Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
23 
 
 
Belə ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-
iqtisadi  inkişaf  strategiyasının  mühüm tərkib  hissəsidir.  Regionların  inkişafı  sahəsində  qəbul  edilmiş 
və  uğurla  həyata  keçirilmiş  dövlət  proqramlarında,  habelə  regionların  sosial-iqtisadi  inkişafına  dair 
əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun 
davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin 
yüksəldilməsinə,  sahibkarlıq  mühitinin  daha  da  yaxşılaşdırılmasına,  investisiya  qoyuluşunun 
artmasına,  yeni  müəssisələrin  və  iş  yerlərinin  açılmasına,  nəticədə  əhalinin  məşğulluğunun 
artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.  
 
"Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı"nın  Tədbirlər  Planında  iqtisadi  rayonlar  üzrə  alternativ  və  bərpa  olunan  enerji 
mənbələrinin  yaradılması  məqsədilə  müvafiq  tədbirlərin  həyata  keçirilməsi  sahəsində  işlərin  davam 
etdirilməsi  nəzərdə  tutulmuşdur.  Dövlət  Proqramı  Azərbaycan  reqionlarının  inkişafına  yönədilmiş 
fəaliyyətlər  əks  etdirir.  Alternatif  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə  bu  Proqramın 
çərçivəsində planlaşdırılmışdır.  
 
“Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,  qorunması,  tarix  və  mədəniyyət 
qoruqlarının  fəaliyyətinin  təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-2020-ci  illər  üzrə  Dövlət 
Proqramı”  ilə  əlaqəlilik  ola  bilər.  Proqram  AR  Prezidentinin  2013-cü  il,  27  Dekabr  Sərəncamı  ilə 
təsdiq olunmuşdur.  
 
Dövlət  Proqramına  daxil  edilən  üzrə  aşağıdakı  digər  tədbirlərin  də  cari  “Strategiya”  və  ona  uyğun 
qəbul ediləcək Tədbirlər Planı ilə uzlaşdırılması məqsədəuyğun hesab edilmişdir: 

Sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirləri 

Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri 

Yol təsərrüfatı və nəqliyyat tədbirləri 

Elektrik enerjisi təchizatı 

Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri 

Meliorasiya və irriqasiya tədbirləri 

Turizm sahəsinin inkişafı tədbirləri 
 
Strategiyanın  qeyd  olunan  proqram  fəaliyyətləri  ilə  həmçinin  bilavasitə  və  dolayı  əlaqədar  olacağı 
gözlənilir.  Bu  baxımdan  Strategiyanın,  eləcə  də  ABEM  üzrə  Fəaliyyət  Planı  çərçivəsində  aşağıdakı 
dövlət orqanları ilə məsləhətləşmələr aparılması zəruri hesab edilir: 

İqtisadiyyat və Sənaye Nazirliyi 

Kənd Təsərrüfatı Nazirliyi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

Fövqəladə Hallar Nazirliyi 

Nəqliyyat Nazirliyi 

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC 

"Azərenerji" ASC 

Mədəniyyət və Turizm Nazirliyi 

Səhiyyə Nazirliyi 

Xəzər Dəniz Gəmiçiliyi 


 
24 
 
5.
 
SEQ üzrə qiymətləndirmə metodologiyası və alternativlərin təhlili 
5.3.
 
SEQ üzrə qiymətləndirmə metodologiyası 
 
5.4. SEQ prosesində çatışmazlıqlar və yanaşmalar 
 
5.5. SEQ-in təklif olunan əhatə dairəsi  
 
5.6. SEQ-in hədəfləri ilə Strategiya hədəflərinin uzlaşdırılması (əlavə olunacaqdır 3-4  səhifə ) 
 
 
5.7. Alternativlərin təhlili 
 
Layihə  çərçivısində  ümumi  olaraq  layihənin  olmadığı  variant  üzrə  müqayisə  aparılmışdır. 
Strategiyanın  ölkə  üzrə  ümumi  xarakter  daşıdığı  və  hədəflərinin  planlaşdırılmasının  və  konkret 
yerləşdirilmə  də  daxil  olmaqla,  layihə  təkliflərinin  sonrakı  mərhələdə  -  Fəaliyyət  Planının  qəbul 
edilməsi zamanı, habelə konkret layihələndirmə işləri müddətində həyata keçiriləcəyi nəzərə alınaraq, 
digər  seçimlər  üzrə,  xüsusilə  yer  seçimi  və  texnoloji  seçimlər  və  digərləri  üzrə  aternativlərin  sonrakı 
mərhələdə təhlil edilməsi məqsədəuyğun hesab edilmişdir.  
 
Yuxarıda  göstərilənləri  nəzərə  alınaraq,  Strategiyanın  icra  edilmədiyi  –  yəni  sıfır  variant  təhlil 
edilmişdir.  
 
Qeyd etmək lazımdır ki, ABOEM-dən istifadə  edilməsinin ənənəvi enerji daşıyıcılarından istifadə ilə 
müqayisədə bir çoх üstünlükləri vardır. Bunlardan ən başlıcası təbii ehtiyatları getdikcə tükənən üzvi 
və  qeyri-üzvi  enerji  daşıyıcılarından  istifadənin  azaldılmasıdır.  Bu,  bir  tərəfdən  təbii  ehtiyatlardan 
səmərəli  istifadə  etməyə,  digər  tərəfdən  üzvi  yanacaqların  yanması  zamanı  alınan  karbon  qazının 
atmosferə  atılan  hissəsinin  azaldılmasına  səbəb  olur.  Bu  isə  yaхınlaşan  qlobal  istiləşmənin  qarşısını 
müəyyən qədər almağa və bu səbəbdən yarana biləcək kataklizmlərdən qaçmağa imkan verir. AEM-in 
tətbiqinin  digər  müsbət  cəhəti  onların  ekoloji  cəhətdən  təmiz  olmasıdır.  Məsələn,  Günəş,  külək, 
hidroresurslardan alınan enerjinin və digər bu növ enerjilərin istehsalı zamanı ətraf mühiti çirkləndirən 
heç bir tullantı və ya zərərli aхıntı alınmır ki, bu da onların ekoloji cəhətdən təmiz olmalarını göstərir. 
Digər tərəfdən bu enerji  növlərinin  bəzilərinin  istehsalı zamanı sərf edilən məsrəflər də  azalır. Bu və 
dünyada enerjidaşıyıcıların qiymətlərinin durmadan artması səbəbindən AEM-dən istifadənin həm də 
iqtisadi cəhətdən səmərəliliyi  yüksəlir. Məsələn, tükənməz bərpa olunan enerji mənbəyi olan çayların 
üzərində  qurulan  su  elektrik  stansiyalarında  alınan  elektrik  enerjisinin  maya  dəyəri  istilik  elektrik 
stansiyalarında hasil edilən elektrik enerjisinin maya dəyərindən dəfələrlə aşağı olur. Baxmayaraq ki, 
AEM-lərdən  istifadə  hələlik  baha  başa  gəlir.  Lakin  elm  və  teхnika  inkişaf  etdikcə,  bu  enerji 
növlərindən  istifadə  üçün  lazım  olan  qurğular  və  onların  hazırlandığı  materiallar  ucuzlaşdıqca,  təbii 
yanacaqların  ehtiyatları  azaldıqca və qiymətləri  artdıqca, həmin növ AEM-lərdən istifadə də iqtisadi 
cəhətdən  əlverişli  olacaqdır.  Bəzi  AEM-lərin  istifadəsi  həm  də  ətraf  mühitə  atılan  tullantıların 
utilizasiyasına  şərait  yaradır.  Tullantılar  müəyyən  dəyişikliyə  məruz  qalaraq  istifadəyə  yararlı 
maddələrə  çevrilir  və  bu  zaman  baş  verən  reaksiya  nəticəsində  qiymətli  enerji  daşıyıcısı  alınır.(
əlavə 
ediləcək) 
 
 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə