqa  hamıya  sensasiya  kimi 
görünən  avtomobil  məsələsi,  nəinki  universitetin 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
əksər  tələbələri, 
hətta 
digər 
universitetlərdə 
oxuyanların  da  çoxunun  arasında  əsas  müzakirə 
mövzusuna 
çevrilmişdi. 
Dolayısı 
ilə 
rektor 
səviyyəsində  eşidilən  bu  söz-söhbətlərə  rəsmi 
reaksiya verən  yox idi. Hər  yerdə açıq-aşkar aparılan 
müzakirələr  tapşırığı  verən  Hikmət  müəllimi  əsla 
qorxutmurdu.  Görünür  onun  özünün  də  bir  hikməti 
var idi.  
Bir  neçə  gün  ortalıqda  görünməyən  Əhmədi 
yaşadığı 
yataqxana 
otağında 
ziyarət 
etdim. 
Universitetdən  o  qədər  də  uzaqda  yerləşməyən 
yataqxana  baxımsız  və  köhnə  təmirli  olsa  da, 
imkansız  tələbələrdən  ötrü  əvəzedilməz  sığınacaq 
sayılırdı.  İki-üç  nəfərlik  nəzərdə  tutulan  otaqlarda 
bəzən  bir,  bəzən  isə  dörd  nəfər  qalmalı  olurdu.  Bu, 
bir-birini  yaxşı  tanıyan  tələbələrin  eyni  otaqda 
qalmaq  istəməsi  ilə  əlaqədar  idi.  Odur  ki,  Mətləb 
ikinəfərlik  otaqda  tək  yaşayırdı.  Həmin  universitetin 
tələbəsi  olmadığıma  görə,  mən  də  tək  yaşadığıma 
baxmayaraq, yataqxanaya qəbul edilmirdim. Nə qədər 
israr  etsəm  də,  Mətləb  də  yataqxanadan  ayrılıb 
mənim  yanımda  qalmağa  razılaşmırdı.  Beləliklə, 
axşam  yeməyini hər gün  ya  yataqxanada,  ya da  mən 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə