Amid Əlioğlu



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix30.10.2018
ölçüsü1,73 Mb.
#76472
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
qoynunda  açdım.  Kürəyimi  ovxalaya-ovxalaya 
ağlayırdı.   
-          Niyə ağlayırsan, nənə? 
-          Elə-belə... Səndən ötrü narahatam. 
-          Niyə  narahatsan  ki,  evdəyəm,  yanındayam  – 
üzümdə təbəssüm, amma həyacanlı səslə söylədim. 
-
 
Sən  yenə də ehtiyyatlı  ol! Səbirli, dözümlü ol, 
bala!  
            Onun  narahatçılığını  heç  cür  başa  düşə 
bilmirdim.  Özümdən  asılı  olmayaraq  mən  də 
ağlamağa  başladım.  Ağlaşma  təzəcə  başlamışdı  ki, 
işdən  gələn  dayım  pencəyini  stulun  başına  keçirərək 
əsəbi halda dilləndi. 
-
 
Yenə  başladı  ağlaşma?  Bunun  yerinə  qız 
olsaydı  kaş,    -  deyib  üstümə  gəldi.  Çox  əsəbi  idi. 
Qolumdan tutub, ayağa qaldıraraq üstümə qışqırırdı: 
-
 
Sənə  deməmişəm  ki,  arvad  kimi  ağlama?  Bir 
az mənə oxşa da!            
           Bu vaxta kimi məni bir neçə dəfə danlamasına, 
vurmasına 
baxmayaraq, 
heç 
vaxt 
cavab 
qaytarmamışdım ona. Həm aramızdakı yaş fərqi, həm 
də  tərbiyəm  buna  imkan  vermirdi.  Amma  bu  dəfə 
özümdən asılı olmayaraq: 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
-
 
Özünsən arvad, – qışqırdım. 
Bərəlmiş  gözləri  ilə  gözümün  içinə  baxandan 
sonra silləni sifətimə endirməyilə gözümü blindajdakı 
yatağımda açmağım bir oldu. Hər tərəf zülmət içində 
idi.  Əllərimi  hərəkət  etdirə  bilmir,  nə  baş  verdiyini 
anlamırdım. 
Gözlərimi 
və 
əllərimi 
necə 
bağlamışdılarsa  qətiyyən  hiss  etməmişdim.  Qarnıma 
vurduqları  zərbədən  onsuz  da  səsimi  çıxarda 
bilməyəcəyimi bildikləri üçün ağzım bağlanmamışdı. 
Qollarımdan  və  ayaqlarımdan  tutularaq  blindajdan 
çıxarıldığımı hiss edə bilirdim. Bir qədər aparıldıqdan 
sonra  torpağa  atılanda  bərk  yerin  üstünə  düşdüyüm 
üçün  qolum  möhkəm  zədələndi.  Daha  sonra  qeyri-
müəyyən  fasilələrlə  təpik  zərbələri...  Hərdən  öz 
aralarında  sakitcə  danışmaqlarından  üç-dörd  nəfər 
olduqlarını  bilmək  olurdu.  Bilirdim  ki,  məni  vuran 
çavuş  Səfərov  özüdür.  Həmin  vaxt  başqa  yerimdən 
təpik dəyəndə: 
-
 
Sən  çəkil!  Bu  cındırı  özüm  çırpacam,  – 
deyəndə buna əmin oldum. 
Təxmini  hesablamalarıma  görə,  xeyli  müddət 
ötdü,  sonrası  yadıma  gəlmir.  Səhər  “qalx”  əmri 
veriləndə  buna  cəhd  etsəm  də,  alınmadı.  Hər  tərəfim 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
ağrı  içində  idi.  Mən  qalxmamışdım  deyə,  Səfərov 
şəxsi  heyətə  durmadan  qalx-yat  əmri  verirdi. 
Əsgərlərin  bəziləri  artıq  yüksək  səslə  mənə  görə 
əziyyət  çəkdikləri  üçün  etiraz  edirdilər.  Mənimlə  bir 
yerdə  gələn  əsgər  yoldaşlarımın  köməyilə  birtəhər 
sıraya  gəldim.  Çavuşun  üzündəki  təbəssümü 
görməmək  mümkün  deyildi.  Səhər  gimnastikası  adı 
ilə  verdiyi  əmrlərə  çox  tab  gətirməyərək  yıxıldım. 
Yenə 
əsgər  yoldaşlarımın  yardımıyla  ayağa 
qaldırılsam da, dura bilmirdim.  
Vəziyyətim  starşınanın  diqqətini  cəlb  etdiyi 
üçün mənə yaxınlaşaraq məsələni öyrənməyə çalışdı. 
Təbii  ki,  hərbinin  yazılmayan  qanunların  birinci 
maddəsinə  əsasən,  döyüldüyümü  inkar  etməli, 
yıxıldığımı  vurğulamalı  idim.  Amma  mənim 
vəziyyətimə  düşmək  üçün  beşinci  mərtəbədən 
yıxılaraq sağ qalmaq lazım idi.  
Starşına  məni  bu  vəziyyətə  yalnız  Səfərovun 
gətirəcəyini  biləcək  qədər  təcrübəli  hərbiçi  idi.  Odur 
ki,  məndən  onun  adını  ala  bilməsə  də,  əsgər 
yoldaşlarımdan  Səfərovu  danlamağını  öyrəndim.  Bu 
isə  təbii  ki,  mənim  vəziyyətimin  daha  da  pisləşməsi 
demək  idi.  Çavuş  Səfərov  bunu  starşınaya  mənim 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
dediyimi güman edəcək və mən onun da, digər əsgər 
yoldaşlarımın da yanında daha da pis olacaqdım. Belə 
də oldu. Hər kəs məndən yan gəzir, heç kim mənimlə 
söhbət etmirdi. Səfərovun əziyyəti isə öz yerində. Bu 
vəziyyətə  tab  gətirməyərək  mənə  təhkim  olunmuş 
silahla  onu  öldürmək  niyyətim  olsa  da,  hər  dəfə 
yuxuma  nənəm  girirdi.  O  mənə  yalvarırdı.  Səbirli 
olmağımı  istəyir,  hansısa  səhv  addım  atmamağım 
üçün  dil  tökürdü.  Əvvəl  yuxu  olduğu  üçün 
inanmasam  da,  sonradan  dayımın  starşınaya  zəng 
vurub 
mənimlə 
əlaqə 
saxlamaqları 
məni 
təəccübləndirdi. Bilirdim ki, dayımı zəng üçün nənəm 
məcbur edir. Bütün bunlar dilimi dişləyib dözməyimi 
şərtləndirən  məcburiyyətlər idi.  
Və beləcə üç ay boyunca çavuş Səfərovun yerini 
qeyd-şərtsiz  yığmaqla  “vəzifələndirildim”.  Ta  ki, 
tağıma yeni əsgərlər gələnə kimi. Bu müddət ərzində 
eşidib,  təəccübləndiyim  ən  mühüm  fakt  Səfərovun 
bizim  kəndçi  olduğunu  öyrənmək  idi.  Ümümiyyətlə, 
tağımda onun hansı rayondan olduğunu bilən yox idi. 
Nə  bu  barədə  danışar,  nə  də  kimsə  soruşmağa  cəhd 
edərdi.  Amma  özü  kimin  hansı  rayondan  və  ya 
şəhərdən  gəldiyini  dəqiq  bilirdi.  Bir  ay  keçməmiş 


www.kitabxana.net                      Amid Əlioğlu
 
2016 
 
 
onun  bizim  kənddən  olduğunu  öyrənsəm  də,  bu 
barədə  heç  kimə  bir  söz  demədim.  Bunun  səbəbləri 
var idi. 
Əsgərlərə  mobil  telefon  istifadəsi  qadağan 
edildiyi  üçün  həftədə  bir  dəfə  həm  nənəmlə,  həm  də 
qonşu  uşaqlarla  starşınanın  telefonuyla  danışırdım. 
Etiraz etsə də, bu hörmətinin qarşılığında nadir halda 
dayım  tərəfindən  telefonunun  kontur  balansı,  az 
məbləğdə  də  olsa,  artırılırdı.  Elə  Səfərovun  kimliyi 
haqqında  belə  bir  telefon  danışıqlarının  birində 
qonşum Elşəndən eşitmişdim: 
-
 
Elşən, salam. 
-
 
Salam..... 
-
 
Mənəm, Azərdi. Necəsən? 
-
 
Ooo,  Azər.  Çox  sağ  ol  qardaş,  yaxşıyam.  Sən 
necəsən? Xidmət necə gedir? 
 
Elşən  məndən  bir  yaş  böyük  olsa  da,  sözümüz 
tuturdu.  Hələ  onbirinci  sinifdə  oxuyanda  ona  hərbi 
komissarlıqdan  çağırış  vərəqəsi  gəlibmiş.  Məktəbi 
bitirər-bitirməz komissarlıq tərəfindən çağırılan Elşən 
də  mənim  kimi  həkim  müayinəsindən  sonra  hərbiyə 
yararsız  statusu  almışdı.  Həkimləri  aldatmaq  istəsə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə