Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
19 
 
4.3.“Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə 2015-2020” Strategiyası 
 
“Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə 2015-2020” üzrə Dövlət Strategiyası  
layihəsi  ABEMDA  tərəfindən  hazırlanmış  və  aidiyyəti  qurumlarla  razılaşdırıldıqdan  sonra  Prezident 
Administrasiyasına  təqdim  edilmişdir.  Sənəd  hazırda  təsdiq  olunmamışdır.  Layihə  üzrə  SEQ-in 
aparılması  və  nəticələri  üzrə  ABEMDA  tərəfindən  qəbul  ediləcək  bəyannamənin  NK-nə  təqdim 
olunması planlaşdırılmışdır. 
 
“Alternativ  və  Bərpa  olunan  Enerji  mənbələrindən  istifadə  2015-2020”  üzrə  Dövlət 
Strategiyasının  əsas  məqsədi  ABOEM-in  geniş  tətbiqi  hesabına  elektrik  və  istilik  enerjisi  istehsalı, 
enerjidən  səmərəli  istifadə,  enerji  təchizatının  effektivliyinin  artırılması  və  istehlakçıların  dayanıqlı 
enerji təminatına nail olmaqdır.  
 
ABOEM-dən  istifadə  sayəsində  generasiya  güclərinin  paylanılmış  strukturunun  inkişafı,  enerji 
mənbələrinin  diversifikasiyası,  istilik  effekti  yaradan  qaz  tullantılarının  azaldılması,  ABOEM-in 
iqtisadiyyatın  bütün  sahələrinə  tətbiqi  və  enerji  istehlakı  balansında  yeni  yaradılacaq  generasiya 
gücləri hesabına ABOEM-in istehlak payının 2020-ci ili əhatə etməklə, 20 faizə çatdırılması ilə bağlı 
zəruri tədbirlər həyata keçiriləcəkdir. Bu mənada “Strategiya” hədəfləri Avropa İttifaqının “Enerjinin 
səmərəliliyi” üzrə 2012/27/EU nömrəli direktivinə uyğunlaşdırılmışdır.  
 
Dövlət Strategiyasının reallaşdırılması məqsədi və hədəfləri aşağıdakılardan ibarətdir: 

 
ABOEM-in  təyini,  onun  potensialının  respublika  üzrə  hesablanması  və  enerji  resursları  üzrə 
dövlət kadastrının yaradılması; 

 
sahə  üzrə  normativ  hüquqi  bazanın  yaradılması,  o  cümlədən  fəaliyyəti  tənzimləyən 
qanunvericilik aktlarının hazırlanması; 

 
sahə üzrə təminatlı tarif siyasətinin, stimullaşdırıcı tədbirlərin və dövlət innovasiya siyasətinin 
formalaşdırılması; 

 
ABOEM  hesabına  yeni  generasiya  güclərinin  yaradılması  və  onlardan  səmərəli  istifadə 
edilməsinin təşkili;  

 
sahə  üzrə  mərkəzləşdirilmiş  idarəetmə  strukturlarının  təşkili  və  digər  icra  hakimiyyəti  və 
özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin yaradılması; 

 
sahə üzrə ixtisaslaşdırılmış kadr potensialının yaradılması məqsədi ilə təhsil müəssisələrində və 
elmi tədqiqat mərkəzlərində tədris prosesinin təşkil olunması.  

 
Bu  tədbirlərin  yerinə  yetirilməsi  respublikada  ABOEM-dən  istifadənin  genişlənməsi  və 
dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutması ilə yanaşı, yeni iş yerlərinin yaradılması və 
əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması, təbii ehtiyatlardan daha səmərəli istifadə etmək üçün 
zəmin yaradacaqdır. 
 
Qeyd  etmək  lazımdır  ki,  “Strategiya”  layihəsində  planlaşdırılan  hədəflərin  icrası  detallı  verilmədiyi 
üçün sənəd daha çox “siyasi orientasiyalı” strateji sənəd olaraq qəbul edilmiş (məs: yerləşmə mövqeyi, 
təklif olunan məhsuldarlığı) və analizlər bu baxımdan yerinə yetirilmişdir.  
 
 
 
 
 


 
20 
 
4.4.
 
Strategiya üzrə 2015-2020-ci illər üzrə planlaşdırma 
 
 “Strategiya”  üzrə  yuxarıda  qeyd  olunan  tədbirlərin  icrasının  başa  çatdırılması  və  ya  gələcəkdə 
genişləndirilməsi  nəzərdə  tutulmuşdur.  Azərbaycanın  bütün  regionlarında  ABOEM  sahəsində 
uzunmüddətli  və  effektli  fəaliyyətin  təmin  edilməsi,  layihələrin  planlı  şəkildə  və  regionların  enerji 
tələbatına  uyğun  həyata  keçirilməsi  üçün  Dövlət  Agentliyi  tərəfindən  qəbul  edilmiş  strateji  plana 
(2015-2020)  əsasən  “Azərbaycan  Respublikasının  ABOEM  üzrə  inkişaf  xəritəsi  2020”,  “Azərbaycan 
Respublikasının şəhər və rayonları üzrə 2020-ci ilədək ABOEM-in inkişaf xəritələri” və “Azərbaycan 
Respublikasının ABOEM üzrə idarəetmə sxemi” hazırlanmışdır.  
 
 “Strategiya”  Layihəsi  üzrə  SEQ  prosesindən  əldə  edilən  nəticələr  üzrə  rəy  və  təkliflər  Strategiya, 
habelə gələcəkdə Strategiya çərçivəsində hazırlanacaq Fəaliyyət Planında nəzərə alınacaqdır. Hazırda 
“Strategiya” üzrə Tədbirlər Planın hazırlanması işləri davam etdirilir.  
 
Plan üzrə Azərbaycan Respublikasında 2020-2030-cu illərdə quraşdırılacaq alternativ və bərpa olunan 
enerji stansiyalarının  iqtisadi və inzibati rayonlar üzrə bölgüsü aparılmışdır. Bütün iqtisadi və inzibati 
rayonlarda qoyulacaq stansiyaların gücü təyin  olunmuş və ABEM növlərinə görə bölünmüşdür  (bax 
aşağıdakı xəritə).  
 
Stansiyaların  tipi  regionların  ABEOM  potensialı  və  istehlak  olunacaq  enerjinin  miqdarı  nəzərə 
alınmaqla  seçilmişdir.  Cədvəldə  hər  bir  rayon  üzrə  Günəş  elektrik  stansiyaları,  Günəş  istilik 
stansiyaları, Istilik nasosları, Bioenerji və kogenerasiya qurğuları, Külək elektrik stansiyaları, Kiçik 
Su Elektrik Stansiyaları və geotermal (və geotermik) stansiyalarının gücləri göstərilmişdir.  
 
Məlumdur ki, 2020-ci ilə qədər quraşdırılan stansiyalar hesabına ümumi elektrik enerjisi istehsalında 
alternativ və bərpa olunan enerjinin payı 20%-ə qədər  çatdırılacaqdır. 2020-2030-cu illərdə göstərilən 
stansiyaların quraşdırılmasından sonra ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan 
enerjinin payı 50%-ə qədər yüksələcəkdir.  
 
2011-ci  ildə  elektrik  enerjisi  istehsalında  ABOE-nin  payı  10%,  o  cümlədən,  hidroenerjidə  9,8%  , 
ümumi istehlakda ABOE-nin payı 2,3% təşkil etmişdir.  
Strateji plana əsasən əsas hədəflər olaraq,  2020-ci ilədək ölkə ərazisi üzrə 2065 MVt günəş, 512,5 
MVt  külək,  515  MVt  biokütlə,  60  MVt  Kiçik  Su  Elektrik  Stansiyalarının  və  geotermal  istilik 
stansiyalarının qurulması nəzərdə tutulur.  
Azərbaycan 2020-ci ilədək bərpa olunan energetikanın inkişafı ilə bağlı aşağıdakı məqsədləri müəyyən 
etmişdir: 
Elektrik enerjisi istehsalında ABOE-nin payı - 20%; 
Ümumi istehlakda ABOE-nin payı - 9,7%; 
ABOE-nin müəyyən edilmiş gücü - 2.000MVt. 
Aşağıdakı xəritə ABOEM-in təxmini inkişaf sxemi əks etdirir: 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə