Tipologiya – 01
Ş
übhəlilik səbəbi:
Ofşor zonada qeydiyyatdan keçmiş hüquqi şəxsdən (“Ofis1” LTD) fiziki şəxsə (A
şə
xsi) vəsait köçürülməsinə dair əməliyyatla bağlı bankdan şübhəli məlumat daxil
olmuşdur .
Araşdırma:
Azərbaycan Respublikasının vətəndaşı olan A şəxsi “CAR” MMC-nin baş
muhasibi vəzifəsində işləyir. 2000-ci ildə yaradılan “CAR” MMC-nin fəaliyyəti
avtomobillərin təmiri ilə məşğuldur.
2011-ci ilin yanvar ayında ofşor zonada qeydiyyatdan keçmiş “Ofis 1” LTD-nin X
ölkəsindəki bankda açılan hesabından iri məbləğli vəsait A şəxsinin Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş “Az1” bankdakı hesabına köçürülür.
Bu köçürmə “Hüquqi şəxsdən fiziki şəxsə təyinatı məlum olmayan köçürmə”
indikatoru altında şübhəli məlumat kimi MMX-nə təqdim olunur .
Araşdırma zamanı məlum olur ki, “Ofis1” LTD -nin rəhbəri olan B, A şəxsinin
qardaşıdır .
Bütün əməliyyatlar 4 yerli bank (“Az1”, “Az2”, “Az3”, “Az4” adlı) və 3 xarici
bank (“1F”, “2F”, “3F” adlı ) vasitəsilə aparılmışdır.
Xarici ölkələrdən köçürmə əməliyyatlarının təyinatı “alqı-satqı (texniki
avadanlığın alınması) müqaviləsinə əsasən ödəniş” kimi qeyd olunmuş və bütün
vəsaitlər “Ofis1” LTD hüquqi şəxsindən A fiziki şəxsinə köçürülmüşdür.
Vəsaitlərin leqallaşdırılması prosesi:
Ümumi vəsait axını 12 mln AZN təşkil edir.
A şəxsi “CAR” MMC-nin vəsaitlərini müxtəlif müqavilə və saxta sövdələşmələrlə
mənimsəyərək, Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli banklarda
şə
xsi hesablarına nağd mədaxil etmişdir.
Yerli banklardakı hesablarında toplanan vəsaitləri 2 il ərzində X ölkədəki 3 bankda
sahib olduğu şəxsi hesablarına köçürmüşdür.
Həmin vəsaitlər ofşor zonada A şəxsinin təsisçisi olduğu 2 hüquqi şəxsin bank
hesablarına transfer edilmişdir.
A şəxsinin qardaşına məxsus “Ofis1” LTD-nin X ölkədəki bank hesabına nağd
şə
kildə mədaxil edilən vəsaitlər, A şəxsinin Azərbaycan Respublikasındakı yerli
banklarda mövcud olan hesablarına köçürülmüşdür.
D
ir
e
k
to
r
T
ə
s
is
ç
i
D
ö
v
riy
y
ə
-
1
2
m
ln
E
U
R
A şəxsi haqqında məlumatlar:
A şəxsi 2010-2012-ci illər ərzində ümumi məbləği 4 mln AZN təşkil edən daşınar
və daşınmaz əmlak əldə etmişdir.
Kazino hesablarına iri məbləğli vəsaitlər köçürmüşdür.
Ofşor zonada qeydiyyatdan keçmiş 2 hüquqi şəxsin təsisçisi və direktorudur.
2 dəfə xarici ölkələrə səfəri zamanı, hər birində 80 000 EUR məbləğində vəsaiti
Gömrük orqanına bəyan etməmişdir və bu səbəbdən A şəxsi haqqında həmin
ölkələrin MKO-a şübhəli məlumat göndərilmişdir.
Ş
übhəlilik indikatorları:
Mütəmadi hüquqi şəxsdən fiziki şəxsə qeyri-aydın təyinatlı iri məbləğli vəsaitlərin
köçürülməsi
Hesaba köçürülən vəsaitlərin nağd məxaric edilməsi
Xarici ölkələrin gömrük orqanlarında bəyan edilmədən iri məbləğli vəsaitlərin
sərhəddən keçirilməsinə cəhd edilməsi
Kazino və qumar oyunlarında iri məbləğli vəsaitlərin dövriyyəsi
Ofşor zonada qeydiyyatdan keçmiş hüquqi şəxslərin təsisçisi olması