Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 
21 
 
 
 
4.5.
 
““Alternativ  və  Bərpa  olunan  Enerji  mənbələrindən  istifadə  üzrə  Dövlət  Strategiyası 
2015-2020”-in digər planlaşdırılan strateji sənədlərlə əlaqəliliyi. 
 
Dövlət  Strategiyasının  hazırlanması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamının 
verildiyi  tarixdən  əvvəl  bir  sıra  strateji  sənədlərin  ABOEM-in  inkişafı,  habelə  Strategiya  ilə  əlaqəsi 
vardır Bu baxımdan aşağıdakı strateji sənədlər müəyyən edilmişdir: 
 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il  21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq 
edilmiş  "Azərbaycan Respublikasında alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
olunması  üzrə  Dövlət  Proqrami"na  uyğun  olaraq,  Qobustan  Ekpserimental  Poliqonunda  2,7  MVt 
gücündə  Külək,  1,8  MVt  gücündə  Günəş  Elektrik  Stansiyası  və  1MVt  gücündə  Bioqaz  qurğusu 
quraşdırılmışdır. 
 

 
"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə 
Dövlət Proqramı"nın  təsdiq  edilməsi haqqında Azərbaycan Respublikası  Prezidentinin 2005-ci  il  14 
fevral  635 nömrəli Sərəncamına uyğun olaraq   ölkə ərazisində külək və günəş fiziki parametrlərinin 
ölçülməsi  üçün  quraşdırılmış  Ölçü  müşahidə  stansiyaları  (ÖMS)  vasitəsi  ilə  Respublika  ərazisində 
enerji mənbələrinin potensialı mütəmadi olaraq müəyyənləşdirilir  və onlardan istifadə üçün layihələr 
hazırlanır.  


 
22 
 

 
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı 
ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və 
davamlı  inkişaf  Dövlət  Proqramı”nın  həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planının  (2011-2015-ci 
illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 
nömrəli  Sərəncamına  uyğun  olaraq  ictimai  və  sosial  binalarda    günəş  panelləri  və  istilik  nasosları 
quraşdırılıraq bununlada alternativ və bərpa olunan enerji mənbələri hesabına bu obyektlər istilik  və 
elektrik enerjsi ilə təmin edilmişdir. 

 
“2011-2013-cü  illərdə  Bakı  şəhərinin  və  onun  qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair 
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  2011-ci il  4 
may  tarixli  1490  nömrəli  Sərəncamına  uyğun  olaraq  Bakı  şəhərində  məktəb  və  səhiyyə 
müəssisələrində günəş panelləri və istilik nasosları quraşdırılıraq bununla da alternativ və bərpa olunan 
enerji mənbələri hesabına bu obyektlər istilik və elektrik enerjisi ilə təmin edilmişdir. 

 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli, 232 nömrəli Sərəncamı ilə 
təsdiq edilmiş  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına 
dair  Dövlət Proqramı”nın  icrası  ilə əlaqədar   Bakı  şəhərinin  Suraxanı,  Pirallahı,  Qaradağ, Sahil və 
Sanqaçal qəsəbələrində, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 №-li 
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı"nın  həyata  keçirilməsi  üzrə  tədbirlər  planına  uyğun  Samux    Aqroenerji 
Yaşayış  Kompleksində,  Sumqayıt  şəhərində      günəş  elektrik  stansiyaları    quraşdırılmış  və  mərkəzi 
şəbəkəyə qoşularaq enerji istehsalına başlanılmışdır.  

 
Azərbaycan  Respublikası  Prezidentinin  “Alternativ  və  bərpa  olunan  enerji  sahəsində  əlavə 
tədbirlər  haqqında”  2013-cü  il  1  fevral  tarixli  810  nömrəli  Fərmanına  əsasən  Azərbaycan 
Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət 
siyasətini  və  tənzimlənməsini,  alternativ  və  bərpa  olunan  enerji  mənbələri  üzrə  fəaliyyətin  səmərəli 
təşkilini,  bu  sahədə  fəaliyyətin  əlaqələndirilməsini  və  dövlət  nəzarətini  Azərbaycan  Respublikasının 
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. 

 
“Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2009-2013  

 
“Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı 2014-2018” 
 
Dövlət  Strategiyasının  digər  inkişaf  sektorları  ilə  birbaşa  və  dolayı  əlaqəsi  baxımından  bir  sıra 
mövcud strateji sənədlər, habelə əlaqəli uyğun sektorlar təhlil edilmişdir. SEQ prosesində sözügedən 
inkişaf sektorları üzrə müvafiq icra orqanları ilə məsləhətləşmələrin aparılması zəruri hesab edilərək 
aşağıda şərh edilmişdir: 
Azərbaycan  Respublikası  Prezidentinin  29  noyabr  2011-ci  il  tarixli  Sərəncamı  əsasında  hazırlanmış 
“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  (2012-ci  il  AR  Prezidentinin  29  dekabr 
tarixli  Fərmanı ilə  təsdiq  edilmişdir)  ölkə  üzrə  əsas  siyasi  və  strateji  sənəd  olmaqla,  bütün  iqtisadi 
fəaliyyət  sektorların  inkişafı  ilə  yanaşı,  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadənin 
genişləndirilməsini də nəzərdə tutmuşdur.  
Dövlət  Strategiyası  qəbul  olunmuş digər strateji sənədlərlədə bilavasitə  əlaqəlidir. Həmin sənədlərdə 
Strategiyanın həyata keçirilməsinə təkan verən bir sıra tədbirlər nəzərdə tutulmuşdur.  
 
Bu  sənədlərdən  digəri  "Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı"(27  fevral  2014-cü  il)  üzrə  qəbul  edilən  Tədbirlər  Planı  olub, 
Planım “Strategiya”da nəzərdə tutulan fəaliyyətlərlə əlaqəliliyi ola bilər.  


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə