Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə13/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   9   10   11   12   13   14   15   16   ...   203

32

– Bəs onda Qızlarda qonaqlar harada qalır?

– Kimə ev lazım olsa, polis rəisinə müraciət edir və o da həmin ada ma 

mənzil ayırır.

Mühafizəçilərimizdən birini çağırdıq, yol vərəqəmizi və şəxsi və siqəmizi 

verdik ki, gedib bizim kimliyimizi təsdiq etdirsin və üstəlik tapşırdıq ki, mümkün 

qədər tez polismeysterin yanına getsin və cavabı da götürüb şəhər qapılarında 

bizi gözləsin.

O, atını dördnala çaparaq getdi və çəpərlərin arası ilə palçıqlı arxa oxşayan, 

əyri-üyrü, lehməli yolda gözdən itdi.

Bu  çəpərlər  üzüm  bağlarını  əhatə  edirdi  və  üzümlüklərin  çox  səliqə  ilə 

yetişdirildiyi uzaqdan nəzərə çarpırdı.

Biz  arabaçımızdan  bu  bağlar  haqqında  xəbər  aldıq,  o  bizə  bunların 

ermənilərə məxsus olduğunu söylədi.

Ermənilərin bu üzüm bağları bol məhsul verir və burada əla Qızlar çaxırı 

hazırlanır.

Mənim fikrimcə, Kaxetiya çaxırı Qızlar çaxırı kimi yaxşı tamlı, ləzzətli 

deyil; bu çaxır öküz dərisindən hazırlanmış tuluqlarda daşındığın dan dərinin iy-

ini götürür. Minqreldəki odcaleş və İrəvan çaxırı da bunlar kimidir.

Qafqazda müsəlmanlar istisna olmaqla, əhali başqa yerlərdəkindən daha 

çox çaxır içir.

Bundan əlavə, Qızlarda artıq hər yerdə tanınan qızlarxa adlı araq da istehsal 

edirlər.

Arağı  və  çaxırı  çəkən  əsasən  ermənilərdir.  Ümumiyyətlə,  Qafqazda  və 

ona  bitişik  əyalətlərin  hamısında  çaxır  emalı  bütövlükdə  ermənilərin  əlində 

cəmlənmişdir.

Hər  xalqın  öz  sənəti  vardır,  fars  öz  ipəyini,  ləzgi  mahud  parçaları, 

azərbaycanlı

*

 silahını satır; erməninin isə peşəsi yoxdur, o, satılan, pula gedən 



və hətta pula getməyən hər şeyin alverini edir.

Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazanma yıblar.

Yeri gəlmişkən, bu barədə mən də öz fikrimi deyim:

Əgər azərbaycanlı sizə başı ilə razılıq işarəsi verirsə, ona etibar edin.

Əgər fars sizə əl verirsə, ona bel bağlayın.

Əgər hər hansı bir dağlı sizə söz verirsə, buna şübhə etməyin.

Ancaq əgər bir ermənilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin 

iki nəfər də şahid tutun ki, sonra o öz imzasını danmasın.

Qızlarda yaşayan ermənilər əsasən çaxır və araq alveri edirlər.

Beş gün idi ki, biz bir dənə də olsun ağaca rast gəlməmişdik və bu vadiyə daxil 

olarkən ağacların yarpağının tökülməsinə baxmayaraq, az da olsa ürəyimiz açıldı.

Biz  qışla  Rusiyada  vidalaşmışdıq,  Qızlarda  isə  payız  idi;  ancaq  bizi 

inandırdılar ki, əsl yayı Bakıda qarşılayacağıq.

*    A.Düma bütün əsər boyu azərbaycanlıları XIX əsrdə işlənən terminə əsasən “tatar” ad-

landırır. Biz həmin termini “azərbaycanlı” ifadəsi ilə əvəz etmişik. Maraqlıdır ki, V.Ve  liçko 

XX əsrin əvvəlində yazırdı: “Azərbaycanlıları “tatar” adlandırırlar. Bu, tama milə səhv dir”.




33

Burada ilin fəsilləri təbiətin əksinə olaraq, tamamilə başqa axarla davam 

edirdi.

Bizim kazak, dediyimiz yerdə dayanıb gözləyirdi.



Şəhərin  polismeysteri  poçtxananın  yüz  addımlığında  bizə  ev  ayır mışdı. 

Arabamız kazakın müşayiətilə gəlib evin qapısında dayandı.

İndi  biz  doğrudan  da  Şərqdə  idik,  Şimalın  Şərqində;  ancaq  Şimal-Şərq 

yalnız adamların geyimləri ilə Cənubdan fərqlənir, adət və ənənələr isə eynidir.

Moyne

7

 astanadan keçəndə başı bizim otağın qapısına dəydi; otaq sanki on 



yaşlı uşaq üçün hazırlanmışdı – qapısı, tavanı alçaq idi.

Əvvəlcə mən içəri daxil oldum və bir az narahatlıqla ətrafa göz gəzdirdim. 

Poçt dayanacaqlarında qaldığımız otaqlar az da olsa mebellə təchiz olunmuşdu 

– orada mebel adına taxta skamya, stol və iki taxta stul vardı.

Bizim üçün ayrılmış bu otaqda isə mebel kimi vur-tut divardan asıl mış bir 

gitaradan başqa heç bir şey yox idi.

Sanki bizdən əvvəl bu otağı xəyalpərəst bir ispan kirayələmiş və pulunu 

ödəyə bilmədiyindən, bu qəribə çalğı alətini ev sahibinə mükafat kimi qoyub 

getmişdi. Ev sahibi isə onu gələcək Qızlar muzeyi üçün qoru yub saxlayırdı. Biz 

döşündən patrondaşı asılmış, kəmərindən xəncər sal lanan, çərkəzi libaslı, on beş 

yaşlı xidmətçi oğlandan – görünür, bu qapı elə onun üçün nəzərdə tutulmuşdu; 

divardakı  alətin  nə  olduğunu  soruş duq;  ancaq  o,  cavabında  yalnız  çiynini 

çəkməklə kifayətləndi, elə bil de mək istəyirdi: “Sizin nəyinizə gərək?”.

– Gitara ona görə ordadır ki, ora asıblar.

Sualımızı izah etmək üçün nə qədər cəhd eləsək də, maraqlandığı mız hər 

şey yenə qaranlıq qaldı.

Bunu  gördükdə  biz  ondan  nəyin  üstündə  yeyəcəyimizi,  nəyin  üstün də 

oturacağımızı və harada yatacağımızı soruşduq.

O  bizə  döşəməni  göstərdi  və  çıxıb  getdi;  yəqin  ki,  bizim  zəhlətökən 

suallarımızdan  bezdiyindən  yanındakı  qardaşına  –  yeddi-səkkiz  yaşların-

da bir oğlan uşağına acıqlandı; nəslin adət-ənənəsinə uyğun olaraq, bu uşağın 

da belindən özündən yekə xəncər asılmışdı, o, vəhşi baxışlarla adamın canına 

vəlvələ salan qara, uzun tüklü papağının altından bizi izləyirdi.

Oğlan ayağını çəkə-çəkə qardaşına nəsə deyirdi.

Onların  belə  çıxıb  getməyi  bizi  aqibətimizin  necə  olacağı  barədə  dü-

şünməyə vadar etdi. Çox təriflənən Şərq qonaqpərvərliyi bu idimi?

Bu vaxt biz kazakın qapının ağzında durduğunu gördük; ancaq bu dəfə o 

əyilmişdi ki, üzünü görə bilək.

– Qardaş, nə istəyirsən? – deyə Kalino (Moskva universitetinin mə nə dil-

manc kimi verdiyi gənc rus tələbəsi) ruslara məxsus incə nəza kətlə so ruşdu.

– Generala demək istəyirəm ki, – kazak cavab verdi, – polismeyster ona 

otaq üçün avadanlıq – mebel göndərəcəkdir.

– Bu yaxşı oldu, – Kalino cavab verdi.

Kazak ayaqlarının ucunda geri döndü və çəkilib getdi.




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə