Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə12/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   8   9   10   11   12   13   14   15   ...   203

29

Şamil  əfəndi  bu  pıçıltıları,  dedi-qoduları  eşidir  və  bunlardan  nə  nə ticə 

çıxaracağını da başa düşürdü.

İş  bu  yerə  çatdıqda,  onun  təhrikilə  Osman  Sulhacıyev  və  onun  hər  iki 

nəvəsi və Hacı Murad (bu axırıncı adı yadda saxlayın, çünki bu adın sahibi bi-

zim hekayəmizdə böyük rol oynayır) Həmzət bəyə qarşı sui-qəsd hazırlayırlar. 

Sentyabrın  19-u  yaxınlaşırdı;  bu,  müsəlmanlarda  ən  böyük  bayram 

günüdür. Həmzət bəy, imam kimi Xunzax məscidində ibadət etməli – bayram 

namazı qılmalı idi.

Sui-qəsdçilər  öz  niyyətlərini  həyata  keçirmək  üçün  məhz  həmin  yeri, 

həmin günü seçmişdilər.

Həmzət  bəyə  əvvəlcədən  dəfələrlə  ona  qarşı  sui-qəsdin  olacağı  ba rə-

də xəbərdarlıq etmişdilər; ancaq o bunların heç birinə əhəmiyyət ver məmişdi. 

Nəhayət, onun müridlərindən biri başqalarından fərqli olaraq, bu məsələdə daha 

təkidlə ağasını ehtiyatlı olmağa çağırdıqda Həmzət bəy: 

– Allahın əmrilə sənin canını almağa gələn mələyi saxlaya bilərsən mi? – 

deyə ondan soruşur.

– Xeyr, əsla! – mürid cavab verir.

– Onda evə get və yıxıl yat! – Həmzət bəy ona deyir. – Alın yazı sından 

qaçmaq olmaz. Əgər Allah sabah üçün mənim ölümümə fərman veribsə, buna 

heç nə mane ola bilməz.

Və  doğrudan  da,  tale  sentyabrın  19-nu  Həmzət  bəyin  ölüm  günü  ki mi 

seçmişdi.  O,  məsciddə  –  sui-qəsdçilər  tərəfindən  təyin  olunmuş  yer də  və  za-

manda öldürüldü. Şamil əfəndinin yaxınları və düşmənləri əmin idi lər ki, həmin 

qətl günü o, Xunzaxda olmasa da, sui-qəsdi uzaqdan ida rə et mişdi.

Deyilənlərə görə, bu sui-qəsddə onun da əlinin olmasını təsdiqləyən yeganə 

sübut budur ki, Həmzət bəy öldürülən saatda qətl yerindən otuz lyö aralıda olan 

Şamil əfəndi, təlaşla dua etməyə başlamış və qəfil ayağa qalxaraq rəngi saralmış, 

alnını tər basmış halda eynən Musa və Süleyman peyğəmbər kimi sanki Allahla 

danışmış, yanındakılara imamın ölüm xə bərini vermişdi.

Görən yeni peyğəmbər öz məqsədinə çatmaq üçün hansı üsullardan istifadə 

etmişdi? Bunu heç kim bilmir və çox güman ki, o buna öz iste dadı sayəsində nail 

olmuşdu.

Ancaq Həmzət bəyin ölümündən səkkiz gün sonra Şamili yekdillik lə imam 

elan edirlər. O bu titulu qəbul edərkən əfəndilikdən imtina etdi.

Öz qardaşı və babası ilə birgə Həmzət bəyə qarşı sui-qəsdin hazır lanmasında 

iştirak edən Hacı Murad Avariyanın hakimi-naibi elan olun du.

Təkcə Həmzət bəyin əsir götürdüyü gənc Bulac xan qalırdı. Mər hum imam 

ona əl qaldırmağa cəsarət etməmişdi. 

Lakin hamıya aydın idi ki, nə vaxtsa gənc Bulac xan yeganə qanuni varis 

kimi Avariya xanlığına iddiaçı ola bilərdi.

 



30

Gənc  xanın  faciəli  taleyi  haqqında  danışılanlar  bundan  ibarətdir.  Lakin 

bir daha təkrar edirik ki, tarix bəzən əfsanələrlə qarışıq düşür, və buna görə də 

hekayətimizin səhihliyinə cavabdeh deyilik.

Həmzət bəyin tapşırığı ilə kiçik Bulac xan İmam Əlinin – Həmzət bəyin 

doğmaca dayısının himayəsinə verilmişdi.

Şamil imam olduqdan sonra Həmzət bəydən qalmış var-dövlətin və gənc 

xanın ona verilməsini tələb etdi. İmam Əli xəzinəni danışıqsız gəti rib təhvil ver-

di, ancaq cavan oğlanı ona verməkdən boyun qaçırdı.

Deyilənlərə görə, onun bundan imtina etməsinin tutarlı səbəbi var dı.

Bulac xanın iki qardaşının öldürüldüyü döyüşdə İmam Əlinin Cavan bəy 

adlı oğlu da iştirak etmiş və ölümcül yaralanmışdı. Son nəfə sində o, atası İmam 

Əliyə öz əməlindən peşman olduğunu bildirmiş, Bu lac xanı müdafiə etməyi və 

Avariya xanlığını ona qaytarmağı vəsiyyət etmişdi.

İmam Əli Cavan bəyin vəsiyyətini yerinə yetirmək istədiyinə görə, Bu  lac 

xanı Şamilə verməkdən imtina edirdi. O, ölən oğluna verdiyi əhd-pey mana son 

dərəcə sadiq qalırdı. 

Ancaq camaatın dediyinə görə, Şamil öz müridlərilə birgə İmam Əli nin 

evini mühasirəyə alır və Bulac xanı ona qaytarmasa, özü də daxil ol maq la, bütün 

ailə üzvlərinin başını bədənindən ayırmaqla hədələyir.

İmam Əli qorxur və oğlanı ona təslim edir. Şamil cavan xanı daim Köy su 

kəndi üzərində ucalan dağın zirvəsinə gətirir. Burada Həmzət bə yin guya onun 

təhriki ilə öldürüldüyünü deyərək onu zirvədən düz aşa ğıya – sü rətlə axan çaya 

tullayır.

Şamilin  bu  hərəkəti,  səyahətimiz  zamanı  başımızın  üstünü  bir  kabus, 

vahimə kimi alan, üç-dörd dəfə də şəxsən rastlaşdığımız Hacı Mu radın qaçıb 

didərgin düşməsinə səbəb olur.

Şamil Bulac xanı öldürdükdən sonra dünyəvi və dini hakimiyyəti öz əli nə 

alır.

Bütün bu hadisələr 1834-cü ildə baş vermişdi.



Bu  Qafqaz  hakiminin  simasında  rusların  necə  sarsılmaz,  mətin  düş mən 

qazandıqları bütün dünyaya məlumdur.

Beləliklə,  oxucular  Qafqazı,  orada  yaşayan  xalqları,  onlar  üzərində  nü-

fuz  sahibi  olan  qeyri-adi şəxsi  artıq  tanıdıqlarından, bu  qısa  tarixi girişi  başa 

çatdıraq; bununla belə, danışdığımız əhvalatlar Qafqazın beş min il lik ta rixi üçün 

kifayət qədər yığcamdır. Ümidvarıq ki, bundan sonra yolu muza daha rahatlıqla 

və həvəslə davam edərik və oxucular hər zaman gözəl, mən zərəli və bəzən də 

olduqca təhlükəli yollarda bizi məmnuniy yətlə izləyərlər.



Tiflis, 1 dekabr 1858-ci il.


31

I FƏSİL

QIZLAR

Biz Qızlara 1858-ci il noyabrın 7-də, günorta saat 2-də gəlib çatdıq.

Bu,  Həştərxandan  sonra  rast  gəldiyimiz  birinci  şəhər  idi.  Səhra  ilə  get-

diyimiz altı yüz verstlik yol boyu at qoşulmuş arabalardan və nəzarət çi kazak 

postlarından başqa heç nə görmədik. Arabir kalmık və ya noqay tatarlarının bütün 

əmlakı vur-tut dörd dəvəyə yüklənmiş əşyadan ibarət olan kiçik köç karvanları 

yanımızdan keçib gedirdi.

Biz Qızlara yaxınlaşdıqca mənzərə dəyişir, ətrafda arı pətəkləri və qəsəbələr 

gözə dəyirdi. 

Ancaq  diqqətlə  nəzər  yetirdikdə  pətəkdən  çıxan  bal  arılarının  qor xunc 

neştərlərinin də olduğunu gördük.

Atlı və piyadaların hamısı silahlı idilər. Bizə rast gələn bir çobanın belində 

tapança, çiynində tüfəng, böyründə isə xəncər vardı. Əgər kimsə onu təsvir etmək 

fikrinə düşsəydi, lövhənin altından “Au bon pasteur”

 

(xeyirxah çoban) yazmağa 



cürət eləməzdi. Bu adamların geyimləri də dö yüşçü geyiminə oxşayırdı. Sadə 

rus kürkü və kalmıklara xas dəri gödək cəni döşünün hər iki tərəfindən cərgə ilə 

patrondaşlar düzülmüş ağ, ya xud boz rəngli çərkəzi libası əvəz edirdi.

Bir  də  görürdün  ki,  boz,  ağ,  yaxud  qara  rəngli  tüklü  papağın  al tından 

təbəssümlə baxan gözlər şübhəli baxışa çevrilirdi.

Hiss olunurdu ki, hər kəsin daim düşmənlə rastlaşacağından ehtiyat etdiyi 

bir torpağa ayaq basırsan və burada heç kim nə dövlətin, nə də bir başqasının 

köməyinə bel bağlamadan özünü müdafiə etmək məcburiyyə tindədir.

Biz yuxarıda dediyimiz kimi, doğrudan da 1831-ci ildə Şamilin müəllimi 

Qazı Molla tərəfindən alınan və yerlə-yeksan edilən həmin Qız lara yaxınlaşırdıq.

İndinin özündə də çoxları qohum-qardaşını, dostunu, evini, var-dövlətini, 

itirdiyini xatırladıqca bu dəhşətli hadisənin yenidən təkrarlana cağından qorxur.

Şəhərə yaxınlaşdıqca yol daha da pisləşirdi: belə bir yola Fransada, Al-

maniyada, yaxud İngiltərədə keçilməz yol kimi baxardılar, çünki bu yolda heç 

bir minik, fayton hərəkət edə bilmirdi.

Lakin  tarantas

*

  hər  yerdən  keçə  bilirdi  və  xoşbəxtlikdən,  biz  də  ta-



rantasdaydıq. Beş gün idi ki, üst-başımızı toz-torpağa qərq edən qum də nizinin 

sahillərilə yol gedirdik. Şəhərin ətrafına çatanda atlarımız döşü nə, arabalarımız 

isə yarısına qədər palçığa batmışdı.

– Sizi hara aparmaq lazımdır? – arabaçı soruşdu.

– Ən yaxşı karvansaraya.

O, başını buladı.

– Qızlarda karvansara yoxdur.

*    Üstüörtülü minik arabası.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə