Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020


Ətraf mühit məsələləri üzrə əlaqədar qurumlar



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   2   3   4   5   6   7   8   9   ...   39

 
16 
 
3.4 Ətraf mühit məsələləri üzrə əlaqədar qurumlar
4
 
 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  (ETSN)  ölkə  miqyasında  ətraf  mühitin  mühafizəsi,  təbii 
sərvətlərin  davamlı  istifadəsi  və  bərpası,  habelə  ətraf  mühitin  vəziyyətinin  yaxşılaşdırılması  üçün 
cavabdeh  icra  orqanıdır.  Yerli  səviyyədə  isə  ETSN  özünün  regional  yerli  idarələri  –  Ekologiya  və 
Təbii Sərvətlər şöbələri vasitəsilə fəaliyyət göstərir.  
 
Bununla  yanaşı  ətraf  mühit  məsələləri  üzrə  digər  əlaqədar  nazirliklər  və  agentliklər  aşağıda 
göstərilmişdir: 
 

 
Havanın  mühafizəsi    -  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Səhiyyə  Nazirliyi, 
Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
 

 
Biomüxtəliflik, Meşəçilik, Balıqçılıq – ETSN 
 

 
Torpaqlar    -  ETSN,  Kənd  Təsərrüfatı  Nazirliyi,  Əmlak  Məsələləri  Üzrə  Dövlət 
Komissiyası 
 

 
Su  -  Fövqəladə  Hallar  Nazirliyi,  ETSN,  “Azərsu”  Açıq  Səhmdar  Cəmiyyəti,  Səhiyyə 
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi 
 

 
Neftləçirklənmə - ARDNŞ, ETSN , FHN 
 

 
Təhlükəli tullantılar  - FHN,ETSN,SN 
 

 
Tullantı -  İSN, ETSN , İcra hakimiyyəti orqanları vəbələdiyyələr 
 

 
Mineral resurslar -  ETSN, İSN 
 

 
İqlim dəyişikliyi  - ETSN, İSN, EN  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
4
 Avropa Qonşuluq və Əməkdaşliq Aləti- Birgəekoloji Informasiya sistemi layihəsi. Ölkə üzrə Hesabat-2014 


 
17 
 
3.
 
“Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Strategiyası 2015-
2020” 
 
3.1.
 
 Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən İstifadə üzrə Dövlət Agentliyi 
 
Azərbaycan  Respublikasının  Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi 
(ABEMDA)  Azərbaycan  Respublikasının  Prezidentinin  01  fevral  2013-cü  il  tarixli  Fərmanı  ilə 
ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 
yaradılmışdır.   
ABEMDA  Azərbaycan  Respublikasında alternativ  və bərpa olunan enerji  və ondan səmərəli istifadə 
olunması sahəsində dövlət siyasətini həyata keçirir. Dagentlik bu istiqamətdə dövlət tənzimlənməsini, 
ABEM-dən  istifadə  üzrə  fəaliyyəti  əlaqələndirən  və  dövlət  nəzarətini  həyata  keçirən  mərkəzi  icra 
hakimiyyəti  orqanı  olub,  bu  istiqamətdə  vahid  dövlət  siyasətinin  formalaşmasında  iştirak  edir,  bu 
siyasətin  həyata  keçirilməsini  təmin  edir,  sahənin  inkişafını  və  infrastrukturunun  yaradılmasını, 
iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABEM üzrə enerji 
istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə 
üzrə dövlət uçotunu və dövlət kadastrını aparır və fəaliyyətini həyata keçirir. 
4.2 Azərbaycan Respublikasında ABEOM-dən istifadə fəaliyyəti 
Azərbaycan  Respublikasında  ABEOM-dən  istifadə  üzrə  cari  fəaliyyət  Azərbaycan  Respublikası 
Prezidentinin  2004-cü  il  21  oktyabr  tarixli  462  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş 
"Azərbaycan Respublikasında alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
olunması üzrə Dövlət Proqramı"na əsaslanır.  Proqram üzrə faktiki olaraq, bir çox layihələr həyata 
keçirilmiş və ya icra edilməkdədir. Proqramın qəbulundan sonra 2009-cu ildə Respublikada 14,4 MVt, 
o cümlədən ümumi gücü 12,2 MVt olan 9 kiçik su elektrik stansiyaları və 2,2 MVt gücündə 2 külək 
elektrik stansiyaları istifadəyə verilmişdir. 
 
2014-cü  ildə  ölkədə  qoyuluş  gücü  1245  MVt  olan  bütün  bərpa  olunan  enerji  mənbələri  hesabına 
1480,0 milyon kVt.saat elektrik enerjisi istehsal olunmuşdur. Bu da təqribi hesablamalara görə 298,5 
min ton mazuta və ya 429,2 milyon kub metr təbii qaza qənaətlə yanaşı, müvafiq olaraq 919,4 min ton 
və ya 763,9 min ton karbon dioksidin (CO
2
) atmosferə atılmasının qarşısını alır. 
 
Bakı  şəhərində  hər  birinin  layihə  gücü  2,8  MVt  olan  Suraxanı  və  Pirallahı  günəş  elektrik 
stansiyalarının  (GES),  3  MVt  olan  Qaradağ-Sahil  GES-in  və  9  MVt  olan  Qaradağ-Sanqaçal 
GES-in  tikinti-quraşdırılma  işləri  davam  etdirilir.  Birinci  mərhələdə  Suraxanı  və  Pirallahı  günəş 
elektrik  stansiyalarında  müvafiq  olaraq  1,4  və  1,0  MVt  güclər  mərkəzi  şəbəkəyə  qoşularaq  enerji 
istehsalına başlanmalıdır.  
 
Sumqayıt şəhərində layihə gücü 2,8 MVt olan GES-də hesabat dövründə 1,7 MVt generasiya gücü 
quraşdırılmış və onun ümumi enerji sisteminə qoşulması işləri davam etdirilir. 
 
Samux  rayonundakı  Aqroenerji  kompleksində  layihə  gücü  2,8  MVt  olan  GES  üzrə  1,0  MVt 
generasiya  gücü  quraşdırılmış  və  ümumi  enerji  sisteminə  qoşulmuşdur.  Həmçinin,  kompleksdə  3 
mərtəbəli idarəetmə mərkəzi və dispetçer xidmətinin binasının tikintisi də davam etdirilir. 


 
18 
 
 
Bundan başqa  Pirallahı rayonun Çilov qəsəbəsinin enerjiyə olan tələbatını ödəmək məqsədi  ilə  10 
MVt  gücə  malik  olacaq  hibrid  elektrik  stansiyasının  (HES)  quraşdırılması  üzrə  araşdırmalar 
aparılır. 
 
Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə külək-günəş elektrik stansiyalarının tikintisi üçün 
Abşeron rayonunda 500 ha və Xızı rayonunda 300 ha ərazilər seçilmiş, müvafiq sənədləşmə işləri 
aparılmış, ölçü müşahidə-nəzarət stansiyaları alınmışdır.  
 
BMT-nin  İnkişaf  Proqramının  dəstəyi  ilə  Şəki  şəhərində  fəaliyyət  göstərən  kiçik  su  elektrik 
stansiyasında (KSES) 580 kVt gücə malik enerji blokunun quraşdırılması başa çatdırılmış və stansiya 
şəbəkəyə qoşulmuşdur.  
 
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan  “Təmiz Şəhər” ASC-
nin 44MVt-lıq Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istifadəyə verilmişdir.  
 
Xəzər  dənizində  (ofşor)  200  MVt-lıq  külək  parkının  salınması  ilə  əlaqədar  aidiyyəti  qurumlarla 
müzakirələr aparılmış və hal-hazırda araşdırmalar davam etdirilir. 
 
ABEMDA-nın  tabeliyindəki  “Azalternativenerji”  MMC-nin  və  Almaniyadan  dəvət  olunmuş 
mütəxəssislərin  iştirakı  ilə  Xızı  rayonunda “Kaspian Menecment Sistems” və “Aztorq”  Məhdud 
Məsuliyyətli Cəmiyyətlərinin birgə quraşdırdığı 50 MVt-lıq Külək Elektrik Stansiyasında  (KES
təmir işləri başa çatmaq üzrədir və şəbəkəyə qoşulması üzrə işlər davam etidirilir.  
 
“Kaspian  Texnoloji”  MMC  tərəfindən  quraşdırılmış  1,7  MVt  KES-in  və  quraşdırılmaqda  olan  48 
MVt-lıq KES-in dövlət ekspertizası davam etdirilir. 2015-ci ildə stansiyaların işə salınması, 48 MVt-
lıq stansiyanın isə quraşdırılmasının başa çatdırılması nəzərdə tutulmuşdur.  
 
ABEOM  üzrə  müvafiq  qurğuların  istehlakı  gömrük  vergisindən  azad  edilmişdir.  Buna  baxmayaraq, 
müvafiq tələbatın ödənilməsi məqsədilə  yerli istehsalın genişləndirilməsi nəzərdə tutulmuşdur. Misal 
üçün,  Sumqayıt  şəhərində  fəaliyyət  göstərən  “Azgüntex”  MMC-nin  Günəş  Panelləri  Zavodu  günəş 
paneli istehsalını həyata keçirir. Zavod 2014-cü ildə 16300 panel istehsal etmişdir. Həmçinin cari ildə 
zavodun istehsal gücü artırılaraq 50 MVt-a çatdırılmışdır ki, bununla da ildə 200 min günəş panelinin 
istehsalı mümkün olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə