Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə23/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   19   20   21   22   23   24   25   26   ...   203

56

və indi də xidmət etdiyi alay Dərbənddə olduğundan, ora gedirdi. O biri isə 

Nijni-Novqorod  draqun  alayının

*

  leytenantı  idi,  xidmət  etdiyi  hərbi  hissəyə 



at almağa gəlmişdi, indi isə xidmət etdiyi alaya vələmir gətirmək üçün yaxın 

kəndlərə gedən yoldaşlarını gözləyir di.

Məzuniyyətdə olan cavan zabit Dərbəndə getməyə çox tələsirdi, ancaq 

tək-tənha yola çıxsaydı, iyirmi verst getməmiş, yəqin ki, qətlə yeti riləcəkdi. 

Əlavə  müşayiət  dəstəsi  götürməyə  imkanı  olmadığından,  hamı nın  “fürsət” 

adlandırdığı xoş bir təsadüfü gözləyirdi.

“Təsadüf” isə onun gedəcəyi istiqamətdə böyük bir dəstənin yola düşməsi 

demək  idi  ki,  belə  bir  dəstəyə  yerli  hərbi  başçı  xüsusi  mühafi zəçilər  ayırır. 

Bu mühafizə dəstəsi əlliyə qədər piyada silahlı əsgərdən və iyirmi-iyirmi beş 

süvaridən ibarət olur. Səyyahlar arasında piyadalar çox olduğundan “təsadüfün” 

işi çox ləng gedir və belə dəstə gündə beş, ya altı verst yolu ancaq qət edə 

bilir. Bu minvalla gənc zabit Şukovayadan Bakıya, demək olar ki, təxminən 

iki həftəyə gedə bilərdi. O, artıq hər şeydən əlini üzmüşdü, çünki xidmət etdiyi 

alaya qayıtmaq üçün ona veri lən ezamiyyət vaxtı artıq başa çatmışdı.

Bizim  gəlişimiz  onun  üçün  çox  uğurlu  təsadüf,  daha  doğrusu, 

göydəndüşmə fürsət olmuşdu. O bizim mühafizə dəstəmizdən istifadə edəcəkdi; 

yəni öz üstüörtülü arabasını bizim tarantasımızla minik araba mızın arasında 

sürüb aparacaqdı.

O biri zabitə gəldikdə isə, bizim gəlişimiz onun üçün əsl toy-bay ram idi; 

çünki Qızlar çaxırından doyunca içmişdi – deyilənlərə görə, bu çaxır insanın 

bütün xoş hisslərini daha da coşdurur.

Əgər  bütün  dünyadakı  insanları  Qızlar  şərabı  ilə  doydurmaq  müm kün 

olsaydı, hamı bir-birilə qardaş olardı.

Qafqaz rus zabitlərinə necə təsir göstərirsə, Atlas dağları da bizim Afri-

kada olan zabitlərimizə elə təsir edir: tənhalıq avaralığa səbəb olur, avaralıq 

– sıxıntıya, sıxıntı isə sərxoşluğa.

Bəs nə bilmişdiniz? Cəmiyyətdən kənar, qadınsız, kitabsız, beş nəfər ad-

amla gözətçi məntəqəsində xidmət edən zavallının əlindən nə gə lər ki?

O da beləcə, içkiyə qurşanır.

Yalnız içki haqqında daha obrazlı düşünənlər bu işə yaradıcı yana şırlar, 

həmişə  eyni  şeyi  təkrarlamaqdan,  yəni  çaxırı,  yaxud  arağı  şüşədən  stəkana, 

stəkandan isə boğaza ötürməkdən ibarət məşğuliyyəti az-çox şai ranə əlavələrlə 

zənginləşdirirlər…

Səyahətimiz ərzində sərxoşluqla bağlı qeyri-adi, maraqlı ideyalarını bizə 

söyləyən bir kapitan və bir cərrahla tanış olduq.

Hər zabitin ona xidmət edən bir əsgəri olur; bu əsgərə “denşik” deyirlər. 

Bizim bu kapitan səhərlər xidməti vəzifələrini yerinə yetirəndən sonra qaldığı 

yerə qayıdar, açılıb-yığılan çarpayısında uzanır və denşi kinə müraciət edərdi:

*

    Xüsusi atlı qoşun hissəsi.




57

– Brısqalov, – deyərdi, (Brısqalov əsgərin soyadıdır) – bilirsənmi ki, bir 

azdan biz yola düşəcəyik?

Öz işini yaxşı bilən Brısqalov cavab verər:

– Bəli, kapitan, bilirəm.

– Eləsə, dostum, necə ola bilər ki, qarnımızı quru çörəklə doyur mamış, 

boğazımızı yaşlamamış yola düşək, hə?! Gəl bir dəfə vuraq, son ra gedib atları 

gətirib arabaya qoşarsan.

– Oldu, cənab kapitan, – Brısqalov cavab verər.

Bundan sonra Brısqalov bir tikə çörək, pendir və bir butulka araq gətirər, 

olduqca xeyirxah olan kapitan isə tanrının gözəl nemətlərindən özü halallıqla 

yesin deyə, Brısqalova bir stəkan araq verər və gətirtdiyi çörəyin quru yerindən 

bir tikə ona yedirdər, özü isə bir stəkan əvəzinə ikisini içər və sonra deyərdi:

– Hə, məncə indi gedib atları gətirməyin vaxtıdır… Yolumuz uzun dur, dos-

tum, bunu unutmayaq!..

– Nə qədər uzun olur-olsun, həmin yolu sizinlə getmək mənim üçün xoşdur, 

kapitan, – mehriban denşik cavab verərdi.

– Biz bu yolu birlikdə gedəcəyik, dostum, birlikdə… Məgər insan lar bir-

birilə qardaş deyillər? Arağı və stəkanları mənim yanıma qoy ki, səni gözləyənə 

qədər darıxmayım... Özünsə get atları gətir… Get, Brıs qalov, get!

Brısqalov  çıxıb  gedər,  onun  kapitanı  fürsətdən  istifadə  edərək  araq dan 

bir,  yaxud  iki  stəkan  da  içərdi;  az  sonra  Brısqalov  qayıdıb  gələr,  troy kanın 

zınqırovlarından birini əlində tutaraq cingildədər və deyərdi:

– Baxın, atlar gəldi, kapitan.

– Yaxşı, arabaçıları tələsdir, qoy atları qoşsunlar!

– Onlar atları hazırlayınca darıxmayasınız deyə, bir stəkan da için, cənab 

kapitan.

– Sən haqlısan, Brısqalov; ancaq burası var ki, mən tək içməyi sevmirəm; 

bunu içki düşkünləri edirlər. Sən də bir stəkan götür, iç, mə nim balam. Siz isə, 

ey, sizinləyəm! – o, ətrafdakılara xitabən deyərdi: – Atları qoşun!

Hər iki stəkan boşalandan sonra Brısqalov deyərdi:

– Hə, indi biz hazırıq!

– Eləsə, yola düşək!

Və kapitan öz çarpayısında uzanar, Brısqalov isə onun ayaq tərəfində otu-

rar, əlindəki zınqırovu sağa-sola yellədərək səsləndirər, troy kanın yol gedərkən 

çıxardığı səsləri yamsılayar, bununla onlar sanki troykada oturub yol gedərdilər.

Kapitan isə mürgüləyərdi.

Yarım saatdan:

– Kapitan, – Brısqalov deyərdi, – stansiyaya çatmışıq.

– Hə?.. Nə deyirsən? – kapitan oyanaraq mızıldanardı.

Deyirəm ki, stansiyaya çatmışıq, kapitan.

– Eləsə, bir qədəh də içək.




58

Bir qədəh də içək, kapitan.

Və hər iki yol yoldaşı qardaşcasına qədəhlərini bir-birinə vurub cin gildədər 

və araq dolu stəkanlarını başlarına çəkərdilər.

– Gedək, gedək, – kapitan deyərdi, – mən tələsirəm.

– Gedək! – Brısqalov təkrarlayardı.

Onların ikisi də birlikdə növbəti stansiyaya çatar, orada adama bir stəkan 

da vurardılar… Dördüncü stansiyada şüşə boşalardı.

Brısqalov gedib ayrısını gətirərdi.

Onuncu stansiyada kapitan və denşik Brızqalov leş kimi bir-birinin yanına 

yumbalanıb düşər, bununla da həmin günlük səyahət başa çatardı.

Baş cərrah isə başqa cür edirdi.

O, şərqsayağı, yəni divarında taxçaları olan bir evdə yaşayırdı. Hər səhər 

saat yeddidə evdən çıxıb hərbi xəstəxanaya gedərdi: onun bu ziya rətinin bitməsi 

xəstələrin az və ya çox olmasından asılı idi, yəni bəzən tez, bəzən isə xeyli gec 

qayıdardı.

O,  evdə  olmayanda  denşik  hər  taxçaya  iki  stəkan  punş  qoymağa  adət 

etmişdi. 

Həkim işdən qayıdan kimi otağının bütün künc-bucağını yoxlayar dı.

– Hm!.. – deyə birinci taxçanın qarşısında dayanardı, – görən yenə bu gün 

külək hayandan əsir?!

Lap cəhənnəm yeli kimidir, – öz-özünə cavab verərdi. 

–  Hə,  belə  küləkdə  səhər  tezdən  acqarına  evdən  çıxmaq  başdan-ayağa 

insanın sağlamlığına zərərdir…

– Haqlısınız, elədir ki var, bir şey içmək istərdinizmi?

– Məmnuniyyətlə bir stəkan punş içərdim.

– Vallah, mən də, mən də, Kaşenko! İki stəkan punş, dostum.

– Budur, buyurun, əlahəzrət.

Və beləcə, öz-özünə suallar verib səsinin tonunu dəyişər, verdiyi suallara 

özü cavab verərək hər əlinə bir stəkan punş alar, özünə bütün xoş duyğuları, 

diləkləri,  əmin-amanlıqları  arzulayar  və  punşla  doldurulmuş  hər  iki  stəkanı 

içərdi.


İkinci taxçanın qarşısında dayananda söhbətin məzmunu, forması dəyişsə 

də, nəticə eyni olaraq qalırdı.

Sonuncu taxçada o, iyirminci stəkanı boşaldardı, xoşbəxtlikdən, bu sonun-

cu taxça onun çarpayısının yanında idi.

Həkim  sanki  bütün  xəstələrinə  baş  çəkmiş  kimi,  özündən  razı  halda 

çarpayısına uzanardı.

Biz Temirxan Şurada 1856-cı ilin hərbi yürüşündə türklərə qarşı vuruşan, 

böyründən aldığı güllə yarasına və qılıncla sifətində açılan şırı ma görə qəlbində 

türklərə böyük nifrət hissi bəsləyən bir alay koman diri ilə tanış olduq.

Bu, əcaib-qəraib bir adam idi – son dərəcə cəsur, ancaq adamayo vuşmaz və 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə