Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
48 
 
6.4.
 
Su ehtiyatları 
 
Ölkənin su ehtiyatlarının əsas hissəsi transsərhəd sular hesabına yaranır və bu da istehlakçıların istər 
kəmiyyət və istərsə də, keyfiyyət baxımından su tələbatı təminatında ciddi poblemlər yaradır. 
Dövlət  sudan istifadə uçotu  informasiyalarının təhlili göstərmişdir ki,  çoxillik dövrdə (1990-2013-cü 
illər) təbii su mənbələrindən götürülən ümumi su həcmi 11,1-16,37 km
3
, o cümlədən yeraltı sular 1,54-
0,51 km
3
 hüdudlarında tərəddüd etmişdir.  
Bu dövr ərzində təbii mənbələrdən istifadə üçün götürülən su həcmi təqribən 1,3 dəfə azalmışdır. Bu 
da son illərdə bütün dünyada, eləcə də Azərbaycanda uzun sürən quraqlıqla, ölkədə həyata keçirilən 
iqtisadi islahatlar və suyun pullu istifadəsi ilə əlaqədar olaraq onun qənaətlə istifadəsinin nəticəsi kimi 
qiymətləndirilə bilər. 
2014-cü  ildə  iqtisadi  fəaliyyət  növləri  üzrə  su  ehtiyatlarını  səciyyələndirən  əsas  göstəricilər  (milyon  kub 
metr)
6
  
 
 
 
 
 
 
 
Təbii 
mənbələrdən 
götürülən su 
Su 
istehlakı 
Dövri və 
ardıcıl istifadə  
olunan su 
Nəql 
zamanı 
itən su 
Çirkab 
suların 
atılması 
Onlardan, 
təmizlənməmiş 
çirkab su 
Cəmi 
12123,0 
8115,3 
2469,1 
4007,7 
5357,7 
265,3 
o cümlədən
 
 
 
 
 
 
Kənd 
təsərrüfatı, 
ovçuluq və meşə 
təsərrüfatı 
10844,6 
5928 
415,4 
3637,8 
4087,2 
0,6 
Mədənçıxarma 
sənayesi 
222,5 
222,5 
215,9 
0,1 
227,6 
7,6 
Emal sənayesi 
17,2 
48,8 
271,2 
1,0 
13,7 
7,2 
Elektrik 
enerjisi, qaz və 
suyun istehsalı və 
bölüşdürülməsi 
1022,1 
1803,2 
1542,3 
365,6 
656,2 
62,6 
Nəqliyyat, 
anbar təsərrüfatı 
rabitə 
9,9 
55,1 
9,8 
2,4 
12,3 
9,1 
Digər iqtisadi 
fəaliyyət növləri 
6,7 
57,7 
14,5 
0,8 
360,7 
178,2 
  
 
                                                           
6
 Azərbaycan Statistika Komitəsi, AR Meliorasiya və Su Təsərrüfatı  Açıq Səhmdar Cəmiyyətinin məlumatlarına əsasən, 
2014 


 
49 
 
6.4.1. Əsas su mənbələri haqqında ümumi məlumat 
 
Azərbaycanda 8359 sayda çay olub, onun 5141-i Kür hövzəsinə, o cümlədən 1177-i Arazın hövzəsinə 
aiddir. Çayların 8188-inin uzunluğu 25 km-ə qədər, 107-si 26-50 km, 40-ı 51-100 km, 22-si 101-500 
km,  2-si  500  km-dən  artıqdır.  Azərbaycanın  çay  sistemləri  Xəzər  dənizinə  aiddirlər.  Birbaşa  Xəzərə 
tökülən çaylar və onların qollarının sayı 3218-dir. Xəzər dənizinə birbaşa tökülən çaylar 2 yarım qrupa 
ayrılır: Böyük Qafqazın Şimal-Şərq yamacı və Qobustan çayları, Lənkəran təbii vilayəti çayları. 
 
Kür  Cənubi  Qafqazda  əsas  su  mənbəyi,  eyni  zamanda  ən  uzun  çaydır.  O,  Türkiyə,  Gürcüstan, 
Azərbaycan  Respublikalarının  ərazisindən  keçir.  Çayın  ümumi  hövzəsinin  ərazisi  188000  km
2
ə 
bərabərdir  ki,  Kür  hövzəsinin  təxminən  30%-i  Azərbaycan  ərazisindədir.  Kür  çayı  hövzəsi  3 
yarımqrupa ayrılır: sol sahil qolları, sağ sahil qolları və Araz hövzəsi çayları. Kürdən sonra ən iri çay 
Arazdır.  Bu  çay  Türkiyə,  Ermənistan  və  Azərbaycan  ərazilərindən  axaraq  Sabirabad  rayonu 
yaxınlığında  Kür  çayına  qovuşur.  Çayın  ümumi  hövzəsi  102000  km
2
,  yalnız  18%-i  Azərbaycan 
ərazisindədir.  
 
Kür çayının ölkə ərazisində olan hissəsinin  yuxarı, orta və aşağı axınlarında aparılmış  monitorinqlər  
göstərir  ki,  çayın  yuxarı  və  aşağı  axında  çirklənmə  səviyyəsi  orta  axına  nisbətən  daha  çoxdur.  Kür 
çayının yuxarı axınında yüksək çirklənməsi onun keçdiyi ölkələrin (Gürcüstan, Ermənistan) ərazisində  
baş verir,  aşağı axarlarda isə  yaşayış məntəqələrindən axıdılan çirkab suların və Araz çayı vasitəsi ilə 
(Ermənistan ərazisindən) gətirilən tullantıların hesabına formalaşır.   
 
Belə ki, Gürcüstanla sərhəddə yerləşən Şıxlı-2 məntəqəsində çay suyunun çirklənmə səviyyəsi beşillik 
müşahidələrin nəticələrinə və Suyun Çirklənmə İndeksinə (SÇİ) görə normadan dəfələrlə çox müəyyən 
edilmişdir. Burada suyun tərkibində fenolların miqdarı normadan 7-9 dəfə,  mis birləşmələri 5-7 dəfə, 
neft məhsulları 1,2-2,8 dəfə və biogen maddələrin miqdarı isə 1,4-3,7 dəfə normadan yüksəkdir. Çayın 
Gürcüstan ilə sərhədindən Mingəçevir su anbarına qədər axımında çirkləndirici mənbələrin olmaması 
və  çayda  gedən  təbii  özünütəmizləmə  prosesləri  nəticəsində  suyun  tərkibindəki  çirkləndirici 
maddələrin  qatılığı  30-55  %-ə  qədər  azalır,  lakın  onların  miqdarı  normadan  yenə  də  yüksək  olaraq 
qalır.   
 
Qanıx  çayı  üçüncü  ən  böyük  çay  olaraq  Gürcüstan  və  Azərbaycan  ərazilərindən  axıb  keçir  və  Kür 
çayının  üzərindəki  Mingəçevir  su  anbarına  tökülür.  Çayın  hövzəsinin  ümumi  sahəsi  12080  km
2
-dir. 
Samur çayının hövzəsinin sahəsi 3620 km
2
, Astara çayının isə 242 km
2
-ə bərabərdir. Böyük Qafqazın 
şimal-şərq  yamaclarından,  həmçinin  Lənkəran-Astara  zonasından  başlayaraq  birbaşa  Xəzər  dənizinə 
tökülən çayların hövzəsinin ümumi sahəsi müvafiq olaraq 22500 və 5200 km
2
 təşkil edir. 
 
6.4.2. Çayların su rejimi 
 
Çayların  su  rejimi  il  ərzində  sutoplayıcı  səthin  sahəsindən,  atmosfer  yağıntılarından,  buxarlanma  və 
filtrasiya itkilərindən asılı olaraq dəyişə bilir. 
 
Böyük Qafqaz çayları: 
 Şimal-şərqindən axan çaylar - Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa  Xəzərə tökülürlər. 
Qar və buzlaqlarla qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar. 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə