Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə13/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 
33 
 
B
iok
ü
tl
ə 
en
er
jisi
 
 
 
 

 
Biokütlənin 
toplanması, 
saxlanması, 
daşınması  və  bioqaz  istehsalı  zamanı  atmosferə 
karbon  qazı,  hidrogen  sulfid,  azot  oksidləri  kimi 
çirkləndirici maddələrin atılması riski; 
 

 
 Qaz  əmələ  gəlmə  prosesdə  atmosferə 
hidrogen  sulfid,  kükürd  anhidridi  və  s.  yan 
məhsulların atılması; 

 
Bioqazdan  istifadə  və  onun  parçalanması 
havanın  keyfiyyətinə  təsir  edə  bilər  -  Bioqaz 
istehsalı nəticəsində kəskin qoxu əmələ gələ bilər  
 

 
İstehsalat texnologiyası və istismar qaydaları 
pozulduqda partlayış riski; 
 
 
 
 
 
 
 
Əhəmiyyətli, 
mənfi, 
qısamüddətli 
 

 
Bioqaz  istehsalı  üçün  peyin  və  bərk  məişət  tullantılarının  üzvi 
qalıqlarından istifadə edildikdə bu atmosferə emissiya olunan istixana 
effekti  yaradan  qazların  utilizasiya  edilməsinə  və  onların  həcminin 
azalmasına müsbət təsir edə bilər

 
Bioqaz  istehsalı  üçün  istifadə  edilən  xammalın  xarakteri  bu 
stansiyaların  yerləşdirilməsini  qabaqcadan  şərtləndirir.  Belə  ki,  bu 
stansiyalar  onların  potensialı  müəyyənləşdirilmiş  rayonlarda  atmosfer 
havasının  keyfiyyəti  və  ona  təsir  edən  əsas  amillər  nəzərə  alınmaqla 
yerləşdirilməlidir;  

 
Bioqazın  toplanması  və  istifadəsi  zamanı  atmosfer  havasının 
çirklənmədən  mühafizəsini  təmin  edən,  müvafiq  qaztutucu  qurğularla 
təmin  edilmiş  qabaqcıl  texnologiyalardan  istifadə  mümkün  mənfi 
təsirləri aradan qaldıra bilər.  


 
34 
 
Geot
er
m
al ener
ji
 
 

 
Geotermal  stansiyalardan  atmosferə  kükürd 
birləşmələri,  silikatlar,  ammonyak  və  termal 
sularda həll olmuş digər birləşmələr atıla bilər 

 
Soyutma  texnologiyasından  asılı  olaraq  (su 
ilə)  bu  prosesdə  su  buxarları  atılacaq,  geotermal 
stansiyaların  yerləşdiyi  sahədə  temperaturun 
artması və lokal iqlim dəyişikliyi.  
 
Orta 
əhəmiyyətli, 
mənfi, 
qısamüddətli 

 
Geotermal  qurğulardan  atmosferə  buxar  və  kondensatın 
atılmasının qarşısının alınması üçün işlənmiş termal sular yenidən uducu 
quyulara vurulmalıdır.  
 

 
Bundan başqa, atmosferə qazların atılmasının qarşısını almaq üçün 
xüsusi  qaz  tutucu  qurğularla  təchiz  olunmuş  müasir  geotermal  enerji 
stansiyalarından istifadə mənfi təsirləri minimuma endirə bilər.  
 

 
Su  ilə  soyutma  əvəzinə  quru  soyutma  sistemini  tətbiq  edən 
qurğulara üstünlük verilməsi
 


 
35 
 
6.3.
 
Biomüxtəliflik, flora və fauna 
Azərbaycan Respublikasında biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya 
və  Fəaliyyət  Planı  Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  24  mart  tarixli, 
1368  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmişdir.  Milli  Strategiya  və  Fəaliyyət  Planı  bioloji 
müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsi  sahəsində  səmərəli  tədbirlərin  həyata  keçirilməsi  və 
konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilmişdir.  
Azərbaycan  Respublikası  2000-ci  ildən  bioloji  müxtəlifliyin  qorunması  sahəsində  beynəlxalq 
əməkdaşlığı  genişləndirmək  məqsədi  ilə  BMT-nin  «Bioloji  müxtəliflik  haqqında»  Konvensiyasına 
qoşulmuş,  2001-ci  il  21  dekabr  tarixli,  848  nömrəli  AR  Prezidentinin  Sərəncamı  ilə  bu 
Konvensiyaya  uyğun  olaraq  ölkənin  götürdüyü  öhdəliklərin  yerinə  yetirilməsini,  bitkilərin, 
heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün 
kompleks  tədbirlərin  həyata  keçirilməsini  təmin  etmək  məqsədi  ilə  Bioloji  Müxtəlifliyin  Genetik 
Ehtiyatları üzrə Dövlət Komissiyası da yaradılmışdır.
 
Azərbaycan  Respublikasının  ərazisində  biomüxtəlifliyin  zənginliyi  torpaq-iqlim  şəraitinin 
rəngarəngliyi,  yüksək  dağ-alp  biomlarından  yarımsəhra  və  səhra  zonalarınadək  landşaftların 
müxtəlifliyi ilə əlaqədardır. Azərbaycanda yayılmış 125 fəsiləyə, 930 cinsə aid 4500 ali bitki növündən 
240-ı  Azərbaycan,  920-i  Qafqaz  üçün  endemik  növlərdir.  Azərbaycanın  müasir  onurğalı  heyvanlar 
aləminə  1-i  dəyirmiağızlılara,  97-i  balıqlara,  10-u  suda-quruda  yaşayanlara,  52-i  sürünənlərə,  367-i 
quşlara, 109-u məməlilərə aid 6 sinfdə təmsil olunan 634 növ daxildir. Onurğasızların 14 min növünü 
həşəratlar təşkil edir.   
 
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2-ci nəşrinə daxil edilmiş 300 növ bitkidən 266-sı 
ali bitki, 20-si ibtidai bitki, 14-ü göbələklərə, eyni zamanda 221 fauna növündən 1-i oliqoxetlərə, 2-i 
xərçəngkimilərə, 1-i molyuskalara, 74-i həşəratlara, 14-ü sürünənlərə, 6-ı amfibilərə, 9-u balıqlara, 72-
i quşlara, 42-i məməlilərə aiddir. Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, 
yəni qədim meşə, boreal, bozqır, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. 
 
 Kür-Araz  ovalığında  tez-tez  rast  gələn  cayırlıq,  biyanlıq  və  lığvər  cəngəlliyi  nisbətən  geniş 
yayılmışdır. Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və 
s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur.  
 
Talış  düzənliklərindəki  bataqlıqlarda  suçiçəyi,  saçaqotu,  süsən,  qurbağaotu,  sarı  bataqlıq  süsəni, 
bataqlıca xüsusi formasiyalar yaradır. Dənizkənarı və dəniz altından çıxmış qumsallıqlarda qumluq və 
ya dəniz yovşanı, gəvən, İran sarmaşığı, Xəzər xəşənbulu və yüzlərcə başqa efemer bitki növlərinə rast 
gəlinir. 
 
 Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu 
meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir. Bəzən 
dağ  çayları  boyu  və  yaxud  çay  vadilərində  xüsusi  qarışıq  meşəliklər  də  bərpa  olunmuşdur.  Burada 
daha  çox  çaytikanı,  iydə,  söyüd,  sumağ,  sarağan,  yulğun,  tut,  nar,  itburnu,  böyürtikən  və  digərləri 
yayaılmışdır.  Çaytikanı  ən  çox  Şin,  Kiş,  Dəmiraparan,  Türyan,  Göyçay,  Ağsu,  Vəlvələ  və  Tərtər 
çaylarının vadilərində yayılmışdır.  
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə