Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə17/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   13   14   15   16   17   18   19   20   ...   203

42

Bunu eşitdikdə biz iki kazakın müşayiətini qəbul etdik.

Çölə çıxanda şəhər bələdiyyəsinin drojkisi

*

 



tam hazır vəziyyətdə qapıda bizi 

gözləyirdi. Belə bir diqqət nişanəsinə yalnız Rusiyada rast gəlmək olar. İstənilən 

səyyah, müsyö de Kustan kimi, hər addımda belə bir diqqətlə qarşılaşır; üstəlik, 

əgər  səyyah  hər  hansı  bir  mənsəb  sahibi dirsə,  o,  buradakı  qonaqpərvərlikdən 

daha çox məmnun qalır.

Mənə gəldikdə isə, bütün bu iltifat nişanələrini hər an xatırlayaca ğam və 

bir halda ki, mənə qarşı diqqətli olanlara təşəkkür etmək fürsətim var, bundan 

istifadə etmək istəyirəm ki, borclu qalmayım.

Drojki  bizi  evə  gətirdi.  Uzunboğaz  çəkmələrimi  dəyişib  polismeys terin 

yanına getmək istəyirdim; ancaq sən demə, o, qaldığımız evdə bi zim yolumuzu 

gözləyirmiş.

Özümü  itirərək  ondan  dönə-dönə  üzr  istədim  və  islanmış,  palçıqlı 

ayaqqabılarımı göstərdim.

Yeri  gəlmişkən  deyim  ki,  mənim  ehtiyat  ayaqqabılarım  da  vardı;  ke çə-

cəyimiz yollarda nələrlə rastlaşacağımızı vaxtında öyrəndiyimə görə, Kazanda 

uzunboğaz çəkmə almışdım, onlar mənim ombalarımdan da yuxarı qalxırdı (sən 

demə, nağıllardakı cırtdanın div addımları ilə yeriyən uzunboğaz çəkmələri elə 

Rusiyada istehsal edilirmiş). Polismeyster bizim halımızı xəbər almağa gəlmişdi.

Biz  onun  etimadından  sui-istifadə  etmişdik,  xahiş  etməyə  daha  heç  nə 

qalmamışdı, ona yalnız təşəkkürlərimizi bildirmək istəyirdik.

Pəncərənin qabağında yan-yana düzülmüş dörd-beş çaxır butulkası onun 

mənə olan diqqətindən bir daha xəbər verirdi.

O, axşam bələdiyyə rəisinin evində görüşmək diləyilə bizdən ay rıldı. 

Mən artıq oxucularıma tanış olan küçə barədə Moyneyə danışdım; o, albo-

munu qoltuğuna vurdu, Kalinonu da özü ilə götürdü, mənim təki dimlə kəmərinə 

xəncər keçirib evdən çıxmaq qərarına gəldi.

Qızlar  şəhəri  sənətkar,  rəssam  üçün  gözəl,  heyranedici  mənzərəyə  ma-

lik  bir  yerdir.  İlk  olaraq  müxtəlif  geyim  formaları  bizi  valeh  etdi.  Er mə nilər, 

azərbaycanlılar,  kalmıklar,  noqaylar,  yəhudilər  –  hərəsi  öz  milli  geyimində 

küçələrdə o tərəf-bu tərəfə şütüyürdülər. Şəhərin bütün əhalisi doqquz, yaxud on 

iki min nəfərdən ibarətdir; bazar günləri bu rəqəm iki dəfə arta bilər və xatırladaq 

ki, bizim gəlişimiz də bazar gününə təsadüf etmişdi. Burada ermənilərin emal 

etdikləri əla növ çaxır, distillə üsulu ilə çəkdikləri araq, bu yerlərin əhalisinin 

toxuduğu ipək məmulatlar, düyü, boyaqotu, küncüd, kəndlərdə becərilən zəfəran, 

bir sözlə, hər şey satılır.

Bir saatdan sonra Moyne qayıtdı; o, dizinə qədər palçığın içindəydi, ancaq 

bu, onun Qızlara heyranlığına mane ola bilməmişdi.

Mənim gedib-gəldiyim küçə onu valeh etmiş və o, həmin küçənin gözəl 

eskizini çəkmişdi.

*    Drojki – dördtəkərli minik arabasıdır.




43

Axşamtərəfi, saat səkkizin yarısında bələdiyyə rəisinin drojkisi artıq qapıda idi.

Əllərində  fənər  tutmuş  iki  xidmətçi  arabanın  qabağında  dayanmış dı; 

onların kəmərlərindən asılan xəncərləri və tapançalarının dəstəyi fənər işığında 

uzaqdan parıldayırdı.

Böyründə şaşka, dizinin üstündə isə tüfəng olan iki kazak hərəsi drojkinin 

bir tərəfində atlarını dördnala çapmağa hazır dayanmışdılar.

Biz yerimizə keçdik; drojki də, mühafizə dəstəsinin üzvləri və ka zaklar da 

atlarını dördnala çaparaq suyu və palçığı ətrafa sıçrada-sıçrada götürüldülər.

Yolboyu sanki tək-tük güllə səsləri eşidilirdi.

Dəvət  olunmuş  qonaqlardan  ilk  olaraq  biz  gəlmişdik.  Səhər  bizi  qə-

bul  edən  madam  Polnobokova,  əvvəlcə  bizi  tanımamışdı;  əynimdəki  ge yimə 

görə, başqaları kimi o da məni fransız generalı hesab etmişdi və görünür, onun 

qonaqpərvərliyinin səbəbi də elə bu idi.

Ancaq mən yanılmışdım. O biləndə ki, mən bir az bundan qabaq iltifat 

göstərib  onu  əyləndirən  adamam,  təşəkkür  etmək  üçün  əlindən  gə ləni  etdi  – 

xanımın dili ağzına sığmır, nə edəcəyini bilmirdi.

Digər  beş-altı  qonaq  da  gəlib  çıxdılar;  onlar  hamısı,  xüsusilə  qadın lar, 

fransız dilində çox gözəl danışırdılar.

Mən gözlərimlə bələdiyyə rəisini axtarırdım. Madam Polnobokova mənə 

sualedici nəzərlərlə baxaraq bildirdi:

– Məgər bura gələndə siz güllə səsləri eşitmədiniz?

– Əlbəttə, eşitdim, – cavab verdim, – üç dəfə.

– Elədir ki, var. Terek tərəfdən atırdılar, o tərəfdə belə şey olanda ərimlə 

polismeyster həmişə ciddi yanaşırlar. Elə bilirəm ki, indi məlumat üçün ora – 

hadisə yerinə kazakları göndərmişlər.

– Deməli, tezliklə yeni xəbərlər eşidəcəyik, hə?

Ola bilsin ki, bir azdan sonra.

Görünür, o biri qonaqları güllə səsləri maraqlandırmırdı; onlar söh bət edir, 

deyib-gülürdülər, elə bil Paris salonlarında idilər. Elə bu vaxt bələdiyyə rəisi və 

polismeyster gəldilər və dərhal da söhbətə qoşuldular; onların sifətlərində heç 

bir narahatçılıq ifadəsi yox idi.

Bizə  çay  verdilər;  bir-birindən  qəribə,  qeyri-adi  mürəbbələ ri  də  sıra 

ilə  düzmüşdülər…  Onların  bəziləri  meşə  tutundan,  yəni  cır  tut dan,  bəziləri 

mələkotundan hazırlanmışdı; yanına səliqə ilə Şərq zöv qünə uyğun, dadı kimi 

ətri də qəşəng konfetlər qoyulmuşdu.

Çərkəzi paltar geymiş ev qulluqçularından biri şəhərin bələdiyyə rəisinə 

yaxınlaşıb qulağına nəsə pıçıldadı, o isə öz növbəsində polismeys terə işarə etdi. 

Qulluqçu çıxdı, ardınca isə onlar salonu tərk etdilər.

– Dediyiniz cavab bu idimi? – madam Polnobokovadan soruşdum.

– Bəlkə də, – madam mənə cavab verdi və əlavə etdi: – Yenə bir fincan 

çay içmək istəyirsinizmi?




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə