Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə18/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   14   15   16   17   18   19   20   21   ...   203

44

– Məmnuniyyətlə.

Mən çayımı şirin elədim, ona qaymaq qatdım və qurtum-qurtum içməyə 

başladım; başqalarının məni görməmiş hesab etməsini istəmir dim.

Bununla belə, yenə də gözlərim qapıdaydı.

Bələdiyyə rəisi tək qayıtdı.

O, fransızca danışmırdı. Buna görə də mənim bu qədər marağıma səbəb 

olan  hadisə  barədə  madam  Polnobokovanın  nə  zaman  məlumat  verə cə yini 

gözləməkdən başqa çarəm yox idi. 

O mənim bu hövsələsizliyimi hiss etmişdi; bununla belə, ona elə gəlirdi ki, 

tələsməyə ehtiyac yoxdur.

– Hə, nə olubdur? – soruşdum.

–  Bir  nəfərin  meyitini  tapıblar,  ona  iki  yerdən  güllə  dəyibmiş,  –  deyə 

madam Polnobokova cavab verdi, – düz sizin evin iki yüz ad dımlığında… An-

caq  onu  başdan-ayağa  elə  soyublar  ki,  kimliyini  təyin  etmək  mümkün  deyil. 

Çox güman ki, o, bu gün mal satmaq üçün şəhərə gələn və qayıdanbaş bir az 

yubanan tacirlərdəndir. Yeri gəlmişkən, nəba də axşam yatanda mənzildə işığı 

yandırasınız; pəncərələrinizi də bağla mağı unutmayın: hər an pəncərədən güllə 

ata bilərlər.

– Əgər qapı bağlıdırsa, onda mənə güllə atmağın nə əhəmiyyəti var ki?

– Elə-belə… kef üçün. Bu azərbaycanlılar çox qəribə adamlardırlar. 

–  Eşidirsiniz?  –  deyə  madam  Polnobokovanın  şəklini  çəkməklə  məşğul 

olan Moyneyə tərəf döndüm.

– Eşidirsiniz nə deyirlər? – Moyne də Kalinodan soruşdu.

– Eşidirəm, – deyə Kalino özünəməxsus ciddiyyətlə cavab verdi.

Madam Polnobokova Moynenin onun şəklini necə çəkməsini seyr edərkən 

mən  onun  albomuna  bir  neçə  misra  şeir  yazdım  və  bir  daha  meyit  haqqında 

düşünmədim.

Qafqaza gəldiyim bu on beş gün ərzində əvvəllər məni çox təəccüb ləndirən 

etinasızlığı anlayırdım.

Axşam  saat  on  birdə  hamı  dağılışdı.  Bu  dəfə  ziyafət  həmişəki  qay da-

qanunlardan kənara çıxmışdı; bəlkə də bir il idi ki, buralarda heç bir ziyafət belə 

gec qurtarmamışdı.

Dəhliz hərbi düşərgəyə oxşayırdı. Ziyafətə təşrif gətirən hər kəs təpədən-

dırnağa qədər silahlanmış bir, yaxud iki nökərlə bərabər gəlmiş di.

Drojki, iki fənərçi və iki kazak qapıda bizi gözləyirdi.

Bu, mənə üç rubla başa gəlmişdi: bir rubl sürücüyə, hərəsinə bir rubl iki 

fənərçiyə,  və  bir  rubl  da  kazaklara  vermişdim:  bu  qədər  həyəcan lı,  təhlükəli, 

qorxulu söz-söhbətlərdən sonra, xərclədiyim pula heyfsilən mədim.

Pəncərələrin tağlarını bağlamağa ehtiyac olmadı. Çox diqqətli olan cavan 

ev sahibi artıq bu işi görmüşdü.

Kürkümə  bürünüb  skamyanın  üstündə  uzandım,  xurcunumu  da  ba lış  kimi 

başımın altına qoydum. Yelpatyevodan çıxdığım gündən bəri mən, demək olar 

ki, hər gecə belə edirdim.




45

III FƏSİL

QAVRİLOVİÇLƏR

Axşam  döşəyi  və  yorğanı  əvəz  edən  kürkü  soyunmadan  taxt  üzərin də 

uzanıb yatanda səhəri gün yatağı tərk etmək asan olur.

Hava işıqlanmamış qalxdım, hələ Kazanda olarkən pul verib aldı ğım, Rusi-

yada nadir ev avadanlıqlarından sayılan mis ləyəndə başımı və əllərimi yudum, 

yalnız bundan sonra yoldaşlarımı səsləyib oyatdım.

Gecə çox sakit, macərasız keçmişdi.

Əsas  məsələ  səhər  yeməyini  tez  yeyib,  yola  düşməkdən  ibarət  idi;  biz 

axşamacan gecələyəcəyimiz yerə – Şukovayaya çatmalı idik və ora gedən yol 

olduqca qorxulu, təhlükəli bir yerdən keçirdi.

Bu, dağlara doğru getdikcə daralan, dərəyə enən keçilməz meşə yolu idi.

Bizdən  səkkiz-on  gün  qabaq  bir  zabit  Şukovayaya  getməyə  tələ sirmiş; 

Novouçrejdyonnaya  stansiyasında  heç  bir  kazaka  rast  gəlmə yən  bu  yolçu, 

rastlaşacağı çətinliklərə baxmayaraq, yoluna davam etmək is təyir. O, kibitkada

*



kabriolet



**

 kimi üstü açılıb-örtülən bir arabada imiş.

O,  artıq  dediyimiz  meşənin  ortasına  çatanda  kolun  arxasından  bir  atlı 

çeçenin sıçrayıb çıxdığını və düz ona tərəf gəldiyini görür.

Yolçu tapançasını götürür, ona çatmağa üç-dörd metr qalmış çeçeni vur-

maq istəyir, ancaq güllə açılmır.

Çeçenin də əlində tapança varmış, ancaq o, zabiti vurmaq əvəzinə, silahını 

kibitkanın  atlarından  birinə  boşaldır;  güllə  atın  başından  dəydi yindən  heyvan 

dərhal yerə sərilir, araba dayanır.

Tapança  səsinə  kolların  dalından  on  nəfərə  yaxın  piyada  çeçen  çıxır  və 

onlar da öz növbələrində zabitin üstünə atılırlar; zabit onlardan bir-iki sini qılıncı 

ilə yaralayır, quldurlar bir göz qırpımında onu yerə yıxırlar, qarət edib boynuna 

ip keçirirlər və atın quyruğuna bağlayırlar.

Dağlılar belə işlərdə çox mahirdirlər; onların yanında həmişə ilgəkli kəndir 

olur;  bununla  əsiri  atın  quyruğuna  bağlayırlar  və  zavallı  macal  tapıb  kömək 

səsləyənə kimi at dördnala qaçır.

Ancaq sən demə, zabitin stansiyada tapa bilmədiyi kazaklar onun arxasınca 

gəlirmişlər;  onlar  uzaqdan  bu  səhnəni  görürlər  və  xoşagəlməz  bir  hadisə  baş 

verdiyini anlayırlar; var-gücləri ilə atlarını çaparaq kibit kanın yanına çatırlar, nə 

baş verdiyini öyrənib çeçenləri təqib edirlər.

Piyada quldurlar üzüstə yerə uzanırlar, kazaklar onların yanından keçsələr 

də, görmürlər; atlı çeçen isə atını dəhmərləyir, əsiri qamçılayır ki, tez aradan 

çıxsın, ancaq ata bağlanmış zabitin kəndiri dolaşdığından heyvana mane olur, 

atlının qaçıb aradan çıxmasını ləngidirdi. Arxadan dörd nala çaparaq gələn kazak 

*

  

Kibitka – üstüörtülü araba.



**

  

Kabriolet – təkatlı, ikitəkərli, birnəfərlik yüngül minik arabası.




46

atlarının ayaq səsini eşidən çeçen xəncərini sıyırır, bu an zabit elə bilir ki, əcəli 

çatıb, onunku elə buracan imiş. Xoş bəxt likdən, çeçen əsirin boynundakı kəndiri 

kəsib atının quyruğundan açmaqla kifayətlənir.

Zabit bihuş halda otluğa sərilir.

Çeçen isə mindiyi atla bərabər özünü Terekə vurur.

Kazaklar  onun  ardınca  güllə  atırlar,  ancaq  vura  bilmirlər.  Dağlı,  se vinc 

nidaları çıxararaq, silahını havada silkələyə-silkələyə çayın o biri sahilinə keçir 

və oradan öz rəqiblərinə güllə atır, atılan güllə bu tərəfdəki kazaklardan birinin 

qoluna dəyib yaralayır.

Kazaklardan ikisi öz yoldaşlarına, qalanları isə zabitə kömək edir lər; qul-

dur əsir zabiti tikanlı kolların arası ilə sürüyüb apardığından onun bədəni qan 

içində idi.

Kazaklardan  biri  öz  atını  və  yapıncısını  ona  verir  və  o,  yarımcan  hal da 

Şukovayaya gəlib çatır.

Madam  Polnobokova  bu  əhvalatı  bizə  danışdı  və  hadisənin  harada  baş 

verdiyini də dəqiq təsvir etdi və biz ona söz verdik ki, həmin lənətə gəlmiş yeri 

mümkün qədər hava işıqkən keçəcəyik.

Lakin nahar etmədən yola çıxmaq istəmədik.

Elə  təzəcə  çolpalardan  birini  təmizlədib  tavada  qızartmaq  istəyir dim  ki, 

polismeyster içəri daxil oldu. 

O bizi nahar üçün öz evinə dəvət etməyə gəlmişdi; eyni zamanda bildirdi 

ki, buraya arvadının tapşırığı ilə gəlib və özü də xanımı bərk-bərk tapşırıb ki, 

bizsiz evə qayıtmasın. O dedi ki, xanımı bizimlə tanış olmaq üçün dünən axşam 

bacısı madam Polnobokovanın evindəki ziyafətə gəl mək istəyirmiş, ancaq onu 

müşayiət etməyə kazaklar olmadığından fik rindən daşınıb. Dünən bütün kaza-

klar atışma olan səmtə getmişdilər. İndi də xanım məni öz evinə dəvət edərək 

tanış olmaq istəyir; qısası, bu, xü su silə onun xanımının xahişidir və indi də polis-

meyster məni aparmağa gəlib.

Kalino ərzaq ehtiyatımızı yerbəyer etmək üçün evdə qaldı: bizim doqquz 

şüşə əla çaxırımız vardı və əgər onları içmək istəyirdiksə – şüb həsiz ki, niyyətimiz 

belə idi – şüşələri mümkün qədər ehtiyatla apar maq lazım idi.

Sonra o, tarantasla polismeysterin evinə gəlib bizə qoşulacaqdı.

Moyne və mən polismeysterlə getdik.

Biz orada bir yox, iki qadın gördük. Sən demə, ikinci qadın polis meysterin 

xanımının baldızı imiş və o da bu fürsəti əldən buraxmaq istə məmiş, “Qraf Monte-

Kristo” və “Üç muşketyor”un müəllifini görmək niy yətilə lap obaşdan ora gəlibmiş.

Hər iki xanım fransızca yaxşı danışırdı.

Onlardan  biri  –  polismeysterin  arvadı  gözəl  musiqiçi  idi;  o,  piano nun 

arxasına keçdi və gözəl rus romanslarından bir neçəsini və əlavə ola raq, Ler-

montovun “Qornaya verşina”sını oxudu.

Bu vaxt Kalino tarantasla gəlib çıxdı və o, gələn kimi biz süfrə arxasına keçdik.

Söhbət əsasən azərbaycanlılar barədə idi.



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə