Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə16/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   12   13   14   15   16   17   18   19   ...   203

40

Belə çıxır ki, qadınlar təhlükəyə kişilərdən daha az məruz qalırlar. Bir 

dəfə azərbaycanlılar ələ keçirdikləri əsirlərlə birlikdə Terek çayını iki yerdən 

keçməli  imişlər.  Qadınlar  Terekin  buz  kimi  soyuq  suyuna  tab  gə tirməyib 

xəstələnirlər. Onlardan biri çayı keçərkən ölür. Girovlar üçün tə ləb olunan pul 

gəlib çatana qədər daha iki qadın da dünyasını dəyişir. Əsirlərin ailələri isə 

meyitlər üçün girov haqqı ödəməyi lüzumsuz hesab edib danışığa gəlmirlər.

İş  belə  olduqda  bu  cür  alver  üsulu  sərfəli  görünmür  və  beləliklə,  qul-

durlar qadınları oğurlamaq məsələsindən vaz keçirlər; ancaq Qafqazın cənub 

hissəsində əvvəllər olduğu kimi, indi də bu iş davam edir.

Söyləyəcəyim hekayət adam qaçırmağın başqa bir üsullunun oldu ğunu 

sübut edir.

M…  adlı  xanıma  vurulan  azərbaycanlı  knyaz  V...  –  (hər  ikisinin  adı 

gündəliyimdə açıq şəkildə yazılıbdır, lakin alicənablıq edib onların adını tam 

yazmıram; əgər kimsə bu barədə mənimlə mübahisə etmək istəsə, adları ona 

göstərə  bilərəm)  hə,  deməli,  azərbaycanlı  knyaz  M…  adlı  xa nıma  vurulur. 

Həmin xanım da knyazı sevirmiş. Hər ikisi belə sözləşirlər ki, knyaz xanımı 

qaçırsın.

Xanım  Qızlarda  yaşayırdı.  Bir  gün  əri  evdə  olmayan  vaxt,  gündüz 

saat birdə o, polkovnikdən at istəyir. Bələdiyyə rəisi şübhələndiyindən onun 

xahişini yerinə yetirmək istəmir və razılıq vermir.

Xanım M… uşaqlarından birinin xəstə olduğunu bəhanə gətirərək təkid 

edir. Ananın uşağı üçün belə fədakarlıq etməsi bələdiyyə rəisini kövrəldir, ona 

yol vərəqəsi verir və M… yola çıxır.

Pyatiqorskidən bir neçə verst aralıda yolda onu gözləyən knyaz V… isə 

sözləşdikləri kimi, M… xanımı qaçırır, onu qayaların başında qartal yuvasını 

xatırladan aula aparır və orada üç ay saxlayır; bu zaman M… xanımın başına 

nə iş gəldiyindən, harada olduğundan ərinin xəbəri yox imiş. Üç aydan sonra 

yaraşıqlı knyaz V… deyilənlərə görə, o, çox göy çək imiş, cənab M…-ə xəbər 

göndərir ki, arvadının yerini bilir və oğrular xanımı geri qaytarmaq üçün pul 

tələb edirlər. Cənab M… razıla şır. Bir ay keçəndən sonra knyaz xanımın ərinə 

xəbər göndərir ki, bu işi düzüb-qoşmaq üçün üç min rubl lazımdır. Cənab M... 

tələb olunan məbləği göndərir və bir həftədən sonra öz arvadını geri alır; özü 

də işin belə ucuz başa gəlməsi onu çox şad edir.

Bu, bədbəxt ərin düşündüyündən çox ucuz “sövda” idi; çünki o, təkcə 

arvadını deyil, həm də altı ay sonra onun doğacağı uşağı da geri al mışdı.

Azərbaycanlı  knyazlar  arasında  başqalarının  arvadlarını  da,  elə  öz 

həmyerlilərini  də  qaçırtmaq  bir  adət  halını  alıbdır;  bəzən  qaçırtdıqlarını 

özlərinə arvad edib saxlayırlar da. Bunu etmək nə qədər çox çətin olsa, onların 

həvəsi  bir  o  qədər  artır;  bundan  sonra  qaçırtdıqları  qızın  atası  ilə  kürəkən 

arasında cehiz sövdələşməsi başlayır, adətən, ata bütün şərtlərlə razılaşır və 

sonra heç nəyə qarışmır.




41

Ancaq hərdənbir ata inadkarlıq edir.

Belə inadkarlığa bir nümunə budur:

Hadisə  Kislovodskda  baş  verir.  Həmin  oğurluqlardan  biri,  İmpera torun 

əmri ilə Qafqaza canişin təyin olunan general-leytenant Vorontso vun gəlişinə 

təsadüf edir; o, belə qərara gəlir ki, cinayət hadisələrinin sayını azaltsın və bu 

məqsədlə də azərbaycanlı knyazlara silah gəzdirmə yi qadağan edir.

Gələcək kürəkəni ilə cehiz üstündə razılığa gələ bilməyən qaçırıl mış qızın 

atası qrafın yanına şikayətə gəlir və qızını qaçıranın cəzalandı rılmasını tələb edir.

Bədbəxtlikdən, “Marion Delorm”un qəhrəmanlarından Nançi

*

 kimi, xahişə 



gələn adam özülə dörd nəfər də gətirir və həmin adamlar da təpə dən-dırnağa 

qədər silahlı imişlər.

Qraf Vorontsov  şikayətçini  dinləmək  əvəzinə,  verdiyi  əmri  yerinə  yetir-

mədiklərinə görə, onların həbs edilməsini tapşırır.

Əmri  eşidən  azərbaycanlı  xəncərini  siyirir  və  Vorontsovu  öldürmək 

məqsədilə onun üstünə cumur.

Qraf  özünü  müdafiə  edir  və  cangüdənlərini  köməyə  çağırır;  mühafi zə 

dəstəsi özünü yetirir; azərbaycanlı knyaz həbs edilir və onun adamla rından biri 

isə yerindəcə öldürülür.

Ancaq digər üç nəfər Beştau dağına qaçıb canlarını qurtarırlar və oradakı 

mağaraya sığınırlar. Onlara hücum edirlər; lakin qaçaqlar kazak lardan iyirmisini 

öldürürlər. Nəhayət, mağaradakılar oradan çıxmağa məc bur olurlar; kazaklar on-

lardan birini elə mağaranın ağzındaca qətlə yetirsələr də, o birisi tövləyə qaçaraq 

canını qurtarır; bu vaxt təsadüfən tövlədə olan faytonçu yabanı götürüb onun 

sinəsinə saplayır. Bu vaxt üçüncü qaçaq qaçıb pişik kimi yaxınlıqdakı restoran 

sahibinin  eyvanına  dırmaşır  və  bu  eyvandan  etibarlı  sığınacaq  kimi  istifadə 

edərək on iki nə fəri də öldürür. Lakin qonşu pəncərələrdən atılan güllə ilə qətlə 

yetirilir, deşik-deşik olmuş bədəni yerə düşür.

Bu güllələrin divardakı yerləri və qan ləkələri indi də durur; düşdü yümüz 

mehmanxananın  sahibi  bu  səhnəni  qürurla  evindəki  kirayənişin  səyyahlara 

danışır. 

Mən ölmüş və sağ qalmış qəhrəmanların adlarını çəkərək belə hadi sələrdən 

çox  danışa  bilərəm;  ancaq  bunu  yolumuzun  qalan  hissəsinə  saxlayaq. Allaha 

şükür ki, bu sarıdan korluğumuz olmayacaq!

Biz madam Polnobokova ilə düz bir saat söhbət etdik. Onun ayaq larının 

altında  indiyə  qədər  gördüyüm  ən  gözəl  xalça  vardı.  Xanım  bizi  axşama  çay 

süfrəsinə dəvət etdi. Ehtiyat üçün əri dalımızca iki nəfər ka zak göndərəcəyini 

bildirdi.

Biz bu qulluğu qəbul etmək istəmədik.

–  Əgər  belədisə,  –  polkovnik  dedi,  –  onda  arvadımın  dəvətini  geri 

götürürəm; mən istəmirəm ki, bizə gələndə başınıza bir iş gəlsin.

*    Burada Viktor Hüqonun eyni adlı dram əsərinin qəhrəmanı markiz de Nançiyə işarə olunur. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə