Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
25 
 
6.
 
Ətraf mühit və insan sağlamlığının cari vəziyyəti və Strategiya üzrə təsirlərin analizi 
  
6.1. İqlim və iqlim dəyişmələri 
Azərbaycanın  iqliminə  ölkənin  coğrafi  mövqeyi,  relyefi  və  Xəzər  dənizi  əsaslı  təsir  göstərir  Yer 
kürəsindəki  11  iqlim  tipindən  8-i  ölkə  ərazisində  müşahidə  edilir.  Burada  yarımsəhra  və  quru  çöl, 
subtropik, mülayim və soyuq iqlimə rast gəlinir.  
Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız 
Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. 
Mülayim  iqlim  Böyük  və  Kiçik  Qafqazın  əsasən  meşələrlə  örtülü  yamaclarında  müşahidə  olunaraq, 
quru,  mülayim-isti  quru,  mülayim-isti  rütubətli  və  mülayim  soyuq  iqlimlərə  ayrılır.  Soyuq  iqlim 
yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında 
müşahidə edilir.  
Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15°C olduğu halda, yüksək dağlıq rayonlarda 0°C 
və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27°C, dağlıq rayonlarda 5°C təşkil 
edir.  Mütləq  maksimum  43°C  olduğu  halda,  mütləq  minimum  -30°C-dək  aşağı  düşür.  Bu  yüksək 
rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir.  
Yağıntılar  da  ərazidə  olduqca  qeyri-bərabər  paylanmışdır.  İl  ərzində  Abşeron  yarımadasında  və 
Naxçıvan  MR-nın  arazətrafı  zolağında  daha  (200  mm-dən)  az  yağmur  düşür.  Kür-Araz  ovalığında 
yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-
800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-
1300  mm-dək,  ən  çox  yağıntı  Lənkəran  ovalığının  cənubunda  və  Talış  dağlarının  ətəklərində  1200-
1700  mm-ə  çatır.  Hakim  küləklər  şimal  (Abşeron  yarımadası),  cənub-qərb  (Kür-Araz  ovalığı),  qərb 
(Lənkəran ovalığı) istiqamətlidir. 
 
İqlim  dəyişmələri  -Azərbaycan  BMT-nin  İqlim  Dəyişmələri  üzrə  Çərçivə  Konvensiyasına  1995-ci 
ildən  qoşulmuşdur.  Azərbaycan  İqlim  Dəyişmələri  üzrə  Çərçivə  Konvensiyasının  Əlavə  1-nə  daxil 
olmayan  (yəni  istilik  effekti  yaradan  qaz  tullantılarının  azaldılması  üzrə  kəmiyyət  öhdəliyi 


 
26 
 
götürməyən)  ölkədir  və  2000-ci  ildən  Kioto  Protokolunun  tərəfdaşıdır.  ETSN  Təmiz  İnkişaf 
Mexanizmi üzrə Milli Səlahiyyətli Orqan təyin edilmişdir.  
Azərbaycanda  istilik  effekti  yaradan  qaz  tullantıları  1990-cı  baza  ilində  hesablanmış  70  mln.  tondan 
azaldılaraq  2005-ci  ildən  etibarən  CO
2
  ekvivalenti  ilə  50±2,5  mln.  ton  ətrafında  sabitləşmişdir. 
Azərbaycanda iqlim dəyişmələrinə  uyğunlaşma üçün  əsas  prioritet  sahələr alternativ və  bərpa olunan 
enerji  mənbələrindən  istifadə,  kənd  təsərrüfatı,  su  ehtiyatlarının  daha  səmərəli  idarə  olunması, 
meşələrin bərpası və meşəsalmadır.  
 
İqlim  dəyişmələrinin  Azərbaycana  təsiri  -İqlim  dəyişmələri  ssenarilərinə  müvafiq  olaraq, 
Azərbaycanda  orta  temperatur  və  yağıntıların  miqdarının  yüksəlməsi  proqnozlaşdırılır.  Proqnozlara 
görə 2021-2050-ci illərdə orta illik temperatur 1,5°C-1,6
o
C artacaqdır. Sahil zonalarında və Naxçıvan 
MR-nın  qərbində  temperatur  artımı  1,7
o
C  təşkil  edəcəkdir.  Gözlənilir  ki,  yüzilliyin  birinci  yarısında 
temperatur  hər  10  ildə  təxminən  0,3°C  yüksələcəkdir.  1990-2000-ci  illərdə  Azərbaycanda 
temperaturun faktiki yüksəlməsi təxminən 0,4°C təşkil etdiyi üçün, iqlimin modelləşdirməsi nəticələri 
iqlim  müşahidələri  ilə  üst-üstə  düşür.  2021-2050-ci  illərdə  yağıntıların  miqdarı  1961-90-cı  illərlə 
müqayisədə  10-20%,  o  cümlədən  Naxçıvan  MR-da  10%,  ölkənin  şərq  regionlarında  isə  20% 
artacaqdır.  İqlim  dəyişmələrinin  daha  çox  su  ehtiyatlarına,  kənd  təsərrüfatı,  energetika  sektorlarına 
təsir  edəcəyi  proqnozlaşdırılır.  Bir  sıra  tədqiqatlara  görə  Azərbaycan  ərazisində  baş  verən  təhlükəli 
təbiət hadisələrinin – leysan, daşqın,  sel,  quraqlıq  və  s.  hadisələrin  də  müşahidə  olunma  tezliyi  
arta    bilər      və    həmiçinin    iqlim  dəyişmələri  ölkəmizin  ərazisində  meşə  və  əkinə  yaralı  torpaq 
ehtiyatlarını azalda bilər. 
 
Cədvəl  4.  Azərbaycanda  illər  üzrə  istilik  effekti  yaradan  qazların  atılması,  (milyon  ton  CO
2
 
ekvivalentində) 
İstilik effekti yaradan 
qazlar 
İllər 
2005 
2010 
2011 
2012 
2013 
Karbon qazı (CO
2

35.8 
24.8 
36.7 
29.0 
28.6 
Azot bir oksid  (N
2
O) 
0.4 
0.3 
0.3 
0.6 
0.6 
Metan  (CH
4
)  
14.4 
16.0 
6.2 
7.5 
9.5 
Mənbə:Azərbaycan  Respublikasının  Statistika  Komitəsi.  İllik  statistik  göstəricilər,  “Ətraf  mühitin 
mühafizəsi”, 2013-il  
Energetika sektoru və onun atmosfer havasının keyfiyyətinə təsiri  
Azərbaycanda  elektrik  enerjisi  təbii  qaz  və  neftdən  sonra  sənaye  və  məişətdə  tətbiqinə  görə  üçüncü 
yerdədir.  Ölkə  ərazisi  100%  elektrikləşdirilmişdir.  Ölkənin  müəyyən  edilmiş  generasiya  gücü 
təxminən 6.500 MVt, o cümlədən, istilik elektrik enerjisinin müəyyən edilmiş gücü  5.500  MVt-dır, 
qalan  güclər  su  elektrik  stansiyalarının  payına  düşür.  Elektrik  stansiyalarının  təbii  qazdan  istifadəyə 
keçməsi  elektrostansiyaların  effektivliyini  artırmaqla  yanaşı,  atmosferə  çirkləndirici  maddələrin 
atılmasının qarşısının alınmasına müsbət təsir etmişdir.  
Azərbaycanın  enerji  sistemi  15  istilik  və  14  su  elektrik  stansiyasından  ibarətdir.  Enerji  sisteminin 
müəyyən  edilmiş  gücü  7  QVt-dan  çoxdur.  Elektrik  stansiyalarının  faydalı  iş  əmsalı  (FİƏ)  52%-dir. 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə