Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə14/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   10   11   12   13   14   15   16   17   ...   203

34

Biz özümüzü sındırmayaraq bu xəbəri soyuqqanlılıqla qarşıladıq və polis-

meysterin bizə göstərdiyi bu diqqəti sırf vəzifə borcu kimi qəbul etdik.

İndisə, hörmətli oxucular, yəqin ki, siz mənim ətrafıma boylanaraq generalı 

axtarırsınız, elə deyilmi?

General – mənəm.

Burada kiçik izahata ehtiyac var.

Rusiyada hər şey çinlə ölçülür – çin sözü “dərəcə”, “rütbə” demək dir və 

ilk baxışda çin dilindən gəlmə, alınma sözdür. Çininizə görə sizə “nökər”, yaxud 

“ağa” kimi müraciət edə bilərlər. 

Çinin xarici əlamətləri aşağıdakılardır: bafta, medal, xaç, orden. Or deni 

Rusiyada yalnız generallar taxırlar.

Moskvadan  yola  düşəndə  mənə  demişdilər:  “Siz  Rusiyada  səyahət  edir-

siniz,  başqalarından  fərqlənmək  üçün  yaxanıza  bir  nişan  taxın  –  o  ni şan  ya 

paltarınızın yaxasında, ya köynəyinizin boynunda, ya da döşünüz də olsun; yoxsa 

nə karvansarada bir tikə çörək, nə poçt idarələrində bir at, nə də stanitsalarda 

kazak taparsınız”.

Mən  əvvəlcə  bu  məsləhətə  gülmüşdüm,  ancaq  çox  çəkmədi  ki,  bu nun 

nəinki faydalı, hətta zəruri olduğunu başa düşdüm.

Əynimdəki rus ordusuna məxsus paltarın yaxasına İspaniya kralı III Karlın 

ordenini taxdım və yalnız bundan sonra hər şey dəyişdi: hamı mə nə can-başla 

xidmət edir, istəklərimin təmin olunmasında heç bir tə rəd düd hiss olunmur, işlər 

yoluna düşürdü. Rusiyada əksər hallarda yal nız generallar bir orden taxdığından 

(yəqin  ki,  bunun  hansı  orden  oldu ğunu  özünüz  bildiniz)  mənə  də  “general” 

deyirdilər.

Mənim  xüsusi  formada  hazırlanmış  səyahət  kağızım  və  knyaz  Bar-

yatinskinin  imzaladığı  sənədim  bütün  hərbi  keçid  məntəqələrində  la zımi 

sayda  mühafizə  dəstəsi  ilə  təmin  olunmağıma  imkan  verir,  müra ciət  etdi yim 

adamların yanında dediklərim daşdan keçir və hər yerdə hər bi nüfuz sahibi kimi 

qarşılanırdım.

Ancaq burası vardı ki, məni fransız generalı kimi qəbul edirdilər və ruslar 

fransızlara xüsusi rəğbət bəslədiyindən demək olar ki, hər şey qay dasında idi.

Hər bir buraxılış məntəqəsində məntəqənin hərbi rəhbəri – bunlar əksər 

hallarda aşağı rütbəli zabitlər idilər – üst-başını qaydaya salaraq mə  nə yaxınlaşır, 

farağat  vəziyyətində  əlini  başına  aparır  və  mənə  deyirdi:  “Cənab  general, 

məntəqədə bütün işlər yolundadır”; yaxud “postda hər şey qaydasındadır!”. Buna 

mən çox qısaca, sadəcə olaraq “karoşo”, yəni “lap yaxşı” deyə cavab verirdim.

Və həmin kazak çox razı halda çəkilib gedirdi. 

Hər dayanacaqda mənə silahlı mühafizəçilər, müşayiətçilər təyin olu nanda 

tarantasa çıxır, yaxud üzəngiyə qalxıb hündürdən deyirdim:

– Zdravo, rebyata!

Yəni: “Salam, uşaqlar”.




35

Mühafizə dəstəsi xorla cavab verirdi:

– Zdravya jelaem Vaşe prevosxoditelstvo!

Yəni: “Salam, əlahəzrət”.

Bundan  sonra  heç  bir  ənam,  mükafat  ummadan,  iyirmi-iyirmi  beş  verst 

yolu dördnala çaparaq gedən, sərf etdikləri barıtın müqabilində məm nuniyyətlə 

ya bir-iki rubl pula, ya da vodkaya qane olan kazaklar öz növbəsində onlardan 

razı qalmış “əlahəzrəti” tərk edirdilər.

Bax,  elə  bu  səbəbdən,  kazak  polismeysterin  mənzilimə  mebel  gön-

dərəcəyini deyirdi.

Həqiqətən  də,  on  dəqiqə  sonra  arabalarda  bizim  qalacağımız  otaq ların 

sayına uyğun mebel gətirdilər.

Buna qədər evin o qədər də nəzakətli olmayan cavan sahibi yuxa rıda dediy-

imiz kimi, bizə təkcə divarından gitara asılmış otağı vermişdi.

Polismeyster tərəfindən göndərilən mebelləri görəndən və onun tapşırığını 

eşidəndən sonra cavan ev sahibinin bizə münasibəti bir andaca tamamilə dəyişdi.

Mebel – çarpayı kimi istifadə olunacaq üç skamyadan, döşəyi əvəz edən üç 

xalçadan, nəyə lazım olacağını deməyi artıq bildiyim üç stuldan və bir stoldan 

ibarət idi.

Bircə qalırdı stolun üstünü doldurmaq.

Biz gənc azərbaycanlını yumurta və toyuq almağa göndərdik.

O qayıdana qədər səyahət zamanı istifadə etdiyimiz səyyar mətbə ximizi 

açdıq və oradan qazança, sapılca, çəngəl, qaşıq və bıçaqları çıxar dıq. Çay dəsgahı 

isə stəkanlardan və hər kəsin ağzını və əlini sildiyi dəs mallardan ibarət idi.

Üç süfrəmiz olduğundan özümüzü varlı hesab edirdik və sözsüz ki, onları 

yuyub təmizləmək fürsətini heç vaxt qaçırmırdıq.

Ev sahibimiz yumurta ilə qayıtdı; o, toyuq tapmamışdı və əvəzində bizə 

Qafqazda hamının çox xoşladığı əla qoyun əti təklif elədi.

Mən dərhal razılaşdım – bu həm də kababın dadına baxmaq üçün ələ düşən 

fürsət idi.

Hələ  Həştərxanda  olarkən  bir  kasıb  erməni  ailəsinə  qonaq  olduq;  kasıb 

olmalarına baxmayaraq, onlar bizə bir stəkan çaxır və bir tikə əla kabab təklif 

etmişdilər.

Lakin mən həyatı öyrənmək, dərk etmək naminə səyahət etdiyim dən ha-

radasa yaxşı, dadlı bir yemək görəndə – kabab kimi – o saat gələ cəkdə nəşrini 

nəzərdə  tutduğum  yeməklər  kitabını  bu  yeni  yeməyin  hazır lanma  qaydası  ilə 

zənginləşdirmək məqsədilə onun necə bişirildiyini so ruşuram. Odur ki, kababın 

da necə hazırlandığını öyrənmişdim.

Paxıl  adam  sirri  özündə  saxlayar,  deməz,  ancaq  bir  halda  ki  mən  genera-

lam, demək, hamı mənim üçün eynidir; bu hissimi, münasibətimi qəbul edənlərin 

hamısına qarşı istəyim tükənməzdir, ona görə də, əziz oxucular, mən sizə kababın 

hazırlanma qaydasını öyrədirəm – istifadə edin, bunun üçün mənə təşəkkür edərsiniz.




36

Bir  tikə  qoyun  əti  götürün,  əgər  can  əti  tapsanız,  daha  yaxşı;  onu  qoz 

böyüklüyündə, xırda-xırda doğrayırsınız, üstünə çırtılmış soğan, sir kə əlavə edir-

siniz, duz və istiot səpirsiniz və on beş dəqiqə bir qabda saxlayırsınız.

On beş dəqiqədən sonra manqalı, yaxud kürəni qalayırsınız.

Xırda-xırda  doğradığınız  qoyun  əti  tikələrini  dəmir  şişə,  yaxud  ağac 

çubuğuna keçirib manqalın üstünə düzürsünüz və tikələr bişənə qədər o üz-bu üzə 

çevirirsiniz.

Bu mənim bütün səyahətim boyu yediyim ən ləzzətli yemək idi.

Əgər  ət  tikələrini  bir  gecə  əvvəldən  sirkə  və  ədviyyədə  saxlasanız,  və 

bişəndən sonra onları şişdən çıxaranda üstünə sumax da səpsəniz, belə kababın 

dadından doymaq olmaz. Ancaq tələsirsinizsə və sumaxınız yox dursa, bunsuz da 

keçinmək olar.

Yeri gəlmişkən deyim ki, əgər şiş olmasa, yaxud şişin, sünbə de yilən şeyin 

nə olduğunu heç kəsin bilmədiyi bir ölkəyə səyahət etsəniz, onun əvəzinə tüfəngin 

süngüsündən istifadə etmək olar.

Səyahət zamanı həmişə süngüm şiş kimi mənim köməyimə çatmış dır və heç 

vaxt silahın əlavə bir hissəsi olan süngünün bu cür istifadəsinin onu hörmətdən 

saldığını görmədim.

Mənim başım kabab qızartmağa qarışarkən Moyne və Kalino mət bəx işlərini 

görür, süfrəni açır, boşqabları düzürdülər ki, gəlişimizdən tə zə cə xəbər tutan şəhər 

bələdiyyə rəisi bizə yağ, iki çolpa və dörd şüşə köhnə çaxır göndərdi.

Mən  bələdiyyə  rəisinə  təşəkkürümü  çatdırmağı  xahiş  etdim  və  na hardan 

dərhal sonra ona baş çəkəcəyimi bildirdim.

Yağı və çolpaları sabahkı nahara saxladıq.

Ancaq köhnə çaxırla dolu şüşələr elə nahar zamanı ömürlərini bizə tapşırdılar. 

Nahar başa çatdı, mən dilmanclıq etmək üçün Kalinonu özümlə gö türdüm; 

Moyne isə yeddi yaşlı xəncərli oğlanın, daha dəqiq desək, yeddi yaşlı oğlanla 

onun xəncərinin şəklini çəkməklə məşğul olduğun dan, onu ev də qoyub vədimə 

əməl etmək üçün dizə qədər palçıqlı küçə ilə cə sa rətlə irəliləməyə başladım.

Bu, Qızların əsas küçəsi idi.

Heç on addım getməmişdim ki, kiminsə sürtüyümün ətəyindən dart dığını 

hiss etdim: əynimdəki paltar elə gündə idi ki, ona uyğun başqa ad tapa bilmirəm.

Geri çevrildim.

Bu bizim qaldığımız evin cavan sahibi idi, o, çox nəzakətlə yarı Azər baycan, 

yarı rus ləhcəsində, sözlərin qol-qabırğasını qıra-qıra məni başa saldı ki, nahaq 

yerə küçəyə silahsız çıxmışam.

Kalino onun eyhamını mənə anlatdı.

Doğrudur, mən silahsız idim – gündüz saat dörd olardı, hava işıqlı idi və 

ehtiyatsızlıq etdiyim heç mənim ağlıma da gəlmirdi. 

Mən gənc azərbaycanlının sözünə məhəl qoymayaraq yenidən yolu ma da-

vam  etmək  istəyirdim,  ancaq  o  elə  inadkarlıqla  təkid  elədi  ki,  bizi  ələ  salmaq 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə