Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 
 
 
 
Cədvəl 1. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
             
                      
İdeya  
 
              Konsepsiya 
 
              Strategiya 
 
 
Plan və Proqramlar 
 
 
 
 
Planlaşdırma 
mərhələsi  
 
 
 
 
Strateji Ekoloji 
Qiymətləndirmə 
(SEQ) 
 
 
 
Layihələr 
 
 
Ətraf Mühitə Təsirin 
Qiymətləndirilməsi 
(ƏMTQ) 
 
 
 


 

 
 
1.3.
 
 Azərbaycanda SEQ üzrə Pilot layihə  
Cari  vəziyyətdə  Azərbaycanda  SEQ  üzrə  milli  qanunvericiliyin  olmaması  və  təcrübə  məhdudluğu 
SEQ-in  ilkin  qaydada  milli  səviyyədə  tətbiqini  zəruri  etmişdir.  Azərbaycan  BMT  AİK-nın  Strateji 
Ekoloji Qiymətləndirmə üzrə Protokolunu ratifikasiya etməmişdir.  
BMT-nin  AİK-nın  Espoo  Konvensiyası  Tərəflərinin  2-5  iyun  2014-cü  il  tarixdə  Cenevrə  şəhərində 
keçirilmiş VI iclasında qəbul olunmuş Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Cənubi Şərqi Avropa 
ölkələri  üçün  nəzərdə  tutulan  2014-2017-ci  illər  üzrə  “Fəaliyyət  Planı”  SEQ  üzrə  Protokola  keçidi 
sürətləndirmək  üçün  Azərbaycan  da  daxil  olmaqla,  qeyd  olunan  ölkələrin  milli  hüquqi  və  praktiki 
hazırlığını təmin etmək məqsədilə hazırlanmışdır.  
 
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  ilə  əməkdaşlıq  əsasında 
Azərbaycanda 2014–2017-ci illər üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 

 
SEQ üzrə mövcud qanunvericilik və prosedurların analizi; 

 
SEQ-in  prakitiki  mənimsənilməsi  məqsədilə  milli  strateji  sənəd  layihəsinə  SEQ  üzrə  Pilot 
Layihənin tətbiqi; 

 
Məlumatlandırmanın genişləndirilməsi məqsədilə milli və yerli təlim tədbirlərinin təşkili

 
SEQ üzrə milli təlimat sənədinin hazırlanması. 
 
Qeyd  olunan  tədbirlər  Aİ  Şərq  Tərəfdaşlığı  ölkələri  üçün  Yaşıl  İqtisadiyyat-  “EaP  Green” 
Proqramının  maliyyə  dəstəyi  ilə    həyata  keçirilir.  EaP  Green  Programı  Aİ-nın  Şərq  Tərəfdaşlığı 
ölkələrinə  yaşıl  iqtisadiyyata  keçidə  dəstək  göstərmək  üçün  İqtisadi  Əməkdaşlıq  və  İnkşaf  Təşkilatı 
tərəfindən UNECE, UNEP və UNİDO ilə  əməkdaşlıq əsasında icra  edilir. Proqram  Aİ, qeyd olunan 
dörd  təşkilat  və  digər  donorlar  tərəfindən  maliyyələşdirilir.  Qafqaz  Regional  Ətraf  Mühit 
Mərkəzinin Bakı Filialı pilot layihə tədbirlərinin həyata keçirilməsinə maddi-texniki dəstək göstərir.  
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Alternativ və Bərpa Olunan Enerji 
Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) arasında koordinasiya əsasında SEQ-in praktiki tətbiqi 
üçün  “Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələrindən  İstifadə  üzrə  Dövlət  Strategiyası  - 
2015-2020” layihəsi (bundan sonra Strategiya) SEQ üzrə Pilot layihə olaraq seçilmişdir.  
Bu  Pilot  Layihə  Azərbaycanda  ETSN  tərəfindən  SEQ  üzrə  həyata  keçirilən  ilk  layihədir.  Pilot 
layihənin həyata keçirilməsində məqsəd: 

 
SEQ-in milli səviyyədə tətbiqi təcrübəsinin mənimsənilməsi

 
Pilot  layihənin  icrası  zamanı  Ətraf  Mühitə  Təsirin  Qiymətləndirilməsi  haqqında  Qanun 
layihəsinin SEQ üzrə müddəalarının tətbiqi imkanlarının nümayişi və eyni zamanda test edilməsi;  

 
Pilot  layihənin  nəticəsi  olaraq  SEQ  üzrə  milli  hüquqi  və  institutsional  quruluşun  inkişafına 
təkliflər hazırlamaq, habelə sözügedən qanun layihəsinin təkmilləşdirilməsinə dəstəyin göstərilməsi

 
Seçilmiş strateji sənəd layihəsi (burada Strategiya) üzrə ətraf mühitə dair optimallaşdırılmış və 
modifikasiya edilmiş təkliflərin hazırlanması. 
Pilot layihənin icrası 2015-ci il yanvar- dekabr ayı müddətinə planlaşdırılmışdır.  
 


 

 
1.4.
 
Hesabatdan əvvəl SEQ prosesi 
 
Pilot layihə seçimi üzrə ilkin qiymətləndirmə aparılaraq, SEQ-in “Alternativ və Bərpa Olunan Enerji 
mənbələrindən  İstifadə  üzrə  2015-2020-ci  illər  Strategiyası”na  tətbiqi  əsaslandırılmış  və 
təsdiqləmişdir.  
 
SEQ  üzrə  Protokola  əsasən,  “strateji  ekoloji  qiymətləndirmə  kənd  təsərrüfatı,  meşəçilik,  balıqçılıq, 
enerji,  minadan  təmizləmə  də  daxil  olmaqla  sənaye,  nəqliyyat,  regional  inkişaf,  tullantıların  və 
suların idarə edilməsi, telekommunikasiya, turizm, şəhərsalma və ya torpaqların idarə edilməsi kimi 
sahələri  aid  olan  plan  və  proqramları  əhatə  etməli,  eləcə  də  milli  qanunvericiliyə  uyğun  olaraq  ətraf 
mühitə təsirin qiymətləndirilməsini tələb edən layihələndirmə əldə olunmasına xidmət etməlidir. 
 
İlkin  qiymətləndirmə  əsasında  (“screening”)  qeyd  olunan  Strategiya  enerji
 
sektoruna  aid  olmaqla 
yanaşı,  müvafiq  icra  orqanı  tərəfindən  təsdiqi  tələb  olunan  strateji  sənəd  olduğu  üçün,  habelə 
Strategiya çərçivəsində fəaliyyətlər üzrə gələcəkdə ətraf mühitə təsirlərinin qiymətlədirilməsinin zəruri 
olduğu təsdiqlənərək, SEQ üzrə pilot layihə seçimi olaraq Strategiya uyğun hesab edilmişdir
1

 
SEQ-in  tətbiqinin  zəruriliyi  əsaslandırıldıqdan  («screening»  prosesi)  sonra  SEQ  prosesi 
aşağıdakı mərhələlərdə həyata keçirilmişdir: 

 
Baza təhlilləri və qiymətləndirmənin əhatə dairəsinin müəyyən edilməsi (“scoping”)  

 
Ətraf  mühitə  və  insan  sağlamlığna  təsirlərin  qiymətləndirilməsi  və  təkliflərin  hazırlanması  - 
SEQ üzrə Hesabatının hazırlanması 

 
SEQ prosesində  (“scoping” və SEQ-nin nəticələri üzrə) ictimaiyyətin iştirakının təmini 

 
Əlaqədar  orqanlarla,  eləcə  də  ətraf  mühit  və  səhiyyə  orqanları  ilə  məsləhətləşmələrin 
aparılması 

 
Planlaşdırıcı orqan tərəfindən qərar qəbulu  və bəyənnamənin  verilməsi və əlaqədar orqanlara 
göndərilməsi  

 
Monitorinq (və ya fəaliyyətin izlənilməsi) 
 
Qeyd olunan mərhələlərin icra mexanizmləri yeni ƏMTQ haqqında Qanun layihəsinin SEQ üzrə, eləcə 
də Dövlət Ekspertizası haqqında müddəlarına istinadən həyata keçirilmiş, müvafiq icra mexanizmləri 
üzrə  qanun  layihəsi  ilə  tənzimlənməyən  icra  mexanizmləri  SEQ  üzrə  Protokola  uyğun  təlimat 
sənədlərinə  əsasən həyata keçirilmiş, müvafiq boşluqların aradan qaldırılması üçün gələcəkdə Qanun 
layihəsinin təkmilləşdirilməsi və qanunaltı hüquqi aktların hazırlanması planlaşdırılmışdır.  
 
Qeyd  edək  ki,  SEQ-in  icra  mexanizmlərinə  dair  BMT-nin  təlimat  vəsaiti  azərbaycan  dilinə  tərcümə 
edilmişdir
2
 
 
                                                           
1
 
Mənbə: BMT AİK Espoo Konvensiyasına SEQ Protokolu
 
2
 
Strateji  Ekoloji  Qiymətləndirmə  Protokolunun  icrası  üzrə  təlimat  vəsaiti  –  UNECE  və  Mərkəzi  və 
Şərqi  Avropa  üzrə  Regional  Ekoloji  Mərkəz,  2012.  İlk  nəşr  2006,  ikinci  nəşr  2012 
http://www.unece.org/fileadmin/DAM/env/eia/documents/SEA%20Manual/translations/SEAResourceManualAze.pdf
  


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə