Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə15/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   11   12   13   14   15   16   17   18   ...   203

37

niyyətində olmadığını görüb, razılaşdım və geri qayıtdım. Həş tərxanda olarkən 

aldığım, on beş barmaq uzunluğunda olan Xorasan xəncərimi kəmərimə keçirt-

dim; səyahət zamanı mən onu yanımda götü rürdüm, ancaq şəhərdə gəzdirməyi 

yersiz  sayırdım.  Kalino  isə  atadan qal ma,  daha  doğrusu,  Monmiral  döyüşündə 

atasının ələ keçirdiyi böyük fran sız qılıncını götürdü. Bu dəfə cavan ev sahib-

inin təkidinə məhəl qoy ma dan (çünki onun fikrincə, gərək biz ikimiz də tüfəng 

götürəydik) işarə ilə Moyneyə ehtiyatlı olmağı, evdəkilərdən və xüsusilə özündən 

muğayat olmasını tapşırdım.



38

II FƏSİL 

QIZLAR ŞƏHƏRİNİN BƏLƏDİYYƏ RƏİSİNIİN EVİNDƏ ZİYAFƏT

Şəhər bələdiyyə rəisi şəhərin o biri başında, elə bir yerdə yaşayırdı ki, onun 

evinə çatmaq üçün gərək bütün Qızları keçib gedəydik.

Bazar günü idi, buna görə də biz tacirlərin, atların, arabaların və dəvələrin 

arasından keçib getməli olduq.

Əvvəlcə hər şey yaxşı idi; biz yuxarısında hərbi istehkamlar yerlə şən, iy-

irmi beş min adamın manevr edə biləcəyi böyük qala meyda nını keç dik; ancaq 

bazar meydanına çatanda basabasa düşdük.

Təpədən-dırnağa  qədər  silahlanmış  bu  insan  axınının  arasında  elə  əlli 

addım getməmiş başa düşdüm ki, burada bir nəfər də silahsız adam yoxdur.

Şərqdə silah sizə təkcə özünü müdafiə etmək üçün yox, həm də həmləyə 

məruz qalmamaq üçün lazımdır.

Silahlı adam öz sakit görünüşü ilə sanki belə deyir: “Ya mənim həyatıma 

hörmət elə, ya da öz həyatını gözlə!”. Və bu hədə, Puşkinin dediyi kimi, bir 

insanın qətlinə bircə işarənin kifayət etdiyi ölkədə az məna daşımır. 

Biz  bazar  meydanını  keçdik  və  əsl  şəhər  küçələrinə  çıxdıq.  Gölmə çələrində 

qazların  və  ördəklərin  qaqqıldaşdığı,  dəvələrin  yol  üçün  ehtiyat  su  götürdükləri, 

ağacların nizamsız şəkildə-harada gəldi əkildiyi bu küçələrdə mənzərəli heç nə yox idi.

Demək  olar  ki,  hər  küçədə  yoldan  üç-dörd  fut  hündürlükdə  torpaq 

qalaqlanıb ki, bunlar piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş otuz-qırx 

santimetr enində səkilərdir.

Belə bir səkidə rastlaşanlar, əgər dostdurlarsa, aralanıb bir-birinə yol verir, 

sonra isə hər kəs öz yolunu davam edir.

Yox,  əgər  düşməndirlərsə,  onda  vəziyyət  dəyişir;  bunlardan  biri  mütləq 

palçığa girməyə məcburdur.

Gecələr isə, bu küçələr əsl quldur yuvasına, yəni Bualonun Parisinə yox, 

(Bualonun  Parisi  Qızların  yanında  təhlükəsiz  yerdir)  III  Henrixin  Parisinə 

oxşayır.


Biz şəhər bələdiyyəsinə gəlib çatdıq, gəlişimiz haqda rəisə xəbər göndərdik 

və o bizi qarşılamağa çıxdı.

O, fransızca bir kəlmə də bilmirdi. Ancaq Kalinonun sayəsində ara mızdakı 

maneə götürüldü: elə birinci kəlməsi bu oldu ki, mənimlə danış mağı özünə şərəf 

sayır və onun arvadı – biz onunla üçüncü otaqda rast laşdıq – bizim dildə, yəni 

fransızca yaxşı bilir.

Mən bələdiyyə rəisinin bu sözlərindən sonra öz-özlüyümdə yəqin etdim 

ki, ümumiyyətlə, Rusiyada, Qafqazda qadınlar ərlərindən daha çox üstünlüyə 

malikdirlər. Onların ərləri, əksər hallarda cavanlıqda fransızca az-çox bilsələr də, 

sonralar, elə ki özlərini hərbi məsələlərə həsr edirlər, bu dili tamamilə unudurlar.




39

Asudə vaxtları çox olan qadınlar isə, (xüsusilə Rusiyada) bu vaxtı nəyə 

sərf edəcəklərini bilmirlər, boş vaxtlarında bizim romanları oxu maq la məşğul 

olurlar və beləcə, özləri də hiss etmədən fransızca bilik lərini artırırlar.

Həqiqətən, madam Polnobokova fransızca çox gözəl danışırdı.

Mən onların hüzuruna hərbi geyimdə gəldiyimə görə, xanımdan üzr istədim 

və gənc ev sahibimizin qorxaqlığını lağa qoyub zarafat etmək istədim. Ancaq 

sən demə, mənim zarafatım tamamilə yersiz imiş. Madam Polnobokova ciddi bir 

görkəm aldı və mənə dedi ki, qaldığımız evin gənc sahibi haqlıdır. Mənim hələ 

də şübhə etdiyimi görüb, fikrini təsdiqləmək üçün ərini çağırdı və o da xanımının 

sözünü təsdiqlədi.

Bələdiyyə rəisi bu barədə münasibətini izah edərkən məsələ doğru dan da 

ciddiləşdi.

Belə olduqda, mən onların nə üçün silahsız gəzməyi belə təhlükəli hesab 

etdiklərinin səbəbini təfsilatı ilə öyrənmək qərarına gəldim.

Bir neçə gün bundan əvvəl Qızlar küçələrindən birində, axşam saat doqquz-

da qətl hadisəsi baş vermişdi.

Lakin əslində, ölən qatillərin öldürmək istədikləri adam deyilmiş.

Dörd azərbaycanlı (Xəzərin cənub sahillərində hansı dağ kəndindən olur-

sa-olsun, hər bir dağlını ləzgi adlandırdıqları kimi, əslən Qafqazın şima lından 

olan hər kəsə də azərbaycanlı deyirlər) körpünün altında gizlənərək, varlı-karlı 

bir  erməninin  gəlib  buradan  keçməsini  gözləyir mişlər.  Ancaq  təsadüfən,  elə 

həmin vaxt körpüdən keçən bir zavallını hə min o varlı erməni taciri zənn edərək 

öldürürlər.  Ölənin  cibindən  bir  neçə  qəpikdən  savayı  pul  tapmadıqda  səhv 

etdiklərini başa düşürlər, daha sonra meyiti bağların suvarılması üçün istifadə 

olunan kanala atırlar.

Qızlardakı ermənilərin üzüm bağları (ötəri də olsa, xatırladaq) Rusiyanı 

fransız şərabı adı altında müxtəlif növ çaxırla təchiz edir.

Bir neçə ay bundan qabaq Kaskolt familiyalı üç erməni qardaş, Bonjar adlı 

dostları ilə birlikdə Dərbənd bazarından qayıdarkən əsir götürülürlər. Quldurlar 

onların zəngin olduqlarını bildiklərindən öldür mürlər, dağa aparırlar ki, əvəzində 

çoxlu  pul  alıb  buraxsınlar.  Onların  paltarlarını  soyundurub  atların  quyruğuna 

bağlayaraq on beş verst yol getməyə, Terekin buzlu sularını üzə-üzə keçməyə 

məcbur edirlər. Əsir lərdən ikisi sətəlcəmdən ölür, üçüncüsü isə tələb olunan on 

min rublu verəndən sonra azad edilsə də, faydası olmur – o da vərəmdən ölür.

Bir o qədər də varlı olmayan dördüncü əsir isə azərbaycanlılara ca susluq 

edəcəyini vəd edərək işin içindən çıxa bilir; əgər bir varlı erməni səfərə çıxarsa, 

əvvəlcədən xəbər verəcəyini boynuna götürür. Ancaq Qız lardan qayıdandan son-

ra evinə gəlir, verdiyi sözə əməl etmir və bir daha çölə-bayıra çıxmağa cəsarəti 

çatmadığından hər dəqiqə ölümünü gözlə yir.

Bir il bundan qabaq Xasavyurddan Qızlara gedən yolda polkovnik Menden və 

mühafizə dəstəsində olan üç nəfər kazak qətlə yetirilir; deyir lər ki, polkovnik və ka-

zaklar aslan kimi döyüşmüş və azərbaycanlı lardan beş-altı nəfərini öldürmüşdülər.



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə