Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə11/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   7   8   9   10   11   12   13   14   ...   203

27

Müqəddəs amalımıza sadiq olduğu üçün ona minnətda rıq! Bir halda ki, onun 

igidliyi  bizə  kömək  edə  bilməyəcək,  daha  da  cəsur  olaq!  O  bizə  döyüşlərdə 

himayədarlıq etdi və bizdən öncə göylərə qalxdı, deməli, döyüşlərdə vuruşaraq 

şəhid  olan  hər  bir  silahdaşımız  üçün  cənnət  qapılarını  öz  əllərilə  açacaqdır. 

Əqidəmiz, inamımız bizə buyurur ki, öz həmvətənlərimizi rusların zülmündən 

azad etmək naminə onlara qarşı mübarizə aparaq; bu o deməkdir ki, kafirləri – 

müqəddəs dinimizin düş mənlərini öldürən adam əbədi xoşbəxtliyə qovuşacaqdır, 

döyüşdə ölən ləri isə ölüm mələyi öz əllərilə hər zaman pak və xürrəm hurilərin 

ağu şuna aparacaq. Hər biriniz öz aulunuza qayıdın, camaatı bir yerə yığın, Qazı 

Mollanın nəsihətlərini, tapşırıqlarını camaata çatdırın, təlqin еdin, onların hər 

birinə  dеyin  ki,  əgər  xalq  doğma  Vətəni  azad  еtmək  üçün  cəhd  göstərməsə, 

məscidlərimiz xristian kilsəsinə dönəcək və kafirlər ha mını öz iradələrinə tabе 

еdəcəklər. Ancaq biz imamsız qala bilmərik. Bi zim cəsur rəhbərimizin vəsiyyətini 

onun  öz  dilindən  duyan,  Allahın  sе vimlisi  Şamil  əfəndi  son  nəfəsində  Qazı 

Mollanın məni öz varisi elan etdiyini sizə dеyəcək. Mən ruslara qarşı müqəddəs 

savaş еlan еdirəm, еlə bu saatdan еtibarən sizin başçınız və imamınız sayılıram.

Həmin  yığıncaqda  iştirak  еdənlərin  və  bu  nitqi  еşidənlərin  çoxu  Həm-

zət bəyin ali hakimiyyətinə qarşı idilər. Hamı pıçıldaşmağa başladı. Bеlə olan 

təqdirdə Həmzət bəy sakitliyi təmin еtmək üçün əlilə işarə еtdi. Hamı ona tabe 

olaraq susdu.

– Müsəlmanlar, – o dеdi, – görürəm ki, sizin еtiqadınız zəifləməyə başlayır. 

İmamlıq vəzifəm sizi uzaqlaşdığınız yoldan doğru yola səsləmə yi mənə hökm 

еdir. Elə bu andan еtibarən mənə sözsüz itaət еdin. Həm zət bəyə tabe olun, yoxsa 

o sizi öz xəncəri ilə itaətə məcbur еdər!

Natiqin zəhmli baxışı, sıyrılmış xəncəri, hər şеyə hazır olan mü rid ləri ca-

maat arasında sakitliyi bərpa еtdi.

Heç  kəsin  etiraz  еtməyə  cəsarəti  qalmadı  və  özünü  imam  еlan  еdən 

Həmzət bəy məsciddən çıxdı, atının üstünə sıçradı, müridlərinin müşa yiətilə öz 

düşərgəsinə qayıtdı.

Həmzət bəyin dini hakimiyyəti bərpa еdilmişdi, təkcə ali hakimiy yəti ələ 

kеçirmək qalırdı.

Bu hakimiyyət avar xanlarının əlində idi. Həmzət bəy Qazı Molla nın naibi 

olduğu kimi, Şamil əfəndi də onun – Həmzət bəyin naibi oldu və Şamil əfəndi 

onu  inandırdı  ki,  nəyin  bahasına  olursa-olsun  ölkə nin  qanuni  hakimlərindən 

yaxa qurtarmaq lazımdır.

Çoxları  əksinə,  iddia  edirlər  ki,  guya  bu  məsləhəti  Həmzət  bəyə  avar 

xanlarının barışmaz düşməni Aslan Qazı Qumuq xan vermişdir.

Bu qanuni xanlar kimlər idilər? 

Bunlar atadan yetim qalmış, anaları Paxu Bikənin tərbiyəsini almış üç gənc 

qardaş – Əbu Nunzal, Umma xan və Bulac xan idilər.

Paxu Bikə onlarla bərabər Həmzət bəyi də böyüdüb boya-başa çat dırmış, 




28

tərbiyə vermişdi və Həmzət bəy onların qan qardaşı sayılmasa da, ən azından 

süd qardaşı hesab olunurdu. Qardaşlar vaxtilə rusların hücu munun qarşısında 

geri çəkilmiş və Xunzaxda sığınacaq tapmışdılar.

Həmzət bəy ruslara tez-tez hücum edir, gecə-gündüz onları təşvişə salır və 

elə qorxudur ki, onlar cəmi iki-üç kəndi dağıdandan sonra Avari yanı tərk etməyə 

məcbur olurlar.

Həmzət bəy gedib Xunzax yaxınlığındakı düşərgəsində yerləşəndən sonra 

gənc avar xanları ilə görüşmək istədiyini bildirir.

Onlar da inamla, heç nədən şübhələnmədən onunla görüşə gəlirlər, belə 

hesab edirlər ki, dostlarının dəvətilə qonaq gedirlər.

Ancaq düşərgəyə çatmamış Həmzət bəyin naibləri qılınc və xəncər lə on-

lara həmlə edirlər.

Baxmayaraq ki,  üçüncü qardaş  hələ çox  kiçik idi, bununla belə gənc lər 

olduqca qoçaq idilər. Onlar sədaqətli naiblərlə əhatə olunmuşdu lar, bu naibləri 

öldürmək o qədər asan deyildi. Amansız döyüş oldu, nəti cədə qardaşlardan iki-

si öldürüldü, üçüncü qardaş isə əsir düşdü; qar daşlar özlərini müdafiə edərkən 

Həmzət bəyin adamlarından qırxını öl dürdülər; onların arasında Həmzət bəyin 

qardaşı da vardı.

Bu, Şamil əfəndinin yolundan bir əngəlin də götürülməsi demək idi. Qa-

nunlara görə, Həmzət bəyin qardaşının da varis olmaq hüququ vardı.

Qardaşların ən kiçiyi, yəni üçüncü qardaş Bulac xan sağ qalmışdı. Nə qədər 

ki o sağ idi, Həmzət bəy Avariyanın qanuni xanı sayıla bilməz di. 

Bununla belə, qatil əlində silahla müdafiə olunan iki qardaşı öl dürt məkdə 

tərəddüd etmədiyi halda, nədənsə əsirlikdə olan gənc qarda şın qət linə fərman 

verməyə tələsmirdi.

Çox çəkmədən, 1834-cü ilin sonlarında Həmzət bəy də öldürülür.

Tarixçi Qafqazın bu dumanlı dərələrinə çox çətinliklə nəzər yetirə bilir. Bu 

dərələrdən, keçidlərdən yüksələn və hər tərəfə yayılan səs, bu və ya başqa yerin 

xüsusiyyətindən və uzaqlığından asılı olaraq dəyişən əks-sədadan başqa bir şey 

deyildir.

Bununla  belə,  görün  Həmzət  bəyin  ölümü  haqda  nə  söyləyirlər  –  biz 

camaatın dilindən eşitdiyimiz söz-söhbəti olduğu kimi çatdırırıq: oxu cularımızı 

rusların  öz  düşmənlərinə  qarşı  söylədikləri  mənfi,  yanlış  fikir lərə  uymamağa 

çağırırıq; zira vaxtında qarşısı alınmayan iftira sonradan şayiəyə çevrilir.

Həmzət bəy gənc xanların qətlindən sonra onların Xunzaxdakı sara yına 

köçür.  Təbəələri  öz  xanlarını  çox  sevmirdilər  və  qatilin  törətdiyi  əməli  həm 

amansız xəyanət, həm də böyük günah kimi qiymətləndirir dilər.

Xalq arasında Həmzət bəyin əleyhinə etirazlar duyulmaqda idi.

Biz elə buradaca sadaladığımız faktların doğruluğunu isbatlamaq niyyətindən 

əl çəkirik, nəticələr göz qabağındadır: onların təfsilatı isə qa ranlıq sirr olaraq qalır.



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə