Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə2/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   2   3   4   5   6   7   8   9   ...   203

5

* * *


Şamaxıdakı məşhur musiqi salonunun təşkilatçısı və sahibi Mah mud ağanın 

A.Dümanın gəlişindən xəbər tutan kimi ona xüsusi dəvətna mə göndərib öz evinə 

şam yeməyinə və rəqqasələrin də iştirak edəcəyi məclisə çağırması və yazıçının 

bu dəvəti qəbul edib həmin mədəniyyət ocağına gəlməsi XIX əsrin ortalarında 

qədim  Şirvan  torpağındakı  mədə niyyətin,  incəsənətin  yüksək  səviyyəsindən 

xəbər verməklə, həm də sözü gedən çağlarda mövcud olan Azərbaycan-Fransa 

mədəni əlaqələrinin qiy mətli faktlarından biridir.

Bir  Azərbaycan  rəqqasəsinin  həyat  tarixçəsi,  abır-ismətini  qoru yarkən 

faciəli surətdə həlak olması barədə Dümanın təqdim etdiyi süjet özlüyündə əla 

bir hekayə təsiri bağışlayır.

Bütün  bu  deyilənlər  onu  göstərir  ki,  sözü  gedən  səyahətnamə  əs lində, 

Qafqazın müəyyən bir mərhələ üçün həm tarixi, həm coğrafiyası, həm təbiəti, 

nəhayət,  həm  də  onun  qoynunu  özü  üçün  məskən  seçmiş  çoxsaylı  xalqların 

adətləri, etnoqrafiyası, mübarizə ənənələri haqqında yaxşı bir ensiklopediyadır.

Əsərin demək olar ki, bütün fəsillərində Dümanın özünün də çox maraqlı 

obrazı canlanır. O, ədəbiyyat, mədəniyyət, mənəviyyat təmsil çi si, ən müxtəlif 

sahələrə dair zəngin biliklər sahibi, nəhayət, ehtiraslı səya hət lər təşnəsi, bir neçə 

dildə danışmağı bacaran fransız ziyalısıdır. Yazıçı öz yaradıcılıq səfərinin əsas 

məqsədlərinə nail olmaq üçün dinclik nə olduğunu bilmir. Gecə yarısına qədər 

çəkən müxtəlif səviyyəli görüş lərdən sonra bəzən sübhə qədər oturub işləyən, 

yol  qeydlərini,  təzə  təəs süratlarını  «yanından  yel  ötməmiş»  yazan,  istedadlı, 

həmişə narahat, cəfakeş qələm sahibi kimi canlanır. Onun qar örtmüş qayalardan 

adla yan da, gur sulu dağ çaylarından keçəndə, müxtəlif səviyyəli, müxtəlif səciy-

yəli yad adamlarla, bəzən hətta ölüm təhlükəsi ilə qarşılaşanda nümayiş et dir diyi 

təmkin, dözüm, işgüzarlıq oxucunu riqqətə gətirir.

* * *


A.Dümanın,  belə  demək  olarsa,  yarı  sənədli,  yarı  bədii  səciyyə  daşı yan 

əsərini diqqətlə oxuyanda aşkar görünür ki, yazıçı bu mövzunu qələmə alarkən 

təkcə müşahidə etdiyi, iştirakçısı olduğu hadisələrlə kifayətlənməyib. O, gəzib-

dolaşdığı yerlərin tarixi, təbiəti, burada məs kun laşan millətlərin, tayfaların dilləri, 

adət-ənənələri,  mənəvi  dəyərləri  haqqında  çoxlu  kitablar  oxumuş,  biliklərini 

zənginləşdirmiş, özəlliklə qədim yunan mifləri də buraya daxil olmaqla, bir sıra 

nadir folklor nümunələrindən faydalanmış, bütün bunlar əsərin daha oxunaqlı və 

cazi bədar olmasını təmin etmişdir.

Səyahətnaməni  oxuyanlar  görəcəklər  ki,  Düma  öz  əsərində  təmsil çiləri 

ilə  görüşdüyü,  isti-ilıq  münasibətlər  qurduğu,  çox  bəyəndiyi,  yaxud,  əksinə, 

bəyənmədiyi, narazı qaldığı millətlərin, tayfaların xarakter xüsu siyyətləri haqqın-

da maraqlı ümumiləşdirmələr aparır. Yazıçı avropalı oxu cu üçün bu təmsilçilərin 




6

ədəbi portretlərini təsvir etməklə kifayət lənməyərək, onların mənsub olduqları 

etnik toplumların özündə oyatdıq ları təəssürat və qənaətləri də müfəssəl şərh et-

mişdir. Bu baxımdan, onun çox böyük hüsn-rəğbətlə təsvir etdiyi azərbaycanlılar 

haqqında, eləcə də, bərk narazı qaldığı ermənilər haqqında qənaətləri 150 il bun-

dan əvvəl yazıldığına baxmayaraq, bu gün də öz obyektivliyini və aktuallığını 

itir məmişdir. «Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazan-

mayıblar. Yeri gəlmişkən, bu barədə mən öz fikrimi deyim: əgər azərbaycanlı 

sizə başı ilə razılıq işarəsi verirsə, ona etibar edin. Əgər fars sizə əl verirsə, ona 

bel bağlayın. Əgər hər hansı bir dağlı sizə söz verirsə, buna da şübhə etməyin. 

Ancaq əgər hansı bir erməni ilə sövdələ şirsi nizsə, mütləq bir kağıza qol çəkdirin 

və iki nəfər şahid tutun ki, sonra öz imzasını danmasın... Onlar (ermənilər) na-

şükür və nankordurlar». Əslin də, bu cümlələrin heç bir izaha ehtiyacı yoxdur. 

Bu  da  çox  əlamətdar  bir  məqamdır  ki,  A.Düma  ölkəmizdə  görü-

şüb  ünsiyyətdə  olduğu  insanların  heç  birindən  sərf-nəzər  etməmiş,  rastlaşdı-

ğı heç bir təbiət gözəlliyinə, estetik dəyərə biganə qalmamış, bazarlardan tut-

muş, ov macəralarına qədər hər şeyin fərqinə varmış, «kökünə get miş», onları 

mənalandırmağa çalışmışdır. Azərbaycanlıların bir millət kimi dəyanəti, mənəvi 

ucalığı, «əhdə vəfa» prinsipinə sədaqəti haqqında Düma ağızdolusu danışır. 

* * *


Ədəbiyyatşünaslarımızın  ayrı-ayrı  məqalə  və  kitablarında  A.Düma nın 

«Qafqaz» əsəri, özəlliklə də həmin əsərdə ədibin zərif ruhlu şairimiz Xurşudbanu 

Natəvanla görüşü barədə məlumat öz əksini tapsa da, uzun müddət ölkəmizin 

ədəbiyyat  həvəskarlarının  həmin  məşhur  yol  qeyd lərini  bütöv  halda  doğma 

dilimizdə  oxumaq  imkanı  olmamışdır.  Bu  ehti yacı  nəzərə  alan  tanınmış  alim 

f.e.n.  Q.Paşayev  Dümanın  sözü  gedən  əsərinin  Azərbaycana  dair  hissələrini 

1985-ci ildə Həmid Abbasovla bir likdə ana dilimizə tərcümə etmişdir. Qəzənfər 

müəllim  kitaba  yazdığı  giriş  sözündə  onun  məziyyətlərini  açıqlamış,  fransız 

ədibinin Azərbay cana və xalqımıza bəslədiyi nəcib, xeyirxah duyğulardan söz 

açmış, mətndə gedən və izaha ehtiyacı olan 40-a yaxın sözə şərhlər vermişdir. 

Bu müfəssəl elmi izahlarda Dümanın dediyi bir sıra  mətləblərə aydınlıq gətirilir, 

yazıçının yol verdiyi və belə əsərlərdə qaçılmaz olan bəzi yanlışlıqlara təshihlər 

verilir, mətləblər dəqiqləşdirilir. Məşhur Gəncə qapılarının taleyi, Hacı Muradın 

qəbri,  Qız  qalası  əfsanəsi,  Xasay  xan  Usmiyevin  milli  mənsubiyyəti,  Şeyx 

Şamilin arvadı Şuanet, Hirkaniya toponiminin  yayılma arealı haqqında şərhlər 

bizə belə təsir bağışlayır.

Şair-tərcüməçi,  f.e.n.  Şamil  Zaman  «Qafqaz»ı  fransızcadan  tərcümə 

etmiş,  məzmunca  bizlərə  əziz  olan  bu  əsəri  azərbaycanlı  oxuculara  daha  da 

doğmalaşdırmaq üçün ciddi yaradıcılıq işi görmüşdür.

 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə