Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020


Quba-Xaçmaz,  Qarabağ  zonaları  və  eləcə  də  Alazan-Əyriçay  çökəkliyində



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
36 
 
Quba-Xaçmaz,  Qarabağ  zonaları  və  eləcə  də  Alazan-Əyriçay  çökəkliyində  lokal  formalı  düzən 
meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil 
edir.  Alazan-Əyriçay  vadisi  meşəliklərində  yuxarıda  göstərilən  növlərdən  başqa,  ağcaqayın,  cökə, 
göyrüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən ağ əsmə, daşsarmaşığı,  yabanı üzüm 
çox yayılmışdır. Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq 
palıdı  göstərmək  olar.  Bu  relikt  ağac  cinslərindən  əlavə  burada  Qafqaz  vələsi,  2  növ  azat  ağac, 
qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir.  
 
Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı 
meşələr  yayılmışdır.  Bu  meşələri  təşkil  edən  cinslərdən  gürcü  palıdını,  Şərq  fıstığını  və  yuxarı  dağ 
qurşaqlarında Şərq palıdını göstərmək olar.  
 
Böyük  Qafqazın  şimal-qərb  zonasında,  xüsusilə  Zaqatala-Balakən  rayonlarının  subalp  qurşağında 
kiçik  sahələrdə  Qafqaz  rododendronluğu  cəngəlliyi  yerləşir.  Dəniz  səthindən  1800-3200  m 
yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. 
 
Ümumi sahəsi 1021 min hektar olan meşələr  ölkə ərazisinin 11,8%-ni təşkil edir və adambaşına 0,12 
ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən (0,48 ha) 4 
dəfə  azdır.  Hazırda  280  min  hektar  meşə  fondu  sahəsi  Ermənistan  tərəfindən  işğal  edilmişdir.  Ölkə 
ərazisində meşələr qeyri-bərabər paylanmışdır. Dağ meşələri meşə biomassasının əsas hissəsini (90%) 
təşkil  edir.  Azərbaycan  ərazisində  ən  böyük  meşəlik  faizi  Böyük  Qafqazın  cənub  yamaclarında 
yerləşən  rayonların  ərazisindədir  (40%).  Qarabağın  dağlıq  hissəsində  Ağdərə  və  Xankəndində, 
həmçinin Talışda - Astarada  meşəlik faizi orta hesabla 40%-dir. Orta meşəlik faizi (20-40%)  Böyük 
Qafqazda  –  Şəki,  Quba,  rayonlarının  ərazisində,  Kiçik  Qafqazda  –  Gədəbəy,  Daşkəsən,  Kəlbəcər  və 
Laçın rayonlarında, Talışda - Lerik və Masallı rayonlarının ərazisindədir. Aşağı meşəlik faizi (10-20%) 
Kiçik Qafqazın  şimal rayonlarında Qazax və Tovuz rayonlarındadır. Ən aşağı meşəlik faizi (1,0-10%)  
Böyük  Qafqazda    Şabran,  Şamaxı,  Kiçik  Qafqazda  Şəmkir,  Xocavənd  rayonlarındadır.  Naxçıvan, 
Qobustan, Cəbrayıl, Füzuli rayonlarının ərazilərində meşəlik faizi 1%-dən aşağıdır. 
 
Fauna növlərinin ölkə ərazisində yayılma arealı müxtəlifdir (Xəritə 1-2). Bəzi heyvanlar  yalnız çox 
məhdud  (göl,  dağın  bir  hissəsi),  digərləri  isə  ölkənin  bütün  ərazisində  (məsələn,  sərçəkimilər) 
yayılmışdır.  Berkut  məhdud  sahədə,  əsasən,  yüksək  dağlarda  yaşayan  quşlardandır.  Qafqaz 
tetrası Kiçik və Böyük  Qafqazın  subalp  zonasında, yaşılbaş  ördək  Xəzərin  sahilində,  ölkənin  su 
tutarlarında  qeyd  edilir. Qaya  keçisi və  Cənubi  Qafqaz  muflonu hazırda  Naxçıvan  MR-
da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda, xallı maral Hirkan Milli Parkı ərazisində 
müşahidə  edilir.  Dağıstan  turu  Böyük  Qafqazın  cənub  ətəyində,   Balakən,   Qəbələ,  Zaqatala 
və İsmayıllı rayonları ərazisində qalmışdır. 
 
Respublikanın  şirin  sularında  və  Xəzərdə  30  növ  balıq  ovlanır.  Bu  balıqların  çoxu  Kür  çayında, 
Kürün  ətrafındakı  göl  və  axmazlarda,  həmçinin  Mingəçevir  su  anbarıda  tutulur.  Ovlanan  balıqların 
əksər  hissəsi  keçici  və  yarımkeçicidir  (dənizdə  böyüyür,  kürüləmək  üçün  çaylara  keçir).  Keçici 
balıqların  ən  qiymətlisi  qızılbalıq,  nərə,  uzunburun  və  bölgədir. Xəşəm, şamayı, poru,  ilanbalığı da 
belə balıqlardandır. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır.  
 
Mühüm  ornitoloji  ərazilər  kimi  Azərbaycan  üçün  xüsusi  bioloji  əhəmiyyət  kəsb  edən  su-bataqlıq 
sahələri  və  göllərdə  hər  il  1  milyondan  artıq  köçəri  quşlar  qışlayır.  Ölkədə  su-bataqlıq  ərazilərinin 


 
37 
 
ümumi sahəsi 200 min hektardan artıqdır. Ən iri su-bataqlıq sahələri (1000 ha-dan böyük) Böyük və 
Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi 
limanı,  Gil,  Şahdili,  Pirallahı,  Pirsaat,  Xəzərsahili  ərazilərdədir.  Azərbaycan  ərazisindən  bütün 
Avrasiyada ən böyük miqrasiya yollarından biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi 
Afrikaya,  Cənub-Qərbi  Asiyaya  və  əksinə  milyonlarla  quş  köç  edir.  Aşağıdakı  Xəritədə  quşların 
miqrasiya yolları aydın müəyyən edilir. 
 
 
 
 


 
38 
 
Azərbaycanın  müasir  ornitofaunasına  18  dəstə,  58  fəsilə  və  187  cinsdən  olan  367  növ  daxildir. 
Qışlamaq  üçün  gələn  növlərin  yarıya  qədəri  (42%)  qazkimilərə  və  cüllütkimilərə  aiddir.  Miqrant 
növlərdən 41,7%-i cüllütkimilərə aiddir. Bu faktlar aydın göstərir ki, miqrant və qışlamaq üçün gələn 
quşların əsas hissəsi  (su və sahil quşları) Xəzər dənizi və Kür-Araz ovalığındakı hövzələr ilə bağlıdır 
(bax  əlavələr,  xəritələr).  Azərbaycanda  oturaq  quşlar  148  növdür  (34,9%)  olub,  nəsil  vermək  üçün 
gələn quşlar da 108 növ (25,3%) təşkil edir. 
 
Antropogen  təsirlərin  çoxaldığı  bir  dövrdə  biomüxtəlifliyin  in  situ    mühafizəsi  və  ekosistemlərin 
sabitliyinə nail olunması məqsədilə mütəmadi həyata keçirilən tədbirlər nəticəsində hazırda ölkəmizdə 
ümumi sahəsi 892,5 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 
11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir (bax əlavələr, xəritə). 2003-cü 
ildən 2013-cü ilə qədər xüsusi mühafizə olunan təbiət ərazilərinin payı ölkədə 5%-dən 10,3 %-ə qədər 
artırılmışdır.  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  fəaliyyəti  nəticəsində  nadir  və  nəsli 
kəsilməkdə  olan  fauna  və    flora  növlərinin  qorunub  saхlanılması  üçün  şərait  yaradılmışdır.  Buna 
baxmayaraq,  antropogen  fəaliyyətlərin  intensivləşməsi  nəticəsində  ekosistemlər  deqradasiyaya 
uğramış,  bir  çox  növlər  məhv  olmuş  və  ya  sayı  azalmışdır.  Aşağıdakı  xəritədə  xüsusi  mühafizə 
olunan təbiət əraziləri göstərilmişdir: 
 
Biomüxtəlifliyin azalması qlobal ekoloji təhlükələrdən biri olmaqla genetik eroziya, növlərin itməsi, 
yaşayış (məskunlaşma) yerinin dağılması və fraqmentləşməyə gətirib çıxarır
.  
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə