Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
50 
 

 
Cənub  yamacının  çayları -  Katex,  Şin,  Kiş,  Balakən,  Talaçay,  Mazım,  Kürmük  çayları 
Qanıx  və  Əyriçaya,  daha  sonra  isə  Kürə  tökülərək  onun    sol  qollarını  əmələ  gətirirlər.  Bu  çaylar  öz 
yataqları boyu-iri gətirmə konusları yaradırlar.  
 
Kiçik Qafqaz çayları: 
Bu çaylar il ərzində paylanma və müxtəlif mövsümlərdə qidalanma xüsusiyyətlərinə görə 2 qrupa aid 
edilmişdir:  

 
Yay  aylarında  yağış  sularından  daşqın  əmələ  gətirən  çaylar.  Bu  qrupa  sutoplayıcısının 
hündürlüyü  2500  m-dən  az  olan  Murğuz  və  Qarabağ  silsilələrindən  axan  çaylar  aiddir 
(Tovuzçay, Əsrikçay, Xaçınçay, Qarqarçay, Köndələnçay, Quruçay və s.) 
 

 
Yaz-yay  aylarında  qar  sularından  daşqın  əmələgətirən  çaylar.  Bu  qrupa  Murğuz  və  Qarabağ 
silsilələri istisna olmaqla, Kiçik Qafqazın bütün çayları daxildir. 
 
Abşeron-Qobustan rayonu çayları: 
Abşeron-Qobustan  rayonu  çaylarının  əsas  qida  mənbəyi  yağış  sularıdır.  Ceyrankeçməz  və  Pirsaat 
çaylarında  bu  qida  mənbəyinin  payı,  müvafiq  olaraq  70  və  98%  təşkil  edir.  Abşeron-Qobustan 
rayonunun  geoloji  quruluşunda  azsulu  gilli  suxurlar  üstünlük  təşkil  edir.  Bu  səbəbdən  çayların 
qidasında yeraltı suların payı cüzidir və ümumiyyətlə, tədqiq olunan ərazidə minimaldır: 2-16%. 
 
 
Lənkəran təbii vilayəti çayları: 
Əsas  çay  sistemləri  olan  Viləşçay,  Lənkərançay  və  Təngəruçay  qidasında  qar  suları  iştirak  edir  (4-
13%)  (Rüstəmov,  1960).  Lakin  çayların  əsas  qida  mənbəyi  yağış  sularıdır.  Lənkəran  çaylarında  isə 
illik axımın 71-90%-i yağış sularının və 20-30%-i yeraltı suların payına düşür. 
 
Azərbaycanın təbii su ehtiyatlarının paylanması  
№ 
Ərazi 
Yerli su  
ehtiyatları, 
km
3
 
Qonşu ölkələrdən daxil 
olan su ehtiyatları,  
km
3
 
Cəmi, 
 
km
3
 

Kür hövzəsi (Arazsız) 
4,603 
12,2 
16,803 

Araz hövzəsi 
1,038 
8,08 
9,118 

Quba-Xaçmaz və Abşeron-Qobustan 
0,981 



Lənkəran təbii vilayəti 
1,190 


Cəmi 
7,81 
20,28 
28,09 
 
Kür və Araz çaylarının təbii su ehtiyatları birlikdə 25,921 km
3
  təşkil  edir,  onda  1997-2006-cı  illərdə 
bunun 61,9 %-indən istifadə olunmuşdur. Bütövlükdə Kür çayının Xəzər dənizinə axımı 365 m
3
/s və 
ya 11,51 km
3
-ə bərabərdir. Bu rəqəmə Quba-Xaçmaz və Abşeron-Qobustan, həmçinin Lənkəran təbii 
vilayəti çaylarının da su ehtiyatlarını (cəmi 2,171 km
3
) əlavə etsək, onda 13,681 km
3
 alınar. 
6.4.3. Su istehlakı 
Su  itkisi  irriqasiya  və  su  təchizatı  sistemləri  üzrə  çox  yüksək  qiymətləndirilmişdir:  götürülən  suyun 
orta hesabla yalnız 68,2%-i istehlakçıya çatdırılır. Belə ki, qalan sular müxtəlif növlü itkilərə (31,8%) 
aid edilir. 


 
51 
 
Yerli çaylarda axımın əsas hissəsi  yaz dövründə keçdiyindən və onların axımı tənzimlənmədiyindən 
daşqın  sularından  səmərəli  istifadə  etmək  mümkün  olmur.  Bu  suların  yalnız  10-15%-i  vegetasiya 
dövründə suvarmada istifadə olunur. Buna görə də, əkinləri suvarma suyu ilə təmin etmək üçün yerli 
çayların  axımının  tənzimlənməsinə,  su  anbarlarının  tikilməsinə  böyük  ehtiyac  vardır.  Yeni  su 
anbarlarının tikintisi hesabına suvarılan torpaqların ümumi sahəsini 1600-1650 min hektara çatdırmaq 
mümkündür.  
Yay  aylarında,  suvarmaya  tələbat  kəskin  artdıqda,  çayların  axımı  azalır  və  bir  çox  hallarda  onların 
bəziləri  tam  quruyur.  Bu  aylarda  çayların  sərfi  onların  su  ehtiyatlarının  təqribən  10%-ni  təşkil  edir. 
Bəzi  zonalar  üzrə  axım  daha  az  olur  (Lənkəran-Astara  zonasında  2,7%,  Şamaxı-İsmayıllı  zonasında 
8,5%). Yay aylarında çay sularının azalması kənd təsərrüfatı bitkilərinin su təminatını çətinləşdirir. 
Süni  su  anbarlarında  21.5  mlrd.  m
3
  su  ehtiyatları  toplamaq  imkanı  vardır.  Bunların  əsas  hissəsi 
suvarma  və  hidroenergetika  məqsədləri  üçün  istifadə  olunur.  Yalnız  onu  qeyd  etmək  kifayətdir  ki, 
ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarını 1988-ci ildə, Araz su anbarını isə 1995-ci ildə 
tam həcmdə doldurmaq mümkün olmuşdur.  
Ölkədə  içməli  su  ehtiyatlarının  azlığı  su  hövzələrinin  çirklənmədən  qorunmasını  vacib  edir.  Kür  və 
Araz  çaylarının  transsərhəd  çirklənməyə  məruz  qalması  və  kənd  yerlərində  yaşayan  əhalinin 
keyfiyyətli  içməli  su  ilə  təmin  edilməsi  məqsədilə  2007-2014-cü  illər  ərzində  20  rayonun  ümumi 
əhalisi  530  minə  yaxın  olan  320  yaşayış  məntəqəsində  modul  tipli  sutəmizləyici  qurğular  istismara 
verilmişdir. Ölkənin iqtisadi və inzibati rayon və şəhərləri üzrə su istehlakının cəmi illər üzrə aşağıda 
verilmişdir
 
 (milyon kub metr). 
 
İqtisadi və inzibati                                                                                                                               
rayon və şəhərlərin adları 
2010 
2011 
2012 
2013 
2014 
Azərbaycan Respublikası  
7715 
8012 
8248 
8229 
8115 
Bakı şəhəri  
667,8 
536,6 
514,9 
509,6 
549,5 
Abşeron iqtisadi rayonu                                       
332,1 
300,2 
297,7 
344,1 
336,4 
Gəncə-Qazax iqtisadi rayonu                                       
777,0 
818,3 
850,5 
877,4 
876,5 
Şəki-Zaqatala iqtisadi rayonu                                       
274,9 
272,2 
277,5 
275,2 
271,3 
Lənkəran iqtisadi rayonu                                       
96,7 
104,4 
99,3 
99,1 
96,6 
Quba-Xaçmaz iqtisadi rayonu                                       
302,9 
301,5 
301,2 
302,1 
296,6 
Aran iqtisadi rayonu                                       
4440,6 
4726,2 
5046,8 
4975,1 
4947,7 
Yuxarı Qarabağ iqtisadi rayonu                                       
409,7 
518,8 
451,4 
449,3 
431,3 
Kəlbəcər-Laçın iqtisadi rayonu                                       
... 
… 
… 
… 
… 
Dağlıq Şirvan iqtisadi rayonu 
111,4 
114,6 
112,8 
112,6 
111,3 
Naxçıvan iqtisadi  rayonu 
301,5 
319,0 
296,4 
284,3 
198,0 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə