Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 
27 
 
2001-ci ildə 1 Kvt saat elektrik enerjisi istehsalı üçün 413 qram şərti yanacaq sərf edilmişdirsə, 2013-
cü ildə bu rəqəm 304 qram, 2014-cü ildə isə 1 kVt saat elektrik enerjisi istehsalı üçün şərti yanacağın 
xüsusi sərfi 237 qram olmuşdur. 2014-cü ildə 21,6 milyard kVt saat elektrik enerjisi istehsal edilmişdir 
ki, bunun da 20,1 milyard kVt saatı İstilik Elektrik Stansiyalarında (İES), 1,5 milyard kVt saatı isə Su 
Elektrik  Stansiyalarında  (SES)  istehsal  edilmişdir.  2013-cü  ildə  yeni  istehsal  güclərinin  istismara 
verilməsi nəticəsində enerji istehsalı daha 867 mVt artmışdır. 2013-cü ildə elektrik enerjisi istehsalının 
maya dəyəri 4,4 sent, o cümlədən, SES-də – 1,9 sent, İES-da – 4,5 sent olmuşdur. Azərbaycan 2013-cü 
ildən başlayaraq elektrik enerjisi istehsalında mazutdan istifadə etmir.   
Ölkənin son enerji balansının nəticələrinə müvafiq olaraq, enerjinin ötürmə sistemində itkiləri ümumi 
istehsal həcmindən 3,8%, paylama sistemində isə 16,6% təşkil etmişdir.  
 
Elektrik stansiyalarında istifadə edilmiş yanacağın dəyişmə dinamikası 
 
Azərbaycanda 2015-2020-ci illər üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair 
Dövlət  Strategiyasında  nəzərdə  tutulan  hədəflərin  ənənəvi  enerji  mənbələri  (İES,  SES  və  s)  ilə 
müqayisəsi  göstərir  ki,  ABOEM  hesabına  ümumilikdə  7740,1  ton  şərti  yanacağa  qənaət  etmək 
mümkündür.  Ənənəvi  enerji  mənbələri  ilə  müqayisədə  şərti  yanacağa  qənaətaşağıdakı  Cədvəldə 
verilmişdir.  
 
 


 
28 
 
Cədvəl 2.  
İllər 
GES, şərti 
yanacağa qənaət, 
min ton 
GİS, şərti 
yanacağa qənaət, 
min ton 
Biokütlə enerjisi, 
şərti yanacağa 
qənaət, min ton 
KES, şərti 
yanacağa 
qənaət, min ton 
KSES, şərti 
yanacağa qənaət, 
min ton 
2013-2016 
0,74 
0,93 
0,094 
0,14 
0,014 
2017-2018 
0,64 
1,4 
0,18 
0,14 
0,019 
2019-2020 
0,68 
1,86 
0,2 
0,19 
0,023 
Cəmi: 
2,06 
4,19 
0,47 
0,46 
0,056 
Qeyd  etmək  lazımdır  ki,  ekoloji  cəhətdən  dayanıqlı  sosial—iqtisadi  inkişafa  üzrə  iqlim  dəyişmələri 
üzrə bir sıra strateji vəzifələr arasında ABEOM-dən istifadə də əsas prioritet olaraq qəbul edilmişdir: 

 
istilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və 
toplayıcıları haqqında məlumatların analitik—informasiya sistemlərinin yaradılması;  

 
dayanıqlı  sosial—İqtisadi  inkişafın  təmin  edilməsi  üçün  iqtisadiyyata  və  təbii  ekosistemlərə 
iqlimin  təhlükəli  təsirləri  barədə  məlumatların  toplanması,  təhlili  və  ümumiləşdirilməsi  üzrə 
dövlət informasiya sisteminin yaradılması;  

 
iqlim  dəyişmələrinin  əhalinin  sağlamlığına  təsirinin  qiymətləndirilməsi  və  müvafiq  adaptasiya 
tədbirlərinin işlənib hazırlanması;  

 
günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən ekoloji cəhətdən 
təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması;  

 
ozondağıdıcı  maddələrdən  istifadə  olunmasının  tədricən  aradan  qaldırılmasının  başa 
çatdırılması.
5
 
6.2.
 
Atmosfer havası 
 
6.2.1 Atmosfer havasının keyfiyyəti 
ABOEM  strategiyası  Azərbaycanın  bütün  regionlarında  inkişafı  nəzərdə  tutulduğu  üçün  və  atmosfer  
havasının  müasir  vəziyyətini  təhlili  iqtisadi  reqionlar  əsasında  hazırlanmışdir  (bax  əlavədə  iqtisadi 
rayonların xəritəsi).  
6.2.2.  Atmosfer havasının keyfiyyəti üzrə milli monitorinq sistemi 
Hazırda  Azərbaycanda  atmosfer  havasının  keyfiyyətinin  monitorinqi  ETSN-nin  Milli  Monitorinq 
Departamenti  tərəfindən  respublikanın  8  iri  şəhərini  (Bakı,  Sumqayıt,  Gəncə,  Mingəçevir,  Şirvan, 
Naxçıvan, Lənkəran və Şəki) əhatə edən 26 stasionar post vasitəsilə həyata keçirilir. Bütün postlarda 
gün ərzində 3 dəfə hava nümunələri götürülərək analiz edilir və onların əsasında çirkləndiricilərin orta 
sutkalıq qatlığı hesablanır (bax: cədvəl 1).  
Azərbaycanda  atmosfer  havasında  monitorinqi  aparılan  çirkləndirici  maddələrin  icazə  verilən  orta 
sutkalıq qatılığı aşağıdakı cədvəldə verilmişdir: 
                                                           
5
 Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı Sosial—iqtisadi inkişafa dair Milli Proqram, 2003 


 
29 
 
Cədvəl 1. Atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı 
 
Atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı, mkq/m
3
 
Toz (asılı halda 
olan maddələr) 
Kükürd anhidridi
(SO
2

Karbon oksidi, (CO) 
Azot 4 oksid, (NO
2

İcazə verilən 
orta sutkalıq 
qatılıq 
0,15 
0,05 

0,04 
6.2.3. Atmosfer havasına atılan çirkləndirici maddələr və onların mənbələri 
Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin inventarlaşdırılması sistemi tullantı mənbələri 
-  sənaye  müəssisələrinin  operatorları  tərəfindən  təqdim  edilən  atmosfer  tullantılarına  dair  illik 
hesabatlar,  eləcə  də  istifadə  edilmiş  yanacağın  həcmi  üzrə  hesablanmış  nəqliyyat  vasitələrinin 
atmosferə  tullantılarının  qiymətləndirilməsinə  əsaslanır.  Bura  ev  təsərrüfatlarından  atmosferə  atılan 
tullantılar daxil deyil.  
2005-2013-cü  illərdə  stasionar  mənbələrdən  atmosferə  atılan  çirkləndirici  maddələrin  azalması 
tendensiyası  müşahidə  edilir  (cədvəl  4).  Bununla  belə  avtomobil  nəqliyyatından  atmosferə  atılan 
çirkləndirici maddələrin miqdarı 2005-ci ildə 496 min tondan 2013-cü ildə 922 min tonadək (426 min 
ton  və  ya  185,9%)  artmışdır.  Praktiki  olaraq  2010-cu  ildən  başlayaraq  avtomobil  nəqliyyatından 
atmosferə atılan çirkləndirici maddələrin miqdarı stasionar mənbələrdən atılan çirkləndirici maddələrin 
miqdarına nisbətən 3,5 dəfədən başlayaraq 2013-cü ildə 4,6 dəfəyədək artmışdır. Bu bir tərəfdən son 
on il ərzində atmosferi çirkləndirən bir sıra stasionar çirkləndirmə mənbələrinin bağlanması, iri sənaye 
mərkəzlərindən  kənara  köçürülməsi,  yeni  yaradılan  istehsal  və  emal  müəssisələrində  daha  qabaqcıl 
texnologiyalardan  istifadə  etməklə  atmosfer  tullantılarının  azaldılması,  digər  tərəfdən  isə  yol  və 
nəqliyyat  infrastrukturunun  yaxşılaşdırılması  ilə  yanaşı  nəqliyyat  vasitələrinin  sayının  kəskin  artması 
ilə əlaqədardır.   
Cədvəl 2. 2005-2013-cü illərdə ölkə üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı, min ton 
İllər 
2005 
2010 
2011 
2012 
2013 
Atmosferə atılan tullantıların 
ümumi miqdarı 
1054 
957 
1003 
1076 
1119 
Stasionar mənbələrdən 
558 
215 
224 
227 
197 
Ümumi miqdardan faizlə 
52,94 
22,46 
22,33 
21,09 
17,60 
Avtomobil nəqliyyatından 
496 
742 
779 
849 
922 
Ümumi miqdardan faizlə 
47,06 
77,54 
77,67 
78,91 
82,4 
Mənbə:Azərbaycan  Respublikasının  Statistika  Komitəsi.  İllik  statistik  göstəricilər,  “Ətraf  mühitin 
mühafizəsi”, 2013-il 
Azərbaycan  üzrə  stasionar  mənbələrdən  atmosferə  atılan  çirkləndirici  maddələrin  tendensiyasının 
izlənməsi  belə  nəticəyə  gəlməyə  imkan  verir  ki,  2005-ci  ildə  respublika  üzrə  stasionar  mənbələrdən 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə